AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığavə beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” 2009‐cu il sentyabrın 28‐də Buxarest şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 2009‐cu il
№ 916‐IIIQ
Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığavə beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında
Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti (bundan sonra — ismin müvafiq halında “Tərəflər”),
Azərbaycan Respublikası və Rumıniya arasında əlaqələri möhkəmləndirmək arzularını bir daha təsdiq edərək,
beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlığın beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratmasından narahatlıq bildirərək,
hər iki ölkənin beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq əzmini nəzərə alaraq,
iki ölkənin təhlükəsizliyə cavabdeh olan orqanları arasında əməkdaşlığı möhkəmləndirməyi və inkişaf etdirməyi qərara alaraq,
aşağıdakılar barədə razılığagəldilər:
1. Tərəflər, müvafiq ərazi yurisdiksiyaları çərçivəsində, beynəlxalq öhdəlikləri və milli qanunvericiliklərinə uyğun olaraq aşağıdakı cinayətlərin qarşısının alınması və cəzalandırılması sahəsində əməkdaşlıq edirlər:
a) terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi;
b) mütəşəkkil cinayətkarlığın Tərəflərin milli qanunvericiliyində təsbit olunmuş formaları;
c) iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, o cümlədən cinayət yolu ilə əldə edilmiş gəlirlərin və çirkli pulların yuyulması ilə bağlı cinayətlər;
d) miqrasiya və səyahət, vizalar, ölkədə yaşayış və məşğuliyyət qaydalarının pozulması, o cümlədən pasport, viza və digərrəsmi sənədlərin saxtalaşdırılması;
e) kompüter informasiyası sahəsində cinayətlər;
f) silahların, döyüş sursatlarının, partlayıcı, toksik maddələrin, kimyəvi, bioloji, bakterioloji, radioaktiv və nüvə silahlarının, strateji əhəmiyyətli malların, texnologiyaların və hərbi texnikanın qanunsuz əldə olunması, istehsalı, idxalı, ixracı, satışı, dövriyyəsi və nəql olunması;
g) pulların, qiymətli kağızların və digər nağdsız ödəniş vasitələrinin, möhürlərin, rəsmi sənədlərin və digər əhəmiyyətli sənədlərin saxtalaşdırılması, eləcə də onlardan istifadə olunması;
h) əqli mülkiyyət əleyhinə cinayətlər;
i) insanların həyatına, sağlamlığına, azadlığına, şərəfvə ləyaqətinə qarşı, eləcə də mülkiyyət əleyhinə cinayətlər;
j) qanunsuz maliyyə əməliyyatları, kapital və əmtəə ilə bağlı olan digər cinayətlər;
k) insan alveri, uşaqların üçüncü şəxslərtərəfindən istismarı və vasitəçilik;
1) insan orqan və toxumalarının qanunsuz ticarəti;
m) tarixi, mədəni və arxeoloji sərvətlər hesab olunan əşyaların, həmçinin metal və daş‐qaşların qanunsuz ticarəti;
n) korrupsiya cinayətləri, korrupsiyaya bərabər olan, yaxud korrupsiya ilə bilavasitə bağlı olan cinayətlər;
o) ətraf mühitlə bağlı cinayətlər;
p) avtomobil oğurluğuvə onların qanunsuz dövriyyəsi, eləcə də bu məqsədlə
sənədlərin saxtalaşdırılması.
2. Tərəflər milli qanunvericiliklərinə riayət etməklə,aşağıdakı sahələrdə qarşılıqlı əməkdaşlığı genişləndirirlər: a) məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən
boyun qaçıran və ya itkin düşən şəxslərin axtarışı;
b) meyitlərin tanınması;
c) uydurma əsaslarla bir Tərəfin dövlətinin ərazisində yaşayan digərTərəfin
dövlətinin vətəndaşlarının mənsubiyyətinin müəyyənləşdirilməsi;
Hər iki dövlətin qanunvericiliyinə müvafiq olaraq, Tərəfləraşağıdakılar barədə məlumatı mübadilə edirlər:
a) Tərəflərin dövlətlərinin ərazisində törədilmiş, bu Sazişin 1‐ci maddəsində qeyd olunmuş cinayətlər;
b) bir dövlətin ərazisində cinayət törətmiş, yaxud cinayətdən ziyan çəkmiş hər iki dövlətin vətəndaşları;
c) bu Sazişin əhatə dairəsində qarşılıqlı maraq kəsb edənhər hansı məsələ.
Tərəfləraşağıdakı sahələrdə təcrübə mübadiləsini həyata keçirirlər:
a) silah, sursat və partlayıcı maddələr üzərində nəzarət;
b) əcnəbilərin hüquqi vəziyyətinin tənzimlənməsi sahəsində qəbul olunmuş prosedurlar;
c) terrorçuluqla mübarizə, hüquq və müasir istintaq texnikası üzrə təlimlərin təşkili sahəsində milli polisin müvafiq tədris institutlarının əməkdaşlığı vasitəsilə hüquq mühafizə qurumlarının potensialının gücləndirilməsi. Qeyd olunan sahələrdə təlimlərin asanlaşdırılması üçün Tərəflər dinləyicilər üçün dil kurslarını təşkil edə bilərlər;
d) 1‐ci maddədə sadalanan cinayətlərin qarşısının alınması, aradan qaldırılması və araşdırılması.
Tərəflər İnterpolun Milli Mərkəzi Büroları arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün səy göstərirlər.
1. Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq, bu Sazişin 1‐ci maddəsində göstərilmiş cinayətlərin profilaktikası və qarşısının alınması sahəsində sıx əməkdaşlıq edirlər.
2. Bu Sazişin həyata keçirilməsini aşağıdakı səlahiyyətli orqanlar təmin edirlər: Azərbaycan Respublikası tərəfindən:
a) Daxili İşlər Nazirliyi;
b) Milli Təhlükəsizlik Nazirliyi;
c) Dövlət Gömrük Komitəsi;
d) DövlətSərhəd Xidməti.
Rumıniya tərəfindən:
a) İdarəçilik və Daxili İşlər Nazirliyi;
b) Rumıniya Kəşfiyyat Xidməti.
4. Sorğularda aşağıdakı məlumatlar əks olunmalıdır:
a) istintaqı aparan, yaxud məsələ üzrə səlahiyyətli olan hüquq mühafizə
orqanının adı; b) istintaqın növü, eləcə də cinayətlə əlaqəsi olan şəxslər barədə məlumatlar; c) sorğunun və ya əməkdaşlığın məqsədi; d) sorğu edilənməlumat və ya digərtədbirlər; e) sorğu edilənməlumatın təqdim olunması üçün son tarix.
5. 1‐ci maddədə sadalanmış cinayətlərlə mübarizədə əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə Tərəflər mütəmadi olaraq məsləhətləşmələr aparırlar.
1. Əməkdaşlıq haqqında sorğu alan Tərəfaşağıdakı hüquqlara malikdir:
a) bu Sazişin müddəalarına uyğun olmayan, ölkənin milli təhlükəsizliyinə xələl yetirən, qanunvericiliyə və milli maraqlara zidd olan sorğuların icrasından qismən, yaxud tamamilə imtina etmək;
b) sorğunun icrasının sorğu alan Tərəfin keçirdiyi istintaq, yaxud məhkəmə icraatına müdaxilə ehtimalı olduqda, onu təxirə salmaq.
2. Sorğunun icrasından imtina etməzdən əvvəlvə ya onu təxirə salmazdan əvvəl sorğu alan Tərəf: a) sorğu göndərənTərəfi sorğunun icrasından imtinanın səbəbləri barədə dərhal yazılı surətdə məlumatlandırır;
b) digərməqbul şərtlər əsasında əməkdaşlığın mümkünlüyünü müəyyənləşdirməkməqsədilə sorğu göndərənTərəflə məsləhətləşmələr aparır.
3. Digər əlavə xərclər yaranmazdan əvvəlTərəflər arasında razılaşdırılır.
4. Tərəflər arasında başqa qayda razılaşdırılmadığıtəqdirdə, beynəlxalq nəqliyyat xərcləri istisna olmaqla, Tərəflərdən birinin nümayəndə heyətinin digər Tərəfin ərazisində qalma xərcləri qəbul edənTərəfin hesabına ödənilir.
b) sorğu alan Tərəfin sorğusuna əsasən, sorğu göndərənTərəfin səlahiyyətli orqanı ötürülmüş şəxsi xarakterli məlumatların istifadəsinə və əldə olunmuş nəticələrə dair əlavə məlumatları təqdim edə bilər;
c) sorğu alan Tərəfməlumatları yalnız digərTərəfin müəyyən etdiyi səlahiyyətli orqana verməlidir;
d) sorğu alan Tərəfin səlahiyyətli orqanı qarşıTərəfi düzgün və həqiqi məlumatla təmin etməyə borcludur. ƏgərTərəflərhəqiqi olmayan məlumatların ötürülməsini təsdiq edərsə, onda sorğu göndərənTərəfsəhvləri düzəltməli və ya ötürülməli olmayan məlumatları məhv etməlidir;
e) məlumatların ötürülməsi zamanı, sorğu alan Tərəf digərTərəfi milli qanunvericilikdə məhvi və ya kənarlaşdırılması nəzərdə tutulan məlumatlar barədə xəbərdar edir. Bu Sazişin müddəti bitdikdə ona əsasən əldə olunmuş bütün məlumatlar məhv edilməlidir;
f) Tərəflər şəxsi xarakterli məlumatların ötürülməsi, alınması və məhv edilməsi barədə qeydiyyat aparmalıdırlar;
g) Tərəflərin səlahiyyətli orqanları şəxsi xarakterli məlumatların icazəsiz yollarla ötürülmədən mühafizəsinə, itirilməsinə, yayılmasına, dəyişdirilməsinə və məhvinə görə məsuliyyət daşıyırlar.
Sazişin icrasını nəzərdən keçirməkvə gələcək əməkdaşlıq planlarını müzakirə etməkməqsədilə Tərəflər razılaşdırılmış tarixlərdə növbə ilə Bakıda və Buxarestdə keçiriləcək görüşlərdə iştirak üçün nümayəndə heyətlərini ezam edirlər.
Bu Saziş Tərəflərin iştirakçısı olduqları digər müqavilələrdən irəli gələn öhdəliklərinə toxunmur.
Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə dəyişikliklər edilə bilər. Bu dəyişikliklərhəmin Sazişin 14‐cü maddəsinin 1‐ci bəndinə müvafiq qaydada qüvvəyə minir.
Bu Sazişin təfsiri və icrası ilə bağlı bütün mübahisələrTərəflərin səlahiyyətli orqanları arasında qarşılıqlı müzakirələr yolu ilə həll edilir.
Buxarest şəhərində 28 sentyabr 2009‐cu ildə,hər biri Azərbaycan, rumın və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir. Təfsir zamanı fikir ayrılığı olduğutəqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | Rumıniya |
---|---|
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |