关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 工业品外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 工业品外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 与产权组织合作 问责制 专利 商标 工业品外观设计 地理标志 版权 商业秘密 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 遗传资源、传统知识和传统文化表现形式 经济学 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 前沿技术 移动应用 体育 旅游 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 COVID-19支持 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 职位空缺 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决书 按司法管辖区搜索

阿塞拜疆

AZ062

返回

İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün iddia sənədinə daxil olan material və sənədlərin forma və məzmununa dair Təlimat

 İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün iddia sənədinə Təlimat

Dövlət qeydiyyatına alınmışdır: Təsdiq edirəm:

Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Müəllif Hüquqları Agentliyi

Qeydiyyat № ___ Əmr № 47

“17” may 2004-cü il “ 12 ” may 2004-cü il

Nazir F.F.Məmmədov Sədr K.S.İmanov

İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün iddia sənədinə daxil olan material və sənədlərin forma və məzmununa dair

TƏLİMAT

1.Ümumi müddəalar

1.1. Bu təlimat “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa və “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlələr barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 mart tarixli 36 nömrəli qərarına uyğun olaraq hazırlanmışdır və inteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün iddia sənədinə daxil olan material və sənədlərin forma və məzmununa dair qaydaları müəyyən edir.

1.2. Topologiya onun qorunduğu müddətdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində (bundan sonra, bu mətndə “Agentlik”) könüllü olaraq dövlət qeydiyyatından keçirilə bilər.

1.3 Hüquqi qorunma orijinal topologiyalara şamil olunur və Agentlik yalnız orijinal topologiyaları qeydiyyatdan keçirir.

2. Topologiyanın qeydiyyatı üçün iddia sənədinə daxil olan material və sənədlərin forma və məzmununa dair tələblər

2.1. Topologiyanın dövlət qeydiyyatı üçün iddia sənədi-topologiyanın qeydiyyatı barədə müvafiq sənədlər toplusudur.

2.2. İddia sənədinə aşağıdakılar daxildir: - ərizə;

- inteqral sxem topologiyasını eyniləşdirən materialların ifadə formasından biri (rəsm, çertyoj, foto, topologiyanın özü referatla birlikdə);

- dövlət rüsumunun ödənilməsi barədə qəbz; - iddia sənədi təmsilçi tərəfindən təqdim edildiyi halda, onun səlahiyyətini təsdiq

edən sənəd. 2.3. Əgər iddia sənədinə başqa dildə sənəd qoşulmuşdursa, onda həmin sənədin

Azərbaycan dilinə tərcümə olunmuş və müvafiq qaydada təsdiqlənmiş variantı da əlavə edilməlidir.

2.4. Topologiyanın müəllifi, topologiyaya müstəsna hüquq sahibi, yaxud onların nümayəndələri (Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri olan hüquq sahibləri; topologiyanın hüquq sahibləri olan və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrə əsasən başqa dövlətlərin fiziki və hüquqi şəxsləri; bu bənddə göstərilən şəxslərin varisləri, müqavilə ilə müstəsna əmlak hüququnu almış şəxslər və ya onların rəsmi nümayəndələri) topologiyanı qeydiyyatdan keçirə bilərlər.

2.5. İnteqral sxem topologiyalarının qeydiyyatı üçün ərizə Agentlik tətərəfindən müəyyən olunmuş forma üzrə doldurulur və topologiyanın qeydiyyatına aid olan bütün zəruri məlumatları özündə əks etdirir (Əlavə 1).

Əgər hər hansı məlumatı “Ərizə”nin müvafiq qrafasında yerləşdirmək mümkün deyildirsə, onda bu məlumatlar həmin forma üzrə ərizənin müvafiq qrafalarında “bax, əlavə vərəqdə” sözləri qeyd olunmaqla əlavə vərəqdə yerləşdirilir.

2.6. “Ərizə” sözünün üstündə yerləşən qrafalar sənəd Agentliyə daxil olandan sonra rekvizitlərin qeyd edilməsi üçün nəzərdə tutulmuşdur və iddiaçı tərəfindən doldurulmur.

2.7. Ərizənin “İnteqral sxem topologiyasınin adı” qrafasında ərizəyə qoşulmuş topoligiyanı eyniləşdirən sənədlərə uyğun olaraq onun tam və dəqiq adı göstərilir.

2.8. “Müstəsna hüquq sahibi” qrafasında hüquq sahibinin adı (fiziki şəxs olduğu halda soyadı, adı və atasının adı), ünvanı və digər zəruri rekvizitlər tam göstərilməlidir. Hüquq sahibi topologiyanın müəllifi olmadığı təqdirdə, hüquqların tam keçməsi haqqında sənədin adı, nömrəsi, tarixi və onu təsdiq edən təşkilat haqqında məlumat verilməlidir.

2.9. “Müəllif(lər)” qrafasında müəllif(lər)in soyadı, adı və atasının adı, doğulduğu il, ünvanı, iş yeri və s. göstərilməlidir.

Əgər müəlliflər bir neçə nəfərdirsə, onların hər biri haqqında məlumatlar göstərilməlidir.

2.10. “Yazışma üçün ünvan” qrafasında iddiaçının ünvanı, soyadı, adı, atasının adı, telefon və faks nömrələri, elektron ünvanı (əgər varsa) göstərilir. (Müəllif müstəsna hüquq sahibi olmadığı halda, onun rekvizitləri ayrıca göstərilir).

2.11. “Əgər topologiyadan istifadə edilibsə, istifadə olunduğu ilk tarix və yer” qrafasında topologiyanın, yaxud bu topologiyaya əsaslanan inteqral sxemin ilkin istifadə tarixi (gün, ay, il), qeydiyyata alındığı tarix (gün, ay, il) və təsərrüfat dövriyyəsinə buraxıldığı ölkənin adı göstərilir.

Topologiyadan istifadəyə müstəsna hüququn fəaliyyət müddətinin başlandığı bu tarixlərdən ən əvvəlincisi ilə müəyyən olunur.

2.12. “Ərizəyə qoşulan topologiyanı eyniləşdirən və depozitə götürülən materiallar (rəsm, çertyoj, foto, inteqral sxem özü referatla birlikdə)” qrafasında

ərizəçi tərəfindən qeydiyyat üçün təqdim edilən topologiyanın forması göstərilir. 2.13. “Ərizəyə əlavə edilən sənədlər” qrafası müvafiq xanalarda “X” işarəsi

qoyulmaqla doldurulur. 2.14. İki və daha artıq iddiaçı tərəfindən qeydiyyat üçün sənəd təqdim edilərkən,

ərizə blankı onların hər biri tərəfindən imzalanır, yazışma isə onların vəkil etdikləri şəxslə ərizənin mövcud qrafasında göstərilən ünvanla aparılır.

Ərizə hüquqi şəxsin adından təqdim edilərkən, soyadı, adı, vəzifəsi göstərilməklə təşkilatın rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiqlənir.

2.15. Qeydiyyat üçün topologiyanı eyniləşdirən ifadə formasından (rəsm, çertyoj, foto və yaxud inteqral sxem topologiyasının özü referatla birlikdə) biri təqdim olunmalıdır. Həmin ifadə formaları rəsm və çertyojdursa bu forma A4 formatlı albom vərəqində əks olunmalı, fotolar isə 9x12 ölçülü və rəngli olmalıdır. Topologiyanın özü onun müfəssəl elmi izahı verilmiş 1-2 səhifəlik referatla birlikdə təqdim edilməlidir. Referatın hər bir səhifəsi 1,5 intervalla “14 ölçülü” 28 sətirdən ibarət olmalıdır.