عن الملكية الفكرية التدريب في مجال الملكية الفكرية إذكاء الاحترام للملكية الفكرية التوعية بالملكية الفكرية الملكية الفكرية لفائدة… الملكية الفكرية و… الملكية الفكرية في… معلومات البراءات والتكنولوجيا معلومات العلامات التجارية معلومات التصاميم الصناعية معلومات المؤشرات الجغرافية معلومات الأصناف النباتية (الأوبوف) القوانين والمعاهدات والأحكام القضائية المتعلقة بالملكية الفكرية مراجع الملكية الفكرية تقارير الملكية الفكرية حماية البراءات حماية العلامات التجارية حماية التصاميم الصناعية حماية المؤشرات الجغرافية حماية الأصناف النباتية (الأوبوف) تسوية المنازعات المتعلقة بالملكية الفكرية حلول الأعمال التجارية لمكاتب الملكية الفكرية دفع ثمن خدمات الملكية الفكرية هيئات صنع القرار والتفاوض التعاون التنموي دعم الابتكار الشراكات بين القطاعين العام والخاص أدوات وخدمات الذكاء الاصطناعي المنظمة العمل مع الويبو المساءلة البراءات العلامات التجارية التصاميم الصناعية المؤشرات الجغرافية حق المؤلف الأسرار التجارية أكاديمية الويبو الندوات وحلقات العمل إنفاذ الملكية الفكرية WIPO ALERT إذكاء الوعي اليوم العالمي للملكية الفكرية مجلة الويبو دراسات حالة وقصص ناجحة في مجال الملكية الفكرية أخبار الملكية الفكرية جوائز الويبو الأعمال الجامعات الشعوب الأصلية الأجهزة القضائية الموارد الوراثية والمعارف التقليدية وأشكال التعبير الثقافي التقليدي الاقتصاد المساواة بين الجنسين الصحة العالمية تغير المناخ سياسة المنافسة أهداف التنمية المستدامة التكنولوجيات الحدودية التطبيقات المحمولة الرياضة السياحة ركن البراءات تحليلات البراءات التصنيف الدولي للبراءات أَردي – البحث لأغراض الابتكار أَردي – البحث لأغراض الابتكار قاعدة البيانات العالمية للعلامات مرصد مدريد قاعدة بيانات المادة 6(ثالثاً) تصنيف نيس تصنيف فيينا قاعدة البيانات العالمية للتصاميم نشرة التصاميم الدولية قاعدة بيانات Hague Express تصنيف لوكارنو قاعدة بيانات Lisbon Express قاعدة البيانات العالمية للعلامات الخاصة بالمؤشرات الجغرافية قاعدة بيانات الأصناف النباتية (PLUTO) قاعدة بيانات الأجناس والأنواع (GENIE) المعاهدات التي تديرها الويبو ويبو لكس - القوانين والمعاهدات والأحكام القضائية المتعلقة بالملكية الفكرية معايير الويبو إحصاءات الملكية الفكرية ويبو بورل (المصطلحات) منشورات الويبو البيانات القطرية الخاصة بالملكية الفكرية مركز الويبو للمعارف الاتجاهات التكنولوجية للويبو مؤشر الابتكار العالمي التقرير العالمي للملكية الفكرية معاهدة التعاون بشأن البراءات – نظام البراءات الدولي ePCT بودابست – نظام الإيداع الدولي للكائنات الدقيقة مدريد – النظام الدولي للعلامات التجارية eMadrid الحماية بموجب المادة 6(ثالثاً) (الشعارات الشرفية، الأعلام، شعارات الدول) لاهاي – النظام الدولي للتصاميم eHague لشبونة – النظام الدولي لتسميات المنشأ والمؤشرات الجغرافية eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange الوساطة التحكيم قرارات الخبراء المنازعات المتعلقة بأسماء الحقول نظام النفاذ المركزي إلى نتائج البحث والفحص (CASE) خدمة النفاذ الرقمي (DAS) WIPO Pay الحساب الجاري لدى الويبو جمعيات الويبو اللجان الدائمة الجدول الزمني للاجتماعات WIPO Webcast وثائق الويبو الرسمية أجندة التنمية المساعدة التقنية مؤسسات التدريب في مجال الملكية الفكرية الدعم المتعلق بكوفيد-19 الاستراتيجيات الوطنية للملكية الفكرية المساعدة في مجالي السياسة والتشريع محور التعاون مراكز دعم التكنولوجيا والابتكار نقل التكنولوجيا برنامج مساعدة المخترعين WIPO GREEN WIPO's PAT-INFORMED اتحاد الكتب الميسّرة اتحاد الويبو للمبدعين WIPO Translate أداة تحويل الكلام إلى نص مساعد التصنيف الدول الأعضاء المراقبون المدير العام الأنشطة بحسب كل وحدة المكاتب الخارجية المناصب الشاغرة المشتريات النتائج والميزانية التقارير المالية الرقابة
Arabic English Spanish French Russian Chinese
القوانين المعاهدات الأحكام التصفح بحسب كل ولاية قضائية

أذربيجان

AZ005

رجوع

Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu

 Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu

Məlumat toplularının hüquqi qorunması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun formasından asılı olmayaraq məlumat toplularının yaradılması və istifadəsi ilə bağlı yaranan hüquqi münasibətləri tənzimləyir.

I f ə s i l

ÜMUMİMÜDDƏALAR

M a d d ə 1 . Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakımənaları ifadə edir: 1.0.1. məlumat toplusu ‐ sistemli və ya metodik qaydada tərtib edilmiş və elektron,

yaxud digər vasitələrlə əldə oluna bilən əsərlərin, verilənlərin və digər materialların təqdiminin obyektiv forması;

1.0.2. məlumat toplularının hüquqi qorunması ‐ məlumat toplularının quruluşunun müəlliflik hüququ və məzmununun xüsusi qorunma hüququ ilə bir‐birindən asılı olmayan ikili qorunma forması;

1.0.3. məlumat toplusunun uyğunlaşdırılması (adaptasiyası) ‐ istifadəçinin konkret texniki avadanlığında və ya istifadə etdiyi proqrama uyğun işləməsini təmin etmək məqsədiləməlumat toplusunda dəyişikliklərin aparılması;

1.0.4. məlumat toplusunun yenidən işlənməsi (modifikasiyası) ‐ məlumat toplusunun uyğunlaşdırılmasına aid olmayan digər dəyişikliklərin aparılması;

1.0.5. məlumat toplusunun surətçıxarılması ‐ məlumat toplusunun bir və ya daha çox nüsxədə hər hansımaddi daşıyıcıya köçürülməsi, o cümlədən kompüterin yaddaşına yazılması;

1.0.6. məlumat toplusunun kütləvi nümayişi və ifası ‐ məlumat toplusunun əhalinin qeyri‐ müəyyən dairəsinin qavramasını mümkün edən istənilən nümayiş və ifa formasında təqdim edilməsi;

1.0.7. məlumat toplusunun dərc edilməsi ‐ məlumat toplusunun kompüterin yaddaşına yazılması və çap mətninin buraxılması da daxil olmaqla nüsxələrin sayının zəruri ehtiyacları ödəməsi şərti ilə əhalinin qeyri‐müəyyən dairəsinə təqdim edilməsi;

1.0.8. məlumat toplusunun kütləvi bildirişi (kütləyə çatdırmaq məqsədilə bildirişi) ‐ məlumat toplusunun naqil və ya naqilsiz rabitə vasitələri ilə hər hansı üsulla kütləvi bildirişi, o cümlədən elə tərzdə kütləyə çatdırılması ki, hər kəs öz seçiminə uyğun olaraq istənilən yerdə və istənilən vaxtda bu toplunu əldə edə bilsin;

1.0.9. məlumat toplusunun yayılması ‐ məlumat toplusunun orijinalının və nüsxələrinin satış və ya mülkiyyət hüququnun başqa yolla verilməsi ilə kütləyə çatdırılması;

1.0.10. məlumat toplusunun istifadəsi ‐ məlumat toplusunun surətçıxarılması, dərc edilməsi, kütləvi nümayişi, ifası və bildirişi, yayılması, o cümlədən onun yenidən işlənməsi (modifikasiyası) və mülki dövriyyəyə buraxılması üzrə digər hərəkətlər. Dərc edilmiş məlumat toplusu barədə kütləvi informasiya vasitələrində məlumat verilməsi onun istifadəsi sayılmır;

1.0.11. texniki mühafizə vasitələri ‐ məlumat toplusuna daxilolmanı nəzarətdə saxlayan, hüquq sahibinin və ya istehsalçının icazə vermədiyi hərəkətlərin qarşısını alan, yaxud məhdudlaşdıran istənilən texniki qurğular və ya onların hissələri.

M a d d ə 2 .Məlumat toplularının hüquqi qorunması haqqında qanunvericilik

2.1. Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, ʺMüəlliflik hüququ və əlaqəli hüquqlar haqqındaʺ Azərbaycan Respublikasının Qanunundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

2.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq olunur.

II f ə s i l

MÜƏLLİFLİKHÜQUQU

M a d d ə 3 . Qorunma predmeti

3.1. Bu Qanuna əsasən, məlumatların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi olan məlumat topluları müəlliflik hüququ ilə qorunur və bu hüquq ʺMüəlliflik hüququ və əlaqəli hüquqlar haqqındaʺ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tətbiq edilir.

3.2. Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması onun əsaslandığı və ya ona daxil olan materialların müəlliflik hüququnun obyekti olub‐olmamasından asılı deyildir.

3.3. Müəlliflik hüququ ilə qorunma təyinatından və dəyərindən asılı olmayaraq, obyektiv formada olan açıqlanmış və açıqlanmamışməlumat toplularına şamil edilir.

3.4. Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması bu toplunun, onun hər hansı elementinin əsasının, o cümlədən interfeys və alqoritmin təşkilinin ideya və prinsiplərinə, həmçinin proqramlaşdırma dillərinə şamil edilmir.

3.5. Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması onun məzmununa aid edilmir, materialların seçilməsinə və düzülməsinə görə toplunun quruluşu qorunur və məzmuna aid elementlər qorunduğu halda onlarla birgə tətbiq olunur.

3.6. Məlumat toplusuna müəlliflik hüququ onun maddi daşıyıcısına olan mülkiyyət hüququ ilə bağlı deyil və maddi daşıyıcıya olan hüquqların başqasına verilməsi bu topluya olan hər hansı hüquqların verilməsinə səbəb olmur.

3.7. Məlumat toplusuna müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur.

M a d d ə 4 .Müəllif hüquqları

Yaradıcılıq fəaliyyətinin nəticəsi olan məlumat toplusunu yaratmış fiziki şəxs (şəxslər) onun müəllifi (müəllifləri) sayılır. İki və ya daha çox fiziki şəxsin birgə əməyi ilə yaradılan məlumat toplusuna müəlliflik hüququ (şərikli müəlliflik) həmin şəxslərə birlikdə məxsusdur.

Xidməti vəzifəsini, yaxud işəgötürənin xidməti tapşırığını yerinə yetirərkən yaradılmış məlumat toplusuna müəlliflik hüququ xidməti məlumat toplusunun müəllifinə məxsusdur. Xidməti məlumat toplusundan istifadəyə müstəsna hüquq, aralarındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müəllifin əmək münasibətlərində olduğu şəxsə (işəgötürənə) məxsusdur.

Müəlliflik hüququnun obyekti olan məlumat toplusuna əmlak hüquqlarının kimə məxsus olmasından asılı olmayaraq ʺMüəlliflik hüququ və əlaqəli hüquqlar haqqındaʺ Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən şəxsi (qeyri‐əmlak) hüquqlar yalnız müəllifə məxsusdur.

Müəlliflik hüququnun obyekti olan məlumat toplusunun müəllifinin və ya digər hüquq

sahibinin müstəsna istifadə hüququ aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağan etməyi bildirir:

4.4.1. məlumat toplusunun istənilən forma və üsulla tam və ya qismən surətçıxarılması; 4.4.2. məlumat toplusunun bir dildən başqa dilə tərcüməsi də daxil olmaqla

modifikasiyası; 4.4.3. məlumat toplusunun və onun nüsxələrinin istənilən formada yayılması və yaymaq

məqsədilə idxalı (məlumat toplusunun nüsxələrinin mülki dövriyyəyə buraxılması ilə həmin nüsxələrəmünasibətdə yaymaq hüququnun qüvvəsi bitir);

4.4.4. məlumat toplusunun istənilən kütləvi nümayişi və ifası; 4.4.5. məlumat toplusunun istənilən kütləvi bildirişi, 4.4.6. məlumat toplusunun digər istifadəsi. 4.5. Müəlliflik hüququ ilə qorunan məlumat toplusunu qanuni əsasda əldə edən şəxs

müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif haqqı ödəmədən aşağıdakıları həyata keçirə bilər:

4.5.1. məlumat toplusunun uyğunlaşdırılması üçün lazım olan qədər dəyişikliklər etmək, həmçinin müəllif müqaviləsi ilə başqa hal nəzərdə tutulmayıbsa, onun təyinatına uyğun şəkildə işləməsi ilə bağlı hər hansı bir hərəkəti etmək, o cümlədən yazılma və kompüterin yaddaşında saxlamaq, aşkar səhvləri düzəltmək;

4.5.2. məlumat toplusunun itirilmiş, məhv edilmiş və ya istifadəyə yararsız formaya düşmüş nüsxəsinin dəyişdirilməsi və arxivləşdirilməsi üçün nəzərdə tutulan ehtiyat nüsxəni hazırlamaq (ehtiyat nüsxə yalnız bu maddədə nəzərdə tutulan məqsədlər üçün istifadə oluna bilər, məlumat toplusuna sahiblik hüququna xitam verildiyi hallarda həmin nüsxə məhv edilməlidir).

4.6. Məlumat toplularının qanuni istifadəçisi bu Qanunun 4.5‐ci maddəsində göstərilən hərəkətləri həyata keçirərkən normal istifadəyə zidd olan hərəkətlərə və ya müəllifin, yaxud müəlliflik hüququnun digər sahiblərinin qanuni maraqlarına əsassız zərər vurulmasına yol verilmir.

4.7. Məlumat toplusuna münasibətdə müəlliflik hüququ ilə bağlı digər məsələlər, o cümlədən qeyri‐elektron toplulardan şəxsi məqsədlər üçün istifadə, informasiya, elmi, tədris, məhkəmə və inzibati məqsədlər üçün istifadə, habelə digər istisna və məhdudlaşdırma halları ʺMüəlliflik hüququ və əlaqəli hüquqlar haqqındaʺ Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

M a d d ə 5 . Müəlliflik hüququ ilə qorunan məlumat toplusuna əmlak hüquqlarının verilməsi, keçməsi və qorunma müddəti

5.1. Müəlliflik hüququ ilə qorunan məlumat toplusuna əmlak hüquqları müqavilə əsasında digər fiziki və hüquqi şəxslərə tam və ya qismən verilə, həmçinin qanunvericilikdə nəzərdə tutulan qaydada vərəsəlik üzrə keçə bilər.

5.2. Məlumat toplusuna hüquqların müqavilə üzrə verildiyi halda həmin müqavilədə verilən əmlak hüquqlarının həcmi, topludan istifadə üsulları, hüquqların verildiyi müddət və ərazi, qonorarın həcmi və ödəniş qaydaları göstərilməlidir. Hüquqların verilməsi haqqında müqavilə yazılı şəkildə bağlanmalıdır.

5.3. Məlumat toplusuna müəlliflik hüququ toplunun yaradılması anından yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonrakı ilin əvvəlindən başlayaraq 70 il müddətində qüvvədə qalır.

5.4. Şərikli məlumat toplusuna müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının ölümündən sonrakı ilin əvvəlindən başlayaraq 70 il müddətində qüvvədə qalır.

5.5. Anonim və ya təxəllüslə dərc edilmiş məlumat toplusuna müəlliflik hüququ həmin

toplunun qanuni dərc edildiyi tarixdən 70 il müddətində qüvvədə qalır. Əgər göstərilən müddətdə anonim və təxəllüslə dərc edilmiş toplunun müəllifi öz şəxsiyyətini açıqlayarsa və ya onun şəxsiyyəti sonradan şübhə doğurmazsa, ona bu Qanunun 5.3‐cü maddəsinin müddəaları tətbiq edilir. 1

5.6. Məlumat toplusunun müəllifinin şəxsi (qeyri‐əmlak) hüquqlarının qorunması müddətsizdir.

I I I f ə s i l

XÜSUSİ QORUNMA HÜQUQU

M a d d ə 6 . Qorunma predmeti

6.1. Hazırlanması, məzmununun yoxlanılması, tərtib edilməsi kəmiyyət və (və ya) keyfiyyətcə əhəmiyyətli sərmayə qoyuluşu tələb edən məlumat toplusunun istehsalçısının həmin toplunun tam və ya əhəmiyyətli hissəsinin (kəmiyyət və ya keyfiyyətcə) götürülməsinə və (və ya) təkrar istifadəsinə qarşı çıxmaq hüququ vardır.

6.2. Məlumat toplusunun istehsalçısına bu Qanunun 6.1‐ci maddəsinə uyğun olaraq verilən qorunmanın meyarı kimi maliyyə vəsaitləri, yaxud vaxt və enerji (resurs) məsrəfləri şəklində əhəmiyyətli sərmayə qoyuluşu nəzərdə tutulur. Bu zaman toplunun yeniliyi və ya onun maddi dəyəri mütləq deyildir.

6.3. Bu Qanunun 6.1‐ci maddəsində göstərilən hüquq məlumat toplusunun müəlliflik hüququ və ya digər hüquqlarla qorunmasından asılı olmayaraq tətbiq edilir. Həmin hüququn tətbiqi məlumat toplusunun məzmununun müəlliflik hüququ, yaxud digər hüquqlarla qorunmasından asılı deyildir. Bununla yanaşı, məlumat toplusunun bu Qanunun 6.1‐ci maddəsində göstərilən hüquqla qorunması toplunun məzmununa aid olan hüquqları ləğv etmir.

6.4. Məlumat toplusunun məzmununun əhəmiyyətli olmayan hissələrinin götürülməsi və (və ya) dəfələrlə təkrar və ardıcıl istifadəsi zamanı məlumat toplusundan normal istifadəyə zidd olan hərəkətlərə və ya istehsalçının qanuni maraqlarına əsassız zərər vurulmasına yol verilmir.

6.5. Bu Qanunun 6.1‐ci maddəsində göstərilən hüquq qanunvericiliklə müəyyən edilmiş qaydada keçə, tam və ya qismən verilə, yaxud lisenziya sazişi əsasında istifadəsinə icazə verilə bilər.

M a d d ə 7 .Məlumat toplusunun istehsalçısının hüquq və vəzifələri

7.1. İstehsalçının bu Qanunun 6.1‐ci maddəsi ilə müəyyən edilən məlumat toplusunun məzmununun tam və ya əhəmiyyətli hissəsinin götürülməsinə qarşı çıxmaq hüququna həmin toplunun məzmununun digər şəxslər tərəfindən tam, yaxud əhəmiyyətli hissəsinin istənilən üsulla və formada başqa daşıyıcıya daimi və ya müvəqqəti köçürülməsinə icazə vermək, yaxud qadağa qoymaq hüququ daxildir.

7.2. İstehsalçının bu Qanunun 6.1‐ci maddəsi ilə müəyyən edilən məlumat toplusunun məzmununun tam və ya əhəmiyyətli hissəsinin təkrar istifadəsinə qarşı çıxmaq hüququna həmin toplunun məzmununun tam və ya əhəmiyyətli hissəsinin digər şəxslər tərəfindən hər hansı üsulla kütləyə çatdırılmasına, o cümlədən nüsxələrin yayılmasına, kirayəyə verilməsinə, çap qurğusu ilə bilavasitə əlaqədə ötürülməsinə icazə vermək və ya qadağa qoymaq hüququ daxildir.

7.3. İstehsalçı istənilən formada qeyri‐müəyyən şəxslər dairəsinə təqdim olunmuş məlumat toplusunun məzmununun (kəmiyyət və keyfiyyətcə) əhəmiyyətli olmayan hissələrinin hansı məqsədlə həyata keçirilməsindən asılı olmayaraq götürülməsinə və (və ya) təkrar istifadəsinə bu toplunun qanuni istifadəçisinə qadağa qoya bilməz. Qanuni

istifadəçinin məlumat toplusunun yalnız bir hissəsinin götürülməsinə və (və ya) təkrar istifadəsinə icazə aldığı halda bu bənd ancaq həmin hissəyə aid edilir.

7.4. Məlumat toplusunun nüsxəsinin hüquq sahibi tərəfindən və ya onun razılığı ilə ilk satışı təkrar alqı‐satqıya nəzarət hüququnun xitamına səbəb olur. 7.5. Məlumat toplusunun ictimai məqsədlər üçün istifadəyə buraxılması onun məzmununun tam və ya əhəmiyyətli hissəsinin götürülməsi və ya təkrar istifadəsi sayılmır.

M a d d ə 8 .Məlumat toplusunun qanuni istifadəçisinin vəzifələri

8.1. Qeyri‐müəyyən şəxslər dairəsinə istənilən üsulla təqdim olunmuş məlumat toplusunun qanuni istifadəçisi bu topludan normal istifadəyə zidd olan və ya istehsalçının qanuni maraqlarına əsassız zərər vuran hərəkətləri həyata keçirə bilməz.

8.2. Qeyri‐müəyyən şəxslər dairəsinə istənilən üsulla təqdim olunmuş məlumat toplusunun qanuni istifadəçisi bu topluya daxil olan əsərlərə müəlliflik hüququnun və ya xidmətlərə aid digər hüququn sahibinə zərər vura bilməz.

Maddə 9. Xüsusi qorunma hüququndan istisnalar

9.0. Qeyri‐müəyyən şəxslər dairəsinə istənilən üsulla təqdim olunmuş məlumat toplusunun qanuni istifadəçisi bu toplunun istehsalçısının icazəsi olmadan aşağıdakı hallarda həmin toplunun məzmununun əhəmiyyətli hissəsini götürə və ya təkrar istifadə edə bilər:

9.0.1. məlumat toplusunun məzmunu hər hansı şəxs tərəfindən qeyri‐elektron üsullarla istifadə məqsədi ilə götürüldükdə;

9.0.2. mənbəyi göstərilmək şərti ilə qeyri‐kommersiya məqsədi üçün lazım olan həcmdə təhsil prosesində illüstrasiya və ya elmi tədqiqat məqsədi ilə götürüldükdə;

9.0.3. ictimai təhlükəsizlik naminə və ya inzibati və məhkəmə icraatı üçün götürüldükdə və (və ya) təkrar istifadə edildikdə.

M a d d ə 1 0 . Xüsusi qorunma hüququnun qüvvədə olma müddəti

10.1. Bu Qanunun 6.1‐ci maddəsində nəzərdə tutulan hüququn qüvvədə olma müddəti məlumat toplusunun hazırlanması anından qüvvəyə minir və hazırlandığı tarixdən sonrakı ilin əvvəlindən başlayaraq 15 il müddətində qüvvədə qalır.

10.2. Təqdim edilmə üsulundan asılı olmayaraq bu Qanunun 10.1‐ci maddəsində göstərilən müddətin bitməsinə qədər qeyri‐müəyyən şəxslər dairəsinə təqdim edilmiş məlumat toplusunun qorunma müddəti onun qeyri‐müəyyən şəxslər dairəsinə ilk dəfə təqdim edildiyi tarixdən sonrakı ilin əvvəlindən başlayaraq 15 il müddətində qüvvədə qalır.

10.3. Məlumat toplusunun məzmununda (kəmiyyət və ya keyfiyyətcə) əhəmiyyətli sərmayə qoyuluşunu göstərən istənilən əhəmiyyətli dəyişiklik, o cümlədən əlavələrin, götürmələrin və ya ardıcıl dəyişmələrin cəmindən ibarət olan əhəmiyyətli dəyişiklik, bu topluya öz qorunma müddətinin müəyyən edilməsinə imkan verir.

M a d d ə 1 1 . Xüsusi qorunma hüququnun tətbiq sahəsi

11.0. Xüsusi qorunma hüququ məlumat toplusunun aşağıdakı istehsalçılarına tətbiq edilir: 11.0.1. Azərbaycan Respublikasının vətəndaşlarına və Azərbaycan Respublikasının

ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə; 11.0.2. Azərbaycan Respublikasının hüquqi şəxslərinə; 11.0.3. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə əsasən xarici fiziki

və hüquqi şəxslərə.

IV f ə s i l

MƏLUMAT TOPLULARININ QEYDİYYATI VƏ QEYRİ‐QANUNİ İSTİFADƏSİ

M a d d ə 1 2 . Məlumat toplularının rəsmi qeydiyyatı

12.1. Müəlliflik hüququnun obyekti olan məlumat toplusuna müstəsna müəlliflik hüquqlarının sahibi (sahibləri) hüquqların qüvvədə olduğu müddətdə onu ʺMüəlliflik hüququ və əlaqəli hüquqlar haqqındaʺ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq və xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun istehsalçısı (istehsalçıları) isə məlumat toplusunu (tərkibində dövlət sirrinə aid informasiyalar saxlayan məlumat toplusu istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanında rəsmi qeydiyyatdan keçirə bilərlər.

12.2. Məlumat toplusunu rəsmi qeydiyyatdan keçirən şəxsə qeydiyyat haqqında şəhadətnamə verilir.

12.3. Məlumat toplularının rəsmi qeydiyyat qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

12.4. Rəsmi qeydiyyatdan keçirilmiş məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirilməlidir.

12.5. Müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun və məlumat toplusuna hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin rəsmi qeydiyyatına görə qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir.2

M a d d ə 1 3 .Məlumat toplularından qeyri‐qanuni istifadə

13.1. Bu Qanunla məlumat toplularından istifadə üçün müəyyən edilmiş tələblərin pozulması qeyri‐qanuni istifadə sayılır.

13.2. Müəlliflik hüququnun obyekti olan məlumat toplularına müəllifin və ya digər hüquq sahibinin və xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının istehsalçısının istifadə etdiyi texniki mühafizə vasitələrini dolayısı və ya birbaşa müdaxilə yolu ilə keçməklə məlumat toplularının əldə edilməsi də qeyri‐qanuni istifadəyə daxildir.

13.3. Məlumat toplularına münasibətdə aşağıdakılara yol verilmir: 13.3.1. müəllifin və ya digər hüquq sahibinin və istehsalçının icazəsi olmadan müvafiq texniki mühafizə vasitələri ilə məlumat toplusundan istifadəyə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə;

13.3.2. məlumat toplusunun istənilən texniki mühafizə vasitəsinin və ya onun hissələrinin istehsalına, yayılmasına, kirayəyə verilməsinə, müvəqqəti istifadəsinə, idxalına, reklamına, gəlir götürmək məqsədilə istifadəsinə, yaxud texniki mühafizə vasitələrinin tətbiqini qeyri‐ mümkün edən və ya texniki vasitələrlə bu hüquqların lazımi müdafiəsinin təmin edilməməsinə yönəldilmiş xidmətlərə.

13.4. Məlumat toplusu haqqında onun nüsxələrində yerləşdirilən və ya kütləyə çatdırmaq məqsədilə bildirişi zamanı görünən və məlumat toplusunu, onun müəllifini və ya digər hüquq sahibini, yaxud istifadə şərtlərini bildirən informasiyanın, həmçinin bu informasiyanı saxlayan rəqəm və kodların müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan dəyişdirilməsinə və ya ləğv edilməsinə yol verilmir.

13.5. Müəllifdən və ya digər hüquq sahibindən icazəsiz onların haqqında olan informasiya ləğv edilmiş məlumat toplusunun surətçıxarılmasına, yayımına, yayım məqsədi ilə idxalına, kütləvi nümayişinə, ifasına, həmçinin kütləyə çatdırmaq məqsədilə bildirişinə yol verilmir.

V f ə s i l

MƏLUMAT TOPLULARINA HÜQUQLARIN MÜDAFİƏSİ

M a d d ə 1 4 . pirat nüsxələr 3

14.1. İstehsalı və ya yayılması bu Qanunda nəzərdə tutulan hüquqların pozulmasına səbəb olan məlumat toplularının nüsxələri pirat nüsxələr sayılır. Gətirildiyi ölkədə heç vaxt qorunmayan, yaxud qorunma müddəti keçmiş, lakin bu Qanuna müvafiq olaraq qorunan məlumat toplusunun hüquq sahibinin və ya istehsalçısının icazəsi olmadan Azərbaycan Respublikasına idxal edilən nüsxələri də pirat nüsxələr sayılır.

14.2. Məlumat toplusunun pirat nüsxələri, həmçinin pirat nüsxələrin surətçıxarılması üçün istifadə edilmiş material və avadanlıqlar, eləcə də hüquq pozuntularına səbəb olan digər alətlər məhkəmə qaydasında müsadirə olunmalıdır.

14.3. Məlumat toplusunun pirat nüsxələri, həmçinin pirat nüsxələrin surətçıxarılması üçün istifadə edilmiş material və avadanlıqlar və ya hüquq pozuntusuna səbəb olmuş digər alətlər, hüquq sahibinin, yaxud istehsalçının xahişi ilə onlara verilən pirat nüsxələr istisna olmaqla məhv edilir.

M a d d ə 1 5 . Hüquqların müdafiəsinin mülki‐hüquqi vasitələri

15.1. Məlumat toplularının hüquq sahibləri və istehsalçıları öz hüquqlarının müdafiəsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edə bilərlər.

15.2. Məlumat toplularına hüquqların pozulması ilə bağlı, məhkəməyə müraciət edilərkən mülki‐hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar da tətbiq edilə bilər:

15.2.1. zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən məlumat toplusuna hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;

15.2.2. zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə yüz on manatdan əlli beş min manatadək məbləğdə kompensasiya ödənilməsi.4

15.3. Hüquq pozuntusu faktı sübut edildiyi halda zərər dəyib‐dəyməməsindən asılı olmayaraq hüquq sahibi və ya istehsalçı hüquq pozuntusuna yol verən şəxsdən məlumat toplusundan qeyri‐qanuni istifadənin hər bir halına və bütövlükdə pozuntuya görə kompensasiya ödəməsini tələb edə bilər.

VI f ə s i l

YEKUN MÜDDƏALAR

M a d d ə 1 6 . Dövlət ehtiyaclan üçün müqavilə əsasında yaradılan məlumat toplularına hüquqlar

16.1. Dövlət sifarişi və vəsaiti əsasında dövlətin ehtiyacları üçün yaradılan məlumat toplusuna əmlak hüquqları dövlətə məxsusdur.

16.2. Dövlət ehtiyacları üçün dövlət vəsaiti hesabına yaradılan məlumat toplusu, əgər onun yaradılmasına dair kontraktda onun dövlətə məxsusluğu göstərilməyibsə, dövlət ehtiyacları üçün malların istehsalı və podrat işlərinin görülməsi hallarında dövlət sifarişçisinin tələbi ilə hüquq sahibi məlumat toplusundan istifadə hüququnun əvəzsiz verilməsi haqqında müqavilə bağlamalıdır.

M a d d ə 1 7 . Digər qorunma formalarına münasibət

17.1. Bu Qanun məlumat toplusuna daxil edilmiş məlumatların, əsərlərin və ya digər elementlərin müəlliflik hüququ və əlaqəli hüquqlarla, yaxud digər hüquqlarla, o cümlədən sənaye mülkiyyət hüquqları ilə qorunmasını, habelə folklor nümunələrinin, maddi və qeyri‐ maddi irsin qorunmasını, haqsız rəqabət, kommersiya sirri, təhlükəsizlik, dövlət sirrinə dair qanunlarla müəyyən edilmiş qorunmanı, şəxsi və ailə həyatına aid məlumatların

qorunmasını və şəxsiyyətə hörmət edilməsini, dövlət sənədlərindən istifadəyə icazəni və müqavilə hüququnu inkar etmir.5

17.2. Bu Qanunla nəzərdə tutulan hüquqi qorunma məlumat toplularının hazırlanmasında və ya işlənməsində istifadə olunan və ʺMüəlliflik hüququ və əlaqəli hüquqlar haqqındaʺ Azərbaycan Respublikasının Qanunu ilə qorunan kompüter proqramlarına şamil edilmir.

M a d d ə 1 8 . Qanunun zamana görə tətbiqi

18.1. Bu Qanunla nəzərdə tutulan müəlliflik hüququna aid olan qorunma qanunvericilikdə məlumat toplularının müəlliflik hüququ ilə qorunmasına münasibətdə müəyyən edilən tələblərin təmin edilməsi şərti ilə bu Qanunun qüvvəyə mindiyi tarixədək yaradılan məlumat toplularına da aid edilir.

18.2. Bu Qanunla nəzərdə tutulan xüsusi qorunma bu Qanunun 6‐cı maddəsinin tələblərinə cavab verən və istehsalı bu Qanunun qüvvəyə mindiyi tarixdən əvvəlki 15 il müddətində tamamlanmış məlumat toplularına da şamil edilir.

18.3. Bu Qanunun 18.1 və 18.2‐ci maddələrində nəzərdə tutulan qorunma bu maddələrdə göstərilən tarixə qədər bağlanmış əqdləri və əldə edilmiş hüquqları ləğv etmir.

18.4. İstehsalı bu Qanunun qüvvəyə mindiyi tarixdən əvvəlki 15 il müddətində tamamlanmış məlumat topluları üçün xüsusi qorunma həmin tarixdən sonrakı ilin əvvəlindən başlayaraq 15 il müddətində qüvvədə qalır.

M a d d ə 1 9 .Məlumat toplularından qeyri‐qanuni istifadəyə görəməsuliyyət

Bu Qanunla qorunan məlumat toplularının qeyri‐qanuni istifadəsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

M a d d ə 2 0 . Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

İlhamƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2004‐cü il № 755‐IIQ

İSTİFADƏOLUNMUŞMƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il,№ 12, maddə 1005)

2. 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№ 6, maddə 462)

3. 28 oktyabr 2008‐ci il tarixli 708‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 dekabr 2008‐ci il,№ 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№ 12, maddə 1047)

4. 27 oktyabr 2009‐cu il tarixli 929‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009‐cu il,№289)

Q Ə R A R A E D İ L M İ Ş D Ə Y İ Ş İ K L İ K V Ə Ə L A V Ə L Ə R İ N S İ Y A H I S I

1 28 oktyabr 2008‐ci il tarixli 708‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 dekabr 2008‐ci il,№ 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№ 12, maddə 1047) ilə 5.3‐cü, 5.4‐cü və 5.5‐ci maddələrdə ʺ50ʺ rəqəmi ʺ70ʺ rəqəmi ilə əvəz edilmişdir.

2 27 oktyabr 2009‐cu il tarixli 929‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009‐cu il, №289) ilə 12.5‐ci maddəsində ʺXüsusiʺ sözü ʺMüəlliflik hüququ və ya xüsusiʺ sözləri ilə əvəz edilmişdir.

3 28 oktyabr 2008‐ci il tarixli 708‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 16 dekabr 2008‐ci il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№ 12, maddə 1047) ilə 14‐cü maddənin adında vəmətnində ʺkontrafaktʺ sözü ʺpiratʺ sözü ilə əvəz edilmişdir.

4 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462) ilə 15.2.2‐ci maddəsində “şərti maliyyə vahidinin 100 mislindən 50 min mislinədək” sözləri “yüz on manatdan əlli beş min manatadək” sözləri ilə əvəz edilmişdir.

5 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 12, maddə 1005) ilə 17.1‐ci maddəsində ʺşəxsi həyataʺ sözləri ʺşəxsi və ailə həyatınaʺ sözləri ilə əvəz edilmişdir.