ʺİxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydalarıʺnın
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİNQƏRARI
ʺPatent haqqındaʺ Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədəʺ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaʺ Azərbaycan Respublikası Prezidentinin 2009‐cu il 21 dekabr tarixli, 190 nömrəli Fərmanının 1.3‐cü bəndinin icrasını təmin etməkməqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. ʺİxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydalarıʺ təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bakı şəhəri, 12 aprel 2010‐cu il № 63
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010‐cu il 12 aprel tarixli, 63 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR
İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması QAYDALARI
1.1. Bu Qaydalar ʺPatent haqqındaʺ Azərbaycan Respublikası Qanununun 10‐cu maddəsinin 5‐ci bəndinə uyğun olaraq hazırlanmışdır və ixtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması qaydalarını tənzimləyir.
1.2. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması xüsusən farmakologiya və aqrokimya sahələrinə aiddir.
2.1. İxtira patentinin predmeti qanunvericiliyə uyğun olaraq inzibati prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, patent sahibinin vəsatəti əsasında patentin qüvvədə olma müddəti uzadıla bilər. İxtira patentinin qüvvədə olma müddəti patentin müvafiq inzibati prosedurlardan keçməsi üçün sərf olunan müddətə, lakin 5 (beş) ildən artıq olmamaq şərtilə uzadıla bilər.
Sərf olunan müddətə ixtiraya dair iddia sənədinin verildiyi tarixdən patent alınmasına qədər olan müddət daxil olduğu halda, həmin müddətsərf olunan müddətdən çıxılır. Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5 (beş) ildən artıq olmamaq şərtilə uzadıla bilər.
2.2. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması üçün vəsatət patentin qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (bundan sonra — Komitə)təqdim edilir.
2.3. Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması barədə vəsatət patentin qüvvədə olma müddətinin sonuncu ilinin bitdiyi tarixə 6 (altı) ay qalmış və ya patentin qüvvədə saxlanması üçün dövlət rüsumunun ödənilməsinə görə müəyyən edilmiş müddətdən 12 (on iki) aylıq möhlət müddəti keçənədək Komitəyə təqdim olunur.
2.4. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması üçün hər ilə görə qanunvericiliklə müəyyən edilənməbləğdə müvafiq dövlət rüsumu ödənilir.
Patentlərin qüvvədə saxlanılması üçün müəyyən edilən illik dövlət rüsumu hər il üzrə ödənilmədikdə, ixtira və ya sənaye nümunəsi patentləri qüvvədən düşmüş hesab edilir.
2.5. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması üzrə işlərin aparılması bilavasitə patent sahibinin və ya patent müvəkkilinin vasitəsilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
2.6. Vəsatət verilən tarixə kimi bu Qaydalarla müəyyən edilənişlərin yerinə yetirilməsinə dair səlahiyyətlərin patent müvəkkilinə verilməsi əvvəl verilən etibarnamədə göstərilmədikdə, patent müvəkkili Komitəyə yeni etibarnamə təqdim edir.
3.1. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması üçün aşağıdakı sənədlər təqdim olunur: ixtira patentinin sahibi və ya onun patent müvəkkili tərəfindən verilənvəsatət (1 nömrəli əlavə); ixtira patentinin predmetinin müvafiq inzibati prosedurlardan keçməsinə sərf olunan
müddəti təsdiq edənsənədin surəti; etibarnamə (zərurət olduqda).
3.2. Patentin qüvvədə olma müddətinin uzadılmasına dair vəsatətə qoşulan sənədlər ixtira düsturunda göstərilən obyekti aşkar etməyə imkan vermədiyi halda, patent sahibi əlavə sənədlərtəqdim edir.
3.3. Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması üçün aşağıdakı sənədlərtəqdim olunur: sənaye nümunəsi patentinin sahibi və ya onun patent müvəkkili tərəfindən verilənvəsatət
(2 nömrəli əlavə); etibarnamə (zərurət olduqda).
3.4. Vəsatət patent sahibi və ya patent müvəkkili tərəfindən imzalanır. Patent sahibi hüquqi şəxs olduqda, vəsatəttəşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyəti olan şəxs tərəfindən imzalanır. Vəsatətdə imza edən şəxsin soyadı, adı və vəzifəsi göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq olunur.
Patent sahibi fiziki şəxs olduqda, onun və ya patent müvəkkilinin imzası notariat qaydasında təsdiq edilir.
4.1. Vəsatət Azərbaycan dilində təqdim edilir. Digərsənədlər Azərbaycan dilində və başqa dillərdə verilə bilər. Başqa dillərdə verilənsənədin Azərbaycan dilində tərcüməsi (notarial qaydada təsdiq olunmuş) ərizənin verildiyi tarixdən 2 (iki) ay müddətində təqdim edilməlidir.
4.2. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması barədə Komitəyə daxil olan sənədlər 10 (on) gün müddətində araşdırılır. Patentlərin qüvvədə olma müddətinin uzadılması mümkün hesab edildiyi halda, qərar qəbul olunur, bu barədə məlumat müvafiq Dövlət reyestrinə daxil edilir və vəsatəti verən fiziki və ya hüquqi şəxsə göndərilir. Bu barədə məlumatlar Komitənin rəsmi bülletenində dərc olunur.
4.3. Komitəyə təqdim olunan sənədlər üzrə iradlar olduğu halda, bu barədə vəsatət verən şəxsə bildiriş göndərilir. Vəsatəti verən şəxs bildirişi aldığı tarixdən 2 (iki) ay müddətində lazımi düzəlişlər edilmiş və ya çatışmayan sənədləri yenidən Komitəyə təqdim etməlidir. Lazımi düzəlişlər edilmiş və ya bu Qaydaların 3‐cü bəndinə uyğun çatışmayan sənədlər müəyyən edilmiş müddət ərzində üzrsüz səbəbdəntəqdim edilmədikdə,vəsatət verilməmiş hesab olunur.
ʺİxtira və sənaye nümunəsi patentin qüvvədə olma müddətinin uzadılma Qaydalarıʺna 1 nömrəli ƏLAVƏ
Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinə
AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi,
(patent sahibinin soyadı, adı və ya hüquqi şəxsin tam adı)
(patent sahibinin və ya onun patent müvəkkilinin ünvanı)
İxtira patentinin qüvvədə olma müddətinin uzadılması barədə
___________________________________________________________ adlı ixtiranın
(ixtiranın adı)
_________________________________________________________ obyektinə aid olan
(obyektin adı)
ixtira düsturunun ____________________________________________ bəndinə dair
(ixtira düsturundakı bənd)
_______________________ nömrəli patentin qüvvədə olma müddətinin «______» il
(patentin nömrəsi)
tarixinədək uzadılmasını xahiş edirik.
Qoşma _________ vərəq:
İxtira patentinin predmetinin müvafiq inzibati prosedurlardan keçməsinə sərf olunan müddəti
təsdiq edənsənədin surəti
Etibarnamə (zərurət olduqda)
Patent sahibi:
Hüquqi (fiziki) şəxsin adından imza edən şəxsin soyadı, adı, atasının adı
(imza, tarix)
M.Y.
və ya onun patent müvəkkilinin soyadı, adı, atasının adı __________________
(imza, tarix)
ʺİxtira və sənaye nümunəsi patentin
qüvvədə olma müddətinin uzadılma Qaydalarıʺna
2 nömrəli ƏLAVƏ
Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinə
AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi,
(patent sahibinin soyadı, adı və ya hüquqi şəxsin tam adı)
(patent sahibinin və ya onun patent müvəkkilinin ünvanı)
Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması barədə
_______________________________________________ adlı sənaye nümunəsinə dair
(sənaye nümunəsinin adı)
________________________ nömrəli patentin qüvvədə olma müddətinin «_____» il
(patentin nömrəsi)
tarixinədək uzadılmasını xahiş edirik.
Qoşma ______ vərəq:
Etibarnamə (zərurət olduqda)
Patent sahibi:
Hüquqi (fiziki) şəxsin adından imza edən şəxsin soyadı, adı, atasının adı
(imza, tarix)
M.Y.
və ya onun patent müvəkkilinin soyadı, adı, atasının adı __________________
(imza, tarix)