Azerbaijan
Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997‐ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİNQƏRARI
“Müəlliflik hüququ vəəlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər vəəlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1079-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 1188 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Müəlliflik hüququ vəəlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərara Əlavə 1 -"Əsərin qeydiyyatı haqqında Şəhadətnamə"nin nümunəsindən "Bu Şəhadətnamə müəlliflik prezumpsiyası kimi çıxış etmir." cümləsi çıxarılsın;
1.2. həmin qərara Əlavə 3 - "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı"nın 29-cu hissəsinin "Əsərlərin növləri" sütununda "efir bildirişinə" sözləri "efirlə kütləvi bildirişinə" sözləri iləəvəz edilsin;
1.3. həmin qərara Əlavə 4 - "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə və müəllif qonorarının hesablanması və ödənilməsi qaydaları"nın 6.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“6.1. “folklor nümunələri” (ənənəvi mədəni nümunələr);”.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 4 aprel 2011‐ci il
№ 48


