关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 工业品外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 工业品外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 与产权组织合作 问责制 专利 商标 工业品外观设计 地理标志 版权 商业秘密 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 遗传资源、传统知识和传统文化表现形式 经济学 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 前沿技术 移动应用 体育 旅游 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 COVID-19支持 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 职位空缺 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决书 按司法管辖区搜索

阿塞拜疆

AZ067

返回

İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


ʺİxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydalarıʺnın

təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİNQƏRARI

ʺPatent haqqındaʺ Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədəʺ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaʺ Azərbaycan Respublikası Prezidentinin 2009cu il 21 dekabr tarixli, 190 nömrəli Fərmanının 1.3 bəndinin icrasını təmin etməkməqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. ʺİxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydalarıʺ təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri RASİ‐ZADƏ 

Bakı şəhəri, 12 aprel 2010cu il № 63

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010cu il 12 aprel tarixli, 63 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması QAYDALARI

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar ʺPatent haqqındaʺ Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin 5ci bəndinə uyğun olaraq hazırlanmışdır və ixtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması qaydalarını tənzimləyir.

1.2. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması xüsusən farmakologiya və aqrokimya sahələrinə aiddir.

2. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması şərtləri

2.1. İxtira patentinin predmeti qanunvericiliyə uyğun olaraq inzibati prosedurlardan keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, patent sahibinin vəsatəti əsasında patentin qüvvədə olma müddəti uzadıla bilər. İxtira patentinin qüvvədə olma müddəti patentin müvafiq inzibati prosedurlardan keçməsi üçün sərf olunan müddətə, lakin 5 (beş) ildən artıq olmamaq şərtilə uzadıla bilər.

Sərf olunan müddətə ixtiraya dair iddia sənədinin verildiyi tarixdən patent alınmasına qədər olan müddət daxil olduğu halda, həmin müddətsərf olunan müddətdən çıxılır. Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5 (beş) ildən artıq olmamaq şərtilə uzadıla bilər.

2.2. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması üçün vəsatət patentin qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə)təqdim edilir.

2.3. Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması barədə vəsatət patentin qüvvədə olma müddətinin sonuncu ilinin bitdiyi tarixə 6 (altı) ay qalmış və ya patentin qüvvədə saxlanması üçün dövlət rüsumunun ödənilməsinə görə əyyən edilmiş müddətdən 12 (on iki) aylıq möhlət müddəti keçənədək Komitəyə təqdim olunur.

2.4. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması üçün hər ilə görə qanunvericiliklə əyyən edilənməbləğdə müvafiq dövlət rüsumu ödənilir.

Patentlərin qüvvədə saxlanılması üçün əyyən edilən illik dövlət rüsumu hər il üzrə ödənilmədikdə, ixtira və ya sənaye nümunəsi patentləri qüvvədən şş hesab edilir.

2.5. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması üzrə işlərin aparılması bilavasitə patent sahibinin və ya patent müvəkkilinin vasitəsilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

2.6. Vəsatət verilən tarixə kimi bu Qaydalarla əyyən edilənişlərin yerinə yetirilməsinə dair səlahiyyətlərin patent müvəkkilinə verilməsi əvvəl verilən etibarnamədə göstərilmədikdə, patent müvəkkili Komitəyə yeni etibarnamə təqdim edir.

3. Patentlərin qüvvədə olma müddətinin uzadılması üçün təqdim olunan sənədlər

3.1. İxtira patentinin qüvvədə olma müddətinin uzadılması üçün aşağıdakı sənədlər təqdim olunur: ixtira patentinin sahibi və ya onun patent müvəkkili tərəfindən verilənvəsatət (1 nömrəli əlavə); ixtira patentinin predmetinin müvafiq inzibati prosedurlardan keçməsinə sərf olunan

müddəti təsdiq edənsənədin surəti; etibarnamə (zərurət olduqda).

3.2. Patentin qüvvədə olma müddətinin uzadılmasına dair vəsatətə qoşulan sənədlər ixtira düsturunda göstərilən obyekti aşkar etməyə imkan vermədiyi halda, patent sahibi əlavə sənədlərtəqdim edir.

3.3. Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması üçün aşağıdakı sənədlərtəqdim olunur: sənaye nümunəsi patentinin sahibi və ya onun patent müvəkkili tərəfindən verilənvəsatət

(2 nömrəli əlavə); etibarnamə (zərurət olduqda).

3.4. Vəsatət patent sahibi və ya patent müvəkkili tərəfindən imzalanır. Patent sahibi hüquqi şəxs olduqda, vəsatəttəşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyəti olan şəxs tərəfindən imzalanır. Vəsatətdə imza edən şəxsin soyadı, adı və vəzifəsi göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq olunur.

Patent sahibi fiziki şəxs olduqda, onun və ya patent müvəkkilinin imzası notariat qaydasında təsdiq edilir.

4. Vəsatətə baxılma qaydası

4.1. Vəsatət Azərbaycan dilində təqdim edilir. Digərsənədlər Azərbaycan dilində və başqa dillərdə verilə bilər. Başqa dillərdə verilənsənədin Azərbaycan dilində tərcüməsi (notarial qaydada təsdiq olunmuş) ərizənin verildiyi tarixdən 2 (iki) ay müddətində təqdim edilməlidir.

4.2. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması barədə Komitəyə daxil olan sənədlər 10 (on) gün müddətində araşdırılır. Patentlərin qüvvədə olma müddətinin uzadılması mümkün hesab edildiyi halda, qərar qəbul olunur, bu barədə məlumat müvafiq Dövlət reyestrinə daxil edilir və vəsatəti verən fiziki və ya hüquqi şəxsə göndərilir. Bu barədə məlumatlar Komitənin rəsmi bülletenində dərc olunur.

4.3. Komitəyə təqdim olunan sənədlər üzrə iradlar olduğu halda, bu barədə vəsatət verən şəxsə bildiriş göndərilir. Vəsatəti verən şəxs bildirişi aldığı tarixdən 2 (iki) ay müddətində lazımi düzəlişlər edilmiş və ya çatışmayan sənədləri yenidən Komitəyə təqdim etməlidir. Lazımi düzəlişlər edilmiş və ya bu Qaydaların 3 bəndinə uyğun çatışmayan sənədlər əyyən edilmiş müddət ərzində üzrsüz səbəbdəntəqdim edilmədikdə,vəsatət verilməmiş hesab olunur.

ʺİxtira və sənaye nümunəsi patentin qüvvədə olma müddətinin uzadılma Qaydalarıʺna 1 nömrəli ƏLAVƏ 

Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və 
Patent üzrə Dövlət Komitəsinə 

AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi,

(patent sahibinin soyadı, adı və ya hüquqi şəxsin tam adı)

(patent sahibinin və ya onun patent müvəkkilinin ünvanı)

İxtira patentinin qüvvədə olma müddətinin uzadılması barədə 

VƏSATƏT

___________________________________________________________ adlı ixtiranın

(ixtiranın adı)

_________________________________________________________ obyektinə aid olan

(obyektin adı)

ixtira düsturunun ____________________________________________ bəndinə dair

(ixtira düsturundakı bənd)

_______________________ nömrəli patentin qüvvədə olma müddətinin «______» il

(patentin nömrəsi)

tarixinədək uzadılmasını xahiş edirik.

Qoşma _________ vərəq:

İxtira patentinin predmetinin müvafiq inzibati prosedurlardan keçməsinə sərf olunan müddəti

təsdiq edənsənədin surəti

Etibarnamə (zərurət olduqda)

Patent sahibi:

Hüquqi (fiziki) şəxsin adından imza edən şəxsin soyadı, adı, atasının adı

(imza, tarix)

M.Y.
və ya onun patent müvəkkilinin soyadı, adı, atasının adı __________________

(imza, tarix)

ʺİxtira və sənaye nümunəsi patentin
qüvvədə olma müddətinin uzadılma Qaydalarıʺna
2 nömrəli ƏLAVƏ 

Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və 
Patent üzrə Dövlət Komitəsinə 

AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi,

(patent sahibinin soyadı, adı və ya hüquqi şəxsin tam adı)

(patent sahibinin və ya onun patent müvəkkilinin ünvanı)

Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması barədə 

VƏSATƏT

_______________________________________________ adlı sənaye nümunəsinə dair

(sənaye nümunəsinin adı)

________________________ nömrəli patentin qüvvədə olma müddətinin «_____» il

(patentin nömrəsi)

tarixinədək uzadılmasını xahiş edirik.

Qoşma ______ vərəq:

Etibarnamə (zərurət olduqda)

Patent sahibi:

Hüquqi (fiziki) şəxsin adından imza edən şəxsin soyadı, adı, atasının adı

(imza, tarix)

M.Y.
və ya onun patent müvəkkilinin soyadı, adı, atasının adı __________________

(imza, tarix)