À propos de la propriété intellectuelle Formation en propriété intellectuelle Respect de la propriété intellectuelle Sensibilisation à la propriété intellectuelle La propriété intellectuelle pour… Propriété intellectuelle et… Propriété intellectuelle et… Information relative aux brevets et à la technologie Information en matière de marques Information en matière de dessins et modèles industriels Information en matière d’indications géographiques Information en matière de protection des obtentions végétales (UPOV) Lois, traités et jugements dans le domaine de la propriété intellectuelle Ressources relatives à la propriété intellectuelle Rapports sur la propriété intellectuelle Protection des brevets Protection des marques Protection des dessins et modèles industriels Protection des indications géographiques Protection des obtentions végétales (UPOV) Règlement extrajudiciaire des litiges Solutions opérationnelles à l’intention des offices de propriété intellectuelle Paiement de services de propriété intellectuelle Décisions et négociations Coopération en matière de développement Appui à l’innovation Partenariats public-privé Outils et services en matière d’intelligence artificielle L’Organisation Travailler avec nous Responsabilité Brevets Marques Dessins et modèles industriels Indications géographiques Droit d’auteur Secrets d’affaires Académie de l’OMPI Ateliers et séminaires Application des droits de propriété intellectuelle WIPO ALERT Sensibilisation Journée mondiale de la propriété intellectuelle Magazine de l’OMPI Études de cas et exemples de réussite Actualités dans le domaine de la propriété intellectuelle Prix de l’OMPI Entreprises Universités Peuples autochtones Instances judiciaires Ressources génétiques, savoirs traditionnels et expressions culturelles traditionnelles Économie Égalité des genres Santé mondiale Changement climatique Politique en matière de concurrence Objectifs de développement durable Technologies de pointe Applications mobiles Sport Tourisme PATENTSCOPE Analyse de brevets Classification internationale des brevets Programme ARDI – Recherche pour l’innovation Programme ASPI – Information spécialisée en matière de brevets Base de données mondiale sur les marques Madrid Monitor Base de données Article 6ter Express Classification de Nice Classification de Vienne Base de données mondiale sur les dessins et modèles Bulletin des dessins et modèles internationaux Base de données Hague Express Classification de Locarno Base de données Lisbon Express Base de données mondiale sur les marques relative aux indications géographiques Base de données PLUTO sur les variétés végétales Base de données GENIE Traités administrés par l’OMPI WIPO Lex – lois, traités et jugements en matière de propriété intellectuelle Normes de l’OMPI Statistiques de propriété intellectuelle WIPO Pearl (Terminologie) Publications de l’OMPI Profils nationaux Centre de connaissances de l’OMPI Série de rapports de l’OMPI consacrés aux tendances technologiques Indice mondial de l’innovation Rapport sur la propriété intellectuelle dans le monde PCT – Le système international des brevets ePCT Budapest – Le système international de dépôt des micro-organismes Madrid – Le système international des marques eMadrid Article 6ter (armoiries, drapeaux, emblèmes nationaux) La Haye – Le système international des dessins et modèles industriels eHague Lisbonne – Le système d’enregistrement international des indications géographiques eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Médiation Arbitrage Procédure d’expertise Litiges relatifs aux noms de domaine Accès centralisé aux résultats de la recherche et de l’examen (WIPO CASE) Service d’accès numérique aux documents de priorité (DAS) WIPO Pay Compte courant auprès de l’OMPI Assemblées de l’OMPI Comités permanents Calendrier des réunions WIPO Webcast Documents officiels de l’OMPI Plan d’action de l’OMPI pour le développement Assistance technique Institutions de formation en matière de propriété intellectuelle Mesures d’appui concernant la COVID-19 Stratégies nationales de propriété intellectuelle Assistance en matière d’élaboration des politiques et de formulation de la législation Pôle de coopération Centres d’appui à la technologie et à l’innovation (CATI) Transfert de technologie Programme d’aide aux inventeurs WIPO GREEN Initiative PAT-INFORMED de l’OMPI Consortium pour des livres accessibles L’OMPI pour les créateurs WIPO Translate Speech-to-Text Assistant de classification États membres Observateurs Directeur général Activités par unité administrative Bureaux extérieurs Avis de vacance d’emploi Achats Résultats et budget Rapports financiers Audit et supervision
Arabic English Spanish French Russian Chinese
Lois Traités Jugements Parcourir par ressort juridique

Azerbaïdjan

AZ013

Retour

Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında Qərarın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 2001-ci il sentyabrın 28-də Moskva şəhərində qəbul olunmuş "Tərkibindəəqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında" Qərar təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV,

Bakı şəhəri, 12 fevral 2002ci il № 259IIQ

Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları haqqında

QƏRAR

Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurası Əqli mülkiyyət sahəsində hüquqpozmaların qarşısının alınması üzrəəməkdaşlıq barədə 1998-ci il 6 mart tarixli Sazişin həyata keçirilməsi, tərkibindəəqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarətinin gücləndirilməsi məqsədi ilə

qərara aldı:

  1. Tərkibindəəqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydaları təsdiq edilsin (əlavə olunur).
  2. Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasına Tərkibindəəqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti Qaydalarına, zərurət yarandıqca dəyişiklik vəəlavələr etmək hüququ verilsin.
  3. Bu Qərar onu imzalamış dövlətlərin bütün zəruri prosedurları yerinə yetirmələri barədə üçüncü bildirişin saxlanılmaq üçün depozitariyə verildiyi gündən qüvvəyə minir. Zəruri prosedurları sonradan yerinə yetirmiş dövlətlər üçün bu qərar müvafiq sənədlərin saxlanılmaq üçün depozitariyə verildiyi gündən qüvvəyə minir.

Komitəsində saxlanılır; İcraiyyə Komitəsi bu Qərarın təsdiq edilmiş surətini onu imzalamış

hər bir dövlətə göndərəcəkdir.

Azərbaycan Respublikasının Hökuməti adından

(imza)

Ermənistan Respublikasının Hökuməti adından

(imza)

Belarus Respublikasının Hökuməti adından

(imza)

Gürcüstan Hökuməti adından

(qeyd‐şərtlə imzalanmışdır)

Qazaxıstan Respublikasının Hökuməti adından

(imza)

Qırğızıstan Respublikasının Hökuməti adından

(imza)

Moldova Respublikasının
Hökuməti adından

(xüsusi rəylə imzalanmışdır)

Rusiya Federasiyasının
Hökuməti adından

(imza)

Tacikistan Respublikasının Hökuməti adından

(imza)

Türkmənistan
Hökuməti adından

(imzalanmayıb)

Özbəkistan Respublikasının Hökuməti adından

(imza)

Ukrayna
Hökuməti adından

(imza)

Tərkibində əqli mülkiyyət obyektləri

olan malların gömrük sərhədindən

keçirilməsi üzərində gömrük nəzarəti

Qaydaları haqqında Müstəqil Dövlətlər

Birliyi Hökumət Başçıları Şurasının

2001ci il 28 sentyabr tarixli Qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Tərkibində əqli mülkiyyət obyektləri olan malların

gömrük sərhədindən keçirilməsi üzərində gömrük nəzarəti

QAYDALARI

1. Əsas anlayışlar

Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

TərəflərƏqli mülkiyyət sahəsində hüquqpozmaların qarşısının alınması üzrəəməkdaşlıq barədə 1998-ci il 6 mart tarixli Sazişin iştirakçısı olan dövlətlər;

kontrafakt mallar — hüquq sahibinin milli qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozmaqla yaradılmış və/və ya gömrük sərhədindən keçirilən tərkibindəəqli mülkiyyət obyektləri olan mallar (müəlliflik hüququ və qarışıq hüquqlar obyektləri, əmtəə nişanları, coğrafi göstəricilər);

hüquq sahibiəqli mülkiyyət obyektlərinə olan hüquqları Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq qorunan fiziki (hüquqi) şəxs yaxud dövlət;

buraxılışın dayandırılması — Tərəflərin gömrük sərhədlərindən keçirilən, kontrafakt mallar olduğu ehtimal edilən, malların buraxılması haqqında qərarın qəbul edilməsi müddətinin gömrük orqanları tərəfindən uzadılması;

tərkibindəəqli mülkiyyət obyektləri olan malların reyestri (bundan sonra — reyestr) — tərkibindəəqli mülkiyyət obyektləri olan, Tərəfin milli qanunvericiliyinə müvafiq olaraq qorunan malların siyahısı; gömrük nəzarətinin məqsədləri üçün mərkəzi gömrük orqanının, hüquq sahibinin və ya onun maraqlarını təmsil edən şəxsin ərizələri əsasında tərtib etdiyi bu siyahıda gömrük sərhədindən keçirilən kontrafakt malları aşkara çıxarmaqda gömrük orqanına imkan verən informasiya (əqli mülkiyyət obyektinin adı; əqli mülkiyyət hüququnun əldə edilməsi üçün əsas; hüquq sahibinin və bu əqli mülkiyyət obyektindən istifadə hüququna icazəsi yaxud lisenziyası olan şəxslərin adları və hüquqi ünvanları; həqiqi malların hazırlanma yerləri və onların istehsalçıları haqqında məlumatlar; kontrafakt məhsul olduğu ehtimal edilən malların təsviri, mənşə ölkəsi, nəql üsulu, idxalçıların və/və ya ixracatçıların adları) olur.

2. Tərkİbİndəəqlİ mülkİyyət obyektlərİ olan malların keçİrİlməsİ

Tərkibindəəqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi bu Qaydalara və Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Gömrük orqanları hüquq sahibinin reyestrə daxil edilmişəqli mülkiyyət obyektlərinə hüquqlarını Tərəflərin milli qanunvericiliklərində və bu Qaydalarda müəyyən edilmiş qaydada qoruyurlar.

3. Əqlİ mülkİyyət obyektlərİnə hüquqların qorunması barədəərİzə

Hüquq sahibi və ya hüquq sahibinin maraqlarını təmsil edən digər şəxs (bundan sonra — ərizəçi), malların gömrük sərhədindən keçirilməsi zamanı onun əqli mülkiyyət obyektinə olan hüquqlarının pozulduğunu yaxud pozula biləcəyini güman etməyə kifayət qədər əsası olduqda, kontrafakt malların buraxılmasını dayandırmaq xahişi ilə mərkəzi gömrük orqanına əqli mülkiyyət hüquqlarının qorunması barədəərizə vermək hüququna malikdir. Ərizənin verilməsi, zəruri məlumat və sənədlərin təqdim olunması qaydasını mərkəzi gömrük orqanı əyyən edir.

Mərkəzi gömrük orqanı əqli mülkiyyət obyektinin reyestrə daxil edilməsi barədə, ərizəçinin müəyyən olunmuş tələblərə riayət etmədiyi yaxud natamam və ya qeyri-səhih məlumatlar təqdim etdiyi hallarda isə reyestrə daxil etməkdən imtina barədə qərar qəbul edir, qəbul edilmiş qərar barədəərizəçiyə milli qanunvericilikdəəyyən edilən müddətdə bildiriş göndərir.

Reyestrin aparılması, onun gömrük orqanlarına vəərizəçilərə çatdırılması qaydasını mərkəzi gömrük orqanıəyyənləşdirir.

    1. Əqlİ mülkİyyət obyektİnİn reyestrə daxİl edİlməsİnə görə rüsum
    2. Əqli mülkiyyət obyektinin reyestrə daxil edilməsinə görə, Tərəflərin milli qanunvericiliyində əyyən edilmiş ölçüdə və qaydada rüsum tutulur.
  1. Hüquqların qorunması müddətİ

Hüquqların qorunması müddətini mərkəzi gömrük orqanı əqli mülkiyyət obyektinin reyestrə daxil edilməsi barədə qərar qəbul edərkən ərizəçi tərəfindən göstərilən müddətləri nəzərə almaqla, milli qanunvericiliyə uyğun olaraq, lakin həmin qərarın qəbul edildiyi vaxtdan iki ildən artıq olmamaqla, müəyyənləşdirir. Ərizəçinin göstərdiyi müddət ərizəçinin müraciəti olduqda uzadıla bilər.

Hüquqların qorunmasının ümumi müddəti əqli mülkiyyət obyektinə hüquqların qüvvədə olma müddətindən artıq ola bilməz.

6. Buraxılışın dayandırılması İlə bağlı məsrəflərİn təmİn olunması

Əqli mülkiyyət hüquqlarının qorunması barədəərizə girovla yaxud müvafiq məbləğin depozitə daxil edilməsi ilə və ya malların buraxılışının haqsız olaraq dayandırılması nəticəsində gömrük orqanlarına məsrəfləri və ziyan və ya zədələr olduqda idxalçıya, yükalana, ixracatçıya və ya malların sahibinə kompensasiya ödəməyə təminat verən ərizəçinin təminat öhdəliyi iləşayiət olunmalıdır.

Buraxılış dayandırıldığı hallarda gömrük orqanının xərclərinin və məsrəflərinin təminatı və ödənilməsinin həcminin təyin edilməsi qaydası Tərəflərin milli qanunvericiliklərində əyyən edilir.

7. Tərkİbİndəəqlİ mülkİyyət obyektlərİ olan malların buraxılışının dayandırılması

Tərkibindəəqli mülkiyyət obyektləri olan, reyestrə daxil edilmiş mallar gömrük orqanına təqdim edildikdə gömrük orqanı malların kontrafakt ola biləcəyi əlamətlərini aşkar edirsə, belə malların buraxılışı dayandırılır.

Bu halda gömrük orqanı şübhə doğuran malların kontrafakt olub-olmamasını təyin etmək məqsədi ilə təmənnasız zəmində istənilən informasiyanın verilməsini və ya texniki ekspertiza və avadanlıq da daxil olmaqla, yardımın göstərilməsini öz təşəbbüsü iləərizəçidən tələb edə bilər.

Buraxılışın dayandırılması, 20 iş günündən yaxud 31 təqvim günündən artıq olmayan müddətdə, əgər Tərəflərin milli qanunvericiliyində bu məqsədlər üçün başqa hal nəzərdə tutulmayıbsa (göstərilən dövrlərdən ən uzun olanı seçilir) həyata keçirilə bilər.

Gömrük orqanı buraxılışın dayandırılması barədə deklaranta vəərizəyə dərhal bildiriş göndərir.

8. Məlumatın verİlməsİ, sınaq və nümunələrİn götürülməsİ

Gömrük orqanı Tərəflərin milli qanunvericiliyində nəzərdə tutulmuş qaydada ərizəçiyə və deklaranta buraxılışının dayandırılması barədə qərar qəbul edilmiş malların kontrafaktlığının təyin edilməsi üçün zəruri olan məlumatı çatdırır.

Milli qanunvericilikləəyyən edilmiş qaydada ərizəçi və deklarant buraxılışının dayandırılması barədə qərar qəbul edilmiş mallardan sınaq üçün nümunələr götürə və onların tədqiqini (ekspertizasını) həyata keçirə bilərlər.

9. Malların buraxılışının dayandırılması barədə qərarın ləğv edİlməsİ

Əgər ərizəçi malların buraxılışının dayandırılmasına dair qərarın ləğv edilməsi barədə gömrük orqanına müraciət göndərərsə, yaxud malların kontrafaktlığı faktının müəyyənləşdirilməsi üçün bu Qaydaların 7-ci bəndindəəyyən edilmiş müddətlərdə zəruri tədbirlər görməzsə, buraxılışın dayandırılması barədə qərar ləğv edilməli, mallar isə gömrük rəsmiləşdirilməsindən keçməli və buraxılmalıdır.

Malların buraxılışı hüquq sahibinin əqli mülkiyyət obyektlərinə olan hüquqlarının qorunması barədə onun səlahiyyətli orqanlara müraciəti üçün maneə ola bilməz.

Qanunvericiliklə səlahiyyət verilmiş orqanlar malların kontrafakt hesab edilməsi barədə qərar qəbul etdikləri halda belə mallar buraxıla bilməz. Bu zaman kontrafakt mallar ya məhv edilməli, ya da Tərəflərin milli qanunvericiliyindəəyyən edilmiş qaydada onlara başqa cür əncam çəkilməlidir.

Qanunvericiliklə səlahiyyət verilmiş orqanlar malların kontrafaktlığı məsələsi və onların buraxılışı ilə bağlı qərarların qəbul edilməsini bu Qaydaların 7-ci bəndinin 3-cü abzasında nəzərdə tutulmuş müddətlərdə həyata keçirməlidirlər.

10. Tərkİbİndəəqlİ mülkİyyət obyektlərİ olan mallara nəzarət üzrə gömrük orqanlarının əlavə səlahİyyətlərİ

Tərkibindəəqli mülkiyyət obyektləri olan reyestrə daxil edilməmiş malların kontrafakt ola biləcəyini güman etməyə kifayət qədər əsas olduqda, gömrük orqanları milli qanunvericiliklə

Tərəflərin mərkəzi gömrük orqanları arasında razılaşmaya əsasən, bir Tərəfin gömrük orqanları öz səlahiyyətləri çərçivəsində hüquq sahibinin digər Tərəfin mərkəzi gömrük orqanının reyestrinə daxil edilmişəqli mülkiyyət obyektlərinə hüquqlarının qorunmasını həyata keçirə bilər.

Tərəflərdən hər birinin gömrük orqanları tərkibindəəqli mülkiyyət obyektləri olan malların gömrük sərhədlərindən keçirilməsi zamanı belə mallara hüquqların bu Qaydalarda nəzərdə tutulduğundan daha geniş qorunmasını təmin edə bilərlər.

11. Tərkİbİndəəqlİ mülkİyyət obyektlərİ olan ayrı-ayrı mallara gömrük nəzarətİnİn xüsusİyyətlərİ

Milli qanunvericiliyə uyğun olaraq bu Qaydalar tərkibindəəqli mülkiyyət obyektləri olan mallara: gömrük sərhədindən fiziki şəxslərin keçirdiyi yaxud «tranzit» gömrük rejiminə müvafiq surətdə keçirilən mallara, beynəlxalq poçt göndərişlərində göndərilən, eləcə də hüquq sahibinin qanuni əsaslarla dövlətin gömrük ərazisinə gətirdiyi, onun razılığı ilə dövriyyəyə buraxılmış və istehsal və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmamış mallara tətbiq edilməyə bilər, bir şərtlə ki, yerinə yetirilməsinə nəzarətin gömrük orqanlarına tapşırıldığı digər tələblərə riayət edilmiş olsun.