About Intellectual Property IP Training Respect for IP IP Outreach IP for… IP and... IP in... Patent & Technology Information Trademark Information Industrial Design Information Geographical Indication Information Plant Variety Information (UPOV) IP Laws, Treaties & Judgements IP Resources IP Reports Patent Protection Trademark Protection Industrial Design Protection Geographical Indication Protection Plant Variety Protection (UPOV) IP Dispute Resolution IP Office Business Solutions Paying for IP Services Negotiation & Decision-Making Development Cooperation Innovation Support Public-Private Partnerships AI Tools & Services The Organization Working with WIPO Accountability Patents Trademarks Industrial Designs Geographical Indications Copyright Trade Secrets WIPO Academy Workshops & Seminars IP Enforcement WIPO ALERT Raising Awareness World IP Day WIPO Magazine Case Studies & Success Stories IP News WIPO Awards Business Universities Indigenous Peoples Judiciaries Genetic Resources, Traditional Knowledge and Traditional Cultural Expressions Economics Gender Equality Global Health Climate Change Competition Policy Sustainable Development Goals Frontier Technologies Mobile Applications Sports Tourism PATENTSCOPE Patent Analytics International Patent Classification ARDI – Research for Innovation ASPI – Specialized Patent Information Global Brand Database Madrid Monitor Article 6ter Express Database Nice Classification Vienna Classification Global Design Database International Designs Bulletin Hague Express Database Locarno Classification Lisbon Express Database Global Brand Database for GIs PLUTO Plant Variety Database GENIE Database WIPO-Administered Treaties WIPO Lex - IP Laws, Treaties & Judgments WIPO Standards IP Statistics WIPO Pearl (Terminology) WIPO Publications Country IP Profiles WIPO Knowledge Center WIPO Technology Trends Global Innovation Index World Intellectual Property Report PCT – The International Patent System ePCT Budapest – The International Microorganism Deposit System Madrid – The International Trademark System eMadrid Article 6ter (armorial bearings, flags, state emblems) Hague – The International Design System eHague Lisbon – The International System of Appellations of Origin and Geographical Indications eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Mediation Arbitration Expert Determination Domain Name Disputes Centralized Access to Search and Examination (CASE) Digital Access Service (DAS) WIPO Pay Current Account at WIPO WIPO Assemblies Standing Committees Calendar of Meetings WIPO Webcast WIPO Official Documents Development Agenda Technical Assistance IP Training Institutions COVID-19 Support National IP Strategies Policy & Legislative Advice Cooperation Hub Technology and Innovation Support Centers (TISC) Technology Transfer Inventor Assistance Program WIPO GREEN WIPO's Pat-INFORMED Accessible Books Consortium WIPO for Creators WIPO Translate Speech-to-Text Classification Assistant Member States Observers Director General Activities by Unit External Offices Job Vacancies Procurement Results & Budget Financial Reporting Oversight
Arabic English Spanish French Russian Chinese
Laws Treaties Judgments Browse By Jurisdiction

Azerbaijan

AZ049

Back

Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


31.07.2010

Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası
Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları təsdiq edilsin (əlavə olunur).
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 15 oktyabr 1999-cu il 166

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası

QAYDALARI

«Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları» «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun işlənib hazırlanmışdır. QISALDILAN İFADƏLƏR Qanun - «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanunu; SMPDK - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İddia sənədi -əmtəə nişanını qeydə almaq üçün tərtib olunan sənədlər toplusu; Reyestr -əmtəə nişanlarının Dövlət reyestri. I fəsil ÜMUMİ MÜDDƏALAR

  1. Əmtəə nişanı Qanunun 1-ci maddəsinə uyğun olaraq əmtəə nişanı sahibinin əmtəələrinin və göstərdiyi xidmətlərin digər sahibkarların əmtəələrindən və göstərdiyi xidmətlərdən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı uzlaşmasıdır (kombinasiyasıdır).
    1. Əmtəə nişanı kimi qeydə alınan nişanlar Qanunun 4-cü maddəsinə uyğun olaraq, əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması (kombinasiyası). Sözlər, şəxsi adlar, onların kombinasiyaları - sözdən ibarət nişanlara aiddir. Sözdən ibarət əmtəə nişanına şərti olaraq müəssisənin adı, soyadlar, adlar, digər söz və ya sözlər dəsti, reklam yazıları aiddir. Standart şriftlərlə işlənmiş sözlərdən ibarət nişanlar istənilən qrafik yazılışda istifadə oluna bilər. İddia olunan işarə ölkədə işlədilməyən və ya məlum olmayan qeyri-adi şriftlə verildiyi halda, onun dövlət dilinə transliterasiyası və tərcüməsi (mənaca təsviri) və ya etimoloji izahı tələb olunur. Hərflər və rəqəmlər (şərti olaraq sözlərdən ibarət əmtəə nişanına aid) fərdi şəkildə bədii
    2. transformasiyada təsvir olunan şrift vahidi və rəqəmlərə, həmçinin göstərilən elementlərin
      müxtəlif kombinasiyalarına aid edilir (standart şrift vahidi və rəqəmlər əmtəə nişanı kimi
      qorunmur).
      Təsviri elementlər kimi canlı vücud, cansız əşyalar, təbiət obyektləri və başqa obyektlər,
      şəkillər və rəmzlər, həmçinin istənilən formalı fiqurlar, xətlərin və ləkələrin kombinasiyası,
      müstəvi fiqurlar işarə edilə bilər.
      Əmtəələrin forması və ya onların qablaşdırma formaları (həcmi işarələr) təsviri elementlərə
      aid edilir və özündə üçölçülü obyektləri, fiqurları, fiqurların kombinasiyasını (xətləri) əks
      etdirir. Onlar, xüsusən, əmtəənin forması və ya əmtəələr üçün konteynerlərin istənilən formalı
      tərtibi, onların qablaşdırılması (bükülməsi), reklamların predmeti, həmçinin binanın interyer
      dizaynı, orijinal və qeyri-adi formada ola bilər.
      Rənglərin kombinasiyası rəngli yazılı işarələri, təsviri işarələri, əmtəələrin formasını,
      qablaşdırılmasını, onların rəngli tərtibatda istənilən kombinasiyasını, həmçinin rənglərin
      uzlaşmasını (kombinasiyasını) özündəəks etdirir.
      Kombinasiyalı nişanlar sözlərin, təsviri elementlərin üçölçülü forması və rəngli işarələrin
      kombinasiyasını özündəəks etdirir.
      Əmtəə nişanı istənilən rəngdə və ya rənglərin uzlaşmasında, ağ-qara tərtibat da daxil olmaqla
      qeydə alına bilər.
  2. Mühafizə qabiliyyətinin meyarları Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Nişanın fərqlənmə qabiliyyəti şərtsiz qəbul olunan və dəyişməyən faktor deyil. Əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmadıqda, onun əmtəə nişanı kimi qeydə alınması, yalnız istifadə prosesində fərqli xüsusiyyətlərə malik olmasından asılı ola bilər.
    1. Əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları Qanunun 5-ci maddəsinə uyğun olaraq, aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aid edilir: qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işarələr), xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrıayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri; b) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aiddir: əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı; c) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları. Bu cür nişanlara aid edilir: şərabların və spirtli içkilərin adlarında coğrafi göstəriciləri özündə eyniləşdirən (əks eləyən), lakin onlarla heç bir əlaqəsi olmayan nişanlar (belə ki, şərabların və spirtli içkilərin adında coğrafi göstəricini təsvir edən nişan (işarə) saxta olur, yəni onların təsvir edilən ölkə, regionla əlaqəsi olmur); ç) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri
    2. olan formalar. Bu cür nişanlara aiddir: əmtəənin mahiyyətini əks etdirən formalar, texniki nəticəyə nail olmaq üçün zəruri formalar, əmtəənin əsas dəyərlərini təmin edən formalar. Əmtəələrin mahiyyətini əks etdirən formalar, əmtəənin özündən ayrılmayan formalar kimi təsvir edilməlidir (məsələn çətirin forması, yumurta üçün kasetlər və s.). Texniki nəticəyə nail olmaq üçün zəruri formalar, texniki nəticə ilə şərtlənən əmtəə forması kimi təsvir edilə bilər, belə ki, formaya sənaye nümunəsi və ya faydalı model hüquqi mühafizə verilə bilər (texniki nəticə mövcud olduqda). Nəticənin əsas dəyərlərini təmin edən formalara, istehlakçını özünə cəlb edən formalar kimi təsvir olunan formalar aiddir, yəni əmtəənin əsas dəyərləri onun cəlbedici estetik forması ilə təsvir olunur (məsələn, estetik xassələri əks etdirən balıqqulağı formasında uşaqlar üçün vanna); d) ictimai qaydalara, mənəviyyata vəəxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar. Bu cür nişanlara xüsusən aiddir: ədəbsiz sözlər və təsvirlər, dövlət hakimiyyət orqanlarının və ya qadağan olunmuş siyasi partiyaların emblemləri, humanizm prinsiplərinə qarşı olan, insan ləyaqətini, dini heysiyyatları təhqir edən çağırışlar; e) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricilərdən ibarət əmtəə nişanları. Bu cür nişanlara aiddir: müəyyən əmtəələr və ya xidmətlər üçün istifadə olunan, eyni cür əmtəələr və ya müxtəlif istehsalçılar arasında müəyyən şəkil alan həmin əmtəə növünün Azərbaycan Respublikasında uzun müddət istifadə olunması, həmçinin müxtəlif fəaliyyətlə bağlı ümumi şəkildə qəbul olunmuş rəmzlər və terminlər. ə) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi iləəlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları. Bu cür nişanlara aiddir: əmtəələrin həqiqətə uyğun olmayan keyfiyyəti və ya başqa xüsusiyyətləri ilə və onların coğrafi mənşəyi ilə istehlakçını yanılda bilən nişanlar; f) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra - Paris Konvensiyası) 6 ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları. Bu cür nişanlara aiddir: dövlət gerbləri, bayraqlar, emblemlər, dövlətlərin rəsmi və ya tarixi adları, beynəlxalq təşkilatların emblemləri, qısaldılmış və ya tam adları, nəzarət və qrant üçün rəsmi nişanlar və damğalar, həmçinin heraldika baxımından bunların hamısının bənzətmələri. Onu da qeyd etmək olar ki, bu cür nişanlar (Paris Konvensiyasının iştirakçısı olan ölkələrdə) mühafizə olunmayan elementlər kimi əmtəə nişanına daxil edilə bilər, o şərtlə ki, əmtəə nişanında onlar əsas mövqedə dayanmasın, onların istifadəsinə səlahiyyətli orqanın və ya onların sahiblərinin razılığı olsun. Nəzarət və qarant üçün rəsmi nişanların və damğaların istifadəsinə qadağa o halda qoyula bilər ki, nişanlar və onun üzərindəəks olunan işarələr məhz eyni növ əmtəələr və ya ona oxşar əmtəələr üçün istifadə olunsun; g) Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. Bu cür nişanlara aiddir: dövlət təltiflərinin (orden və medalların) təsvirləri və rəsmi nəşrlərin digər fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu Qaydaların 4-cü bəndinin «a», «b», «c» yarımbəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydiyyat etibarsız sayıla bilməz.
    1. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları
    2. Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar (işarələr)
      əmtəə nişanı kimi qeydə alınmır (Qanunun 6-cı maddəsinə uyğun olaraq):
      a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin
      adına əvvəl qeydə alınmış və ya qeydə almaq üçün iddia edilmişəmtəə nişanları;
      b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq,
      Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;
      c) Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmışəmtəə nişanları;
      ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar
      əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi
      əyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə
      qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik
      tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə
      başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə
      qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları;
      d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla,
      onlardan istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında
      mühafizə edilən coğrafi göstəricilər;
      e) qeydə alınmış sertifikat nişanları.
      Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır:
      a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri;
      b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan
      Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan
      sitatlar və ya onların fraqmentləri;
      c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları,
      təxəllüsləri və bunlardan törəyən ifadələr.
      Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda, həmin işarələr Azərbaycan
      Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün Azərbaycan
      Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin icazəsi olmalıdır.
      Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina edilməsinəəsas ola bilməz:
      a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixdən
      iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi;
      b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri;
      c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın
      fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları.
      ç) mənşə ölkəsindəəmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata
      alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması.
      II fəsil
      İDDİA SƏNƏDİ
  3. İddia sənədinin verilməsi
    Qanunun 9-cu maddəsinə uyğun olaraq, əmtəə nişanının qeydə alınması barədə iddia sənədini
    iddiaçı (hüquqi və ya fiziki şəxs) SMPDK-ya verir.
    İddiaçı SMPDK-ya iddia sənədini aşağıdakı qaydada verə bilər:
    bilavasitə;
    SMPDK-da qeydə alınan patent müvəkkilləri vasitəsilə.
    Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar
    nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna
    olmaqla, xarici hüquqi və fiziki şəxslər SMPDK ilə hüquqi əhəmiyyətli işləri yalnız patent
    müvəkkilləri vasitəsilə aparırlar.
    1. İddia sənədinin tərkibi
      Qanunun 9-cu maddəsinə uyğun olaraq, iddia sənədi ərizədən və ona qoşulan zəruri
    2. sənədlərdən ibarət olmaqla bir əmtəə nişanına aid olmalıdır.
      Əmtəə nişanının qeydə alınmasına dair verilən ərizədə aşağıdakılar göstərilməlidir:
      iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkil vasitəsilə
      verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
      iddia edilən nişanın şəkli və ya üçölçülü forması (nişan üçölçülü olduğu təqdirdə);
      nişanların qeydiyyatı üçün əmtəələrin və xidmətlərin Nitsa təsnifatı üzrə qruplaşdırılmış
      siyahısı;
      əmtəə nişanının rəngi;
      nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi.
      Ərizəyə aşağıdakılar qoşulur:
      dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;
      iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd;
      kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş
      subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu
      nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, onların vahid keyfiyyət və digər
      xüsusiyyətləri;
      zəruri halda əmtəə nişanının ilkinliyini təsdiq edən sənəd (Qanunun 10-cu maddəsinə uyğun
      olaraq);
      zəruri halda əmtəə nişanının sərgi ilkinliyini təsdiq edən sənəd.
  4. İddia sənədinin dili
    Əmtəə nişanının qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilir.
    İddia sənədinə daxil olan digər sənədlər Azərbaycan dilində və ya başqa dillərdə verilə bilər.
    İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia
    sənədinin verildiyi gündən 2 ay ərzində təqdim olunmalıdır.
    SMPDK-ya verilmiş materialların Azərbaycan dilinə tərcüməsi müəyyənləşdirilmiş müddətdə
    verilmədikdə və bu müddət başa çatanadək onun uzadılmasına əsaslandırılmış vəsatət təqdim
    edilmədikdə, iddia sənədi verilməmiş sayılır. Əlavə dövlət rüsumu ödənilməklə
    əyyənləşdirilmiş müddət əlavə olaraq 2 aya uzadılır.
  5. Nüsxələrin miqdarı
    Ərizə 2 nüsxədə təqdim olunur. Qeydə almaq üçün iddia olunan nişan istisna olmaqla, ərizəyə
    əlavə olunan sənədlər 1 nüsxədə təqdim olunur.
    Qeydə almaq üçün iddia olunan nişanın şəkli 12 nüsxədə təqdim olunur.
    Ərizə və ona qoşulan sənədlər çap olunmuş şəkildə təqdim olunur.
  6. İmza
    Ərizə iddiaçı və ya onun patent müvəkkili tərəfindən imzalanır. İddiaçı hüquqi şəxs olduqda
    ərizə təşkilatın rəhbəri və ya rəhbərin adından imzalamağa səlahiyyəti olan şəxs tərəfindən
    imzalanır. İmza edən şəxsin vəzifəsi, soyadı, adı göstərilir və imza möhürlə təsdiqlənir.
    Ərizəyəəlavə vərəq qoşularsa, həmin vərəq yuxarıda göstərilən qaydada imzalanır və
    təsdiqlənir.
    İddia sənədi patent müvəkkili tərəfindən verildikdə, sənədlər patent müvəkkili tərəfindən
    imzalanır.
  7. Ərizə
    Ərizə SMPDK-nın təsdiq etdiyi formaya uyğun tərtib olunur. Ərizə formasında zəruri olan
    məlumatların hamısı öz əksini tapmalıdır.
    Əgər hər hansı məlumat, formada göstərilən qrafaya yerləşmirsə, onda formada göstərilən
    qrafada «davamına əlavə vərəqdə bax» ifadəsini yazmaqla məlumat əlavə vərəqdə verilir.
  8. İddia olunan nişan

12.1. İddia olunan nişanın şəkli
İddia olunan nişanın şəkli 80x80 mm ölçüdə mətbəə ottiski və ya qrafik təsvir formasında
təqdim olunur (nişfnın növündən asılı olaraq onun şəklinin bir tərəfinin ölçüsü 100 mm-ə

qədər ola bilər). Əmtəə nişanı kimi qeydə almaq üçün etiket təqdim olunarsa, etiketin özü
olduğu ölçüdə, iddia olunan nişanın şəkil kimi verilə bilər.
Əmtəə nişanı kimi qeydiyyata almaq üçün verilən şəkil üçölçülü olarsa, zərurət olduğu
təqdirdə, şəklin proyeksiyalarının bütün zəruri şəkilləri təqdim edilir.
Fotoşəkillər, mətbəə ottiski və ya iddia olunan nişan (işarə), əmtəə nişanını qeydə almaq üçün
xahiş olunan rəngdə və ya rənglərin uzlaşmasında (kombinasiyasında) verilir.
Nişanın şəkli keyfiyyətli qrafik tərtibdə olmalıdır. Bir iddia sənədinə nişanın bir variantda
tərtibi daxil edilir.

12.2. Nişanın təsviri və onun rəngi (rənglərin uzlaşması)
Yazılı ifada olan nişan və ya onun hissəsi məna vermədiyi təqdirdə, onun yaranması (tərtib
olunması) açıqlanır. Məsələn, bir neçə sözün başlanğıc hecaları, abbreviatura, uydurulmuş söz
və s.
Sözdən ibarət nişan (işarə) dövlət dilində az işlənəndirsə (məsələn, tarixi adlar, keçmiş,
köhnəlmiş sözlər, xüsusi terminlər və s.), onun mənası göstərilir.
Sözdən ibarət nişan və ya onun hissəsi təsviri xarakter daşıdığı halda, onun mənasııqlanır.
Nişanın rəngli formada qeydə alınması xahiş olunarsa, onun rənginə və ya nişanın əsas
hissələrinin rənginə, rənglərin uzlaşmasına (kombinasiyasına) aid göstərişərizədə qeyd edilir.
Rənglərin təsviri nişanda istifadə olunan rənglərə uyğun olmalıdır.

  1. Əmtəələrin və xidmətlərin siyahısı
    Qeydə alınması üçün xahiş olunan əmtəə nişanının aid olduğu əmtəələrin və (və ya)
    xidmətlərin adı Nitsa təsnifatına uyğun qruplaşdırılmalıdır. Bu zaman əmtəənin və (və ya)
    xidmətin daxil olduğu sinifin nömrəsi həmin Təsnifata uyğun olaraq əvvəldə göstərilir.
  2. Ərizəyə qoşulan sənədlərə qoyulan tələblər

13.1. Nişanın kollektiv nişan olduğunu təsdiqləyən sənəd
İddia sənədi kollektiv nişan kimi qeydə alınmaq üçün verildiyi halda, ərizəyə kollektiv nişanın
nizamnaməsinin surəti və ya həmin nizamnamədən (əsasnamədən) çıxarış qoşulur. Təqdim
olunan sənəddə kollektiv nişanı öz adına qeydə almağa səlahiyyəti olan birliyin adı, kollektiv
nişandan istifadə etməyə səlahiyyəti olan birliyin bütün üzvlərinin siyahısı, birliyin yerləşdiyi
yer, nişanın qeydiyyatında məqsədi, əmtəələrin və ya xidmətlərin vahid keyfiyyətinin və
başqa xassələrinin siyahısı, onun istifadə şərtləri, onun istifadəsinə nəzarətin həyata keçirilmə
qaydası, kollektiv əmtəə nişanının nizamnaməsinin pozulması halında, ona görə məsuliyyət
daşıyan şəxs barədə məlumat öz əksini tapmalıdır.

13.2. İlkinliyi təsdiqləyən sənəd
Qanunun 10-cu maddəsinə uyğun olaraq, iddia sənədində konvensiya ilkinliyi xahiş olunarsa,
ərizəyə həmin iddia sənədinin xarici ölkənin patent idarəsinə verilmiş birinci iddia sənədinin
təsdiqlənmiş surəti qoşulur. Birinci iddia sənədinin surəti, iddia sənədinin SMPDK-ya
verildiyi tarixdən 3 ay ərzində verilə bilər.
Sərgi ilkinliyindən istifadə olunması xahiş olunarsa, ərizəyə sərginin rəsmi olması və ya
beynəlxalq statusla rəsmi qəbul olunması barədə sənəd qoşulur. Həmin sənəddəəmtəəni
nümayiş etdirən şəxsin adı, nişanın təsviri, nişana aid olan əmtəələrin siyahısı, həmçinin onun
sərgidəıq nümayiş etdirilmə tarixi öz əksini tapmalıdır. Sənəd sərgini təşkil edən müvafiq
təşkilat tərəfindən təsdiqlənməlidir.

13.3. etibarnamə
Patent müvəkkili tərəfindən verilən iddia sənədinə patent müvəkkilinin səlahiyyətini
təsdiqləyən etibarnamə qoşulur.
Etibarnamə sadə yazılı formada və ya müəyyən olunmuş formaya uyğun tərtib olunur və onun
notarial təsdiqinə ehtiyac duyulmur.
SMPDK-da qeydiyyata alınan patent müvəkkilinə etibarnamə bilavasitə xarici hüquqi və ya
fiziki şəxs tərəfindən və ya iddiaçıdan müvafiq etibarnamə almış səlahiyyətli nümayəndə
(patent müvəkkili) tərəfindən verilə bilər.

İddiaçı tərəfindən patent müvəkkilinin adına verilən etibarnamə aşağıdakı şərtlərə cavab
verməlidir:
etibarnaməəmtəə nişanı barəsində bir və ya bir neçə iddia sənədi üzrə işlərin aparılması üçün
verilir;
etibarnamədə patent müvəkkilinə verilən səlahiyyətin həcmi göstərilir;
etibarnamə onu verən şəxs tərəfindən imzalanır.
Patent müvəkkilinin adına verilən baş etibarnamə bir neçə iddia sənədinə və mülahizə
sənədinə aid olmaqla, bu sahədə hüquqi əhəmiyyətli işlərin yerinə yetirilməsi üçün patent
müvəkkilinə verilən səlahiyyətlərin hamısını özündəəks etdirməlidir.
Etibarnamənin qüvvədə olma müddəti 3 ildən artıq ola bilməz. etibarnamədə onun qüvvədə
olma müddəti göstərilmədikdə, etibarnamə onun verildiyi tarixdən 1 il müddətində qüvvədə
olur.
Azərbaycanın hüquqlarından kənarda yaşayan şəxslər və xarici hüquqi şəxslər etibarnaməni,
onun tərtib olunduğu ölkənin qanunvericiliyinə uyğun hazırlayaraq təqdim edirlər.

  1. Rüsumun ödənildiyini təsdiqləyən sənəd Ərizəyə qanunvericilikləəyyən edilən müddətə rüsumun ödənilməsi barədə sənədin əsli və ya surəti əlavə olunur.
  2. Əlavə sənədlər

14.1. İddia olunan nişan bu Qaydaların 4-cü bəndinin «f», «d» yarımbəndlərində göstərilən elementləri özünə daxil edərsə, onların istifadəsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı barədə sənəd əlavə olunur.

14.2. İddia olunan nişanda, iddiaçının istehsal etdiyi əmtəə ilə və ya göstərdiyi xidmətlə bağlı istehsalatın və ya göstərilən xidmətin əsasının qoyulma tarixi, təltiflərin şəkli əks olunduğu təqdirdə, ərizəyə istehsalatın və ya xidmətin əsasının qoyulduğunu, təltifə görə iddiaçının hüququnu təsdiqləyən sənəd əlavə olunur.

  1. İddia olunan nişana bu Qaydaların 5-ci bəndinin 2-ci hissəsinin «a», «b», «c» yarımbəndlərində göstərilən elementlər (işarələr) daxil olarsa, zəruri hallarda ərizəyə aşağıdakılar qoşulur: soyadların, adların, təxəllüslərin və onlardan törəmələrin, portretlərin və bu cür şəxslərin faksimilesini əks etdirən işarələrin əmtəə nişanı kimi qeydə alınması üçün məşhur şəxslər və ya onların varisləri, Azərbaycan RespublikasınınMədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən razılıq; Azərbaycan Respublikasının elm, ədəbiyyat və incəsənət əsərlərində, onların fraqmentlərində sitatlarda və personajlarda uzun illər işlədilən adların əmtəə nişanı kimi qeydə alınması üçün onlara görəəllif hüququna və ya varislik hüququna malik şəxslərin razılığı; iddia olunan nişan firma adlarından, onların hissələrindən ibarət olarsa və ya nişanda bu cür adlardan istifadə olunarsa, onların əmtəə nişanını qeydə almaq istəyən şəxsə məxsus olduğunu təsdiqləyən sənəd; iddia olunan əmtəə nişanında istifadə olunan sənaye nümunəsinin iddiaçıya məxsus olduğunu təsdiqləyən sənəd (məsələn, qeydiyyat barədə patentin surəti). III fəsil ƏMTƏƏ NİŞANINI QEYDƏ ALMAQ ÜÇÜN İDDİA SƏNƏDİ ÜZRƏ İŞLƏRİN SMPDK İLƏ APARILMASI
  2. Nümayəndənin təyini

15.1. İddia sənədini SMPDK-ya verdikdən sonra iddiaçı onunla bağlı işləri aparmaq və iddia sənədinə baxılarkən maraqlarını təmin etmək məqsədilə, müvafiq etibarnamə verməklə özünün nümayəndəsini təyin edə bilər.

15.2. Azərbaycan Respublikasının iddiaçıları əmtəə nişanlarının mühafizəsi sahəsində hüquqi əhəmiyyətli işləri şəxsən özü və ya SMPDK-da qeydə alınan patent müvəkkili vasitəsilə apara bilər.

15.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan fiziki şəxslərin nümayəndələri və ya xarici hüquqi şəxslər (xarici iddiaçılar), yaxud onların patent müvəkkilləri iddia sənədinin verilməsi, mühafizə sənədinin alınması, qüvvədə saxlanması və onlarla bağlı digər hüquqi əhəmiyyətli işləri yalnız SMPDK-da qeydə alınan patent müvəkkilləri vasitəsilə apara bilər.

15.4. Nümayəndəliyə görə etibarnamə iddia sənədi təqdim olunan zaman və ya Qanunun 9-cu maddəsinə müvafiq olaraq, kargüzarlıq işlərinin aparılma prosesində verilə bilər.

15.5. etibarnaməərizəyə qoşulur.

15.6. Nümayəndənin ona verilmiş səlahiyyət çərçivəsində SMPDK-ya qarşı istənilən hərəkəti və ya SMPDK-nin nümayəndəyə qarşı istənilən hərəkəti nəticə etibarilə iddiaçının SMPDK-ya və ya SMPDK-nın iddiaçıya qarşı olan hərəkətlərinə bərabər tutulur.

  1. Nümayəndənin səlahiyyəti etibarnamədə göstərilən müddət çərçivəsindədir. Səlahiyyətin etibarnamədə göstərilən müddəti bitmədən dayandırılması, iddiaçı və ya onun hüquqi varisi tərəfindən SMPDK-ya verilən ərizəəsasında (etibarnamənin geri çağırılması), həmçinin vəkalət alan şəxsin ondan etiraz etməsi, hüquqi şəxsin ləğv olunması, fiziki şəxsin vəfat etdiyi və s. hallarında baş verə bilər.
  2. SMPDK ilə yazışmaların aparılması

16.1. Yazışmalar hər bir iddia sənədi üzrə ayrılıqda iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən aparılır. İddia sənədi verildikdən sonra, həmin sənədlə bağlı iddiaçının SMPDK-ya göndərdiyi əlavə materiallarda, iddia sənədinin nömrəsi, onun verilmə tarixi, iddiaçının və ya onun nümayəndəsinin imzası öz əksini tapmalıdır. Göndərilən əlavə materiallarda yuxarıda qeyd edilənlər öz əksini tapmadıqda, materiallar geri qaytarılır.

16.2. İddia sənədi üzrə kargüzarlıq işləri bu Qanunla müəyyən edilən müddətdə aparılır. Əgər kargüzarlıq işlərinin aparılma müddəti «____ müddət ərzində» söz birləşməsi iləəyyən edilirsə və müddətin axırıncı günü iş gününəşmürsə, onda müddətin qurtarması həmin gündən sonra gələn növbəti iş günü üzrəəyyən edilir. Əgər müddətin qurtardığını göstərən gün (tarix) onun düşdüyü ayın gününə uyğun gəlmirsə, yəni həmin ayda müddətin qurtardığını göstərən gün (tarix) yoxdursa, müddətin qurtarması günü həmin ayın axırıncı günü hesab edilir.

  1. Əgər yazışma iddiaçının nümayəndəsi ilə aparılarsa, SMPDK-ya daxil olan materialların müddəti, nümayəndə tərəfindən materialların SMPDK-ya verilmə tarixindən hesablanır.
  2. İddia sənədi materiallarına əlavələrin edilməsi, həmin materiallarda dəyişikliklərin və düzəlişlərin aparılması

17.1. Qanunun 2-ci fəslinin 11-ci maddəsinə uyğun olaraq iddia sənədinin ekspertizasının aparıldığı dövrdə ona dair müvafiq qərar qəbul edilənədək iddiaçıəyyənləşdirilmiş rüsumu ödəyərək, öz təşəbbüsü ilə iddia sənədinin materiallarını tamamlaya, dəqiqləşdirə və onlara düzəliş edə bilər. Ekspertizanın aparıldığı dövrdə SMPDK iddiaçıdan ekspertiza üçün zəruri olan əlavə sənəd tələb edə bilər.

17.2. İddiaçı tərəfindən İddia sənədi materiallarında mövcud olan səhvlər üzrə düzəlişlərin, dəqiqləşdirmələrin aparılması, əlavələrin edilməsi müəyyən olunmuş formaya uyğun ərizə verməklə həyata keçirilir. Ərizənin SMPDK-ya daxil olması və ona baxılmanın nəticəsi barədə iddiaçıya bildiriş göndərilir. Ərizəyə iddia sənədi materiallarında düzəlişlərin, dəqiqləşdirmələrin aparılması, əlavələrin edilməsi üçün müəyyənləşdirilmiş rüsumun ödənildiyini təsdiq edən sənəd qoşulur. Rüsumun ödənildiyi barədə sənəd təqdim olunmadıqda və ya ödənilən məbləğəyyən edilən həcmə uyğun gəlmədikdə, materiallar baxılmaq üçün qəbul olunmur və bu barədə iddiaçıya bildiriş göndərilir. Əlavə materiallar qeydiyyata alınmaq üçün verilmiş nişanın mahiyyətini dəyişirsə və ya iddia sənədində göstərilən əmtəələrin və ya xidmətlərin siyahısına onlara həmcins olmayan əmtəələri və ya xidmətləri daxil edirsə, həmin materiallar baxılmağa qəbul olunmur və iddiaçı tərəfindən müstəqil iddia sənədi kimi rəsmiləşdirilə bilər.

17.3. İddiaçının dəyişmədiyi, lakin iddiaçının (hüquqi və ya fiziki şəxsin) adının və ya ünvanının dəyişdiyi halda, bu cür dəyişikliklərin müvafiq sənədlərdə aparılması üçün iddiaçı və ya onun patent müvəkkili SMPDK-ya ərizə verir. Bu cür dəyişikliklərin aparılması üçün iddiaçıdan əlavə təsdiqləyici sənəd tələb olunmur. İddiaçı və ya onun patent müvəkkili dəyişdiyi halda, bu cür dəyişikliklərin müvafiq sənədlərdə aparılması üçün əvvəlki iddiaçı və ya onun patent müvəkkili və yeni iddiaçı və ya onun patent müvəkkili tərəfindən imzalanmışərizə SMPDK-ya təqdim edilir.

17.4. İddia sənədi üzrə hüquqların verilməsi iləəlaqədar iddiaçı dəyişərsə, bu cür dəyişikliklərin SMPDK-da qeydə alınması üçün SMPDK-ya aşağıdakı sənədlər təqdim olunur: iddiaçının ərizəsi; tərəflərin razılığı əsasında bağlanan müqavilə və ya iddiaçının dəyişildiyini göstərən müqavilədən çıxarış (təsdiqlənmiş formada); müəyyən edilmiş rüsumun ödənildiyini təsdiqləyən sənəd. Bu cür müqavilələrin qeydə alınması, sənaye mülkiyyəti obyektləri barəsində hüquqların verilməsinə görə müqavilələrin qeydə alınma qaydasına uyğun aparılır. İddiaçının dəyişilməsi bir neçə iddiaçının birləşməsi nəticəsində yaranarsa, SMPDK-ya verilən ərizədə o göstərilir vəərizəyə səlahiyyətli orqan tərəfindən bu cür birləşməni təsdiqləyən sənədin surəti əlavə olunur. İddiaçının dəyişilməsi başqa səbəblərdən yaranarsa (məsələn, qanunun tətbiqi, statusun dəyişilməsi, məhkəmənin qərarı və s.), həmin səbəblər ərizədə göstərilir və onları təsdiqləyən sənədin surəti ərizəyəəlavə edilir.

17.5.əyyən edilən tələblərə riayət olunduğu halda, sonrakı yazışmalar yeni iddiaçı ilə aparılır.

17.6. SMPDK bu Qaydaların 17.3 bəndinin şamil edildiyi vəəlavə sübutların gətirilməsinin zəruriliyi halında, ərizədə göstərilən vəərizəyə qoşulan materialların həqiqiliyini təsdiqləyən əsaslandırılmış materialları iddiaçıdan tələb edə bilər.

  1. İddia sənədi, ona baxılmanın istənilən mərhələsində, iddiaçının xahişi ilə, iddia sənədində göstərilən əmtəələrin və xidmətlərin aid olduğu siniflərin bölünməsi yolu ilə bir neçə iddia sənədinə ayrıla bilər. Ayrılmış iddia sənədləri ilk iddia sənədinin verildiyi tarixi və iddia edilmişəmtəə nişanının ilkinliyini saxlayır (Qanunun 11-ci maddəsinin 4-cü hissəsi).
  2. İddia sənədi materialları ilə tanışlıq
  1. İddiaçı ekspertiza qərarında göstərilən sənədlərlə tanış ola bilər. İddiaçı iddia sənədi üzrə qərarı aldıqdan sonra 1 ay ərzində, müəyyən edilmiş ödənişi aparmaqla, həmin sənədlərin surətini tələb edə bilər (Qanunun 14-cü maddəsinin 4-cü hissəsi).
  2. İddiaçının iştirakı ilə iddia sənədinə baxılması

19.1. İddiaçının və ya onun nümayəndəsinin iştirakı ilə iddia sənədi materiallarına baxma, iddia olunan nişan üzrəəlavəıqlamaların aparılması, əmtəələrin və ya göstərilən xidmətlərin siyahısında dəqiqləşdirmələr və iddia olunan nişanın qeydə alma şərtləri ilə bağlı məsələlərə aydınlıq gətirilməsinə zərurət yarandığı təqdirdə həyata keçirilir. Bu ekspertizanın sorğusu və ya iddiaçının xahişi ilə, hər iki tərəfin qaldırılan məsələ ilə tanışlığından sonra aparılır.

19.2. Ekspertizanın sualları iddiaçıya göndərilən sorğuda öz əksini tapır. Ekspertizanın sorğusuna cavab, Qanunun 11-ci maddəsinin 4, 5-ci hissələrinə uyğun olaraq, sorğunun alındığı tarixdən 2 ay ərzində iddiaçı tərəfindən təqdim olunmalıdır (iddiaçının özünün müzakirələrində iştirak edib etməməsindən asılı olmayaraq). İddia sənədi iləəlaqədar iddiaçının sualları isə vəsatətlə verilə bilər.

19.3. İddia sənədinə baxmanın tarixi və vaxtı əvvəlcədən razılaşdırılır. İddia sənədinə
baxmaqla bağlı tərəflərdən hər hansı birinin buna imkanı olmadığı təqdirdə digər tərəf
xəbərdar edilir.

  1. İddia sənədinə baxılmada nümayəndənin iştirakı bu Qaydaların 15-ci bəndində
    göstərilən şərtlərin yerinə yetirildiyi halda mümkün hesab edilir.
  2. Sorğu yolu ilə istənilən materialların təqdim olunma müddətinin uzadılması

20.1. Qanunun 11-ci maddəsinin 6-ci hissəsinə uyğun olaraq iddiaçının verdiyi vəsatətə
əsasən vəəyyən edilmişəlavə rüsum ödəmək şərti ilə, sorğu yolu ilə istənilən materialların
təqdim olunma müddəti 2 ay uzadıla bilər.

20.2. İddiaçı müddətin uzadılması barədə vəsatəti, sorğunu aldığı tarixdən 2 ay müddət bitənə
qədər təqdim etməlidir.

20.3. Verilən sorğu üzrə materialların təqdim olunma müddətinin uzadılması iləəlaqədar
qəbul olunmuş qərar barədə iddiaçıya bildiriş göndərilir.

  1. İddiaçı tərəfindən müddətin uzadılması barədə vəsatət, bu Qaydaların 20.1 və 20.2
    bəndlərinə uyğun verilmədikdə və ya ödənilən rüsum müəyyən edilmiş həcmə uyğun
    gəlmədikdə materialların təqdim olunma müddəti uzadılmır və bu barədə iddiaçıya bildiriş
    göndərilir.
  2. İddia sənədinin geri götürülməsi

21.1. Qanunun 12-ci maddəsinə uyğun olaraq iddia sənədi ona baxılmanın istənilən
mərhələsində iddiaçının xahişi ilə geri götürülə bilər.

21.2. Kollektiv nişan barəsində iddia sənədi yalnız həmin nişandan istifadə hüququ olan
birliyin bütün üzvlərinin razılığı ilə geri götürülə bilər.

21.3. İddia sənədi, iddiaçının xahişinin qəbul olunduğu barədə ona bildirişin göndərildiyi
tarixdən geri götürülmüş hesab olunur.

21.4. Geri götürülmüş iddia sənədi üzrə hüquqi əhəmiyyətli işlər aparılmır.

  1. Geri götürülmüş iddia sənədi digər iddia sənədlərinin ekspertizası zamanı nəzərə
    alınmır.
    IV fəsil
    SMPDK-DƏİDDİA SƏNƏDİNƏ BAXILMASI
  2. İddia sənədinin qeydə alınması

22.1. Qanunun 9-cu maddəsinin 13-cü hissəsinə uyğun gələn iddia sənədinin SMPDK-ya
daxil olduğu tarix ərizənin verildiyi tarix sayılır. SMPDK-ya təqdim olunan ərizə ilə iddia
sənədinə müvafiq nömrə verilir və həmin nömrəərizədə qeyd edilir. Bununla yanaşı, ərizədə
iddia sənədinin daxil olduğu tarix (tarixlə yanaşı iddia sənədinin daxil olduğu saat və dəqiqə)
qeyd edilir. Eyni vaxtda ərizənin ikinci nüsxəsində (surətində) həmin göstəricilər qeyd
olunaraq, iddiaçıya (onun patent müvəkkilinə, nümayəndəsinə) təqdim olunur.

22.2. Azərbaycan dilində tərtib olunmayan ərizə qeydə alınmır və onu təqdim edən şəxsə
qaytarılır.

  1. Qeydə alınan ərizə geri qaytarılmır.
  2. İlkin ekspertiza

23.1. İddia sənədinin ilkin ekspertizası Qanunun 9-cu maddəsinə uyğun, iddia sənədinin
SMPDK-ya daxil olduğu tarixdən 1 ay müddətində aparılır.

23.2. İddia sənədinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu,
ərizəyə qoşulan zəruri sənədlərin mövcudluğu, müəyyənləşdirilmiş tələblərə uyğunluğu, o
cümlədən aşağıdakılar yoxlanılır:
a) əmtəə nişanı kimi qeydə alınan nişan (işarə) barədəərizə;
b) iddiaçının adının və ünvanının göstərilməsi;
c) patent müvəkkilinin və ya iddiaçının adı və ünvanı;
ç) iddia sənədində qeydə alınması xahiş edilən nişanın şəkli;
d) mühafizəsi xahiş olunan əmtəələrin və xidmətlərin Nitsa təsnifatına uyğun tərtib olunmuş

müvafiq siniflər üzrə siyahısı;
e) iddia olunan nişanın təsviri (əgər SMPDK-nın sorğusu üzrə təqdim olunmuşsa);
ə) konvensiya ilkinliyi tələb olunduğu təqdirdə birinci iddia sənədinin surəti;
f) sərgi ilkinliyinin xahiş olunmasının hüquqiliyini təsdiqləyən sənəd;
g) iddia sənədinin verilməsi üçün müəyyən edilmiş rüsumun ödənildiyini təsdiqləyən sənəd;
ğ) kollektiv nişan barəsində iddia sənədi verildikdə, kollektiv nişanın nizamnaməsi;
h) nümayəndəyə verilmiş etibarnamə (nümayəndə olduqda);
x) iddia sənədinə qoşulan və Azərbaycan dilində olmayan materialların Azərbaycan dilinə
tərcüməsi;
i) bu Qaydaların 14.1, 14.2, 14.3 bəndlərinə uyğun olaraq iddia olunan əmtəə nişanındakı
elementlərin istifadəsinə dair iddiaçının hüququnun olmasını təsdiqləyən uyğun şəxslərin
yazılı razılığı və ya bu cür hüquqları təsdiqləyən müvafiq sənəd.

23.3. Bu Qaydaların 23.2 bəndinin «ə», «f», «ğ», «h», «x», «i» yarımbəndlərində göstərilən
məlumatların və ya sənədlərin iddia sənədi materiallarında olmaması və ya onların bu
Qaydaların tələblərinə uyğun gəlməməsi, iddia sənədinin baxılma üçün qəbul olunmasına və
onun daxilolma tarixinin müəyyənləşdirilməsinə mane olan hal kimi qəbul edilə bilməz.
İlkin ekspertiza nəticəsində iddia sənədi materiallarının düzgün tərtib olunmaması və ya
həmin materiallarda qeyd olunan məlumatların, sənədlərin olmaması faktı aşkar edilərsə,
iddiaçıya iddia sənədində dəqiqləşdirmələrin, düzəlişlərin aparılması üçün bildiriş göndərilir.

  1. SMPDK ilkin ekspertizanın nəticəsinəəsasən iddia sənədinin baxılmaq üçün qəbul və
    ya rədd edildiyi barədə iddiaçıya bildiriş göndərir.
  2. İddia sənədi materiallarında çatışmayan və ya düzəlişlər aparılan materiallar üzrə sorğu

24.1. Əgər ilkin ekspertiza mərhələsində iddia sənədinin bu Qaydaların tələblərinə uyğun
tərtib olunmadığıəyyən edilərsə, iddiaçıya sorğu göndərməklə zəruri sənədlərin və ya
düzgün tərtib olunmuş sənədlərin təqdim olunması bildirilir.

24.2. Sorğunun göndərilməsinə xüsusən aşağıdakılar əsas ola bilər:
sənədlərdəəyyən edilmiş rüsumun səlahiyyətli təşkilatın hesabına köçürülməsi barədə
məlumatın olmaması;
ödənilən rüsumun müəyyən edilmiş həcmə uyğun gəlməməsi;
ərizədə vəərizəyə qoşulan iddia sənədi materiallarında iddiaçının adının eyni olmaması;
əmtəələrin və xidmətlərin siyahısında uyğunsuzluqlar;
əyyən edilmiş formata uyğun nişanın (işarənin) fotoşəklinin (mətbəə ottiskinin) lazımi
miqdarda olmaması, onun şəklinin keyfiyyətinin aşağı olması;
nişanın rəngli ifadədə mühafizə olunması xahiş olunduğu halda, nişanın şəklinin ağ-qara
ifadədə təqdim olunması.

24.3. İddiaçı tərəfindən təqdim olunan məlumatlar və ya materiallar verilən sorğuya tam
cavab vermədiyi halda, iddiaçıya təkrar sorğu göndərilə bilər.

  1. İddiaçı bu Qaydaların 20-ci bəndində göstərilən müddəti pozarsa və ya ekspertizanın
    tələbinə cavab verməzsə, iddia sənədi verilməmiş sayılır və SMPDK bu barədə iddiaçıya
    bildiriş göndərir.
  2. İddia sənədinə baxılmasına dair qərarın qəbul olunması

25.1. İddia sənədi materiallarıəyyən edilmiş tələblərə uyğun gəldikdə, həmçinin verilən
sorğuya uyğun olaraq, məlumatlar və ya sənədlər iddiaçı tərəfindən vaxtında təqdim
olunmadıqda, iddia sənədinə baxılması barədə qərar qəbul olunur. Bu halda iddiaçıya, iddia
sənədinin baxılmaq üçün qəbul olunması vəəyyənləşdirilmiş ilkinlik tarixi haqqında arayış
göndərilir.

25.2. İddiaçıya cavab üçün 2 ay vaxt verilən halların hamısında, iddia sənədi üzrə
kargüzarlığın aparılma müddətinə nəzarət üçün SMPDK-dan sənədin göndərilmə tarixindən
hesablamaqla 3 ay vaxt verilir.

    1. Əmtəə nişanını qeydə almaq üçün iddia sənədinə baxılmasına dair qərarın qəbul
    2. olunması barədə arayışda aşağıdakılar öz əksini tapır: iddia sənədinin nömrəsi, iddia sənədinin daxilolma tarixi, iddiaçının adı, ünvanı (yerləşdiyi yer) və iddiaçı ölkənin kodu, ilkinlik barədə məlumat, iddia olunan nişanın (işarənin) şəkli, iddia olunan nişanın üçölçülü formada olmasına göstəriş, iddia olunan nişanın (işarənin) aid edildiyi əmtəələrin və ya xidmətlərin siyahısı, iddia olunan nişanın (işarənin) kollektiv nişana aid olub-olmaması barədə məlumat, zəruri halda rənglərin uzlaşması (kombinasiyasına) və mühafizə qabiliyyəti olmayan elementlərin əmtəə nişanının mühafizəsindən çıxarılması barədə məlumat.
  1. İddia sənədinə baxılmanın rədd olunmasına dair qərarın qəbul olunması

26.1. Ekspertizanın sorğusuna iddiaçının verdiyi cavabda zəruri məlumatlar və ya materiallar
olmadıqda, iddia sənədi baxılmaq üçün qəbul olunmur və bu barədə müvafiq qərar çıxarılır.

  1. İddia sənədinə baxılması barədə qəbul olunmuş rədd qərarında müvafiq əsaslandırmalar
    verilir.
  2. İddia olunan nişanın (işarənin) ekspertizası

27.1. Əmtəə nişanı kimi qeydə almaq üçün təqdim olunan iddia sənədinin ekspertizası ilkin
ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. İddia edilən nişanın (işarənin)
ekspertizası gedişində Qanunun 1-ci maddəsində verilmiş «əmtəə nişanı» anlayışına, 4-cü, 5ci və 6-cı maddələrində və bu Qaydaların 1-5-ci bəndlərində nəzərdə tutulmuş tələblərə
uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyənləşdirilir.
Qanunun 9-cu maddəsinə uyğun verilən iddia sənədinin surəti, ekspertizası, iddiaçının
vəsatəti əsasında və ya müəyyənləşdirilmiş dövlət rüsumları ödənildikdə 1 ay ərzində
keçirilir.

27.2. İddia olunan nişanın (işarənin) ekspertizasının aparılması zamanı, həmçinin aşağıdakılar
əyyənləşdirilir:
iddia sənədi materiallarının onlar üçün müəyyən edilmiş tələblərə (iddia sənədinin tərkibi,
tərtibi və onlara qoşulan sənədlərə qoyulan tələblərə) uyğunluğu;
əmtəələrin və xidmətlərin siyahısının düzgün tərtibi və onların Nitsa təsnifatına uyğun
qruplaşdırılması;
ilkin ekspertiza aparılması zamanı ilkinlik müəyyən edilməmişsə, Qanunun 10-cu maddəsinə
uyğun ilkinliyin təyini.

  1. İddia edilən nişan üzrə ekspertizanın nəticəsi əsasında rədd qərarı qəbul etməzdən əvvəl
    iddiaçıya bu barədə müvafiq bildiriş göndərilir. İddiaçı ekspertizanın nəticəsi ilə
    razılaşmadıqda, bildiriş aldığı tarixdən 2 (iki) ay ərzində öz dəlillərini ekspertizanı aparan
    tərəfə təqdim edə bilər.
  2. Əmtəələrin və xidmətlərin siyahısının yoxlanılması

28.1. Əmtəələrin və xidmətlərin siyahısını yoxlayarkən müəyyən edilir:
Nitsa təsnifatının bu və ya digər sinifləri üzrəəmtəələri və ya xidmətləri işarələmək üçün
iddiaçının əmtəələrdə və ya xidmətlərdə istifadə etdiyi terminlərin eyniləşdirilməsi
mümkünlüyü;
Nitsa təsnifatının sinifləri üzrəəmtəələrin və ya xidmətlərin iddiaçı tərəfindən
qruplaşdırılmasının düzgünlüyü.

28.2. Ekspertiza, əmtəələrin və ya xidmətlərin iddiaçı tərəfindən verilən redaksiyasında
dəqiqləşdirmələrin aparılmasını lazım bildikdə, iddiaçıya dəqiqləşdirmələrin yerinə
yetirilməsi üçün sorğu göndərir.
İddiaçının verdiyi əmtəələrin və ya xidmətlərin siyahısında dəqiqləşdirmə işini ekspertiza da
həyata keçirə bilər. İddiaçının redaksiyasında aparılan bu cür dəqiqləşdirmələr barədə ona
bildiriş göndərilir.

28.3. Əmtəələrə və ya xidmətlərə görə iddiaçı tərəfindən göstərilən siniflərin sayı onların
ekspertizası üçün ödənilən rüsumla uyğunluq təşkil etmədikdə, yəni ödənilən rüsum siniflərin
sayına görə az olduqda, rüsumun çatmayan hissəsinin ödənilməsinin zəruriliyi barədə

iddiaçıya bildiriş göndərilir. Bildirişdə iddiaçıya ödənilən rüsumun iddia olunan nişanının Nitsa təsnifatının siniflərinin sayına uyğunlaşdırılması (rüsumun qalan hissəsinin ödənilməsi və ya siniflərin sayının azaldılması) təklif olunur.

  1. İddiaçı rüsumun çatmayan hissəsinin ödənilməsindən və ya siniflərin sayının ödənilən
    rüsuma uyğun azaldılmasından imtina etdiyi halda, əmtəə nişanı kimi qeydə alınması üçün
    iddia olunan işarənin aid edildiyi və ödənilən rüsumun miqdarının uyğun gəldiyi siniflər üzrə
    ekspertiza aparılır.
  2. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması

29.1. Mütləq əsaslar üzrə qeydiyyata etiraz üçün iddia olunan nişan (işarə) yoxlanılan zaman,
onun bu Qaydaların 4-cü bəndində göstərilən nişandan (işarədən) ibarət olub-olmaması və ya
həmin nişanı (işarəni) özünə daxil etməsi müəyyənləşdirilir.
İddia olunan nişan (işarə) yalnız bu Qaydaların 4-cü bəndində göstərilən nişandan (işarədən)
ibarət olarsa, onun əmtəə nişanı kimi qeydə alınmasına yol verilə bilməz.

29.2. İddia olunan nişan (işarə) bu Qaydaların 4-cü bəndində göstərilən və təkcə mühafizə
olunmayan nişandan (işarədən) yox, heç olmasa aşağıda göstərilənlərdən birini özünə daxil
etdiyi halda, aşağıdakılar müəyyənləşdirilir:
iddia olunan nişan (işarə) bu Qaydaların 4-cü bəndinin «f», «d» yarımbəndlərində göstərilən
nişandan (işarədən) ibarət olduğu halda, müvafiq səlahiyyətli orqanın razılığı. iddia olunan
nişan (işarə) bu Qaydaların 4-cü bəndinin «a», «b», «e» yarımbəndlərində göstərilən nişandan
(işarədən) ibarət olduğu halda, əmtəə nişanında bu nişanın (işarənin) əsas (üstün) yer tutması.
İddia olunan nişandan yuxarıda qeyd edilən nişanın (işarənin) mühafizə olunmayan element
kimi əsas yer tutmasıəyyənləşdirilərkən onun mənası və ya fəza vəziyyəti nəzərə alınır.

29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir.
İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o,
aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür
yaradır.

29.4. Eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir:
a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır;
b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən
edilir;
c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar
əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir.

29.5. Qarışdırılacaq dərəcədə eyni və oxşar olan nişanlar üzrə məlumat axtarışı, Qanunun 6-cı
maddəsinə və bu Qaydaların 5-ci bəndinə uyğun olaraq aşağıda göstərilən nişanlar üzrə
aparılır:
a) Azərbaycan Respublikasında qeydə alınan və ekspertizası aparılan əmtəə nişanına nəzərən,
daha əvvəl ilkinliyə malik olan əmtəə nişanları və ya Azərbaycan Respublikasında həmcins
əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə başqa şəxsin adına qeydə alınmaq üçün
iddia olunan nişanlar. Bu zaman Qanunun 31-ci maddəsinə uyğun qeydiyyatı ləğv olunan
əmtəə nişanları və Qanunun 12-ci maddəsinə uyğun olaraq qeydə almaq üçün verilməmiş
sayılan iddia sənədləri nəzərə alınmır;
b) Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında geniş tanınmışəmtəə
nişanları;
c) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar
əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi
əyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə
qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik
tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə
başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə
qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları;

ç) nişanların beynəlxalq qeydiyyatına dair Madrid Sazişinə uyğun olaraq, onların beynəlxalq
qeydiyyatı əsasında Azərbaycan Respublikasında mühafizə olunan əmtəə nişanları;
d) coğrafi göstəricidən istifadə hüququnu əldə edən şəxsin adına qeydə alınmışəmtəə nişanına
mühafizəsiz element kimi daxil olan hallar istisna olmaqla, Qanuna uyğun mühafizə olunan
coğrafi göstəricilər;
e) qeydə alınmış sertifikat nişanları.

29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması

29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığınıəyyən etmək üçün onlar
müqayisə edilir:
a) sözlərdən ibarət nişanlarla (işarələrlə);
b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri)
ilə.
Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna
ifadəli (semantik) ola bilər:

29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərləəyyən edilir:
a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu;
b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı;
c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi;
ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu;
d) işarədə olan hecaların miqdarı;
e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstəşdüyü yer;
ə) kar və cingiltili tərkibin yaxınlığı;
f) nişanın (işarənin) üst-üstəşən hissələrinin xarakteri;
g) bir nişandan (işarədən) digərinə daxil olma;
ğ) vurğu.

29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir:
a) ümumi görünüşlü (müşahidə) təəssüratı;
b) şriftin növü;
c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər,
böyük və ya sətri hərflər);
ç) hərflərin biri-birinə nəzərən yerləşməsi;
d) hərflərlə yazılmış sözlərin əlifbası;
e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası).

29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir:
a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini
tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstəşməsi;
b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinəşən, müstəqil əhəmiyyətə malik
məntiqi vurğuların üst-üstəşməsi;
c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri.

29.6.5. Bu Qaydaların 29.6.1-29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə
də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər.

29.7.1. Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığınıəyyən etmək üçün
onlar aşağıdakılarla müqayisə olunur:
a) təsviri nişanlarla (işarələrlə);
b) həcmi nişanlarla (işarələrlə);
c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət
kombinasiyalı nişanlarla (işarələrlə).

29.7.2. Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərləəyyən edilir:
a) xarici forma;
b) simmetriyanın mövcud olması və ya olmaması;

c) nişanın (işarənin) mənası;
ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.);
d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması.

29.7.3. Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də
müxtəlif birləşmələrdə nəzərə alına bilər.

29.8.1. Kombinasiyalı nişanın (işarənin) oxşarlığınıəyyən etmək üçün onlar aşağıdakılarla
müqayisə edilirlər:
a) kombinasiyalı birləşmələrlə;
b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların
(işarələrin) görünüşü ilə.

29.8.2. Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1

29.6.5 və 29.7.1-29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin
əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması
tətbiq olunur.

29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmalarıəyyən edilərkən, bu
əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda
yarana biləcək təsəvvürlər nəzərə alınır.

  1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmasıəyyən edilərkən, xüsusən
    əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin
    hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri,
    istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır.
  2. Əmtəə nişanının ilkinliyinin təyini

30.1. Əmtəə nişanının ilkinliyi Qanunun 10-cu maddəsinə uyğun olaraq, bu Qaydaların 6-14cü bəndlərində və Qanunun 9-cu maddəsindəəyyən edilən şərtlərin yerinə yetirildiyi halda
iddia sənədinin SMPDK-ya daxil olduğu tarixdən müəyyən edilir.

30.2. Bu Qaydaların 13.2-ci bəndinə uyğun olaraq konvensiya ilkinliyi xahiş olunarsa,
aşağıdakılar yoxlanılır:
Paris Konvensiyasının iştirakçısı olan dövlətlərə iddiaçının verdiyi birinci iddia sənədinin
surəti. Həmin sənədin surəti iddia sənədi ilə birlikdə SMPDK-ya verilmədikdə, o, iddia
sənədinin SMPDK-ya daxil olduğu tarixdən 3 ay ərzində təqdim olunmalıdır;
konvensiya ilkinliyi xahiş olunan iddia sənədi SMPDK-ya verilərkən, birinci iddia sənədinin
verildiyi tarixdən hesablamaqla, konvensiya ilkinliyindən istifadə üçün müəyyən edilmiş 6 ay
müddət şərtinə iddiaçının riayət etməsi;
ərizənin SMPDK-ya verildiyi tarixdən 2 ay müddətində konvensiya ilkinliyinin xahiş
olunması barədə vəsatətin təqdim olunması;
iddia olunan işarənin şamil edildiyi əmtəələrin və xidmətlərin birinci iddia sənədi ilə
uyğunluq təşkil etməsi (bu zaman birinci iddia sənədində olan əmtəələrin və xidmətlərin
hamısının iddia olunan işarədə olmaması məqbul hesab edilir);
ilkinliyin xahiş olunması üçün müəyyən edilən rüsumun ödənilməsinə dair sənədin
mövcudluğu. Əgər bir neçə ilkinlik xahiş olunarsa, xahiş olunan hər bir ilkinlik üçün uyğun
rüsum ödənilir.

30.3. Qanunun 10-cu maddəsinə uyğun olaraq sərgi ilkinliyi xahiş olunarsa, aşağıdakılar
yoxlanılır:
sərgi ilkinliyini təsdiqləyən sənədin mövcud olması və onun bu Qaydaların 13.2-ci bəndinin
tələblərinə uyğunluğu;
sərgi ilkinliyi xahiş olunan iddia sənədi SMPDK-ya verilərkən, sərgidə eksponatın açıq
nümayişi tarixindən hesablamaqla, sərgi ilkinliyindən istifadə üçün müəyyən edilmiş 6 ay
müddət şərtinə, iddiaçının riayət etməsi;
sərgi ilkinliyinin təyin edilməsi üçün iddia sənədinin SMPDK-ya daxil olduğu tarixdən 3 ay
ərzində vəsatətin verilməsi;

iddia olunan nişanın (işarənin), sərgidə nümayiş etdirilən və sərgi ilkinliyi olan nişanla (işarə ilə), onun şamil edildiyi əmtəələr və xidmətlərlə uyğunluq təşkil etməsi; ilkinlikdən tələb olunması üçün müəyyən edilən rüsumun ödənilməsinə dair sənədin mövcudluğu. Əgər bir neçə ilkinlik xahiş olunarsa, xahiş olunan hər bir ilkinlik üçün uyğun rüsum ödənilir.

  1. İddiaçı tərəfindən bu Qaydaların 30.2 və 30.3 bəndlərində göstərilən tələblərin hər hansı
    biri yerinə yetirilmədiyi halda, əmtəə nişanının ilkinliyi bu Qaydaların 30.1 bəndinə uyğun
    əyyən edilir.
  2. Əlavə materialların yoxlanması

31.1. SMPDK-nın sorğusu üzrə iddiaçı əlavə materialları Qanunun 11-ci maddəsində və bu
Qaydaların 19.2 yarımbəndində və 20-ci bəndindəəyyən edilmiş müddət ərzində təqdim
etməlidir.
Əgər iddiaçıəyyən edilmiş müddəti pozarsa və həmin müddətin uzadılması üçün vəsatət
təqdim etməzsə və ya sorğuya (bildirişə) cavab verməzsə, iddia sənədi verilməmiş sayılır və
bu barədə iddiaçıya bildiriş göndərilir.

31.2. İddiaçının şəxsi təşəbbüsü və ya SMPDK-nın sorğusu ilə təqdim olunan və baxılmaq
üçün qəbul olunan əlavə materialların iddia sənədinin mahiyyətini dəyişməməsi yoxlanılır.

31.3. İddia olunmuş və SMPDK tərəfindən qəbul olunmuş nişanın mahiyyətinə toxunan
dəyişiklikləri özündəəks etdirən əlavə materiallar iddia sənədinin mahiyyətini dəyişən hesab
edilir. Bu cür dəyişikliklərə xüsusən aid edilir:
yazılı və ya əsas təsviri elementlərin iddia olunan işarəyə daxil edilməsi və ya ondan
çıxarılması;
yazılı elementlərdə fonetik və ya mənaca olunan dəyişikliklər;
əsas təsviri elementlərdə qrafik və ya yazılı dəyişikliklər.

  1. Əlavə materiallar iddia sənədinin mahiyyətini dəyişən hesab edildiyi halda, həmin iddia
    sənədinin qeydə alınması və ya onun qeydə almaqdan imtina edilməsi barədə müvafiq qərar
    qəbul etməzdən əvvəl iddiaçıya bildiriş göndərilir. Bildirişdə müvafiq qərarın qəbul
    olunmasına əsas verən şərtlər qeyd edilir.
    Başqa məlumatlar ekspertizanın aparılması zamanı nəzərə alınır.
  2. Qeydə almaqdan imtina qərarı

32.1. Qanunun 14-cü maddəsinə uyğun olaraq, iddia edilən nişanın ekspertizası nəticəsində bu
Qaydaların 4-cü və 5-ci bəndlərinin tələblərindən hətta hər hansı birinə uyğun gəlmədiyi
əyyən edilərsə, onu qeydə almaqdan imtinaya dair qərar qəbul olunur və bu barədə
iddiaçıya 10 gün ərzində bildiriş göndərilir.

  1. Əmtəə nişanını qeydə almaqdan imtina qərarı qəbul olunarkən, ona əsas verən hallar
    ıqlanır və zəruri halda müvafiq informasiya mənbələrinə istinad verilir.
  2. İddia sənədi barəsində ekspertizanın qərarından şikayət verilməsi

33.1. Qanunun 15-ci maddəsinə uyğun olaraq, iddiaçı iddia olunmuş nişanın ilkin ekspertizası
və ya ekspertizası nəticəsində qəbul olunmuş qərarla razılaşmadıqda, 3 ay müddətində
Apellyasiya şurasına şikayət verə bilər.
Əmtəə nişanının qeydiyyat tarixinə qədər həmcins əmtəələr və ya xidmətlərlə eyni, yaxud
onlarla qarışdırılacaq dərəcədə oxşar və başqa şəxsə aid olan əmtəə nişanına dair iddia sənədi,
Qanunun 10-cu maddəsinə uyğun olaraq, daha əvvəl ilkinliklə SMPDK-ya daxil olduğu
halda, onun qeydiyyatına yenidən baxıla bilər.

33.2. Apellyasiya şurası etiraza, daxil olduğu tarixdən 3 ay ərzində baxır.

33.3. Qanunun 6-cı maddəsinin birinci hissəsinin "a" və "b" bəndlərinə uyğun olaraq oxşar
əmtəə nişanının sahibinin razılıq məktubu və ya başqa razılaşma sənədi əmtəə nişanının
ekspertizası mərhələsində, ekspertiza nəticəsində rədd qərarı qəbul edildikdə isə Apellyasiya
şurasında nəzərə alına bilər.

    1. İddiaçı Apellyasiya şurasının qərarını aldığı tarixdən 3 ay ərzində, həmin qərardan
    2. məhkəmə qaydasında şikayət verə bilər.
  1. Ötürülən müddətin bərpası

34.1. Qanunun 16-cı maddəsinə uyğun olaraq, Apellyasiya şurasına etirazın verilmə müddəti iddiaçı tərəfindən ötürüldükdə, həmin müddət iddiaçının əsaslandırılmış vəsatətinəəsasən və əlavə dövlət rüsumu ödəmək şərtilə SMPDK tərəfindən əlavə olaraq 6 ay keçənədək bərpa edilə bilər.

  1. Ötürülən müddətin bərpasına dair əsaslandırılmış vəsatətlə birgə ekspertizanın tələblərinə uyğun tərtib olunmuş zəruri sənədlər və ötürülmüş müddət üçün müəyyən edilmiş rüsumun ödənildiyini təsdiqləyən sənəd təqdim olunmalıdır. Həmin sənədlər təqdim edilmədikdə vəsatət verilməmiş sayılır.
  2. Əmtəə nişanının qeydə alınması

35.1 Qeydə alınması haqqında qərar qəbul edildikdə, iddiaçı 2 ay ərzində dövlət rüsumu ödədikdən sonra əmtəə nişanları qeydə alınır, onlara dair məlumat dərc edilir və şəhadətnamə verilir. İddiaçıəyyən edilən müddət ərzində dövlət rüsumunu ödəmədikdə, əlavə dövlət rüsumu ödəmək şərtilə, ona əlavə olaraq 4 (dörd) ay möhlət verilir. Bu şərtlər yerinə yetirilmədiyi halda, ekspertizanın qərarı ləğv edilmiş sayılır və iddia sənədi geri çağırılmış hesab edilir. Qanunun 17-ci maddəsinə uyğun olaraq, ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən 1 ay ərzində SMPDK əmtəə nişanını reyestrdə qeydə alır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 193)
  2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2004-cü il tarixli 124 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 9, maddə 742)
  3. 2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 5, maddə 463)
  4. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 01, maddə 32)
  5. 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏƏLAVƏLƏRİN SİYAHISI

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 01, maddə 32) ilə 6-cı, 8ci, 11-ci, 13.2-ci, 13.3-cü bəndlərində, III fəslin adında, 15.1-ci, 15.2-ci, 15.3-cü, 15.6-cı, 15.7-ci, 16-cı, 16.1-ci, 16.3-cü, 17.1-ci, 17.2-ci, 17.3-cü, 17.4-cü, 17.6-cı bəndlərində, IV fəslin adında, 22.1-ci, 23.1-ci, 23.2-ci, 23.4-cü, 24.4-cü, 25.2-ci, 30.1-ci, 30.2-ci, 30.3-cü, 31.1-ci, 31.2-ci, 31.3-cü, 34.1-ci və 35.1-ci bəndlərində "SMPDA" ifadəsi "SMPDK" ifadəsi iləəvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-ci il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, 3, maddə 193) ilə "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nda "Qısaldılan ifadələr" hissəsində "SMPDA - "Dövlət Elm və Texnika Komitəsi" sözləri "SMPDA - "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri iləəvəz edilmişdir. Bu qərarla həmçinin "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 6-cı, 8-ci, 11ci, 13.2-ci, 13.3-cü bəndlərində, III fəslinin adında, 15.1-ci, 15.2-ci, 15.3-cü, 15.6-cı, 15.7-ci, 16-cı, 16.1-ci, 16.3-cü, 17.1-ci, 17.2-ci, 17.3-cü, 17.4-cü, 17.6-cı bəndlərində, IV fəslinin adında, 22.1-ci, 23.1-ci, 23.2-ci, 23.4-cü, 24.4-cü, 25.2-ci, 30.1-ci, 30.2-ci, 30.3-cü, 31.1-ci, 31.2-ci, 31.3-cü, 34.1-ci və 35.1-ci bəndlərində "DETK" qısaldılmış ifadəsi "SMPDA" qısaldılmış ifadəsi iləəvəz edilmişdir. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 01, maddə 32) ilə "SMPDA - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri "SMPDK - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözləri iləəvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə 5-ci bənd üzrə birinci hissənin "ç" yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 5, maddə 463) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 5-ci bəndinin on ikinci abzasında "Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin" sözləri "Mədəniyyət və Turizm Nazirliyinin" sözləri iləəvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə 5-ci bənd üzrə dördüncü hissəyə "ç" yarımbəndi əlavə edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə 6-cı bəndin beşinci abzasında "iddia sənədini SMPDK-ya yalnız patent müvəkkili vasitəsi ilə verirlər" sözləri "SMPDK ilə hüquqi əhəmiyyətli işləri yalnız patent müvəkkilləri vasitəsilə aparırlar" sözləri iləəvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə 7-ci bənd üzrə dördüncü abzasda "və" sözündən sonra "ya" sözü əlavə edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə 7-ci bənd üzrə on birinci abzasda "xidmətlərin siyahısı," sözlərindən sonra "onların" sözü əlavə edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-ci il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, 3, maddə 193) ilə "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 12.1-ci bəndində "50x50 mm" sözləri "80x80 mm" sözləri iləəvəz edilmişdir.

2 may 2006-cı il tarixli 119 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 5, maddə 463) ilə 14.3-cü yarımbəndinin ikinci abzasında "Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və

Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi" sözləri "Mədəniyyət və Turizm
Nazirliyi" sözləri iləəvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə
27.3-cü bənd əlavə edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə
29.5-ci bəndin "c" yarımbəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə
33.1-ci, 33.2-ci, 33.3-cü, 34.1-ci bəndlərdə və 35.1-ci bəndin ikinci abzasında ismin müvafiq
hallarında "Apellyasiya komissiyası" sözləri ismin müvafiq hallarında "Apellyasiya şurası"
sözləri iləəvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə
33-cü bənd üzrə 33.1-ci bəndin ikinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Əmtəə nişanının qeydə alınması barədə qərara Qanunun 10-cu maddəsinə uyğun olaraq
yenidən baxıla bilər.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə
33-cü bənd üzrə 33.2-ci bənddə "2" rəqəmi "3" rəqəmi iləəvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə
33.3-cü bənd əlavə edilmişdir və 33.3-cü bənd müvafiq olaraq 33.4-cü bənd hesab edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə
34.1-ci bənddə "əsasən" sözündən sonra "vəəlavə dövlət rüsumu ödəmək şərtilə" sözləri,
ikinci halda "tərəfindən" sözündən sonra "əlavə olaraq" sözləri əlavə edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-ci il tarixli 27 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-ci il, 3, maddə 193) ilə
"Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası
Qaydaları"nda "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və
ekspertizası Qaydaları"nın 35.1-ci bəndinin birinci abzası yeni redaksiyada verilmişdi.
Əvvəlki redaksiyada deyilirdi:

35.1. İddiaçı əmtəə nişanının qeydə alınması, ona dair məlumatın dərci və şəhadətnamənin verilməsi barədə bildiriş aldığı tarixdən 2 ay ərzində dövlət rüsumu ödəməlidir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə 35.1-ci bəndin birinci abzasında "iddiaçı" sözündən sonra "2 ay ərzində" sözləri əlavə edilmişdir və həmin abzasa ikinci və üçüncü cümlələr əlavə edilmişdir.