World Intellectual Property Organization

Azerbaijan

Azərbaycan Respublikasında ixtiraların, sənaye nümunələrinin və mal nişanlarının dövlət qeydiyyatın alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

 

Azərbaycan Respublikasında ixtiraların, sənaye nümunələrinin və mal nişanlarının

dövlət qeydiyyatına alınması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİNQƏRARI

Keçmiş SSRİ‐nin patent sisteminin dağılması və Azərbaycan Respublikasında Müstəqil Patent İdarəsinin olmaması üzündən respublikada edilən ixtiraların, yaradılan sənaye nümunələrinin və mal nişanlarının üstünlüyünü qorumaqla bağlı əyyən çətinliklər meydana çıxır. Bu barədə təxirəsalınmaz və təsirli tədbirlər görülməsə, Azərbaycan Respublikasının intellektual mülkiyyətinin böyük hissəsinin itirilməsinə və respublikanın iqtisadiyyatına ciddi maddi ziyan vurulmasına gətirib çıxara bilər.

Keçid dövründə,yəni Azərbaycan Respublikasında patent sistemi yaradılana qədər ixtiraların, sənaye nümunələrinin və mal nişanları əlliflərinin hüquqlarının müdafiəsini təmin etməkməqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

  1. Azərbaycan Respublikasında patent sistemi yaradılana qədər müvəqqəti olaraq, ixtiraların, sənaye nümunələrinin və mal nişanlarının dövlət qeydiyyatı xidməti (ilkin ekspertiza) ılsın.
    1. Keçmiş SSRİ‐nin patent xidmətləri mərkəzinin Bakı filialı Azərbaycan Respublikasının tabeliyinə keçirilsin və onun əsasınla 10 nəfərlik işçisi olan Bakı Patent Tədqiqatları Mərkəzi yaradılsın.
    2. İxtiraların, sənaye nümunələrinin və mal nişanlarının dövlət qeydiyyatı (ilkin ekspertizası) müvəqqəti olaraq, Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Azərbaycan elmitexnnki informasiya elmi tədqiqat institutuna həvalə edilsin və bu işi aparmaq üçün respublikada patent idarəsi yaradılana qədər, Bakı Patent Tədqiqatları Mərkəzi onun tabeliyinə verilsin.
  2. Maliyyə Nazirliyinə tapşırılsın ki, yaradılan xidmətin maliyyələşdirilməsini təmin etsin və patent fondunun komplektləşdirilməsinə lazımi vəsait ayırsın.
  3. Azərbaycan elmitexniki informasiya elmitədqiqat institutuna tapşırılsın ki, 10 gün müddətində Azərbaycan Respublikasında ixtiraların, sənaye nümunələrinin və mal nişanlarının dövlət qeydiyyatı haqqında müvəqqəti əsasnamə layihəsini hazırlayıb Nazirlər Kabinetinin təsdiqinə versin.
  4. Azərbaycan Respublikasının nazirlikləri, baş idarələri, əssisə və təşkilatları müvafiq qaydada patent müdafiəsini təmin etmədənvə lisenziya müqavilələri bağlamadan ixtiraların və digər elmitexniki fəaliyyətnəticələrinin xarici ölkələrə keçirilməsinə yol verməsinlər.1
  5. Azərbaycan elmitexniki informasiya elmi tədqiqat institutuna tapşırılsın ki, əlaqədar təşkilatlarla birlikdə və mütəxəssislərin cəlb olunması şərti ilə sənaye mülkiyyəti obyektlərinin müdafiəsi haqqında qanunvericilik aktları layihələrini hazırlayıb müvafiq qaydada Milli Məclisə göndərmək üçün 1992ci il noyabrın 1nə kimi Nazirlər Kabinetinə təqdim etsin.

Azərbaycan Respublikasının Baş naziri R. HÜSEYNOV İşlər müdiri F. MURADƏLİYEV

Bakı şəhəri, 25 avqust 1992ci il № 471

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİNSİYAHISI

1. 1 mart 2010cu il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010cu il, № 3, maddə 255)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİKVƏ ƏLAVƏLƏRİNSİYAHISI

1 1 mart 2010cu il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010cu il, № 3, maddə 255) ilə 5ci bəndi çıxarılmışdır.

 

Explore WIPO