关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 工业品外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 工业品外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 与产权组织合作 问责制 专利 商标 工业品外观设计 地理标志 版权 商业秘密 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 遗传资源、传统知识和传统文化表现形式 经济学 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 前沿技术 移动应用 体育 旅游 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 COVID-19支持 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 职位空缺 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决书 按司法管辖区搜索

阿塞拜疆

AZ054

返回

Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı


təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİNQƏRARI

ʺƏmtəə nişanları və coğrafi göstəricilər haqqındaʺ Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədəʺ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaʺ Azərbaycan Respublikası Prezidentinin 2009cu il 14 may tarixli 93 nömrəli Fərmanının 1.3 bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. ʺAzərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydalarıʺ təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasizadə

Bakı şəhəri, 18 sentyabr 2009cu il

№ 145

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 sentyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması

Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar ʺƏmtəə nişanları və coğrafi göstəricilər haqqındaʺ Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədəʺ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaʺ Azərbaycan Respublikası Prezidentinin 2009cu il 14 may tarixli 93 nömrəli Fərmanının 1.3 bəndinə və ʺSənaye mülkiyyətinin

1.2. Azərbaycan Respublikasında qeydiyyata alınan əmtəə nişanları, beynəlxalq müqavilələrə (sazişlərə) uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində qeydiyyatsız qorunan əmtəə nişanları və Azərbaycan Respublikasında hüquqi cəhətdən mühafizə edilməyən, lakin intensiv istifadəsi nəticəsində istehlakçılar və istehsalçılar arasında tanınmış əmtəə nişanları (işarələr) geniş tanınmış əmtəə nişanları kimi tanına bilər.

1.3. Əmtəə nişanı və ya işarə eynicinsli əmtəələrdə istifadə edilənvə başqa şəxsin əmtəə nişanı ilə eyni və ya ona qarışdırılacaq dərəcədə oxşar olan nişanın ilkinlik tarixindən sonra məşhurlaşarsa, bu əmtəə nişanı və ya işarə geniş tanınmış hesab edilə bilməz.

1.4. Əmtəə nişanının geniş tanınması üçün ərizə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra ‐Komitə) Apellyasiya şurasına təqdim olunur.

1.5. Əmtəə nişanının geniş tanınmasına dair ərizə bir əmtəə nişanına aid edilir və dövlət rüsumunun ödənildiyini təsdiq edənsənədlə birlikdə təqdim olunur.

2. Əmtəə nişanının geniş tanınmış kimi müəyyən edilməsi üçün tələb olunan sənədlər

2.1. Əmtəə nişanının geniş tanınmış kimi əyyən edilməsi məqsədi ilə iddiaçı tərəfindənaşağıdakı sənədlərtəqdim olunur:

əmtəə nişanının sahibi tərəfindən verilən ərizə;

əmtəə nişanına dair Şəhadətnamənin surəti və ya Əmtəə nişanları dövlət reyestrindən çıxarış;

əmtəə nişanının şəkli və ya üçölçülü forması (6 nüsxədə);

hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edənsənədin surəti;

geniş tanınmış əmtəə nişanının qeydiyyatı üçün əyyən edilmiş dövlət rüsumunun ödənildiyini təsdiq edənsənəd;

əmtəə nişanının geniş tanınmasını təsdiq edən faktiki məlumatlar;

etibarnamə (zərurət olduqda).

2.2. İddiaçının təqdim etdiyi ərizədə ona məxsus əmtəə nişanının (işarənin) Azərbaycan Respublikasının ərazisində hansı tarixdən etibarən geniş tanınmış kimi hesab edilməsi göstərilməlidir.

2.3. Faktiki məlumatlarda aşağıdakılar öz əksini tapmalıdır:

əmtəə nişanının xüsusən, Azərbaycan Respublikasının ərazisində intensiv istifadəyə başlanması tarixi;

nişanın aid edildiyi əmtəələrin və xidmətlərin yayılma kanalları və kommersiya sahələri;

Azərbaycan Respublikasında və dünya bazarında əmtəə nişanından istifadə edilməklə əmtəənin (xidmətin) keyfiyyəti barədə istehlakçıların məlumatı;

əmtəə nişanına xas olan və ya istifadə nəticəsində yaranan fərqləndirici xüsusiyyətlər;

nişanın istifadə ərazisi, müddəti, miqyası, həcmi, xüsusən nişanın əmtəə və xidmətlərə tətbiq edilməsi nəticəsində yarmarka və sərgilərdə əldə olunan məlumatlar, elanlar, reklamlar daxil olmaqla nişana üstünlük verən ərazilər, hərəkətlər (kampaniyalar);

Azərbaycan Respublikasının və başqa dövlətlərin ərazisində nişanın istifadə edildiyi əmtəənin və xidmətin bazarda tutduğu yer.

2.4. İstehlakçılar və istehsalçılar arasında əmtəə nişanının geniş tanınmasını əyyənləşdirməkməqsədi ilə ictimai təşkilat tərəfindən aparılan sorğuların nəticələri Apellyasiya şurasına təqdim edilə bilər (zəruri hallarda). Sorğular Komitənin Apellyasiya şurasının Əsasnaməsi ilə əyyən edilən şərtlərnəzərə alınmaqla aparılır.

2.5. Apellyasiya şurası zəruri hallarda, əmtəə nişanının geniş tanınmasının əyyən edilməsi üçün iddiaçıdan əlavə məlumatlar tələb edə bilər.

3. Geniş tanınmışəmtəə nişanının qeydiyyatının aparılma qaydası

3.1. Apellyasiya şurası ərizəyə baxılma mərhələsində iddiaçı tərəfindən bu Qaydaların 2.1ci, 2.2ci və 2.3 yarımbəndlərinə uyğun təqdim edilən bütün məlumatları nəzərə alır.

3.2. Ərizə Azərbaycan dilində təqdim edilir. Digərsənədlər Azərbaycan dilində və başqa dillərdə verilə bilər. Başqa dillərdə verilənsənədin Azərbaycan dilinə tərcüməsi (notarial qaydada təsdiq olunmuş) ərizənin verildiyi tarixdən bir ay müddətində təqdim edilməlidir. Təqdim olunan sənədlər toplusunun üç nüsxəsi Komitədə saxlanılır.

3.3. Əmtəə nişanının geniş tanınmasına dair ərizəyə üç ay müddətində Apellyasiya şurasında baxılır.

3.4. Apellyasiya şurasına təqdim olunan sənədlər üzrə suallar olduğu halda, bu barədə ərizə verən şəxsə bir ay müddətində sorğu göndərilir. Sorğuya cavab sorğunun alındığı tarixdən bir ay ərzində ərizəni verən şəxs tərəfindəntəqdim olunmalıdır. Sorğuya cavab əyyən olunan müddət ərzində üzrsüz səbəbdəntəqdim edilmədikdə, ərizə verilməmiş hesab edilir.

3.5. Apellyasiya şurası əmtəə nişanının geniş tanınmasına dair qərar qəbul etdiyi halda, əmtəə nişanı bir ay müddətində Geniş tanınmış əmtəə nişanlarının dövlət reyestrində qeydiyyata alınır və geniş tanınmış əmtəə nişanına dair şəhadətnamə verilir.

Qeydiyyatın aparılması barədə məlumat Komitənin rəsmi bülletenində dərc edilir və digər informasiya vasitələri ilə yayımlanır.

3.6. Qeydiyyatla bağlı məlumatlara aşağıdakılar aiddir:
qərarın verildiyi tarix;
geniş tanınmış əmtəə nişanının qeydiyyat nömrəsi;
geniş tanınmış əmtəə nişanının şəkli;
geniş tanınmış əmtəə nişanının sahibi və onun ünvanı (və ya olduğu yer);
geniş tanınmış kimi əyyən edilən əmtəə nişanının aid edildiyi əmtəə və ya

xidmətlər.

3.7. Geniş tanınmış əmtəə nişanının hüquqi mühafizəsinə məhdudiyyət qoyulmur.

3.8. İddia edilən əmtəə nişanı aşağıdakı hallarda geniş tanınmış hesab edilmir: ərizədə göstərilən tarixdən etibarən iddiaçı tərəfindəntəqdim olunan faktiki

sənədlərdə əmtəə nişanının geniş tanınması təsdiq olunmadıqda; bu Qaydaların 1.3 bəndinin müddəaları əsasında.

3.9. Apellyasiya şurasının qərarının alındığı gündən üç ay müddətində məhkəmə qaydasında şikayət verilə bilər.

4. Yekun müddəalar

4.1. Azərbaycan Respublikasında geniş tanınmış əmtəə nişanına hüquq ʺƏmtəə nişanları və coğrafi göstəricilər haqqındaʺ Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin tələbləri pozulmaqla verildiyi, habelə həmin maddədə əyyən edilən əlamətlərə görə geniş tanınmış əmtəə nişanının qüvvədən şdüyü hallarda, geniş tanınmış əmtəə nişanı qüvvədə olduğu müddət ərzində ona qarşı verilmiş etiraz əsasında tamamilə və ya qismən geniş tanınmış kimi etibarsız hesab edilə bilər.

4.2. Geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasına müraciət edilə bilər. Müraciətə üç ay ərzində baxılmalıdır. Apellyasiya şurasının qərarından üç ay ərzində məhkəmə qaydasında şikayət verilə bilər.

4.3. Geniş tanınmış əmtəə nişanının qeydiyyatı etibarsız hesab edildiyi halda, bu barədə məlumat Geniş tanınmış əmtəə nişanınlarının dövlət reyestrində qeyd olunur, eləcə də Komitənin rəsmi bülletenində dərc edilir və digər informasiya vasitələri ilə yayımlanır.