关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 工业品外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 工业品外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 与产权组织合作 问责制 专利 商标 工业品外观设计 地理标志 版权 商业秘密 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 遗传资源、传统知识和传统文化表现形式 经济学 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 前沿技术 移动应用 体育 旅游 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 COVID-19支持 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 职位空缺 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决书 按司法管辖区搜索

阿塞拜疆

AZ074

返回

Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması qaydası barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

mədəniyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

2.əyyən edilsin ki:

“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 16-cı maddəsində, 32-ci maddəsinin birinci və üçüncü hissələrində, 36-cı maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 38-ci maddəsinin birinci və üçüncü hissələrində və 47-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 17-ci maddəsinin ikinci hissəsində, 34-cü maddəsinin dördüncü hissəsində və 36-cı maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;

həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsində, 34-cü maddəsinin üçüncü hissəsində, 35-ci maddəsinin ikinci, üçüncü və altıncı hissələrində, 36-cı maddəsinin üçüncü hissəsində, 37-ci maddəsinin birinci, ikinci və dördüncü hissələrində, 38-ci maddəsinin ikinci hissəsində və 39-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra

həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir;ii[2]

həmin Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Mətbuat vəİnformasiya Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi həyata keçirirlər; iii[3]

həmin Qanunun 28-ci maddəsinin beşinci hissəsində və 29-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini tabeliklərində mədəniyyət müəssisələri olan Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, idarələri, konsernləri vəşirkətləri həyata keçirirlər;

həmin Qanunun 51-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər; iv[4]

həmin qanunun 17-ci maddəsinin ikinci hissəsində, 34-cü maddəsinin dördüncü hissəsində, 39-cu maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, 14-cü maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci cümləsində, 34-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 35-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində, üçüncü və altıncı hissələrinin birinci cümlələrində, 36-cı maddəsinin ikinci hissəsinin üçüncü cümləsində və üçüncü hissəsinin ikinci cümləsində, 37-ci maddəsinin birinci və dördüncü hissələrində, ikinci hissəsinin birinci cümləsində, 38-ci maddəsinin ikinci hissəsində və 48-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.v[5]

36-cı maddəsinin ikinci hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.vi[6]

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının Prezidentinə aşağıdakıların icrası barədə məlumat versin:

“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş milli mədəniyyət sərvətlərinin mühafizəsinin və onlardan istifadənin, habelə milli mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasından kənara çıxarılmasının qaydalarını bir ay müddətində təsdiq etsin;

həmin Qanunun 34-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınmasının qaydasını bir ay müddətində təsdiq etsin.

4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılsın ki, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunu və bu Fərman ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həlli üçün lazımi tədbirləri həyata keçirsinlər. vii[7]

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 16 aprel 1998-ci il

698

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİNSİYAHISI

  1. 11 oktyabr 2001ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001ci il, № 10, maddə 640)
  2. 7 yanvar 2002ci il tarixli 631 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002ci il, № 1, maddə 14)
  3. 18 iyul 2005ci il tarixli 260 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005ci il, № 7, maddə 596)
  4. 27 sentyabr 2006cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006cı il, № 9, maddə 743)
  5. 29 noyabr 2006cı il tarixli 481 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006cı il, № 11, maddə 943)

6. 31 yanvar 2008ci il tarixli 704 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008ci il, № 1, maddə 8)

7. 6 avqust 2008ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008ci il, № 8, maddə 719)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏƏLAVƏLƏRİN SİYAHISI

i[1] 7 yanvar 2002ci il tarixli 631 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002ci il, № 1, maddə 14) ilə 2ci bəndin beşinci abzasından və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 14 maddəsinin ikinci hissəsində, 34 maddəsinin üçüncü hissəsində, 35ci maddəsinin ikinci, üçüncü və altıncı hissələrində, 36cı maddəsinin ikinci hissəsinin üçüncü cümləsində və üçüncü hissəsində, 37ci maddəsinin birinci, ikinci və dördüncü hissələrində, 38ci maddəsinin ikinci hissəsində və 39cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi həyata keçirirlər;

6 avqust 2008ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008ci il, № 8, maddə 719) ilə 2ci bəndinin beşinci abzasda 36cı maddəsinin ikinci hissəsinin üçüncü cümləsində və sözləri 36cı maddəsinin sözləri ilə əvəz edilmişdir.

ii[2] 11 oktyabr 2001ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001ci il, № 10, maddə 640) ilə 2ci bəndin altıncı abzasında ʺDövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsiʺ sözləri ʺİqtisadi İnkişaf Nazirliyiʺ sözləri ilə əvəz edilmişdir.

iii[3] 7 yanvar 2002ci il tarixli 631 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002ci il, № 1, maddə 14) ilə 2ci bəndin yeddinci abzasından ʺAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsiʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 19cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Mədəniyyət Nazirliyi, Mətbuat vəİnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi həyata keçirirlər;

18 iyul 2005ci il tarixli 260 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005ci il, № 7, maddə 596) ilə 2ci bəndin yeddinci abzasında Dövlət Televiziya və Radio Verilişləri Şirkəti sözləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sözləri ilə əvəz edilmişdir.

iv[4] 31 yanvar 2008ci il tarixli 704 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008ci il, № 1, maddə 8) ilə 2ci

bəndin doqquzuncu abzasında ʺMətbuat və İnformasiya Nazirliyiʺ sözləri ʺAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında ʺİçərişəhərʺ Dövlət TarixMemarlıq Qoruğu İdarəsiʺ 

sözləri ilə əvəz edilmişdir.

v[5] 27 sentyabr 2006cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006cı il, № 9, maddə 743) ilə 2ci bəndinin dördüncü, beşinci, yeddinci və doqquzuncu abzaslarında «Mədəniyyə sözü «Mədəniyyətvə Turizm» sözləri ilə əvəz edilmişdir.

31 yanvar 2008ci il tarixli 704 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008ci il, № 1, maddə 8) ilə 2ci bəndin onuncu abzas yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

həmin Qanunun 36cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsi öz səlahiyyətləri daxilində həyata keçirir.

29 noyabr 2006cı il tarixli 481 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006cı il, № 11, maddə 943) ilə doqquzuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir, bəndə yeni məzmunda onuncu abzas əlavə edilmişdir.

vi[6] 6 avqust 2008ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008ci il, № 8, maddə 719) ilə 2ci bəndinə on birinci abzas əlavə edilmişdir.

vii[7] 7 yanvar 2002ci il tarixli 631 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002ci il, № 1, maddə 14) ilə 4 bənddən ʺvə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinəʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə tapşırılsın ki, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunu və bu Fərman ilə onların səlahiyyətlərinə aid edilənməsələlərin həlli üçün lazımi tədbirləri həyata keçirsinlər.

27 sentyabr 2006cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006cı il, № 9, maddə 743) ilə 4 bəndində «Mədəniyyə sözü «Mədəniyyətvə Turizm» sözləri ilə əvəz edilmişdir.