À propos de la propriété intellectuelle Formation en propriété intellectuelle Respect de la propriété intellectuelle Sensibilisation à la propriété intellectuelle La propriété intellectuelle pour… Propriété intellectuelle et… Propriété intellectuelle et… Information relative aux brevets et à la technologie Information en matière de marques Information en matière de dessins et modèles industriels Information en matière d’indications géographiques Information en matière de protection des obtentions végétales (UPOV) Lois, traités et jugements dans le domaine de la propriété intellectuelle Ressources relatives à la propriété intellectuelle Rapports sur la propriété intellectuelle Protection des brevets Protection des marques Protection des dessins et modèles industriels Protection des indications géographiques Protection des obtentions végétales (UPOV) Règlement extrajudiciaire des litiges Solutions opérationnelles à l’intention des offices de propriété intellectuelle Paiement de services de propriété intellectuelle Décisions et négociations Coopération en matière de développement Appui à l’innovation Partenariats public-privé Outils et services en matière d’intelligence artificielle L’Organisation Travailler avec nous Responsabilité Brevets Marques Dessins et modèles industriels Indications géographiques Droit d’auteur Secrets d’affaires Académie de l’OMPI Ateliers et séminaires Application des droits de propriété intellectuelle WIPO ALERT Sensibilisation Journée mondiale de la propriété intellectuelle Magazine de l’OMPI Études de cas et exemples de réussite Actualités dans le domaine de la propriété intellectuelle Prix de l’OMPI Entreprises Universités Peuples autochtones Instances judiciaires Ressources génétiques, savoirs traditionnels et expressions culturelles traditionnelles Économie Égalité des genres Santé mondiale Changement climatique Politique en matière de concurrence Objectifs de développement durable Technologies de pointe Applications mobiles Sport Tourisme PATENTSCOPE Analyse de brevets Classification internationale des brevets Programme ARDI – Recherche pour l’innovation Programme ASPI – Information spécialisée en matière de brevets Base de données mondiale sur les marques Madrid Monitor Base de données Article 6ter Express Classification de Nice Classification de Vienne Base de données mondiale sur les dessins et modèles Bulletin des dessins et modèles internationaux Base de données Hague Express Classification de Locarno Base de données Lisbon Express Base de données mondiale sur les marques relative aux indications géographiques Base de données PLUTO sur les variétés végétales Base de données GENIE Traités administrés par l’OMPI WIPO Lex – lois, traités et jugements en matière de propriété intellectuelle Normes de l’OMPI Statistiques de propriété intellectuelle WIPO Pearl (Terminologie) Publications de l’OMPI Profils nationaux Centre de connaissances de l’OMPI Série de rapports de l’OMPI consacrés aux tendances technologiques Indice mondial de l’innovation Rapport sur la propriété intellectuelle dans le monde PCT – Le système international des brevets ePCT Budapest – Le système international de dépôt des micro-organismes Madrid – Le système international des marques eMadrid Article 6ter (armoiries, drapeaux, emblèmes nationaux) La Haye – Le système international des dessins et modèles industriels eHague Lisbonne – Le système d’enregistrement international des indications géographiques eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Médiation Arbitrage Procédure d’expertise Litiges relatifs aux noms de domaine Accès centralisé aux résultats de la recherche et de l’examen (WIPO CASE) Service d’accès numérique aux documents de priorité (DAS) WIPO Pay Compte courant auprès de l’OMPI Assemblées de l’OMPI Comités permanents Calendrier des réunions WIPO Webcast Documents officiels de l’OMPI Plan d’action de l’OMPI pour le développement Assistance technique Institutions de formation en matière de propriété intellectuelle Mesures d’appui concernant la COVID-19 Stratégies nationales de propriété intellectuelle Assistance en matière d’élaboration des politiques et de formulation de la législation Pôle de coopération Centres d’appui à la technologie et à l’innovation (CATI) Transfert de technologie Programme d’aide aux inventeurs WIPO GREEN Initiative PAT-INFORMED de l’OMPI Consortium pour des livres accessibles L’OMPI pour les créateurs WIPO Translate Speech-to-Text Assistant de classification États membres Observateurs Directeur général Activités par unité administrative Bureaux extérieurs Avis de vacance d’emploi Achats Résultats et budget Rapports financiers Audit et supervision
Arabic English Spanish French Russian Chinese
Lois Traités Jugements Parcourir par ressort juridique

Azerbaïdjan

AZ025

Retour

Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu

Antiinhisar fəaliyyəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

I b ö l m ə

ÜMUMİMÜDDƏALAR

M a d d ə 1. Qanunun məqsədləri

Qanun inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarınımüəyyən edir.

Maddə 1‐1. Antiinhisar qanunvericiliyi 1

Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, ʺTəbii inhisarlar haqqındaʺ, ʺHaqsız rəqabət haqqındaʺ Azərbaycan Respublikasının qanunlarından və digər normativ‐hüquqi aktlardan ibarətdir. 2

Maddə 2. Qanunun tətbiq dairəsi

1. Bu Qanun Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərir və bütün hüquqi və fiziki şəxslərə şamil edilir.

2. Qanun təsərrüfat subyektlərinin, icra hakimiyyəti və idarə etmə orqanlarının xarici ölkələrin fiziki və hüquqi şəxsləri ilə bağladıqları sazişlərin və müqavilələrin milli bazarda rəqabətin məhdudlaşdırılmasına gətirib çıxardığı hallarda da tətbiq edilir.

3. Qanun təsərrüfat subyektlərinin ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici, müəlliflik hüququ və əlaqəli hüquqlardan irəli kələn münasibətlərinə, onların bu hüquqlardan qəsdən rəqabəti məhdudlaşdırmaq məqsədilə istifadə etməsi hallar istisna olmaqla, şamil edilmir. 3

M a d d ə 3. Antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikasının dövlət orqanları

İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər.

M a d d ə 4. Əsas anlayışlar

Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı kimi qəbul olunur: icra hakimiyyəti və idarəetmə orqanları—Azərbaycan Respublikasının, şəhərlərin,

rayonların və onlara daxil olan inzibati ərazi vahidlərinin icra hakimiyyətinə idarəetmə orqanları. İdarəetmə orqanlarına həmçinin idarəetmə funksiyalarını yerinə yetirərkən (dövlət sifarişlərinin yerləşdirilməsi, material ehtiyatları limitlərinin ayrılması və s.) ittifaqlar, assosiasiyalar, konsernlər, konsorsiumlar vəmüəssisələrin digər birlikləri də aiddir;

bazarın subyektləri — bazar münasibətlərinin iştirakçıları olan təsərrüfat subyektləri və

idarəetmə orqanları: rəqabət—bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ək, əlverişli şərtləri: uğrunda

mübarizənin elə formasıdır ki, bu zaman onlar müstəqil fəaliyyətləri hər birinin bazarda əmtəə dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını. əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan malların istehsalını stimullaşdırır;

məhdudlaşdırıcı fəaliyyət vasitələri—təsərrüfat subyektlərinin bu və ya digər bazarda öz fəaliyyət sahəsini rəqiblərdən qorumaq və təcrid etmək, bununla da həmin bazarda rəqabəti məhdudlaşdırmaq üçün istifadə etdiyi vasitələr (ehtiyatların və satış kanallarının ələ keçirilməsi, təsərrüfat subyektlərinin qovuşması və birinin digərini öz tərkibinə daxil etməsi, bazarı bölmək məqsədilə sazişlər bağlanılması, qiymətlərlə manipulyasiya, rəqiblərin boykot edilməsi, patent inhisarçılığı və s.)

hökmran mövqe—təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyəti. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur;

inhisarçılıq fəaliyyəti—inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat subyektlərinin, yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdIrmağa, yaxud arada qaldırmağa yönəldilmiş fəaliyyəti;

bazar maneələri—yeni rəqiblərin bazara daxil olmasına maneçilik (kiriş maneələri) və bazarda fəaliyyət göstərən təsərrüfat subyektlərinin buranı tərk etmək cəhdləri qarşısında maneələr qoymaq (çıxışmaneələri);

üfqi sazişlər—istehsal silsiləsinin eyni səviyyəsində olan, yaxud eyni bazarda bir‐biriləri ilə rəqabətə yol verməmək məqsədilə fəaliyyət göstərən təsərrüfat subyektlər arasında sazişlər; şaquli sazişlər—istehsal silsiləsinin müxtəlif səviyyələrində olan təsərrüfat subyektləri

arasında, yaxud təsərrüfat subyektləri ilə onların müştəriləri və mal göndərənləri arasında sazişlər;

təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti. 4

II bölmə

İNHİSARÇILIQ FƏALİYYƏTİ

M a d d ə 5. Dövlət inhisarçılığı

İcra hakimiyyəti orqanlarının rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına, təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar daxildir:

1) iqtisadiyyatın dövlət bölməsindən kənarda fəaliyyət göstərən təsərrüfat subyektləri üçün məhsul istehsalı və satışı üzrə direktiv tapşırıqların və məcburi dövlət sifarişlərinin müəyyən edilməsi;

2) müstəqil təsərrüfat subyektləri tərəfindən istehsal edilən və satılan malların qiymətləri üzərində əsassız olaraq nəzarətin həyata keçirilməsi;

3) idarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlər verilməsi;

4) respublikanın bölgələri arasında məhsul əsassız qadağanların qoyulması; 5) fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati

idarəetmə strukturlarının yaradılması; 6) əsassız olaraq ayrı‐ayrı təsərrüfat subyektlərinə onları eyni bazarın başqa subyektlərinə

nisbətən üstün vəziyyətə gətirib çıxaran vergi, kredit güzəştlərinin və başqa güzəştlərin verilməsi;

7) qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müəyyən növ əmtəələrin (xidmətlərin) istehsalının və ya müəyyən növ istehsal fəaliyyətinin qadağan edilməsi, yaxud məhdudlaşdırılması.

8) qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, xarici təsərrüfat subyektləri üçün əsassız olaraq aşağı (yüksək) gömrük rüsumlarının müəyyən edilməsi, yaxud onların gömrük vergisindən azad edilməsi;

9) istehsalı və satışı qanunvericilikdə qadağan olunmuş əmtəələrin ticarəti istisna olmaqla, ticarət və tədarük fəaliyyətin üzərində qadağan qoyulması, yaxud onun məhdudlaşdırılması,

10) təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətinə əsassız məhdudiyyətlər qoyulması; 11) rəqabətin məhdudlaşdırılmasına yönəldiyi və istehlakçıların mənafeyinə toxunduğu

hallarda qiymətlərin manipulyasiyası, (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması) məqsədilə müəyyən növ məhsul bazarına əmtəə müdaxiləsinin həyata keçirilməsi;

12) qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, tələb və təklif sahəsində informasiya şəbəkəsi üzərində nəzarət qoyulması.

M a d d ə 6. Sahə inhisarçılığı

Sahə idarəetmə orqanlarının təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinə zidd olaraq rəqabətin məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran və ya gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar daxildir:

1) yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələr yaradılması; 2) qeyri‐dövlət təsərrüfat subyektlərinin maddi ehtiyatlarla əsassız olaraq

mərkəzləşdirilmiş qaydada təchiz edilməsi kanallarının yaradılması; 3) malların bölüşdürülməsi tədarükü və satışı üzrə paralel strukturların yaradılmasına

maneçilik törədilməsi; 4) təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması; 5) rəqabətin məhdudlaşdırılması ilə nəticələnən təşkilati idarəetmə strukturlarının, yaxud

holdinq şirkətlərinin yaradılması; 6) sahə tabeliyində olan təsərrüfat subyektlərinin özəlləşdirilməsi prosesində səhm nəzarət

paketlərinin əldə edilməsi; 7) kapitalın bir sahədən digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması; 8) yeni məhsulun və texnologiyanın işlənib hazırlanması və ya yeni müəssisələrin

yaradılması qüvvədə olan qanunvericiliyə zidd deyilsə, onların qarşısında əsassız maneələr qoyulması;

9) əmtəə əvəzedicilərinin istehsalına, malların idxalına əsassız nəzarət qoyulması; 10) azrentabelli və ya zərərlə işləyən təsərrüfat subyektlərinə ictimai mənafe ilə bağlı

olmayan və sahədaxili rəqabətə ziyan vuran maliyyə güzəştlərinin və digər güzəştlərin verilməsi;

11) rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması.

M a d d ə 7. Yerli inhisarçılıq

Yerli icra hakimiyyəti orqanlarının (rayon, şəhər və onlara daxil olan inzibati ərazi qurumlarının) təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinə zidd olaraq rəqabətin məhdudlaşdırılmasına və ya aradan qaldırılmasına gətirib çıxaran və ya gətirib çıxara bilən

qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar daxildir: 1) təsərrüfat subyektlərinin yerli bazara daxil olmasının məhdudlaşdırılması və kapital

qoyuluşu üçün hüquqi, təşkilati və iqtisadi əngəllərin yaradılması; 2) rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən hallarda, yerli təsərrüfat subyektlərinə

birtərəfli üstünlük yaratmaq məqsədilə dövlət büdcəsinin vəsaitindən, həmçinin büdcədənkənar dövlət fondlardan istifadə edilməsi; 5

3) tabeliyində olan ərazidə bazar subyektlərinə münasibətdə sahibkarlıq fəaliyyətini məhdudlaşdırmaq məqsədilə vergitutma, özəlləşdirmə və torpaq məsələlərinin tənzimlənməsi sahəsində öz səlahiyyətlərindən istifadə edilməsi;

4) yerli bazarda hökmran vəziyyətə (mövqeyə) malik yerli təsərrüfat subyektlərinə və ya onların birliklərinə birtərəfli qaydada üstünlük verən vergi güzəştlərinin və digər güzəştlərin müəyyən edilməsi;

5) yerli bazarda hökmran mövqe tutmağa səbəb olan təşkilati‐idarə qurumlarının, yaxud holdinq şirkətlərinin yaradılması;

6) əmtəə idxalı və ixracı üzrəməhdudiyyətlərin müəyyən edilməsi; 7) ayrı‐ayrı təsərrüfat subyektləri üçün rəqabəti məhdudlaşdırılmasına gətirib çıxaran yerli

sifarişdən sui‐istifadə edilməsi.

M a d d ə 8. Təsərrüfat subyektlərinin inhisarçılığı

Bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar daxildir:

1) xalq təsərrüfatının, əhalinin, ayrı‐ayrı təsərrüfat subyektlərinin tələbatının ödənilmədiyi malların istehsalının əsassız olaraq məhdudlaşdırılması, yaxud dayandırılması;

2) süni qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədi istehsalın həcminin dəyişdirilməsi və əmtəələrin dövriyyədən çıxarılması;

3) digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaradılması;

4) bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması);

5) məhsulun alternativ satıcıları və alıcıları olmadıqda təsərrüfat subyektləri arasında ayrı‐ seçkilik yaratmaq məqsədilə həmin məhsulu satmaqdan və ya almaqdan imtina edilməsi;

6) topdansatış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması;

7) digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı‐seçkiliyə yol verilməsi;

8) kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi;

9) istifadə olunmamış istehsal qurğuları olduğu halda kontragentləmüqavilə bağlamaqdan əsassız imtina edilməsi;

10) kontragenti əvvəlcədən xəbərdar etmədən və onunla razılaşdırmadan qərarlaşmış təsərrüfat əlaqələrinin pozulması.

M a d d ə 9.Maliyyə‐kredit inhisarçılığı

Maliyyə‐kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyəti aşağıdakılar hesab olunur:

1) maliyyə ehtiyatlarının çevikliyinin məhdudlaşdırılması, kapitalın bir fəaliyyət sahəsindən digərinə axması qarşısında süni əngəllər yaradılması;

2) kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlər bağlanması;

3) mülkiyyət və təşkilati‐hüquqi formalardan asılı olaraq təsərrüfat subyektlərinin bank krediti almasında əsassız ayrı‐seçkilik yaradılması;

4) bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi;

5) digər maliyyə‐kredit təşkilatlarının maliyyə bazarına daxil olması (yaxud bazardan çıxması) üçün maneələr yaradılması;

6) kredit ehtiyatları bazarında süni qıtlıq yaratmaq, yaxud qıtlığı qoruyub saxlamaq, həmçinin kredit dərəcələrini yüksəltmək məqsədilə kredit verilməsinin azaldılması və ya dayandırılması.

M a d d ə 10. Bazar subyektlərinin üfqi və şaquli sazişləri nəticəsində yaranan inhisarçılıq

İcra hakimiyyəti və idarəetmə orqanları arasında, təsərrüfat subyektlərinin öz aralarında, yaxud icra hakimiyyəti, idarəetmə orqanları və təsərrüfat subyektləri arasında rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya səbəb ola bilən qeyri‐qanuni üfqi və şaquli sazişlərə aşağıdakılar aiddir:

1) bazarda rəqabət aparan subyektlərdən biri hökmran mövqedə olarsa, onlar arasında bağlanan vəməhdudlaşdırma vasitələri ilə bazarın inhisarlaşmasını doğuran sazişlər:

bazarın ərazi prinsipinə, alqı‐satqının həcminə, malların çeşidinə və ya müştərilərə (sifarişçilərə) görə bölüşdürülməsi,

təsbit edilmiş qiymətlərin (tariflərin), güzəştlərin, əlavələrin (əlavə haqların, qiymətlərin) müəyyən edilməsi,

rəqibin bazara girməsinin məhdudlaşdırılması, baykot edilməsi və onunla işgüzar əlaqələrdən imtina edilməsi,

təklifin həcmini süni şəkildə dəyişdirmək məqsədilə istehsal kvotasının razılaşdırılması, hərraclarda və sövdələşmələrdə qiymətlərin yüksəldilməsi, azaldılması və ya bir səviyyədə

saxlanılması, bazar qiymətlərinin blokadası, qiymət ayrı‐seçkiliyi qoyulması, bir şəxsin eyni növ məhsul istehsal edən və satan iki və daha çox bazar subyektində eyni

zamanda rəhbər vəzifə tutması; 2) bir‐birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni,

yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən sazişlər;

3) təsərrüfat subyektlərinin bazardakı paylarının birləşdirilməsi onlara hökmran mövqe yaradarsa və ya bu mövqeyi gücləndirərsə, onların qovuşması və ya başqasının əlinə keçməsi ilə nəticələnən sazişlər;

4) bazar subyektlərinin rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə birgəmüəssisə yaratmaq haqqında öz aralarında bağladıqları sazişlər;

5) xarici şirkətin Azərbaycan şirkətini əldə etməsi haqqında milli bazarda rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran sazişlər;

6) hər hansı bir malın alınmasını digər malın satılması üçün şərt kimi irəli sürən şərtli bağlaşmalar;

7) hər hansı malı satıcının rəqiblərindən deyil, məhz həmin satıcıdan almağa sövq edən şərtli bağlaşmalar;

8) rəqibləri bazardan sıxışdırıb çıxarmaq və bununla da bazara digər təsərrüfat subyektlərinin daxil olması üçün maneələr yaratmaq məqsədilə istehsal olunan məhsullara standartlar qoyulmasına gətirib çıxaran sazişlər.

M a d d ə 11. Təbii inhisarçılıq

1. Bu və ya digər malların istehsalı və xidmətlər sahəsində özlərinin təbii inhisar mövqeyindən sui‐istifadə edərək ölkənin, təsərrüfat subyektlərinin mənafelərinə və istehlakçıların hüquqlarına ziyan vuran idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin fəaliyyəti üzərində antiinhisar nəzarəti xüsusi formada həyata keçirilir.

2. (Çıxarılıb) 6

M a d d ə 12. Patent‐lisenziya inhisarçılığı

Hər hansı mal bazarında rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə özlərinin patent və lisenziyalar üzərində inhisar hüququndan sui‐istifadə edən idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin qeyri‐qanuni fəaliyyətinə aşağıdakılar aiddir:

1) patent sahibinin ondan istifadə etməməsi və bu patentə lisenziya verməkdən əsassız imtina etməsi;

2) lisenziya alanın texniki siyasətinin məhdudlaşdırılması; 3) lisenziyalaşdırılmış texnologiyanın lisenziya alan tərəfindən mənimsənilməsinin

məhdudlaşdırılması; 4) lisenziya alanın kommersiya fəaliyyətinin məhdudlaşdırılması; 5) lisenziya sahibi tərəfindən lisenziya satılarkən onun haqqının ödənilməsi rejiminin

sərtləşdirilməsi.

M a d d ə 12‐1. Yerin təkindən istifadə inhisarçılığı 7

Dövlət hakimiyyəti orqanlarının, habelə hər hansı təsərrüfat subyektlərinin (yer təki istifadəçilərinin) aşağıdakılara yönəldilən hərəkətləri qadağan edilir və ya qanunvericilikdə müəyyən edilmiş qaydada etibarsız sayılır: 8

Bu maddənin birinci hissəsinin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. yerin təki haqqında qanunvericiliyə uyğun olaraq yerin təkindən istifadə hüququ almaq

istəyən hüquqi və fiziki şəxslərin iştirak etmək üçün müsabiqəyə və ya hərraca buraxılışının həmin müsabiqənin (hərracın) şərtlərinə zidd olaraq məhdudlaşdırılması;

müsabiqə və ya hərrac qaliblərinə xüsusi razılıq verməkdən boyun qaçırılması; müsabiqə və ya hərracın birbaşa danışıqlar ilə əvəz edilməsi; yerin təkindən istifadə hakim mövqeyə malik təsərrüfat subyektləri ilə rəqabətə girə bilən

strukturlar yarada bilən yer təki istifadəçilərinin ayrıseçkiliyəməruz qoyulması; nəqliyyat və infrastruktur obyektlərindən istifadəyə imkan yaradılmasında yer təki

istifadəçilərinin ayrıseçkiliyəməruz qoyulması. İstifadəyə verilən yer təki sahələrinin ölçüləri, sahələrin sayı və çıxarılan faydalı qazıntı

ehtiyatlarının miqdarı qanunvericilikdəmüəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.

III b ö l m ə

ANTİİNHİSAR TƏNZİMLƏMƏ VASİTƏLƏRİ

M a d d ə 13. Təsərrüfat subyektlərinin və onların birliklərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi zamanı antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti 9

1. Təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui‐istifadə və ya rəqabəti məhdudlaşdıran hərəkətlərinin qarşısını almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı aşağıdakılara dövlət nəzarətini həyata keçirir:

təsərrüfat subyektlərinin birləşdirilməsinə və qovuşmasına (əgər bu, müvafiq əmtəə bazarında payı 35%‐dən çox olan təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə);

aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 75 min mislindən artıq olan təsərrüfat subyektlərinin qovuşmasına və birləşməsinə;

aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 50 min mislindən artıq dövlət və bələdiyyə müəssisələrinin ləğv edilməsinə (məhkəmənin qərarı ilə müəssisələrin ləğv edilməsi halları istisna olunmaqla) və bölünməsinə (əgər bu, müvafiq əmtəə bazarında payı 35%‐dən çox olan təsərrüfat subyektlərinin yaranması ilə nəticələnərsə). 10

2. Bu maddənin 1‐ci bəndində nəzərdə tutulan hallarda təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında həyata keçirilir. Belə təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında qərar qəbul edən şəxslər və ya təsərrüfat subyektləri razılıq almaq üçün müvafiq icra hakimiyyəti orqanına vəsatət təqdim edir. Vəsatətə, təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi ilə bağlı müvafiq müqavilə və (və ya) qərar və əsas məhsulun (xidmətlərin) müvafiq əmtəə bazarında satışının həcminə dair məlumat əlavə olunur.11

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu maddənin 1‐ci bəndində nəzərdə tutulan hallarda təsərrüfat subyektlərinin yaradılmasına, yenidən təşkilinə və ləğv edilməsinə razılıq vermək üçün onlardan digər sənədlərin tələb olunmasına yol verilmir.

Müvafiq icra hakimiyyəti orqanı lazımi sənədləri aldıqdan sonra 15 gündən gec olmayaraq vəsatətləmüraciət edənə qəbul olunmuş qərar barədə yazılıməlumat verir.

3. Bu maddənin 1‐ci bəndində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının razılığı alınmadıqda təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının iddiası üzrə məhkəmənin müvafiq qərarı ilə etibarsız hesab edilə bilər.

M a d d ə 13‐1. Səhmlərin (payların) əldə olunması zamanı təsərrüfat subyektləri arasında bağlanılmış əqdlərin həyata keçirilməsində antiinhisar qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti 12

1. Bu maddənin 2‐ci bəndində nəzərdə tutulan istisnalarla, aşağıdakı hallarda təsərrüfat subyektləri arasında bağlanılmış əqdlər müvafiq icra hakimiyyəti orqanının razılığı alınmaqla həyata keçirilir:

bir təsərrüfat subyektinin nizamnamə kapitalını təşkil edən və səsvermə hüququna malik səhmlərin (payların) 20%‐dən çoxunun digər təsərrüfat subyekti (təsərrüfat subyektlərinin birliyinin və ya bir‐birinin əmlakına nəzarət edən şəxslər qrupu) tərəfindən əldə edildikdə. Bu məhdudiyyətlər təsərrüfat subyektinin yaradılması zamanı onun təsisçilərinə aid edilmir;

bir təsərrüfat subyektinin əsas istehsal vasitələrinin və ya qeyri‐maddi aktivlərinin digər təsərrüfat subyektinin (təsərrüfat subyektlərinin birliyi və ya bir‐birinin əmlakına nəzarət edən şəxslər qrupu) mülkiyyətinə və ya istifadəsinə verilməsi zamanı, əgər əqd predmetini təşkil edən əmlakın balans dəyəri, bu əmlakı özgəninkiləşdirən təsərrüfat subyektinin əsas istehsal vasitələrinin və qeyri‐maddi aktivlərinin balans dəyərinin 10 faizindən çox olarsa;

bir təsərrüfat subyektinin sahibkarlıq fəaliyyəti aparmaq şərtlərini müəyyənləşdirməyə və ya onun ali idarəetmə orqanının funksiyalarını həyata keçirməyə imkan verən hüquqlarının digər təsərrüfat subyekti (təsərrüfat subyektlərinin birliyi və ya bir‐birinin əmlakına nəzarət edən şəxslər qrupu) tərəfindən alındıqda. 13

2. Bu maddənin birinci bəndində göstərilən əqdlərin həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının razılığı yalnız aşağıdakı hallarda tələb olunur:

bu maddənin birinci bəndində göstərilən təsərrüfat subyektlərinin aktivlərinin ümumi balans dəyəri minimum əmək haqqıməbləğinin 75 min mislindən çox olduqda;

təsərrüfat subyektlərinin birinin müvafiq əmtəə bazarında payı 35%‐dən çox olduqda; səhmləri əldə edən təsərrüfat subyekti həmin səhmləri özgəninkiləşdirən təsərrüfat

subyektinin fəaliyyətinə nəzarət etdikdə. 3. Bu maddənin 1‐ci bəndində göstərilən əqdlərin həyata keçirilməsinə razılıq almaq üçün

müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanına vəsatət və bu Qanunun 13‐cü maddəsinin ikinci bəndində göstərilən sənədləri vəməlumatları təqdim etməlidirlər.

M a d d ə 14. İnhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması

Özlərinin hökmran mövqeyindən sui‐istifadə edən təsərrüfat subyektləri inhisarçılıq fəaliyyəti göstərdikdə, öz hərəkətləri ilə rəqabətin məhdudlaşmasına və istehlakçıların mənafeyinin pozulmasına səbəb olduqda, onların məcburi qaydada bölüşdürülməsi isə texnoloji, ərazi və təşkilati səbəblərə görə mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı icra hakimiyyəti və idarəetmə orqanlarına: 14

1) inhisarçı təsərrüfat subyektlərinin məhsullarının (xidmətlərinin) qiymətləri üzərində dövlət nəzarəti müəyyən olunması, bəzi hallarda bu və ya digər məhsulun (xidmətin) bazar qiymətinin yol verilən həddinin təsbit edilməsi;

2) təsərrüfat subyektlərinin gəlirlərindən tutulan vergilərə onların bazardakı payına uyğun olaraq mütərəqqi vergi dərəcələrinin tətbiq edilməsi;

3) (Çıxarılıb) 15 4) hər hansı bir bazara kiriş maneələrini zəiflətmək məqsədilə istehsal olunan məhsullara

eyniləşdirilmiş standartların tətbiq edilməsi; 5) sürətləndirilmiş amortizasiyanın normativ amortizasiya ilə əvəz edilməsi; 6) kredit verilməsi şərtlərinin sərtləşdirilməsi; 7) təsərrüfat subyektinin patent üzərində öz mövqeyindən sui‐istifadə etməsi ilə əlaqədar

olaraq yeni patentlərin nisbətən ucuz haqla məcburi lisenziyalaşdırılması; 8) bazar subyektlərindən birinin və ya hamısının birlikdə inhisarçılıq fəaliyyətini həyata

keçirərkən onlar arasında bağlanan sazişlərin məhdudlaşdırıcı bəndlərinin ləğv edilməsi; 9) dövlət köməyinin bütün növlərinin dayandırılması; 10) barter əməliyyatlarının qadağan edilməsi; 11) idxal‐ixrac əməliyyatları üçün verilən lisenziyaların ləğv edilməsi barədə müvafiq

təkliflər verə bilər.

M a d d ə 15. İnhisarçılıq fəaliyyətinin aradan qaldırılması

Hökmran mövqe tutan təsərrüfat subyektləri inhisarçılıq fəaliyyəti göstərirlərsə və onların fəaliyyəti rəqabətin xeyli məhdudlaşdırılmasına səbəb olarsa, müvafiq icra hakimiyyəti orqanı təşkilati, texnoloji və ərazi şəraitinin imkan verdiyi halda onların məcburi bölünməsi haqqında qərar qəbul edə bilər. Bu halda müvafiq icra hakimiyyəti orqanı təsərrüfat subyektlərinin xüsusiyyətini nəzərə alaraq onların məcburi qaydada bölünməsi müddətlərini altı aydan az olmamaq şərti iləmüəyyənləşdirir. 16

M a d d ə 16.Müvafiq icra hakimiyyəti orqanının məlumat əldə etmək hüququ

1. Müvafiq icra hakimiyyəti orqanının öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün dövlət idarəetmə orqanlarından, təşkilati‐idarəetmə qurumlarından, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən zəruri olan hər bir məlumat, o cümlədən antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq hüququ vardır.

2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi müvafiq icra hakimiyyəti orqanını inhisarçı müəssisələrin dövlət reyestrinin aparılması üçün razılaşdırılmış proqram əsasında milli bazarda müəssisələrin hökmran mövqeyini müəyyən edən statistika məlumatları ilə təmin

edir. 3. İnhisarçı müəssisələr müvafiq icra hakimiyyəti orqanının təklifi ilə Dövlət Statistika

Komitəsi tərəfindən müəyyənləşdirilmiş qaydada təsdiq edilən dövlət statistika hesabatı əsasında öz fəaliyyətlərinin inhisarçı mövqeləri haqqında müvafiq icra hakimiyyəti orqanına hesabat təqdim edirlər.

4. Müvafiq icra hakimiyyəti orqanı bu maddəyə əsasən əldə etdiyi dövlət və kommersiya sirrini saxlamağa borcludur. 17

Maddə 16‐1. İnhisarçıların informasiyanı açıqlamaq vəzifəsi

Əmtəə bazarında hökmran mövqe tutan xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış qanunvericilikləmüəyyən edilmiş üsullarla açıqlamalıdırlar.18

IV bölmə

YEKUNMÜDDƏALARI

M a d d ə 17. Bu Qanunun pozulmasının nəticələri

1. Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri:

bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə; 19

Müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqaviləni dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə; 20

vurulmuş zərəri ödəməyə; cəriməni ödəməyə borcludurlar. 2. Vurulmuş zərər məhkəmə tərəfindən tutulur. 21

M a d d ə 18. Qanunun pozulmasına görəməsuliyyət 22

Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar.

1. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə

yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə;23

müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13‐cü, 13‐1‐ci və 16‐cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə— beşmin beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar.24

Cərimənin miqdarı müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyəti nəzərə alınır.

2. Bu Qanunda nəzərdə tutulan şəxslər qanunla nəzərdə tutulmuş inhisarçılıq hərəkətlərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti daşıyırlar. 25

3. Bu maddənin 1‐ci bəndində maliyyə sanksiyası şəklində tutulan cərimələr müvafiq icra hakimiyyəti orqanı bu barədə qərar qəbul etdikdən sonra 30 gün ərzində mübahisəsiz qaydada dövlət büdcəsinə tutulur.

Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədikdə və ya qismən ödədikdə müvafiq icra hakimiyyəti orqanı cərimənin, həmçinin hər gecikdirilmiş günə görə cərimənin ümumi məbləğinin, yaxud ödənilməmiş hissəsinin 1%‐i məbləğində penyanın ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.

4. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26

M a d d ə 1 9 . Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin məsuliyyəti 27

Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri dövlət və kommersiya sirri sayılan məlumatların saxlanılmasına, habelə xidməti vəzifələrini düzgün icra etməmə nəticəsində təsərrüfat subyektlərinə və dövlətə vurduğu ziyana görə qanunvericilikdə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Prezidenti Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 4 mart 1993‐cü il. № 526.

İSTİFADƏOLUNMUŞMƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il,№ 1, maddə 17)

2. 23 mart 2001‐ci il tarixli 103‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il,№ 6, maddə 360)

3. 5 oktyabr 2001‐ci il tarixli 183‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il,№ 11, maddə 676)

4. 5 oktyabr 2001‐ci il tarixli 190‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il,№ 11, maddə 683)

5. 23 noyabr 2001‐ci il tarixli 219‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il,№ 12, maddə 736)

6. 3 dekabr 2002‐ci il tarixli 387‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il,№ 1, maddə 5)

7. 30 dekabr 2003‐cü il tarixli 568‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il,№ 2, maddə 57)

8. 9 mart 2004‐cü il tarixli 603‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il,№ 4, maddə 202)

9. 20 oktyabr 2006‐ci il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il,№ 12, maddə 1005)

10. 1 fevral 2008‐ci il tarixli 543‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008‐ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 2, maddə 49)

11. 1 aprel 2008‐ci il tarixli 588‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№5, maddə 348)

12. 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№ 6, maddə 462)

13. 30 sentyabr 2010‐cu il tarixli 1083‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2010‐cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il,№ 11, maddə 939)

QANUNA EDİLMİŞDƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1 10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il,№ 1, maddə 17) ilə 1‐1‐ci maddə əlavə edilmişdir.

2 3 dekabr 2002‐ci il tarixli 387‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il, № 1, maddə 5) ilə 1‐1‐ci maddədə “bu Qanundan” sözlərindən sonra “, ʺTəbii inhisarlar haqqındaʺ, ʺHaqsız rəqabət haqqındaʺ Azərbaycan Respublikasının qanunlarından” sözləri əlavə edilmişdir.

3 30 sentyabr 2010‐cu il tarixli 1083‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 noyabr 2010‐cu il,№ 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il, № 11, maddə 939) ilə 2‐ci maddəsinin 3‐cü bəndində “ticarət nişanları və müəlliflik hüquqlarından” sözləri “faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici, müəlliflik hüququ və əlaqəli hüquqlardan” sözləri ilə əvəz edilmişdir.

4 3 dekabr 2002‐ci il tarixli 387‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il,№ 1, maddə 5) ilə 4‐cü maddənin axırıncı abzası yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

təbii inhisar—hazırkı şəraitdə rəqabətin mümkün və ya məqsədəuyğun olmadığı sahədə inhisarçılıq fəaliyyət növləri.

5 9 mart 2004‐cü il tarixli 603‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 4, maddə 202) ilə 7‐ci maddənin 2‐ci yarımbəndində ʺbələdiyyə mülkiyyəti obyektlərindən, yerli büdcəninʺ sözləri ʺdövlət büdcəsininʺ sözləri ilə əvəz edilmiş və ʺbüdcədənkənarʺ sözündən sonra ʺdövlətʺ sözü əlavə edilmişdir.

6 3 dekabr 2002‐ci il tarixli 387‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il, № 1, maddə 5) ilə 11‐ci maddənin 2‐ci bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

2. Təbii inhisarçıların siyahısını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan RespublikasıMilli Məclisi müəyyən edir.

7 23 mart 2001‐ci il tarixli 103‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 6, maddə 360) ilə 12‐1‐ci maddə əlavə edilmişdir.

8 1 aprel 2008‐ci il tarixli 588‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, №5, maddə 348) ilə birinci hissəsinin birinci abzasından ʺvə ya qanunvericilikdə müəyyən edilmiş qaydada etibarsız sayılırʺ sözləri çıxarılmışdır, ikinci hissə üçüncü hissə hesab edilmişdir və yeni məzmunda ikinci hissə əlavə edilmişdir.

9 10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il,№ 1, maddə 17) ilə 13‐cü maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

M a d d ə 13. İnhisarçılıq fəaliyyətinin qarşısının alınması

1) İdarəetmə orqanlarının və təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin, qarşısını almaq üçün aşağıdakı hallarda antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı ilkin dövlət nəzarətini həyata keçirir: yeni idarəetmə orqanlarının yaradılması, birləşdirilməsi, yenidən qurulması nəticəsində onların

fəaliyyəti rəqabətin məhdudlaşdırılmasına səbəb olarsa və ya ola bilərsə; təsərrüfat subyektlərinin yaradılması, qovuşması, yenidən qurulması, ləğv edilməsi bazarda

hökmran mövqe tutan yeni təsərrüfat subyektinin meydana kəlməsinə gətirib çıxararsa; idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin kommersiya fəaliyyətinin birləşdirilməsi

haqqında sazişlər rəqabətin məhdudlaşdırılmasına gətirib çıxararsa və ya gətirib çıxara bilərsə; nəzarət paketinin alqı (satqı) əməliyyatı iştirakçılarından biri bazarda hökmran mövqe tutarsa,

yaxud bu əməliyyatlarda iştirak edən təsərrüfat subyektlərinin bazardakı paylarının cəmi 35 faizə çatarsa; icra hakimiyyət, idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin birgə fəaliyyət göstərmək

haqqında sazişləri rəqabətin, təsərrüfat subyektlərinin müstəqilliyinin məhdudlaşdırılmasına və istehlakçıların mənafelərinin pozulmasına səbəb olarsa və ya ola bilərsə. 2. Bu maddənin 1‐ci bəndində göstərilən bütün hallarda Azərbaycan Respublikasında antiinhisar

siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının razılığı lazımdır. Bu məqsədlə idarəetmə orqanları və təsərrüfat subyektləri Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına razılıq üçün vəsatət və birləşmə nəticəsində yeni yaradılmış və birləşən təsərrüfat subyektlərinin ayrılıqda hər birinin əsas fəaliyyət növləri və müvafiq bazardakı payı haqqında məlumat verir. Azərbaycan Respublikasında antiinhisar

siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı vəsatəti aldığı gündən iki həftə müddətində öz qərarı haqqında iddiaçıya yazılıməlumat verir. 3. Bu maddə qovuşma, birləşdirilmə, yenidən təşkil olunma nəticəsində bazarda xüsusi çəkisi 35

faizə, yaxud qanunvericilikdə müəyyən olunmuş digər həddə çatmayan təsərrüfat subyektlərinə şamil edilmir.

10 3 dekabr 2002‐ci il tarixli 387‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il,№ 1, maddə 5) ilə 13‐cü maddənin 1‐ci bəndinin dördüncü abzasında ʺartıq və bələdiyyə müəssisələrininʺ sözləri ʺartıq dövlət və bələdiyyə müəssisələrininʺ sözləri ilə əvəz edilmişdir.

11 1 fevral 2008‐ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008‐ci il, № 29) 13‐cü maddəsinin 2‐ci bəndinin 3‐cü cümləsində ʺdövlət qeydiyyatı üçün qanunvericiliyə uyğun təqdim olunan sənədlərʺ sözləri ʺtəsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi ilə bağlımüvafiq müqavilə və (və ya) qərarʺ sözləri ilə əvəz edilmişdir.

12 10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il,№ 1, maddə 17) ilə 13‐1‐ci maddə əlavə edilmişdir.

13 3 dekabr 2002‐ci il tarixli 387‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003‐cü il, № 1, maddə 5) ilə 13‐1‐ci maddənin adında ʺsəhmlərinʺ sözündən sonra ʺ(payların)ʺ sözü, 1‐ci bəndinin birinci, ikinci, üçüncü abzasında mötərizə içərisində ʺtəsərrüfat subyektləri birliyiʺ sözlərindən sonra ʺvə ya bir‐birinin əmlakına nəzarət edən şəxslər qrupuʺ sözləri əlavə edilmişdir.

14 10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il,№ 1, maddə 17) ilə 14‐cü maddədə “Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.

15 23 noyabr 2001‐ci il tarixli 219‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 12, maddə 736) ilə 14‐cü maddənin üçüncü bəndi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

3) təbii inhisarçı olaraq bazarda öz müstəqil mövqeyindən sui‐istifadə edən təsərrüfat subyektləri üçün aksiz vergilərinin sərtləşdirilmiş dərəcələrinin tətbiq edilməsi;

16 10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 15‐ci maddədə “Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” “antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.

17 10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 16‐cı maddədə “Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.

18 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 12, maddə 1005) ilə 16‐1‐ci maddə əlavə edilmişdir.

19 10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il,№ 1, maddə 17) ilə 17‐ci maddənin 1‐ci bəndinin birinci abzasından sonra yeni abzas əlavə edilmişdir.

20 10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, № 1, maddə 17) ilə 17‐ci maddədə “Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.

21 5 oktyabr 2001‐ci il tarixli 190‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 11, maddə 683) ilə 17‐ci maddənin 2‐ci bəndindən ʺvə ya arbitraj məhkəməsiʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

2. Vurulmuş zərər məhkəmə və ya arbitraj məhkəməsi tərəfindən tutulur.

22 10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il,№ 1, maddə 17) ilə 18‐ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

M a d d ə 18. Antiinhisar qanunvericiliyinin pozulmasına görəməsuliyyət

Antiinhisar qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinəmüvafiq surətdəmülki‐hüquqi və inzibati məsuliyyət daşıyırlar.

23 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№ 6, maddə 462) ilə 18‐ci maddəsinin 1‐ci bəndinin ikinci abzasında “şərti maliyyə vahidi məbləğinin 50 mislinədək, lakin şərti maliyyə vahidi məbləğinin 20 min mislindən” sözləri “əlli beş manatadək, lakin iyirmi iki min manatdan” sözləri ilə əvəz edilmişdir.

24 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№ 6, maddə 462) ilə 18‐ci maddəsinin 1‐ci bəndinin üçüncü abzasında “şərti maliyyə vahidi məbləğinin 5 min mislinədək” sözləri isə “beş min beş yüz manatadək” sözləri ilə əvəz edilmişdir.

25 5 oktyabr 2001‐ci il tarixli 183‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 11, maddə 676) ilə 18‐ci maddənin 3‐cü bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:

3. Bu maddənin 2‐ci bəndində nəzərdə tutulan şəxslər eyni hərəkətləri il ərzində iki dəfə (inzibati təsir tədbirləri tətbiq edildikdən sonra) təkrar etdikdə qanunvericilikdə müəyyən edilmiş qaydada cinayət məsuliyyəti daşıyırlar.

26 30 dekabr 2003‐cü il tarixli 568‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 2, maddə 57) ilə 18‐ci maddənin 2‐ci bəndi çıxarılmış, 3‐cü, 4‐cü və 5‐ci bəndləri müvafiq olaraq 2‐ci, 3‐cü və 4‐cü bəndlər hesab edilmişdir. Maddənin 2‐ci bəndinin əvvəlki redaksiyasında deyilirdi:

2. Təsərrüfat subyektlərinin rəhbərləri və icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə

yetirmədikdə xəbərdarlıq və ya minimum əmək haqqıməbləğinin 200 mislinədək; bu Qanunun 13‐cü, 13‐1‐ci və 16‐cı maddələrinin tələblərinə əməl etmədikdə və sənədləri təqdim

etmədikdə— xəbərdarlıq və ya minimum əmək haqqı məbləğinin 150 mislinədək inzibati qaydada cərimə olunurlar.

27 10 oktyabr 1997‐ci il tarixli 381‐IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il,№ 1, maddə 17) ilə 19‐cu maddə əlavə edilmişdir.