"Əmtəə nişanlan və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər vəəlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 93 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİNSƏRƏNCAMI
ʺƏmtəə nişanlan və coğrafi göstəricilər haqqındaʺ Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədəʺ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaʺ Azərbaycan Respublikası Prezidentinin 2009cu il 14 may tarixli 93 nömrəli Fərmanının icrasının təmin etmək məqsədi ilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla 1 ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının ʺƏmtəə nişanlan və coğrafi göstəricilər haqqındaʺ Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədəʺ Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.1. ʺƏmtəə nişanlan və coğrafi göstəricilər haqqındaʺ Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədəʺ Azərbaycan Respublikası Qanununun 20‐ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydalarının layihəsini;
2.2. həmin Qanunun 28‐ci maddəsinin beşinci hissəsinin dördüncü cümləsində nəzərdə tutulmuş müqavilələrin qeydiyyatı Qaydalarının layihəsini;
2.3. həmin Qanunun 28‐ci maddəsinin on üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş girov müqaviləsinin qeydiyyatı Qaydalarının layihəsini;
2.4. həmin Qanunun 26‐cı maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş ʺmüvafiq icra hakimiyyəti orqanlarıʺnın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini;
4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 25 may 2009-cu il
№ 123s