Propiedad intelectual Formación en PI Respeto por la PI Divulgación de la PI La PI para... La PI y… La PI en… Información sobre patentes y tecnología Información sobre marcas Información sobre diseños industriales Información sobre las indicaciones geográficas Información sobre las variedades vegetales (UPOV) Leyes, tratados y sentencias de PI Recursos de PI Informes sobre PI Protección por patente Protección de las marcas Protección de diseños industriales Protección de las indicaciones geográficas Protección de las variedades vegetales (UPOV) Solución de controversias en materia de PI Soluciones operativas para las oficinas de PI Pagar por servicios de PI Negociación y toma de decisiones Cooperación para el desarrollo Apoyo a la innovación Colaboraciones público-privadas Herramientas y servicios de IA La Organización Trabajar con la OMPI Rendición de cuentas Patentes Marcas Diseños industriales Indicaciones geográficas Derecho de autor Secretos comerciales Academia de la OMPI Talleres y seminarios Observancia de la PI WIPO ALERT Sensibilizar Día Mundial de la PI Revista de la OMPI Casos prácticos y casos de éxito Novedades sobre la PI Premios de la OMPI Empresas Universidades Pueblos indígenas Judicatura Recursos genéticos, conocimientos tradicionales y expresiones culturales tradicionales Economía Igualdad de género Salud mundial Cambio climático Política de competencia Objetivos de Desarrollo Sostenible Tecnologías de vanguardia Aplicaciones móviles Deportes Turismo PATENTSCOPE Análisis de patentes Clasificación Internacional de Patentes ARDI - Investigación para la innovación ASPI - Información especializada sobre patentes Base Mundial de Datos sobre Marcas Madrid Monitor Base de datos Artículo 6ter Express Clasificación de Niza Clasificación de Viena Base Mundial de Datos sobre Dibujos y Modelos Boletín de Dibujos y Modelos Internacionales Base de datos Hague Express Clasificación de Locarno Base de datos Lisbon Express Base Mundial de Datos sobre Marcas para indicaciones geográficas Base de datos de variedades vegetales PLUTO Base de datos GENIE Tratados administrados por la OMPI WIPO Lex: leyes, tratados y sentencias de PI Normas técnicas de la OMPI Estadísticas de PI WIPO Pearl (terminología) Publicaciones de la OMPI Perfiles nacionales sobre PI Centro de Conocimiento de la OMPI Informes de la OMPI sobre tendencias tecnológicas Índice Mundial de Innovación Informe mundial sobre la propiedad intelectual PCT - El sistema internacional de patentes ePCT Budapest - El Sistema internacional de depósito de microorganismos Madrid - El sistema internacional de marcas eMadrid Artículo 6ter (escudos de armas, banderas, emblemas de Estado) La Haya - Sistema internacional de diseños eHague Lisboa - Sistema internacional de indicaciones geográficas eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Mediación Arbitraje Determinación de expertos Disputas sobre nombres de dominio Acceso centralizado a la búsqueda y el examen (CASE) Servicio de acceso digital (DAS) WIPO Pay Cuenta corriente en la OMPI Asambleas de la OMPI Comités permanentes Calendario de reuniones WIPO Webcast Documentos oficiales de la OMPI Agenda para el Desarrollo Asistencia técnica Instituciones de formación en PI Apoyo para COVID-19 Estrategias nacionales de PI Asesoramiento sobre políticas y legislación Centro de cooperación Centros de apoyo a la tecnología y la innovación (CATI) Transferencia de tecnología Programa de Asistencia a los Inventores (PAI) WIPO GREEN PAT-INFORMED de la OMPI Consorcio de Libros Accesibles Consorcio de la OMPI para los Creadores WIPO Translate Conversión de voz a texto Asistente de clasificación Estados miembros Observadores Director general Actividades por unidad Oficinas en el exterior Ofertas de empleo Adquisiciones Resultados y presupuesto Información financiera Supervisión
Arabic English Spanish French Russian Chinese
Leyes Tratados Sentencias Consultar por jurisdicción

Azerbaiyán

AZ084

Atrás

Olimpiya simvolunun qorunması haqqında Nayrobi müqaviləsinə qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu


“Olimpiya simvolunun qorunması haqqında” Nayrobi müqaviləsinə qoşulmaq barəsində

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası ʺOlimpiya simvolunun qorunması haqqındaʺ 1981ci il sentyabrın 26da qəbul edilmiş Nayrobi Müqaviləsinə qoşulsun.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2010cu il № 1051IIIQ

Olimpiya simvolunun qorunması haqqında

NAYROBİ MÜQAVİLƏSİ

1981ci il sentyabrın 26da Nayrobidə qəbul edilmişdir

Fəsil I

ƏSAS MÜDDƏALAR

Maddə 1. Dövlətlərin öhdəliyi

Bu Müqavilənin iştirakçısı olan istənilən dövlət2ci və 3 maddələrin müddəaları nəzərə alınmaqla və Beynəlxalq Olimpiya Komitəsinin razılığı olan hallar istisna olmaqla, Beynəlxalq Olimpiya Komitəsinin Nizamnaməsində əyyən edildiyi kimi, Olimpiya simvolundan ibarət olan və ya tərkibində bu simvol olan hər hansı nişanın qeydiyyatından imtina etməli və ya onun nişan kimi qeydiyyatını etibarsız saymalı və başqa işarələrin, ondan kommersiya məqsədləri üçün nişan və ya başqa işarə kimi istifadəsinə müvafiq yollarla qadağalar qoymalıdır. Simvol anlayışıvə onun qrafik təsviri Əlavədə verilmişdir.

Maddə 2. Öhdəlikdən istisnalar
(1)
1ci maddədə nəzərdə tutulan öhdəlikləraşağıdakı hallarda bu Müqavilənin iştirakçısı olan dövlətlərə şamil edilmir:
(i)
Olimpiya simvolundan ibarət olan və ya tərkibində bu simvol olan istənilən nişan, bu Müqavilənin hər hansı dövlətə aid qüvvəyə mindiyi tarixə qədərvə ya 1ci maddədən irəli gələn öhdəliyin həmin bu dövləttərəfindən yerinə yetirilməsinin 3 maddəyə uyğun dayandırılmış hesab edildiyi istənilən dövrdə həmin dövlətdə qeydiyyata alınmışsa;
(ii)
Olimpiya simvolundan ibarət olan və ya tərkibində bu simvol olan istənilən nişanın və ya başqa işarənin hər hansı dövlətdə istənilən şəxs və ya əssisə tərəfindən kommersiya məqsədləri üçün istifadəsinin davam etməsi; bir şərtlə ki, belə şəxs və ya əssisə həmin dövlətdə həmin nişan və ya işarədən qanuni yolla istifadə etməyə, bu Müqavilənin həmin dövlətə aid qüvvəyə mindiyi tarixə qədərvə ya 1ci maddədən irəli gələn öhdəliyin həmin dövləttərəfindən yerinə yetirilməsinin 3 maddəyə uyğun dayandırılmış hesab edildiyi istənilən dövrdə başlamış olsun.
(2)
(1) (i) yarımbəndinin müddəaları həmçinin o nişanlara tətbiq edilir ki, onlar dövlətin iştirakçısı olduğu müqavilə üzrə qeydiyyata alınıb və qeydiyyat həmin dövlətdə qüvvədədir.
(1)
(ii) yarımbəndində göstərilən şəxs və ya əssisə tərəfindən razılıq verilməklə istifadə, göstərilən yarımbəndin məqsədləri üçün, həmin şəxs və ya əssisə tərəfindən istifadə hesab edilir.

Olimpiya simvolundan Olimpiya hərəkatına və ya Olimpiya hərəkatı çərçivəsində keçiriləntədbirlərə dair informasiya verməkməqsədilə kütləvi informasiya vasitələrində istifadə olunduğu halda, bu Müqavilənin iştirakçısı olan dövlətlərdən heç biri bu simvoldan istifadəyə qadağa qoymağa borclu deyil.

Maddə 3. Öhdəliyin yerinə yetirilməsinin dayandırılması

Beynəlxalq Olimpiya Komitəsi ilə bu Müqavilənin iştirakçısı olan hər hansı dövlətin Milli Olimpiya Komitəsi arasında Beynəlxalq Olimpiya Komitəsinin həmin dövlətdə Olimpiya simvolundan istifadəyə razılıq verməsinin şərtlərinə və belə razılığa görə Beynəlxalq Olimpiya Komitəsinin əldə etdiyi hər hansı gəlirdə Milli Olimpiya Komitəsinin payına dair hər hansı saziş qüvvədə olmadığı müddətdə istənilən vaxt 1ci maddədə nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsi həmin dövləttərəfindən dayandırılmış hesab edilə bilər.

Fəsil II

DÖVLƏTLƏRİN İTTİFAQI

Maddə 4. 1ci fəsildən istisnalar

1ci fəslin müddəaları gömrük ittifaqına, azad ticarət zonasına, istənilən başqa iqtisadi ittifaqlara və ya istənilən başqa regional və ya subregional qruplaşmalara üzv olan, eyni zamanda bu Müqavilənin iştirakçısı olan dövlətlərin bu cür ittifaqları, zonaları və ya başqa qruplaşmaları təsis edən müvafiq sazişlərdən, xüsusən bu cür sazişlərin azad ticarəti və ya sərbəst xidmət mübadilələrini tənzimləyən müddəalarından irəli gələn öhdəliklərinə xələl gətirmir.

Fəsil III

YEKUN MÜDDƏALAR

Maddə 5. Müqavilədə iştirak
(1)
Ümumdünya Əqli MülkiyyətTəşkilatının (bundan sonra ‐ ʺTəşkilatʺ)və ya Sənaye Mülkiyyətinin Mühafizəsi üzrə Beynəlxalq İttifaqı (Paris İttifaqının) (bundan sonra ‐Paris İttifaqı) üzvü olan istənilən dövlətaşağıdakı yolla bu Müqavilənin iştirakçısı ola bilər:
(i)
imzalama və ardınca ratifikasiya, qəbul, yaxud təsdiq barədə sənədin saxlanılmaq üçün təqdim edilməsi və ya

(ii) qoşulma barədə sənədin saxlanılmaq üçün təqdim edilməsi.

Birləşmiş MillətlərTəşkilatının və ya Birləşmiş MillətlərTəşkilatı ilə əlaqəli olan hər hansı ixtisaslaşmış qurumun üzvü olan, lakin 1ci bənddə nəzərdə tutulmayan istənilən dövlət, qoşulma barədə sənədini saxlanılmaq üçün təqdim etməklə bu Müqavilənin iştirakçısı ola bilər.

Ratifikasiya, qəbul, təsdiq və qoşulma barədə sənədlər saxlanılmaq üçün Təşkilatın Baş direktoruna (bundan sonra ‐Baş direktor) təhvil verilir.

Maddə 6. Müqavilənin qüvvəyə minməsi
(1)
Bu Müqavilə özünün ratifikasiya, qəbul, təsdiq, yaxud qoşulma barədə sənədlərini saxlanılmaq üçün təqdim edən ilk üç dövlət üçün, üçüncü dövlətin ratifikasiya, qəbul, təsdiq, yaxud qoşulma barədə sənədlərini saxlanılmaq üçün verdiyi tarixdən bir ay sonra qüvvəyə minir.
(2)
Bu Müqavilə ratifikasiya, qəbul, təsdiq, yaxud qoşulma barədə sənədini saxlanılmaq üçün təqdim edən istənilən digər dövlət üçün, həmin sənədin saxlanılmaq üçün verildiyi tarixdən bir ay sonra qüvvəyə minir.
Maddə 7. Müqavilənin denonsasiyası
(1)
 İstənilən dövlət Baş direktorun adına bildiriş göndərməklə bu Müqaviləni denonsasiya edə bilər.
(2)
Denonsasiya Baş direktorun həmin bildirişi aldığı tarixdən bir il sonra qüvvəyə minir.
Maddə 8. İmzalanma və Müqavilənin dili
(1)
Bu Müqavilə fransız, ingilis, ispan və rus dillərində bir nüsxədə imzalanır və bütün mətnlər eyni qüvvəyə malikdir.
(2)
Bu Müqavilənin rəsmi mətnləri maraqlı ölkələrlə məsləhətləşmələrdən sonra Baş direktor tərəfindən alman, ərəb, italyan və portuqal dillərində,həmçinin Təşkilatın Konfransının və ya Paris İttifaqı Assambleyasının əyyən etdiyi digər dillərdə hazırlanır.
(3)
Bu Müqavilə 31 dekabr 1982ci il tarixinədək Nayrobidə, bundan sonra isə 30 iyun 1983 il tarixinədək Cenevrədə imzalanmaq üçün ıqdır.
Maddə 9. Müqavilənin saxlanılmağa verilməsi; surətlərinin göndərilməsi; Müqavilənin qeydiyyatı
(1)
Bu Müqavilənin əsl nüsxəsi, Nayrobidə imzalanmaq üçün bağlı olduqdan sonra, saxlanılmaq üçün Baş direktora təhvil verilir.
(2)
Baş direktor bu Müqavilənin iki nüsxəsini təsdiq edərək 5(1) və (2) maddəsində göstərilən bütün dövlətlərə və sorğu əsasında istənilən başqa dövlətə göndərir.
(3)
Baş direktor bu Müqaviləni Birləşmiş MillətlərTəşkilatının Katibliyində qeydiyyatdan keçirir.

Maddə 10. Bildiriş

Baş direktor 5(1) və (2) maddəsində göstərilən dövlətləri aşağıdakılar barədə məlumatlandırır:

(i) 8ci maddəyə uyğun imzalanmalar barədə;

(ii) 5(3) maddəsinə uyğun olaraq ratifikasiya, qəbul, təsdiq, yaxud qoşulma haqqında sənədlərin saxlanılmaq üçün təhvil verildiyi barədə;

(iii) 6(1) maddəsinə uyğun olaraq bu Müqavilənin qüvvəyə mindiyi tarix barədə;

(iv) 7ci maddəyə uyğun olaraq haqqında bildiriş alınmış istənilən denonsasiya barədə.

ƏLAVƏ

Olimpiya simvolu birbirinə keçmiş beş həlqədən ibarətdir mavi, san, qara, yaşıl və qırmızı rəngli həlqələr soldan sağa göstərilən ardıcıllıqla düzülür. O, Olimpiya həlqələrindən ibarət olub bir və ya müxtəlif rənglərdə təsvir edilir.