About Intellectual Property IP Training Respect for IP IP Outreach IP for… IP and... IP in... Patent & Technology Information Trademark Information Industrial Design Information Geographical Indication Information Plant Variety Information (UPOV) IP Laws, Treaties & Judgements IP Resources IP Reports Patent Protection Trademark Protection Industrial Design Protection Geographical Indication Protection Plant Variety Protection (UPOV) IP Dispute Resolution IP Office Business Solutions Paying for IP Services Negotiation & Decision-Making Development Cooperation Innovation Support Public-Private Partnerships AI Tools & Services The Organization Working with WIPO Accountability Patents Trademarks Industrial Designs Geographical Indications Copyright Trade Secrets WIPO Academy Workshops & Seminars IP Enforcement WIPO ALERT Raising Awareness World IP Day WIPO Magazine Case Studies & Success Stories IP News WIPO Awards Business Universities Indigenous Peoples Judiciaries Genetic Resources, Traditional Knowledge and Traditional Cultural Expressions Economics Gender Equality Global Health Climate Change Competition Policy Sustainable Development Goals Frontier Technologies Mobile Applications Sports Tourism PATENTSCOPE Patent Analytics International Patent Classification ARDI – Research for Innovation ASPI – Specialized Patent Information Global Brand Database Madrid Monitor Article 6ter Express Database Nice Classification Vienna Classification Global Design Database International Designs Bulletin Hague Express Database Locarno Classification Lisbon Express Database Global Brand Database for GIs PLUTO Plant Variety Database GENIE Database WIPO-Administered Treaties WIPO Lex - IP Laws, Treaties & Judgments WIPO Standards IP Statistics WIPO Pearl (Terminology) WIPO Publications Country IP Profiles WIPO Knowledge Center WIPO Technology Trends Global Innovation Index World Intellectual Property Report PCT – The International Patent System ePCT Budapest – The International Microorganism Deposit System Madrid – The International Trademark System eMadrid Article 6ter (armorial bearings, flags, state emblems) Hague – The International Design System eHague Lisbon – The International System of Appellations of Origin and Geographical Indications eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Mediation Arbitration Expert Determination Domain Name Disputes Centralized Access to Search and Examination (CASE) Digital Access Service (DAS) WIPO Pay Current Account at WIPO WIPO Assemblies Standing Committees Calendar of Meetings WIPO Webcast WIPO Official Documents Development Agenda Technical Assistance IP Training Institutions COVID-19 Support National IP Strategies Policy & Legislative Advice Cooperation Hub Technology and Innovation Support Centers (TISC) Technology Transfer Inventor Assistance Program WIPO GREEN WIPO's Pat-INFORMED Accessible Books Consortium WIPO for Creators WIPO Translate Speech-to-Text Classification Assistant Member States Observers Director General Activities by Unit External Offices Job Vacancies Procurement Results & Budget Financial Reporting Oversight
Arabic English Spanish French Russian Chinese
Laws Treaties Judgments Browse By Jurisdiction

Azerbaijan

AZ033

Back

Patent haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı

13.07.2010

"Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Patent haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində: qüvvədə olan qanunvericilik aktlarının "Patent haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 39-cu maddəsində nəzərdə tutulmuş patent rüsumlarının və ödənişlərinin məbləği və ödənilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının "Patent haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; "Patent haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin. 2. Müəyyən edilsin ki: "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndində "bu Qanuna və" sözlərindən sonra, 5-ci maddəsinin 2-ci bəndində "Əsasnamə" sözlərindən sonra, 6-cı maddəsinin 2-ci bəndində, 18-ci maddəsində, 25-ci maddəsində, 30-cu maddəsinin 7-ci bəndinin birinci abzasının ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin altıncı abzasında, 4-cü maddəsinin 1-ci bəndində "sənaye mülkiyyəti sahəsində" sözlərindən sonra və 2-ci bəndində, 5-ci maddəsinin 1-ci bəndinin birinci abzasında və 2-ci bəndində "Apellyasiya" sözündən əvvəl, 6-cı maddəsinin 1-ci bəndinin ikinci abzasında, 7-ci maddəsinin 3-cü bəndinin ikinci abzasında və 5-ci bəndində, 8-ci maddəsinin 3-cü bəndinin üçüncü abzasında və 4-cü bəndində, 9-cu maddəsinin 3-cü bəndinin ikinci abzasında və 4-cü bəndində, 10-cu maddəsinin 2-ci bəndində, 12-ci maddəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü bəndinin birinci abzasında, 16-cı maddəsinin 2-ci bəndinin birinci və ikinci abzaslarında, 17-ci maddəsinin 3-cü bəndində, 19-cu maddəsinin 1-ci bəndinin ikinci abzasında, 2-ci bəndinin üçüncü abzasında və 4-cü bəndində, 26-cı maddəsinin 1-ci və 3-cü bəndlərində, 27-ci maddəsinin 1-ci bəndində, 2-ci bəndinin birinci, üçüncü və dördüncü abzaslarında, 6-cı bəndində, 8-ci bəndinin ikinci abzasında, 28-ci maddəsinin 1-ci bəndinin birinci abzasında, 2-ci bəndinin birinci abzasında, 3-cü bəndinin birinci və ikinci abzaslarında, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci və 10-cu bəndlərində, 29-cu maddəsinin 1-ci bəndində, 3-cü bəndinin birinci və üçüncü abzaslarında, 5-ci bəndinin ikinci və dördüncü abzaslarında, 6-cı bəndində və 10-cu bəndinin birinci, ikinci və dördüncü abzaslarında, 30-cu maddəsinin 1-ci və 2-ci bəndlərində, 5-ci bəndinin birinci və ikinci abzaslarında, 7-ci bəndinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 32-ci maddəsinin 1-ci bəndinin birinci və ikinci abzaslarında və 3-cü bəndində, 33-cü maddəsinin 1-ci bəndində, 35-ci maddəsinin 1-ci bəndində və 2-ci bəndinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci və 2-ci bəndlərində, 38-ci maddəsinin 1-ci bəndində, 41-ci maddəsinin birinci, ikinci və üçüncü abzaslarında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir; "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və müvafiq sahə (sahələrarası) mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər. 3. Bu fərman imzalandığı günə qədər ixtiraya, faydalı modelə və sənaye nümunəsinə verilmiş petentlər onları almış şəxslər üçün öz qüvvəsini saxlayır. 4. Bu fərman imzalandığı günə qədər verilmiş və ya kargüzarlıq işləri başa çatmamış "Patent haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq ixtira obyekti sayılmayan obyektlərə dair iddia sənədləri "Patent haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini ödədiyi halda onlara petent verilməsi mümkün hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 19 avqust 1998-ci il 755

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 571) 2. 19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 7, maddə 526) 3. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 04, maddə 226)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 7, maddə 526) ilə 2-ci bəndin ikinci abzasından "39-cu maddəsinin üçüncü abzasında" sözləri çıxarılmışdır. 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 571) ilə 2-ci bəndinin üçüncü abzasında "Dövlət Elm və Texnika Komitəsi" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir. 19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 7, maddə 526) ilə 2-ci bəndin üçüncü abzasında "4-cü maddəsinin 1-ci bəndində "sənaye mülkiyyəti sahəsində" sözlərindən sonra, 2-ci və 3-cü bəndlərində" sözləri, "4-cü maddəsinin 1-ci bəndində "sənaye mülkiyyəti sahəsində" sözlərindən sonra və 2-ci bəndində" sözləri ilə əvəz edilmişdir. 19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 7, maddə 526) ilə 2-ci bəndin üçüncü abzasından "39-cu maddəsinin ikinci abzasında" sözləri çıxarılmışdır. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 04, maddə 226) ilə 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, 83) ilə 2-ci bəndinin üçüncü abzasında «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.