À propos de la propriété intellectuelle Formation en propriété intellectuelle Respect de la propriété intellectuelle Sensibilisation à la propriété intellectuelle La propriété intellectuelle pour… Propriété intellectuelle et… Propriété intellectuelle et… Information relative aux brevets et à la technologie Information en matière de marques Information en matière de dessins et modèles industriels Information en matière d’indications géographiques Information en matière de protection des obtentions végétales (UPOV) Lois, traités et jugements dans le domaine de la propriété intellectuelle Ressources relatives à la propriété intellectuelle Rapports sur la propriété intellectuelle Protection des brevets Protection des marques Protection des dessins et modèles industriels Protection des indications géographiques Protection des obtentions végétales (UPOV) Règlement extrajudiciaire des litiges Solutions opérationnelles à l’intention des offices de propriété intellectuelle Paiement de services de propriété intellectuelle Décisions et négociations Coopération en matière de développement Appui à l’innovation Partenariats public-privé Outils et services en matière d’intelligence artificielle L’Organisation Travailler avec nous Responsabilité Brevets Marques Dessins et modèles industriels Indications géographiques Droit d’auteur Secrets d’affaires Académie de l’OMPI Ateliers et séminaires Application des droits de propriété intellectuelle WIPO ALERT Sensibilisation Journée mondiale de la propriété intellectuelle Magazine de l’OMPI Études de cas et exemples de réussite Actualités dans le domaine de la propriété intellectuelle Prix de l’OMPI Entreprises Universités Peuples autochtones Instances judiciaires Ressources génétiques, savoirs traditionnels et expressions culturelles traditionnelles Économie Égalité des genres Santé mondiale Changement climatique Politique en matière de concurrence Objectifs de développement durable Technologies de pointe Applications mobiles Sport Tourisme PATENTSCOPE Analyse de brevets Classification internationale des brevets Programme ARDI – Recherche pour l’innovation Programme ASPI – Information spécialisée en matière de brevets Base de données mondiale sur les marques Madrid Monitor Base de données Article 6ter Express Classification de Nice Classification de Vienne Base de données mondiale sur les dessins et modèles Bulletin des dessins et modèles internationaux Base de données Hague Express Classification de Locarno Base de données Lisbon Express Base de données mondiale sur les marques relative aux indications géographiques Base de données PLUTO sur les variétés végétales Base de données GENIE Traités administrés par l’OMPI WIPO Lex – lois, traités et jugements en matière de propriété intellectuelle Normes de l’OMPI Statistiques de propriété intellectuelle WIPO Pearl (Terminologie) Publications de l’OMPI Profils nationaux Centre de connaissances de l’OMPI Série de rapports de l’OMPI consacrés aux tendances technologiques Indice mondial de l’innovation Rapport sur la propriété intellectuelle dans le monde PCT – Le système international des brevets ePCT Budapest – Le système international de dépôt des micro-organismes Madrid – Le système international des marques eMadrid Article 6ter (armoiries, drapeaux, emblèmes nationaux) La Haye – Le système international des dessins et modèles industriels eHague Lisbonne – Le système d’enregistrement international des indications géographiques eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Médiation Arbitrage Procédure d’expertise Litiges relatifs aux noms de domaine Accès centralisé aux résultats de la recherche et de l’examen (WIPO CASE) Service d’accès numérique aux documents de priorité (DAS) WIPO Pay Compte courant auprès de l’OMPI Assemblées de l’OMPI Comités permanents Calendrier des réunions WIPO Webcast Documents officiels de l’OMPI Plan d’action de l’OMPI pour le développement Assistance technique Institutions de formation en matière de propriété intellectuelle Mesures d’appui concernant la COVID-19 Stratégies nationales de propriété intellectuelle Assistance en matière d’élaboration des politiques et de formulation de la législation Pôle de coopération Centres d’appui à la technologie et à l’innovation (CATI) Transfert de technologie Programme d’aide aux inventeurs WIPO GREEN Initiative PAT-INFORMED de l’OMPI Consortium pour des livres accessibles L’OMPI pour les créateurs WIPO Translate Speech-to-Text Assistant de classification États membres Observateurs Directeur général Activités par unité administrative Bureaux extérieurs Avis de vacance d’emploi Achats Résultats et budget Rapports financiers Audit et supervision
Arabic English Spanish French Russian Chinese
Lois Traités Jugements Parcourir par ressort juridique

Azerbaïdjan

AZ072

Retour

Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanunu


Nəşriyyat işi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun nəşriyyat işinin ümumi prinsiplərini müəyyən edir, nəşriyyat fəaliyyətinin təşkili və həyata keçirilməsi iləəlaqədar nəşriyyat işinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və vəzifələrini müəyyən edir.

I fəsil Ümumİ müddəalar

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları istifadə edir:

nəşriyyat -əsas fəaliyyət sahəsi müəllifə sifariş verməklə və ya müəllifin (müəlliflik hüququ sahibinin) sifarişi ilə nəşriyyat məhsullarının hazırlanması, istehsalı və (və ya) yayımından ibarət olan ixtisaslaşmış mədəniyyət müəssisəsi;

dövlət nəşriyyatı - dövlət təşkilatlarının təsis etdiyi və yaxud onların təşkilat strukturlarına daxil olan nəşriyyatlar və nəşriyyat bölmələri;

qeyri-dövlət nəşriyyatları - xüsusi mülkiyyət və ya bələdiyyə mülkiyyəti əsasında yaradılmış nəşriyyatlar;

nəşriyyat işi - nəşriyyat məhsullarının hazırlanması, istehsalı və yayımı ilə məşğul olan hüquqi və fiziki şəxslərin təşkilati-yaradıcılıq və istehsalat-təsərrüfat fəaliyyətini əhatə edən ictimai münasibətlər sahəsi;

naşir - nəşriyyat məhsulunun istehsalını maddi-texniki cəhətdən təmin edən (maliyyələşdirən) nəşriyyat və yaxud əsas fəaliyyəti bu sahə iləəlaqədar olmayan fiziki və ya hüquqi şəxs;

nəşriyyat məhsulu - çap üsulundan və formasından asılı olmayaraq nəşriyyatların (naşirlərin) sifarişi ilə istehlakçı üçün nəzərdə tutulan kitab, broşür, albom, plakat, buklet, açıqca, elektron nəşrlər və digər nəşriyyat məhsullarının məcmusu;

çap məhsulu - poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbu nəşrlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdən olan poliqrafiya məhsullarının məcmusu;

nəşriyyat məhsulunu istehsal edən - nəşriyyatın (naşirin) sifarişi əsasında nəşriyyat məhsulunun tirajının, yaxud tirajın bir hissəsinin istehsalını və buraxılışını təmin edən fiziki və ya hüquqi şəxs;

yayıcı - nəşriyyatla (naşirlə) müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və ya hüquqi şəxs;

sifarişçi - maliyyə obyektlərini üzərinə götürməklə nəşriyyat məhsulunun hazırlanmasını, istehsalını və yayımını sifariş edən fiziki və ya hüquqi şəxs;

tiraj - nəşr nüsxələrinin miqdarı; kitabın beynəlxalq standart nömrəsi (İSBN) - hər hansı nəşriyyatın kitabının və ya broşürünün beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

nəşr - nəşriyyat prosesindən keçirilərək texniki vasitələrin köməyilə sayı çoxaldılan yazılı və audiovizual formada bir dəfə, yaxud dəfələrlə yayılan nəşriyyat məhsulu;

redaktə - nəşriyyat (naşir) tərəfindən müəllifə (müəlliflərə və tərtibçilərə) verilmiş sifariş əsasında, yaxud müəlliflərin özünün təqdimatı ilə nəşriyyata daxil olmuşəsərin müəllifin razılığı ilə elmi, ədəbi, texniki və bədii cəhətdən təkmilləşdirilməsi, ixtisar, dəyişiklik, əlavə və düzəlişlər etməklə nəşrə hazırlanması;

nəşriyyat redaksiyası - nəşriyyat məhsullarının hazırlanması ilə məşğul olan, əsərləri çap üçün hazırlayan əsas struktur bölmə;

redaktor - nəşriyyatlarda çalışan, yaxud müqaviləəsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssis;

nəşriyyat proqramı - nəşriyyatın nizamnaməsinə, istiqamətinə uyğun olaraq nəşriyyatın (naşirin) tərtib və təsdiq etdiyi rüblük, illik və çoxillik tematik layihə;

zəruri nəşrlər - siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən və dövlət ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulan üstün nəşrlər;

nəşriyyat işinin subyektləri - nəşriyyatlar (naşirlər), müəlliflər, poliqrafiya müəssisələri, nəşriyyat məhsullarının sifarişçiləri və yayıcıları.

Maddə 2. Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Maddə 3. Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin
vəzifələri

Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
nəşriyyat işi sahəsində sərbəstliyin təmin edilməsi;
nəşriyyat işinin maddi-texniki bazasının, təşkilati, hüquqi və elmi əsaslarının

möhkəmləndirilməsinə, milli kitab nəşrinin inkişafına yardım edilməsi.
Nəşriyyat işi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
nəşriyyat işinin inkişafına dair dövlət proqramının hazırlanması və həyata keçirilməsi;
nəşriyyat işi sahəsində inhisarçılığın qarşısının alınması;
əhalini, təhsil müəssisələrini və kitabxanaları latın əlifbası ilə nəşr olunmuş kitablara təmin

etmək məqsədilə xüsusi dövlət proqramının hazırlanması və həyata keçirilməsi; Azərbaycan xalqının klassik irsi və milli-mənəvi sərvətləri sayılan əsərlərin dövlət sifarişi əsasında nəşrinin həyata keçirilməsi, bu məqsədlə güzəştli kreditlər və dövlət tərəfindən qrantların ayrılması;

nəşriyyatların maddi-texniki bazasının genişləndirilməsinin, poliqrafiya sənayesinin inkişafının, nəşriyyat məhsullarının satışının stimullaşdırılması və kənd yerlərində kitab yayımının təmin edilməsi;

idarə, müəssisə və təşkilatların dövlət dilində olan zəruri nəşrlərlə təmin edilməsi;

milli-mədəni sərvətləri əks etdirən kitabların dünya miqyasında təbliği məqsədilə onların tərcüməsi, nəşri və yayılmasının stimullaşdırılması;

mətbuatın dövlət statistikasını aparmaqla, əhalinin və bazarın nəşriyyat məhsullarına olan tələbatını, ehtiyaclarını və təkliflərini öyrənməklə nəşriyyatların işinin istiqamətləndirilməsi;

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq nəşriyyatlar arasında dövlət satınalmaları keçirtməklə dövlət sifarişli dərsliklərin nəşrinin təmin edilməsi; i[1]

uşaq ədəbiyyatı, dərslik, elmi-texniki ədəbiyyat, tərcüməədəbiyyatı, lüğət və ensiklopediyaların, yazılı vəşifahi mədəniyyət abidələrinin nəşrinəəlavə güzəştlərin müəyyən edilməsi;

milli universal ensiklopediya nəşrinin dövlət vəsaiti hesabına həyata keçirilməsi;

qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının fəaliyyəti, habelə səhiyyə, elm və əhalinin sosial müdafiəsi ilə bağlı nəşriyyat məhsullarının istehsalının dövlət sifarişi əsasında həyata keçirilməsi;

Azərbaycan Respublikasını xarici ölkələrdə təbliğ etmək məqsədilə xarici dillərdə buraxılan zəruri nəşrlərin dövlət tərəfindən maliyyələşdirilməsi.

Nəşriyyat işi sahəsində dövlət siyasətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 4. Nəşriyyat işinin sərbəstliyi

Nəşr üçün nəzərdə tutulmuşəsərlərin, əlyazmaların və digər materialların senzurasına yol verilmir.

Nəşriyyat materiallarının müəllif deyilərsə, dövlət orqanlarının, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, habelə vəzifəli şəxslərin nəşrə hazırlanan materialların qabaqcadan onlarla razılaşdırılmasını tələb etmək və yayılmasını qadağan etmək hüququ yoxdur.

Nəşriyyatlar, poliqrafiya müəssisələri, yayıcılar tematik plan və proqram hazırlamaqda, mövzu vəəlliflər seçməkdə, nəşrlərin tirajını, qiymətini və ticarət əlavələrini (güzəştlərini) müəyyən etməkdə (dövlət proqramları əsasında hazırlanan, maliyyələşdirilən nəşrlərdən başqa), öz aralarında və digər hüquqi və fiziki şəxslərləəlaqə formalarını əyyənləşdirməkdə tam sərbəstidirlər.

Materialların hazırlanması zamanı tərcümə vəəllif mətnlərindəəlliflik hüququnu qorumaq şərtilə ixtisarlara və redaktəyə yol verilə bilər.

Maddə 5. Nəşriyyat işinin sərbəstliyindən suiistifadənin yolverilməzliyi

Nəşriyyat işinin subyektlərinin hazırladıqları, istehsal etdikləri və yaydıqları nəşriyyat məhsullarında dövlət sirlərini yaymağa, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirməyə, yaxud dəyişməyə, ölkənin təhlükəsizliyinə, dövlətin bütövlüyünə qəsd etməyə, müharibəni, zorakılığı, milli, irqi, dini müstəsnalığı, dözülməzliyi, sosial ədavəti təbliğ etməyə, habelə pornoqrafik xarakterli materialları nəşr etməyə və yaymağa, böhtan atmağa və digər qanun pozuntularına çağırışlara yol verilmir.

II fəsil
Nəşrİyyat İşİnİn təşkİlİ və həyata keçİrİlməsİ

Maddə 6. Nəşriyyat işi sahəsində fəaliyyətin təşkilatihüquqi formaları

Nəşriyyat işi sahəsində fəaliyyət mülkiyyətin bütün növlərinəəsaslanan müxtəlif təşkilatihüquqi formalarda həyata keçirilə bilər.

Maddə 7. Nəşriyyat işi subyektlərinin dövlət qeydiyyatı

Nəşriyyat (naşir), çap məhsullarını hazırlayan və yayıcı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınırlar.

ıxarılıb) ii[2]

Maddə 8. Təsisçi (həmtəsisçi)

Hüquqi və fiziki şəxslər nəşriyyatların, poliqrafiya və kitab ticarəti müəssisələrinin təsisçiləri (həmtəsisçiləri) ola bilərlər. Xarici hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdəəyyənləşdirilmiş hallarda təsisçi (həmtəsisçi) ola bilərlər.

Təsisçi ilə onun təsis etdiyi nəşriyyat, poliqrafiya, yaxud kitab ticarəti və təchizat müəssisəsi arasındakı münasibətlər nizamnamə, təsis müqaviləsi və mövcud qanunvericiliklə tənzimlənir.

Təsisçi nəşriyyatın tematikasını və (və ya) ixtisaslaşmasınıəyyənləşdirir, onun nizamnaməsini təsdiq edir, qanunvericilikdə nəzərdə tutulan hallarda məhkəmədə iddiaçı və ya cavabdeh kimi iştirak edir.

Təsisçi eni zamanda nəşriyyat məhsulunun naşiri, istehsalçısı və yayıcısı ola bilər.

Maddə 9. Nəşriyyatın (naşirin) hüquq və vəzifələri

Nəşriyyatın (naşirin) aşağıdakı hüquqları vardır:

nəşriyyat məhsulu buraxılışının proqramını tərtib və təsdiq etmək;

nəşriyyat proqramını və müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin edəcək göstəriciləri müəyyənləşdirib öz redaksiyaları və digər struktur bölmələri arasında paylaşdırmaq;

nizamnaməsində göstərilən fəaliyyət istiqamətlərinə (ixtisas yönünə) uyğun olaraq hər hansı bir mövzuda bədii, bədii-publisistik, ictimai-siyasi və elmi xarakterli əsərlərin yaradılması ilə bağlı sifariş almaq və vermək;

əlliflərləəllif müqavilələri bağlamaq;

əlliflərin əsərlərindən başqa ölkələrdə və xarici müəlliflərin əsərlərindən Azərbaycan Respublikasında istifadə edilməsi üçün müəlliflərin icazəsi ilə xarici hüquqi və fiziki şəxslərlə əllif müqavilələrinin bağlanmasında vasitəçi kimi iştirak etmək;

xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə qanunvericiliyə uyğun olaraq müqavilələr
bağlamaq;

çap məhsulunun hazırlayanı və yayıcısı qismində çıxış etmək;
Azərbaycan Respublikasının qanunvericiliyinə və öz nizamnaməsinə müvafiq olaraq digər
istehsalat-təsərrüfat fəaliyyətini həyata keçirmək;

nəşriyyat tərəfindən hazırlanmış elmi, bədii və incəsənət əsərlərini müəyyən edilmiş qaydada

dövlət mükafatlarına, ictimai və beynəlxalq mükafatlara təqdim etmək;
əyyən edilmiş qaydada beynəlxalq təşkilatların işində iştirak etmək, öz nəşrlərini milli və
beynəlxalq müsabiqələrə, sərgilərə, yarmarkalara təqdim etmək.

Nəşriyyatın (naşirin) aşağıdakı vəzifələri vardır:
istehlak ehtiyaclarının ödənilməsini təmin etmək;
öz məhsullarını dövlət standartlarına müvafiq tərtib etmək;
əlliflik hüququna, dövlət standartlarının və beynəlxalq standartların tələblərinə, nəşriyyat

işini tənzimləyən normativ hüquqi aktlara əməl etmək;

nəşriyyat məhsulları haqqında dövlət hesabatını və məlumatıəyyən olunmuş qaydada
təqdim etmək.
Nəşriyyat (naşir) qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlardan da istifadə edir və

vəzifələr daşıyır.

Poliqrafiya müəssisələri nəşriyyat məhsulu sayılmayan digər çap məhsullarının istehsalını
qanunvericilikləəyyən olunmuş qaydada həyata keçirirlər.
Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, nəşriyyat öz məhsullarının buraxılışına görə tam

məsuliyyət daşıyır. Nəşriyyat dövri mətbu orqanın təsisçisi kimi çıxış etdikdə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun normalarına əməl etməlidir. Maddə 10. Nəşriyyat məhsullarının istehsal edənin hüquq və vəzifələri

Poliqrafiya müəssisələri, istifadəsində poliqrafik, surəıxarma və ya müvafiq texniki vasitələr
olan digər hüquqi və fiziki şəxslər nəşriyyat məhsullarını istehsal edə bilərlər.
Nəşriyyat məhsullarını istehsal, edən poliqrafiya müəssisələri nəşriyyatdan və naşirlərdən

daxil olan sifarişlər əsasında nəşriyyat məhsullarının istehsalını və buraxılışını həyata keçirə

bilərlər.
Sifarişlərin yerinə yetirilməsinin şərtləri və müddəti tərəflər arasındakı müqavilə iləəyyən
edilir.

Nəşriyyat məhsullarını istehsal edən poliqrafiya müəssisəsi poliqrafiya sahəsində dövlət standartlarına və beynəlxalq standartlara, texniki şərtlərə və normativ hüquqi aktlara əməl etməlidir.

Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa nəşriyyat məhsulunu istehsal edən poliqrafiya müəssisəsi nəşrin hazırlanmış tirajını və ya onun bir hissəsini, nəşrin orijinal nüsxəsini, maket və fotoları və ya çap formalarını sifarişçinin icazəsi olmadan başqasına verə, habelə nəşrin əlavə və təkrar tirajını çap edə bilməz.

Maddə 11. Sifarişçinin hüquq və vəzifələri

Hər bir hüquqi və fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəşriyyat
məhsulunun sifarişçisi ola bilər.
Sifarişçi qismindəəlliflər (həmmüəlliflər), tərtibçilər (həmtərtibçilər) və tərcüməçilər

redaksiya-nəşriyyat işlənməsi, hazırlanması və buraxılışı üçün aşağıdakı materialları
nəşriyyatı (naşirə) təqdim edə bilər:
belletristik, ictimai-siyasi, reklam, məlumat, tədris, elmi, tətbiqi və texniki səciyyəli əsərlər;
çıxışlar, mühazirələr, nitqlər, məruzələr, moizələr;
mətnli və mətnsiz musiqi əsərləri;
dram, musiqili dram əsərləri;
tətbiqi sənət əsərləri;

fotolar, illüstrasiyalar, xəritələr, planlar, eskizlər;
tərcümələr, işləmələr, annotasiyalar, icmallar, xülasələr, əsərlərin digər işləmələri vəəsasında
törəməəsərlər yaradılan, orijinalın məzmununa ziyan vurmayan folklor işləmələri;

almanaxlar, antologiyalar, ensiklopediyalar və digər toplular;
digər əsərlər.
Sifarişçi nəşrin dilini, həcmini, tirajınıəyyən edir və onun istifadə və yayımı qaydasını

müstəqil həll edir.

Naşir nəşriyyat məhsulunu hazırlayana (poliqrafiya müəssisəsinə) öz məhsulunun
hazırlanmasını, yayıcıya isə həmin məhsulun yayılmasını sifariş edə bilər.
Verilmiş sifarişlərin icra şərtləri, tərəflərin hüquq və vəzifələri müəllif (həmmüəllif) və ya

sifariş obyektinin mülkiyyətçisi olan şəxs, sifarişçi, naşir, çap məhsulunu hazırlayan və yayıcı arasında qanunvericiliyə uyğun bağlanmış müqavilə iləəyyən edilir.

Maddə 12. Xüsusi şərtlər Naşir, müəllif, çap məhsulunu hazırlayan poliqrafiya müəssisəsi və onun yayıcısı olan kitab ticarəti təşkilatları öz müqavilə öhdəliklərində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan xüsusi şərtlər dəəyyən edə bilərlər.

Maddə 13. Mühafizə prinsipli sənədlərin nəşri Dövlət əhəmiyyətli sənədlərin, qiymətli kağızların, nömrəli çap məhsullarının nəşrinin qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 14. Nəşrdən imtina

Müqavilə öhdəliklərinin pozulma faktının məhkəmə tərəfindən müəyyənləşdirildiyi hallardan başqa, heç kəs nəşriyyatı (naşiri) çapından imtina olunmuşəlyazmaları, yaxud digər materialları çap etməyə məcbur edə bilməz.

Maddə 15. əllif nəşrləri Vətəndaşlar və təşkilatlar öz əlyazmalarını və digər materialları öz hesablarına vəəllif redaktəsi ilə çap etdirə bilərlər. Maddə 16. Nəşriyyat məhsulunun buraxılışı Nəşriyyat məhsulunu istehsal edənlər (poliqrafiya müəssisəsi, digər hüquqi və fiziki şəxslər) nəşriyyatın (naşirin), yaxud onun nümayəndəsinin razılığı olmadan nəşriyyat məhsulunu buraxa bilməzlər. Maddə 17. Nəşriyyat işi sahəsində reklam

Nəşriyyat məhsullarında reklamın verilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi iləəyyən edilir. Uşaq ədəbiyyatı, dərsliklər, dövlət əhəmiyyətli zəruri nəşrlər, ensiklopediyalar pulsuz və

yaxud güzəştli şərtlərlə reklam oluna bilər.

Maddə 18. Buraxılış məlumatı Hazır məhsulun hər nüsxəsində aşağıdakı məlumatlar olmalıdır: nəşriyyatın və çap məhsulunu hazırlayanın adı, ünvanı, xüsusi razılığın nömrəsi və verilmə

tarixi; iii[3]
buraxılış yeri və ili;
əlyazmanın yığıma verdiyi və çapa imzalandığı tarix;
hesab-nəşriyyat həcmi;
fiziki həcmi;
formatı;
səhifələrin sayı;
kağızın tipi;
şriftin növü (qarnituru);
çap üsulu;
tiraj;
qiyməti, yaxud “müqavilə qiyməti ilə” və ya “pulsuz” qeydi.
Nəşriyyat məhsullarında beynəlxalq kitab kodu, müəlliflik hüququnu göstərən nişan (işarə),

standarta uyğun annotasiya, kitab təsnifatı göstəriciləri də qeyd olunmalıdır.
Buraxılış məlumatı olmayan nəşrlərin çap olunmasına yol verilmir.

Maddə 19. Nəşriyyat işi sahəsində əqli mülkiyyət hüququ

Nəşriyyat məhsulunun hazırlanması və istehsalı prosesində bədii və texniki tərtibatla əlaqədar yaradılmış məhsul üzərindəəqli mülkiyyət hüququ nəşriyyata (naşirə) məxsusdur.

Maddə 20. Naşirlərin, çap məhsullarını hazırlayanların və yayıcıların məsuliyyəti

Nəşriyyat və nəşriyyat işinin subyektləri:

əlliflik hüququ ilə qorunan əsərlərin müəlliflik müqaviləsi olmadan istehsalına;

naşirlik fəaliyyətinin dayandırılması haqqında qərar qəbul olunduqdan sonra işin davam etdirilməsinə;

dövlət standartlarını pozmaqla məhsul istehsal edilməsinə görə inzibati və maddi məsuliyyət daşıyır.

Nəşr olunmuş, müəlliflik hüququ ilə qorunan obyektlərin hüquq sahibinin icazəsi olmadan həmin obyektlərin tam, yaxud qismən surətinin çıxarıldığı (çap edildiyi) hallarda zərər çəkən hüquq sahibinin hüquqlarının bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilir.

Nəşriyyat hüququ olmayan təşkilatlardan qəbul edilmiş nəşrlərin poliqrafiya müəssisələri tərəfindən çapına, kitab ticarəti müəssisələri tərəfindən yayımına, həmçinin dövlət standartlarını pozaraq buraxılış məlumatları olmadan nəşrinə yol vermiş fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 21. Nəşriyyat fəaliyyətinə xitam verilməsi

Nəşriyyat fəaliyyətinə:

təsisçinin qərarı ilə;

bu Qanunun 5-ci maddəsinin tələbləri pozulduqda, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda məhkəmənin qərarı ilə xitam verilə bilər.

Maddə 22. Məcburi nüsxələr

Nəşriyyat məhsulunu və digər çap məhsullarını hazırlayan müəssisə sifarişçinin hesabına buraxılmış hər bir nəşrin pulsuz məcburi nüsxələrini Azərbaycan Respublikasının Milli Kitabxanasına, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların kitabxanalara, ödənişli nüsxələri isəəyyən edilmiş qaydada müvafiq idarə, müəssisə və təşkilatlara göndərir.iv[4]

Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir.

Maddə 23. Nəşriyyat məhsullarının yayım qaydası

əlliflik müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, çap məhsulunun yayımı naşir, yaxud onun nümayəndəsi buraxılışa icazə verdikdən sonra mümkündür.

Nəşriyyat məhsulunun yayımı aralarındakı razılaşmaya əsasən təsisçi, naşir, nəşriyyat məhsulunu hazırlayan vəəllif tərəfindən, yaxud müqavilə və ya digər qanuni əsaslarla hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilə bilər.

Maddə 24. Nəşriyyat işinin maliyyələşdirilməsi Nəşriyyat işinin subyektləri: dövlət büdcəsindən qanunvericilikdəəyyən edilmiş ayırmalar; təsisçinin vəsaiti; sponsorun vəsaiti; hüquqi və fiziki şəxslərin ianələri; dövlət və ictimai təşkilatlardan ayrılmış qrantlar; nəşriyyatların (naşirlərin) sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlər; qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilə bilərlər.

Maddə 25. Dövlət Kitab Palatası Azərbaycan Respublikasında buraxılmış bütün çap məhsulları növlərinin toplanmasını, onların biblioqrafik qeydiyyatını və kataloqlaşdırılmasını, nəşriyyat fəaliyyəti sahəsində inkişafın dinamikasını göstərən statistik materialların hazırlanmasını və mətbuatın dövlət

statistikasının aparılmasını Kitab Palatası həyata keçirir. Kitab Palatası öz nizamnaməsi əsasında fəaliyyət göstərir və dövlət büdcəsindən maliyyələşdirilir. Kitab Palatası özəlləşdirilə bilməz.

Maddə 26. Azərbaycan Milli Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası Azərbaycan xalqının tarixi inkişaf mərhələlərini, millimənəvi sərvətlərini, həmçinin dünya elmi və mədəniyyəti nailiyyətlərini özündəəks

etdirməklə yaradılan, büdcədən maliyyələşdirilən universal, milli, elmi nəşriyyat
əssisəsidir.
Azərbaycanın elmi və mədəni sərvətlərini özündəəks etdirən Azərbaycanın Milli

Ensiklopediyası Azərbaycan xalqının milli sərvətidir.
Azərbaycan Milli Ensiklopediyası:
dövlət proqramına uyğun olaraq milli-universal və sahə ensiklopediyalarının, ensiklopedik

məlumat və sorğu kitablarının, müxtəlif lüğətlərin nəşrini həyata keçirir;

öz fəaliyyətini genişləndirmək və inkişaf etdirmək üçün qanunvericilikləəyyən olunmuş
qaydada hüquqi və fiziki şəxslərlə müqavilələr bağlayır;
ölkədə universal və sahə ensiklopediyalarının, ensiklopedik məlumat ədəbiyyatının nəşrini

koordinasiya edir;

Azərbaycanı təbliğ edən informasiyaları toplayır, hazırlayır və onların ölkə daxilində və
xaricdə yayılmasını təmin edir, informasiya mübadiləsi ilə məşğul olur;
ensiklopedik nəşrlərdə bağlı beynəlxalq tədbirlərdə, sərgi və yarmarkalarda iştirak edir.

Dövlət təşkilatları, elmi müəssisələr Azərbaycan Milli Ensiklopediyasının, digər ensiklopedik nəşrlərin hazırlanması üçün zəruri olan sənəd və məlumatları, başqa informasiyaları təqdim etməlidirlər.

Maddə 27. Kitabxana Kollektoru

Kitabxana Kollektoru aşağıdakı vəzifələri həyata keçirir:

dövlət proqramına uyğun olaraq nəşr olunmuş kitab məhsulları ilə dövlət və qeyri-dövlət kitabxanalarının fondlarını zənginləşdirir;

elm və təhsil müəssisələrinin, dövlət təşkilatlarının, idarə vəəssisələrin, özəl qurumların, icra hakimiyyəti orqanlarının, bələdiyyələrin sifarişləri əsasında nəşriyyat məhsullarını əldə edərək onların kitabxanalarının təchiz olunmasına köməklik göstərir;

kitabxanaların və oxucuların nəşriyyat məhsullarına olan tələbatını öyrənir, bu sahədə sosioloji sorğular aparır və onun nəticələri barədəəlaqədar təşkilatlara məlumat verir;

öz fəaliyyətini genişləndirmək və inkişaf etdirmək üçün mülkiyyət formasından asılı olmayaraq qanunvericilikləəyyən olunmuş qaydada hüquqi və fiziki şəxslərlə müqavilələr bağlayır;

xarici ölkələrin kitabxana kollektorları iləəməkdaşlıq edir, qanunvericilikdəəyyən olunmuş qaydada nəşriyyat məhsullarının ölkəyə gətirilməsini və xaricə göndərilməsini təmin edir.

III fəsil
Yekun müddəaları

Maddə 28. Beynəlxalq əməkdaşlıq

Nəşriyyat işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrəəsasən həyata keçirilir.

Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 29. Bu Qanunun pozulmasına görə məsuliyyət

Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində əyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev

Bakı şəhəri, 30 may 2000-ci il 887-IQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİNSİYAHISI
  1. 6 dekabr 2002ci il tarixli 399IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002ci il, № 12, maddə 709)
  2. 30 aprel 2004 il tarixli 643IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004 il, № 7, maddə 505)
  3. 9 oktyabr 2007ci il tarixli 429IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007ci il, № 10, maddə 938)

4. 1 aprel 2008ci il tarixli 583IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu

(“Azərbaycan” qəzeti 14 may 2008ci il, № 103)

5. 1 aprel 2008-ci il tarixli 583-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 343)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏƏLAVƏLƏRİN SİYAHISI

i[1] 6 dekabr 2002ci il tarixli 399IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002ci il, № 12, maddə 709) ilə 3 maddənin ikinci hissəsinin onuncu abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

ixtisaslaşmış nəşriyyatlar arasında qapalı tender keçirməklə dövlət sifarişli dərsliklərin nəşrinin təmin edilməsi;

ii[2] 30 aprel 2004 il tarixli 643IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004 il, № 7, maddə 505) ilə 7ci maddənin ikinci hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Dövlət əhəmiyyətli sənədlərin, uşaq ədəbiyyatının, dərsliklərin, elmi, elmitexniki kitabların, tərcümə ədəbiyyatının, ensiklopedik nəşrlərin hazırlanması ilə məşğul olan ixtisaslaşmış nəşriyyatlar (naşirlər), nəşriyyat məhsulunu istehsal edənlərvə yayıcılar dövlət qeydiyyat rüsumunu güzəştli qaydada ödəyirlər.

iii[3] 9 oktyabr 2007ci il tarixli 429IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007ci il, № 10, maddə 938) ilə 18ci maddəsinin birinci hissəsinin ikinci abzasından ʺxüsusi razılığın nömrəsi və verilmə tarixiʺ sözləri çıxarılmışdır.

iv[4] 1 aprel 2008ci il tarixli 583IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 may 2008ci il, № 103) ilə 22ci maddəsinin birinci hissəsində ʺKitab Palatasına,ʺ sözlərindən sonra ʺAzərbaycan Mətbuat Şurasına,ʺ sözləri əlavə edilmişdir.