Об интеллектуальной собственности Обучение в области ИС Обеспечение уважения интеллектуальной собственности Информационно-просветительская работа в области ИС ИС для ИС и ИС в области Информация о патентах и технологиях Информация о товарных знаках Информация о промышленных образцах Информация о географических указаниях Информация о новых сортах растений (UPOV) Законы, договоры и судебные решения в области ИС Ресурсы в области ИС Отчеты в области ИС Патентная охрана Охрана товарных знаков Охрана промышленных образцов Охрана географических указаний Охрана новых сортов растений (UPOV) Разрешение споров в области ИС Деловые решения для ведомств ИС Оплата услуг в области ИС Органы по ведению переговоров и директивные органы Сотрудничество в целях развития Поддержка инновационной деятельности Государственно-частные партнерства Инструменты и сервисы на базе ИИ Организация Работа с ВОИС Подотчетность Патенты Товарные знаки Промышленные образцы Географические указания Авторское право Коммерческая тайна Академия ВОИС Практикумы и семинары Защита прав ИС WIPO ALERT Информационно-просветительская работа Международный день ИС Журнал ВОИС Тематические исследования и истории успеха Новости ИС Премии ВОИС Бизнеса Университетов Коренных народов Судебных органов Генетические ресурсы, традиционные знания и традиционные выражения культуры Экономика Гендерное равенство Глобальное здравоохранение Изменение климата Политика в области конкуренции Цели в области устойчивого развития Передовых технологий Мобильных приложений Спорта Туризма PATENTSCOPE Патентная аналитика Международная патентная классификация ARDI – исследования в интересах инноваций ASPI – специализированная патентная информация Глобальная база данных по брендам Madrid Monitor База данных Article 6ter Express Ниццкая классификация Венская классификация Глобальная база данных по образцам Бюллетень международных образцов База данных Hague Express Локарнская классификация База данных Lisbon Express Глобальная база данных по ГУ База данных о сортах растений PLUTO База данных GENIE Договоры, административные функции которых выполняет ВОИС WIPO Lex – законы, договоры и судебные решения в области ИС Стандарты ВОИС Статистика в области ИС WIPO Pearl (терминология) Публикации ВОИС Страновые справки по ИС Центр знаний ВОИС Серия публикаций ВОИС «Тенденции в области технологий» Глобальный инновационный индекс Доклад о положении в области интеллектуальной собственности в мире PCT – международная патентная система Портал ePCT Будапештская система – международная система депонирования микроорганизмов Мадридская система – международная система товарных знаков Портал eMadrid Cтатья 6ter (гербы, флаги, эмблемы) Гаагская система – система международной регистрации образцов Портал eHague Лиссабонская система – международная система географических указаний Портал eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Посредничество Арбитраж Вынесение экспертных заключений Споры по доменным именам Система централизованного доступа к результатам поиска и экспертизы (CASE) Служба цифрового доступа (DAS) WIPO Pay Текущий счет в ВОИС Ассамблеи ВОИС Постоянные комитеты График заседаний WIPO Webcast Официальные документы ВОИС Повестка дня в области развития Техническая помощь Учебные заведения в области ИС Поддержка в связи с COVID-19 Национальные стратегии в области ИС Помощь в вопросах политики и законодательной деятельности Центр сотрудничества Центры поддержки технологий и инноваций (ЦПТИ) Передача технологий Программа содействия изобретателям (IAP) WIPO GREEN PAT-INFORMED ВОИС Консорциум доступных книг Консорциум «ВОИС для авторов» WIPO Translate для перевода Система для распознавания речи Помощник по классификации Государства-члены Наблюдатели Генеральный директор Деятельность в разбивке по подразделениям Внешние бюро Вакансии Закупки Результаты и бюджет Финансовая отчетность Надзор
Arabic English Spanish French Russian Chinese
Законы Договоры Решения Просмотреть по юрисдикции

Азербайджан

AZ086

Назад

Azərbaycan Respublikası və Gürcüstan arasında 2009-cu il mayın 20-də Bakı şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası və Gürcüstan arasında 2009cu il mayın 20də Bakı şəhərində imzalanmış sənədlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Gürcüstan arasında 2009cu il mayın 20də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlərtəsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında Saziş;

  1. Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında azad ticarət haqqında 1996cı il tarixli Sazişə dəyişiklik edilməsi haqqında Protokol.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.11.2ci bəndlərində göstərilənsənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
  3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.11.2ci bəndlərində göstərilənsənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Gürcüstan Hökumətini xəbərdar etsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 iyul 2009cu il.

№ 408

Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

Bundan sonra ʺTərəflərʺ adlandırılan Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti,

Ticarət-iqtisadi, sənaye və elmi-texniki əməkdaşlığı inkişaf etdirməyi arzu edərək,

əqli mülkiyyətin səmərəli mühafizəsinin bu cür əməkdaşlığın inkişafı üçün zəruri şərt olmasını etiraf edərək,

əlliflərin və sənaye mülkiyyəti sahiblərinin hüquqlarının mühafizəsi üçün qarşılıqlı əlverişli şəraitin yaradılmasının zəruriliyini dərk edərək,

ölkələr arasında suveren əməkdaşlığın prinsiplərini, ümumi maraqları və beynəlxalq hüququn normalarmı rəhbər tutaraq,

aşağıdakılar barədə razılığagəldilər:

Maddə 1

Tərəflər bu Sazişə və Azərbaycanın Respublikasının və Gürcüstanın iştirakçısı olduqları və ya gələcəkdə iştirakçısı olacaqları digər beynəlxalq müqavilələrə uyğun olaraq, ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları, coğrafi adlar və həmçinin əllif hüquqları və qarışıq hüquqlar sahəsində qarşılıqlı fayda və bərabərlik əsasında əməkdaşlığıhəyata keçirir və inkişaf etdirirlər.

Maddə 2

Tərəflərin əməkdaşlığı aşağıdakı istiqamətlərdə həyata keçiriləcəkdir:

əqli mülkiyyət obyektlərinin qorunması və istifadəsi üzrə hüquqların mühafizəsi iləəlaqədar məsələlərin tənzimləməsi;

informasiya, normativ aktlar və digər sənədlərin mübadiləsi və həmçinin əqli mülkiyyətlərin qorunması məsələləri iləəlaqədar mütəxəssislərin təcrübə mübadiləsi;

əqli mülkiyyətin mühafizəsi sahəsində beynəlxalq sazişlərdə iştirak məsələləri ilə bağlı məlumat mübadiləsi;

Tərəflərin razılaşdırdıqları əməkdaşlığın başqa formaları.

Maddə 3

Bu Sazişin həyata keçirilməsinə Tərəflərin səlahiyyətli orqanları məsuliyyət daşıyırlar:

Azərbaycan Respublikasında ‐Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının əllif hüquqları Agentliyi;

Gürcüstanda ‐Gürcüstan Milli Əqli MülkiyyətMərkəzi ʺSakpatentiʺ.

Səlahiyyətli orqanlar arasında əməkdaşlığın qaydaları və şərtləri onlar arasında bağlanacaq xüsusi sazişlə əyyən olunacaq.

Maddə 4

Tərəfləröz Səlahiyyətli orqanları vasitəsi ilə Tərəflərin dövlətlərinin qanunvericilikləri ilə mühafizə olunan ənənəvi əmtəə nişanlarının və Azərbaycanın Respublikasının və Gürcüstanın coğrafi obyektlərin adları olan və Tərəflərin dövlətlərinin qanunvericiliklərinə uyğun olaraq, əmtəə nişanı və ya əmtəə nişanının tərkibində qanunsuz qeydiyyatının qarşısını almaq məqsədi ilə siyahıları mübadilə edəcəklər.

Maddə 5

Tərəflərin səlahiyyətli orqanları əqli mülkiyyətin mühafizəsi sahəsində birgə seminarların və konfransların keçirilməsi, kadrların hazırlanması və onların ixtisaslarının artırılmasında əməkdaşlıq edirlər.

Maddə 6

Bir dövlətin fiziki və hüquqi şəxsləri o biri dövlətin ərazisində əqli mülkiyyətə dair patent fondlarından, kitabxanalardan, məlumat banklarından həmin dövlətin öz fiziki və hüquqi şəxslərinə tətbiq etdikləri qaydada istifadə edəcəklər.

Maddə 7

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə ayrıca protokollarla rəsmiləşdirilən əlavələrvə dəyişikliklər edilə bilər. Protokollar bu Sazişin ayrılmaz hissəsini təşkil edir və bu Sazişin 9cu maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minir.

Maddə 8

Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı ortaya çıxan mübahisələr və fikir aynlıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunacaqdır.

Maddə 9

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir

Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinəən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş illik müddətlərə uzadılacaqdır.

Bu Saziş Bakı şəhərində "20" may 2009-cu il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, gürcü və rus dillərində imzalanmışdır, bütün mətnlər bərabər hüquqi qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə rus dilində olan mətn əsas götürüləcəkdir.

Azərbaycan Respublikası Gürcüstan Hökuməti

Hökuməti adından adından

Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında azad ticarət haqqında 1996cı il tarixli Sazişə dəyişiklik edilməsi haqqında

PROTOKOL

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti,

8 mart 1996cı il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında azad ticarət haqqında Sazişə (bundan sonra ‐Saziş)aşağıdakı dəyişiklikləri etmək barədə razılığagəldilər:

Maddə 1

Sazişin 1ci maddəsinin 2ci bəndi aşağıdakı redaksiyada verilsin:

ʺBu Sazişin məqsədləri üçün və onu qüvvədə olduğu müddət ərzində Tərəflərin ərazisindəngələn malların əyyən olunması üçün Tərəflər MDB Hökumət başçıları Şurasının 30 noyabr 2000ci il tarixli Qərarı ilə təsdiq olunmuş ʺMalların mənşə ölkələrinin əyyən olunması Qaydalarıʺnı və həmçinin ona əlavə və dəyişiklikləri rəhbər tutacaqlarʺ.

Maddə 2

Bu Protokol Sazişin ayrılmaz hissəsini təşkil edir və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanması barədə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Bu Protokol Bakı şəhərində ʺ20ʺ may 2009cu il tarixində iki əsl nüsxədə,hər biri Azərbaycan, gürcü və rus dillərində imzalanmışdır. Bütün mətnlərbərabər qüvvəyə malikdir. Bu Protokolun müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığıtəqdirdə rus dilindəki mətn əsas götürüləcəkdir.

Azərbaycan Respublikası Gürcüstan Hökuməti

Hökuməti adından adından