关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 工业品外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 工业品外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 与产权组织合作 问责制 专利 商标 工业品外观设计 地理标志 版权 商业秘密 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 遗传资源、传统知识和传统文化表现形式 经济学 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 前沿技术 移动应用 体育 旅游 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 COVID-19支持 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 职位空缺 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决书 按司法管辖区搜索

阿塞拜疆

AZ087

返回

“Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunu


sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığavə beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” 2009cu il sentyabrın 28də Buxarest şəhərində imzalanmış Saziş təsdiq edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2009cu il

№ 916IIIQ

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında transsərhəd mütəşəkkil cinayətkarlığavə beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti (bundan sonra ismin müvafiq halında “Tərəflər”),

Azərbaycan Respublikası və Rumıniya arasında əlaqələri möhkəmləndirmək arzularını bir daha təsdiq edərək,

beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlığın beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaratmasından narahatlıq bildirərək,

hər iki ölkənin beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq əzmini nəzərə alaraq,

iki ölkənin təhlükəsizliyə cavabdeh olan orqanları arasında əməkdaşlığı möhkəmləndirməyi və inkişaf etdirməyi qərara alaraq,

aşağıdakılar barədə razılığagəldilər:

1. Tərəflər, müvafiq ərazi yurisdiksiyaları çərçivəsində, beynəlxalq öhdəlikləri və milli qanunvericiliklərinə uyğun olaraq aşağıdakı cinayətlərin qarşısının alınması və cəzalandırılması sahəsində əməkdaşlıq edirlər:

a) terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi;

b) mütəşəkkil cinayətkarlığın Tərəflərin milli qanunvericiliyində təsbit olunmuş formaları;

c) iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, o cümlədən cinayət yolu ilə əldə edilmiş gəlirlərin və çirkli pulların yuyulması ilə bağlı cinayətlər;

d) miqrasiya və səyahət, vizalar, ölkədə yaşayış və məşğuliyyət qaydalarının pozulması, o cümlədən pasport, viza və digərrəsmi sənədlərin saxtalaşdırılması;

e) kompüter informasiyası sahəsində cinayətlər;

f) silahların, döyüş sursatlarının, partlayıcı, toksik maddələrin, kimyəvi, bioloji, bakterioloji, radioaktiv və nüvə silahlarının, strateji əhəmiyyətli malların, texnologiyaların və hərbi texnikanın qanunsuz əldə olunması, istehsalı, idxalı, ixracı, satışı, dövriyyəsi və nəql olunması;

g) pulların, qiymətli kağızların və digər nağdsız ödəniş vasitələrinin, möhürlərin, rəsmi sənədlərin və digər əhəmiyyətli sənədlərin saxtalaşdırılması, eləcə də onlardan istifadə olunması;

h) əqli mülkiyyət əleyhinə cinayətlər;

i) insanların həyatına, sağlamlığına, azadlığına, şərəfvə ləyaqətinə qarşı, eləcə də mülkiyyət əleyhinə cinayətlər;

j) qanunsuz maliyyə əməliyyatları, kapital və əmtəə ilə bağlı olan digər cinayətlər;

k) insan alveri, uşaqların üçüncü şəxslərtərəfindən istismarı və vasitəçilik;

1) insan orqan və toxumalarının qanunsuz ticarəti;

m) tarixi, mədəni və arxeoloji sərvətlər hesab olunan əşyaların, həmçinin metal və daş‐qaşların qanunsuz ticarəti;

n) korrupsiya cinayətləri, korrupsiyaya bərabər olan, yaxud korrupsiya ilə bilavasitə bağlı olan cinayətlər;

o) ətraf mühitlə bağlı cinayətlər;

p) avtomobil oğurluğuvə onların qanunsuz dövriyyəsi, eləcə də bu məqsədlə 

sənədlərin saxtalaşdırılması.

2. Tərəflər milli qanunvericiliklərinə riayət etməklə,aşağıdakı sahələrdə qarşılıqlı əməkdaşlığı genişləndirirlər: a) məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən

boyun qaçıran və ya itkin şən şəxslərin axtarışı;

b) meyitlərin tanınması;

c) uydurma əsaslarla bir Tərəfin dövlətinin ərazisində yaşayan digərTərəfin

dövlətinin vətəndaşlarının mənsubiyyətinin əyyənləşdirilməsi;

Maddə 2.
Məlumat mübadiləsi

Hər iki dövlətin qanunvericiliyinə müvafiq olaraq, Tərəfləraşağıdakılar barədə məlumatı mübadilə edirlər:

a) Tərəflərin dövlətlərinin ərazisində törədilmiş, bu Sazişin 1ci maddəsində qeyd olunmuş cinayətlər;

b) bir dövlətin ərazisində cinayət törətmiş, yaxud cinayətdən ziyan çəkmiş hər iki dövlətin vətəndaşları;

c) bu Sazişin əhatə dairəsində qarşılıqlı maraq kəsb edənhər hansı məsələ.

Maddə 3.
Təcrübə mübadiləsi

Tərəfləraşağıdakı sahələrdə təcrübə mübadiləsini həyata keçirirlər:

a) silah, sursat və partlayıcı maddələr üzərində nəzarət;

b) əcnəbilərin hüquqi vəziyyətinin tənzimlənməsi sahəsində qəbul olunmuş prosedurlar;

c) terrorçuluqla mübarizə, hüquq və müasir istintaq texnikası üzrə təlimlərin təşkili sahəsində milli polisin müvafiq tədris institutlarının əməkdaşlığı vasitəsilə hüquq mühafizə qurumlarının potensialının gücləndirilməsi. Qeyd olunan sahələrdə təlimlərin asanlaşdırılması üçün Tərəflər dinləyicilər üçün dil kurslarını təşkil edə bilərlər;

d) 1ci maddədə sadalanan cinayətlərin qarşısının alınması, aradan qaldırılması və araşdırılması.

Maddə 4.
İnterpol vasitəsilə əməkdaşlıq

Tərəflər İnterpolun Milli Mərkəzi Büroları arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün səy göstərirlər.

Maddə 5.
Səlahiyyətli orqanlar

1. Tərəflər milli qanunvericiliklərinə uyğun olaraq, bu Sazişin 1ci maddəsində göstərilmiş cinayətlərin profilaktikası və qarşısının alınması sahəsində sıx əməkdaşlıq edirlər.

2. Bu Sazişin həyata keçirilməsini aşağıdakı səlahiyyətli orqanlar təmin edirlər: Azərbaycan Respublikası tərəfindən:

a) Daxili İşlər Nazirliyi;
b) Milli Təhlükəsizlik Nazirliyi;
c) Dövlət Gömrük Komitəsi;
d) DövlətSərhəd Xidməti.
Rumıniya tərəfindən:
a) İdarəçilik və Daxili İşlər Nazirliyi;
b) Rumıniya Kəşfiyyat Xidməti.

  1. Tərəflərin səlahiyyətli orqanları əlaqələndirici şəxs əyyən edir və onun adı, soyadı, vəzifəsi, rütbəsi, səlahiyyətləri, telefon və faks nömrələri, elektron poçtu barədə birbirinə bu Sazişin qüvvəyə mindiyi gündən 30 gün ərzində diplomatik kanallar vasitəsilə məlumat verirlər.
  2. Bu maddənin 1ci və 2ci bəndlərində qeyd olunan məlumatlarda hər hansı dəyişiklik baş verdiyi təqdirdə,Tərəflər birbirini dərhal məlumatlandırırlar.
  3. Bu maddəyə müvafiq olaraq əməkdaşlığın həyata keçirilməsi üçün Tərəflərin səlahiyyətli orqanları ingilis dilindən, qarşılıqlı razılıq əldə olunduğutəqdirdə isə digər dillərdəndə istifadə edirlər.
  4. Tərəflərin səlahiyyətli orqanları, milli qanunvericiliklərinə uyğun olaraq, birbaşa əməkdaşlıq edirlərvə əməkdaşlıq protokolları vasitəsilə xüsusi iş metodlarını və ya əlaqələndirmə üsullarını əyyən edirlər.
  5. Zərurət yarandığıtəqdirdə,Tərəflər öz dövlətlərinin diplomatik missiyalarında əlaqələndirici zabitlərtəyin edə bilərlər.

Maddə 6. Əməkdaşlığın üsulları

  1. Bu Sazişlə nəzərdə tutulan sorğuların icrası və informasiya mübadiləsi yazılı şəkildə, bilavasitə səlahiyyətli orqanlar və ya onların əyyən etdiyi əlaqələndirici zabitlər vasitəsilə həyata keçirilməlidir. Bu barədə Tərəflər yuxarıda göstərilənləri nəzərə alaraq birbirini məlumatlandırırlar.
  2. Zəruri hallarda, Tərəflər Sazişin yerinə yetirilməsi məqsədilə, sonradan dərhal yazılı şəkildə göndərilməklə, sorğunu şifahi təqdim edə bilərlər.
  3. Səlahiyyətli orqanlar Sazişin yerinə yetirilməsi üçün informasiya mübadiləsi və tədbirlərin görülməsi haqqında sorğuları təxirə salınmadan icra edirlər.

4. Sorğularda aşağıdakı məlumatlar əks olunmalıdır:
a) istintaqı aparan, yaxud məsələ üzrə səlahiyyətli olan hüquq mühafizə 

orqanının adı; b) istintaqın növü, eləcə də cinayətlə əlaqəsi olan şəxslər barədə məlumatlar; c) sorğunun və ya əməkdaşlığın məqsədi; d) sorğu edilənməlumat və ya digərtədbirlər; e) sorğu edilənməlumatın təqdim olunması üçün son tarix.

5. 1ci maddədə sadalanmış cinayətlərlə mübarizədə əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə Tərəflər mütəmadi olaraq məsləhətləşmələr aparırlar.

Maddə 7.
Sorğuların təxirə salınması və ya icrasından imtina

1. Əməkdaşlıq haqqında sorğu alan Tərəfaşağıdakı hüquqlara malikdir:

a) bu Sazişin müddəalarına uyğun olmayan, ölkənin milli təhlükəsizliyinə xələl yetirən, qanunvericiliyə və milli maraqlara zidd olan sorğuların icrasından qismən, yaxud tamamilə imtina etmək;

b) sorğunun icrasının sorğu alan Tərəfin keçirdiyi istintaq, yaxud məhkəmə icraatına müdaxilə ehtimalı olduqda, onu təxirə salmaq.

2. Sorğunun icrasından imtina etməzdən əvvəlvə ya onu təxirə salmazdan əvvəl sorğu alan Tərəf: a) sorğu göndərənTərəfi sorğunun icrasından imtinanın səbəbləri barədə dərhal yazılı surətdə məlumatlandırır;

b) digərməqbul şərtlər əsasında əməkdaşlığın mümkünlüyünü əyyənləşdirməkməqsədilə sorğu göndərənTərəflə məsləhətləşmələr aparır.

Maddə 8.
Xərclər

  1. Bu Saziş çərçivəsində digərTərəfə yazılı sorğu verənTərəf sorğuvermə prosedurları və sorğunun icrası ilə bağlı bütün adi xərcləri ödəyir.
  2. Sorğu göndərənTərəfhəmçinin digərTərəfin ölkəsinə ezam etdiyi nümayəndələrinin yol və mehmanxana xərclərini ödəyir.

3. Digər əlavə xərclər yaranmazdan əvvəlTərəflər arasında razılaşdırılır.

4. Tərəflər arasında başqa qayda razılaşdırılmadığıtəqdirdə, beynəlxalq nəqliyyat xərcləri istisna olmaqla, Tərəflərdən birinin nümayəndə heyətinin digər Tərəfin ərazisində qalma xərcləri qəbul edənTərəfin hesabına ödənilir.

Maddə 9.
Məxfi və şəxsi xarakterli məlumatların qorunması

  1. Bu Sazişin müddəalarının yerinə yetirilməsi məqsədilə Tərəflərməlumatın konfidensiallığını və fiziki mühafizəsini məlumatı təqdim edənTərəfin əyyən etdiyi mühafizə səviyyəsinə uyğun təmin edirlər.
  2. Məlumatdan yalnız əvvəlcədənnəzərdə tutulmuş məqsəd üçün istifadə edilə bilər.
  3. Sonradan əldə edilmiş məlumatın və sənədlərin əyyən dövr üçün və ya daimi olaraq çoxaldılmasına, əməkdaşlıq məqsədilə üçüncü tərəfə ötürülməsinə və ya mübadiləsinə yalnız məlumat verən müvafiq orqanın yazılı razılığı ilə icazə verilə bilər.
    1. Hər bir səlahiyyətli orqan digərsəlahiyyətli orqanlardan alınan məlumatın təhlükəsizliyinə görə məsuliyyət daşıyır, bu Saziş qüvvəyə mindikdən sonra əldə 
    2. olunan məlumat və sənədlərə dair əqli mülkiyyət hüququna riayət edir və məxfi informasiya kanallarından istifadənin ancaq rəsmi, xidməti məqsədlər üçün və yalnız səlahiyyətli şəxslərin dairəsi ilə məhdudlaşdırılması məqsədilə tədbirlər görür.
  4. Hər bir səlahiyyətli orqan öz dövlətinin milli qanunvericiliyində baş verənvə ötürülənməxfi informasiyanın mühafizəsinə təsir edə biləcəkhər hansı dəyişiklik barədə dərhal digərsəlahiyyətli orqanlara məlumat verməlidir.
  5.  Şəxsi xarakterli məlumatları avtomatik işlənmədən qorumaq məqsədilə Tərəflərin səlahiyyətli orqanları aşağıdakıları həyata keçirirlər: a) sorğu göndərənTərəfin səlahiyyətli orqanı müvafiq məlumatlardan sorğu alan Tərəfin əyyənləşdirdiyi məqsədlə və müddətdə istifadə edə bilər;

b) sorğu alan Tərəfin sorğusuna əsasən, sorğu göndərənTərəfin səlahiyyətli orqanı ötürülmüş şəxsi xarakterli məlumatların istifadəsinə və əldə olunmuş nəticələrə dair əlavə məlumatları təqdim edə bilər;

c) sorğu alan Tərəfməlumatları yalnız digərTərəfin əyyən etdiyi səlahiyyətli orqana verməlidir;

d) sorğu alan Tərəfin səlahiyyətli orqanı qarşıTərəfi düzgün və həqiqi məlumatla təmin etməyə borcludur. ƏgərTərəflərhəqiqi olmayan məlumatların ötürülməsini təsdiq edərsə, onda sorğu göndərənTərəfsəhvləri düzəltməli və ya ötürülməli olmayan məlumatları məhv etməlidir;

e) məlumatların ötürülməsi zamanı, sorğu alan Tərəf digərTərəfi milli qanunvericilikdə məhvi və ya kənarlaşdırılması nəzərdə tutulan məlumatlar barədə xəbərdar edir. Bu Sazişin müddəti bitdikdə ona əsasən əldə olunmuş bütün məlumatlar məhv edilməlidir;

f) Tərəflər şəxsi xarakterli məlumatların ötürülməsi, alınması və məhv edilməsi barədə qeydiyyat aparmalıdırlar;

g) Tərəflərin səlahiyyətli orqanları şəxsi xarakterli məlumatların icazəsiz yollarla ötürülmədən mühafizəsinə, itirilməsinə, yayılmasına, dəyişdirilməsinə və məhvinə görə məsuliyyət daşıyırlar.

Maddə 10.
Mütəmadi təhlil

Sazişin icrasını nəzərdən keçirməkvə gələcək əməkdaşlıq planlarını müzakirə etməkməqsədilə Tərəflər razılaşdırılmış tarixlərdə növbə ilə Bakıda və Buxarestdə keçiriləcək görüşlərdə iştirak üçün nümayəndə heyətlərini ezam edirlər.

Maddə 11.
Digər beynəlxalq müqavilələr üzrə öhdəliklər

Bu Saziş Tərəflərin iştirakçısı olduqları digər müqavilələrdən irəli gələn öhdəliklərinə toxunmur.

Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı ilə dəyişikliklər edilə bilər. Bu dəyişikliklərhəmin Sazişin 14 maddəsinin 1ci bəndinə müvafiq qaydada qüvvəyə minir.

Maddə 13. Mübahisələrin həlli

Bu Sazişin təfsiri və icrası ilə bağlı bütün mübahisələrTərəflərin səlahiyyətli orqanları arasında qarşılıqlı müzakirələr yolu ilə həll edilir.

Maddə 14. Sazişin qüvvəyə minməsi və qüvvədən şməsi

  1. Saziş, onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların həyata keçirildiyi barədə Tərəflərin verdiyi sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minir.
  2. Saziş bir il müddətinə bağlanılır və Tərəflərdən biri Sazişin etibarlılıq müddətinin sona yetməsinə ən azı üç ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə müraciət etməzsə, Sazişin qüvvəsi daha bir il müddətinə uzadılır.
  3. Hər bir Tərəf Sazişiləğv etmək üçün müraciət edə bilər. Ləğvetmə digərTərəf belə müraciəti aldıqdan üç ay sonra qüvvəyə minir.
  4. Bu Sazişin ləğv olunması Tərəflərin 9cu maddədə əks olunmuş öhdəliklərinə toxunmur.

Buxarest şəhərində 28 sentyabr 2009cu ildə,hər biri Azərbaycan, rumın və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir. Təfsir zamanı fikir ayrılığı olduğutəqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikası Rumıniya
Hökuməti adından Hökuməti adından
(imza) (imza)