关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 工业品外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 工业品外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 与产权组织合作 问责制 专利 商标 工业品外观设计 地理标志 版权 商业秘密 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 遗传资源、传统知识和传统文化表现形式 经济学 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 前沿技术 移动应用 体育 旅游 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 COVID-19支持 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 职位空缺 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决书 按司法管辖区搜索

阿塞拜疆

AZ065

返回

Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində rüsumların və ödənişlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində rüsumların və ödənişlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində rüsumların və ödənişlərin məbləği və ödənilməsi Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Prezidentinin "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli, 749 nömrəli və "Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli, 755 nömrəli Fərmanlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində rüsumların və ödənişlərin məbləği və ödənilməsi Qadası" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasında ixtiraların, faydalı modellərin və sənaye nümunələrinin patentlənməsi, əmtəə nişanlarının və xidmət nişanlarının qeydiyyata alınması və mühafizə sənədlərinin qüvvədə saxlanılması üçün rüsum alınması Qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 7 iyun tarixli, 286 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar 2000-ci il mayın 1-dən tarixdən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 6 mart 2000-ci il № 37

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 6 mart tarixli, 37 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində

rüsumların və ödənişlərin məbləği və ödənilməsi

QAYDASI

1.Ümumi müddəalar

1.1. Bu Qayda «Patent haqqında», «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikasının digər qanunvericilik

aktlarına uyğun olaraq, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri, xarici hüquqi və fiziki şəxslər üçün sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində rüsumların və ödənişlərin məbləği və ödənilməsi qaydasını müəyyən edir.

2.Rüsumların və ödənİşlərİn ödənİlmə qaydası

2.1. Rüsumlar sənaye mülkiyyəti obyektləri barəsində iddia sənədinə, sənaye mülkiyyəti obyektinin hər bir mühafizə sənədinə, sənaye mülkiyyətinin mühafizəsi sahəsində hər bir hüquqi əhəmiyyətli işlərə görə alınır.

Ödənişlər patent müvəkkillərinin attestasiyası, qeydiyyatı, şəhadətnamələrin verilməsi, onlara dair məlumatların dərci üçün alınır.

Bu Qaydanın 1, 2, 3, 4 nömrəli əlavələrində göstərilən rüsumlar və ödənişlər, müəyyən edilmiş müddət ərzində və müəyyən olunmuş məbləğdə ödənilir. Müəyyən edilmiş müddətdə, məbləğdə və qaydada rüsum və ödəniş ödənilmədikdə, iddia sənədi verilməmiş və ya hüquqi əhəmiyyətli iş yerinə yetirilməmiş sayılır və bu barədə iddiaçıya (patent sahibinə, nişanın sahibinə) bildiriş göndərilir.

Rüsumların və ödənişlərin müəyyən olunan müddətdən əvvəl ödənilməsinə görə iddiaçıya heç bir güzəşt olunmur.

Hər bir başa çatmamış ay üçün ödənilən rüsumun və ödənişin məbləği tam bir aya görə ödənilən rüsumun məbləğinə bərabər tutulur.

Ödənilmiş rüsum müəyyən edilmiş məbləğdən az olduqda iddiaçıya müvafiq bildiriş göndərilir. İddiaçı bildirişi aldığı tarixdən bir ay müddətində rüsumun qalıq hissəsinin ödənildiyini təsdiq edən sənədi təqdim etməlidir.

2.2. İxtira, faydalı model, sənaye nümunəsi barəsində iddia sənədinə görə rüsumun ödənildiyini təsdiq edən sənəd iddia sənədi ilə birlikdə təqdim olunur.

Çoxbəndli düsturdan ibarət olan ixtira və faydalı model, yaxud bir neçə obyektdən ibarət olan sənaye nümunəsi üzrə iddia sənədinin verilməsinə görə ödənilmiş rüsumun məbləği müəyyən edilən məbləğdən az olduqda və həmin fərq iddiaçı tərəfindən ödənilmədikdə, rüsum iddiaçının seçdiyi bəndlərə və ya obyektlərə (rüsumun məbləği kifayət etdikdə) şamil edilir. İddiaçı tərəfindən bu cür seçmə aparılmadıqda, iddia obyektinin birinci bəndindən (birinci obyektdən) başlayaraq, rüsumun kifayət etdiyi sayda bəndlər (obyektlər) üzrə ekspertiza aparılır.

Siniflərin sayı üçdən çox olan əmtəə nişanları və coğrafi göstəricilər barədə iddia sənədinin verilməsi və ekspertizası üçün rüsumun qalıq məbləği müəyyən edilən məbləğdən az olduqda və müəyyən edilmiş rüsumun qalıq hissəsi iddiaçı tərəfindən vaxtında ödənilmədikdə, iddia sənədində göstərilən ilk sinifdən başlayaraq, rüsumun kifayət etdiyi sayda siniflər üzrə ekspertiza aparılır.

2.3. İddia obyektinin ilkin iddia sənədi bir neçə iddia obyektinə bölünürsə, onların hər biri müstəqil şəkildə ayrıca iddia sənədi kimi verilə bilər. Bu zaman hər bir ayrılmış iddia obyekti üzrə ödənilən rüsum, müstəqil iddia sənədinin verilməsi üçün müəyyən edilən rüsuma bərabər tutulur.

2.4. Əmtəə nişanının və coğrafi göstəricinin qeydə alınması barəsində verilən ərizəyə qoşulan sənədlərin, o cümlədən iddia sənədinin qeydə alınması üçün rüsumun ödənildiyini təsdiqləyən

sənədin təqdim olunması, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun yerinə yetirilir.

2.5. İddiaçı ekspertizanın sorğusuna cavabvermə müddətini uzatmaq üçün vəsatət verdiyi halda, müəyyən edilmiş məbləğdə əlavə rüsum ödəməlidir.

İddiaçı müddətin üzürlü səbəbdən ötürüldüyünü təsdiqləyən sənəd və vəsatət verərsə, ötürülən müddətin bərpası üçün müvafiq rüsum ödəməlidir.

2.6. İlkin ekspertizada müsbət rəy verilən iddia sənədində, iddiaçının təşəbbüsü ilə düzəlişlərin və dəyişikliklərin aparılması barədə vəsatət verildikdə, iddiaçı vəsatətlə birlikdə müəyyən edilmiş rüsumun ödənildiyini təsdiq edən sənədi də təqdim etməlidir.

2.7. DETK-ya Avrasiya iddia sənədi təqdim olunduqda, iddia sənədinin «Avrasiya patent konvensiyasının patent təlimatı»nın formal əlamətlərinə uyğunluğunu yoxlamaq üçün müvafiq rüsum alınır. Avrasiya Patent Təşkilatına sənədlərin göndərilmə xərci iddiaçı tərəfindən ödənilir. İddiaçı Avrasiya patenti almaq üçün rüsumu Avrasiya Patent Təşkilatının rüsumlar haqqında Əsasnaməsinə uyğun olaraq həmin təşkilata ödəyir.

2.8. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda Apellyasiya komissiyasına müraciət edildikdə, müəyyən edilmiş məbləğdə rüsum ödənildiyini təsdiq edən sənəd ərizəyə əlavə olunur.

2.9. Keçmiş SSRİ-nin ixtiraya görə mühafizə sənədi əsasında Azərbaycan Respublikasının ixtiraya görə patentinin verilməsi üçün iddiaçı 1 nömrəli əlavənin 13a) sırasında göstərilən məbləğdə rüsum ödəməlidir

2.10. Patent sahibi patenti qüvvədə saxlamaq üçün ilk rüsumu ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinin verildiyi tarixdən etibarən onların qüvvədə olmasının 3-cü ilindən başlayaraq ödəyir.

Əmtəə nişanı və coğrafi göstəricinin birinci on il ərzində qüvvədə olmasına görə ödənilən rüsumun məbləği onların qeydə alınması, şəhadətnamənin verilməsi və onun barəsində məlumatların dərci üçün ödənilən rüsumun tərkibinə daxildir.

2.11. Patentin hər növbəti ildə qüvvədə qalması, əmtəə nişanına və coğrafi göstəriciyə aid şəhadətnamənin qüvvədə olma müddətinin uzadılması üçün rüsumlar onların qüvvədə olduğu müddətin başa çatmasına qalan 2 ay müddət ərzində ödənilməlidir.

Göstərilən müddət, əlavə rüsum ödəmək şərti ilə mühafizə sənədinin qüvvədən düşdüyü gündən sonra əlavə 6 ay uzadıla bilər.

2.12. Azərbaycan Respublikasının patenti keçmiş SSRİ-nin mühafizə sənədləri əsasında verildikdə, rüsum, ixtira barədə ilk iddia sənədinin verildiyi tarixdən hesablanmaqla cari il üzrə ödənilir.

2.13. Patent müvəkkilliyinə namizədlərin attestasiyasına görə ödənişin ödənilməsini təsdiq edən sənəd DETK-ya attestasiya sənədi və ərizə ilə birlikdə təqdim edilir.

Patent müvəkkilinin qeydiyyatı, şəhadətnamənin verilməsi və bu barədə məlumatların dərci üçün ödənişlər, Attestasiya Komissiyasının patent müvəkkili haqqında qərarı qəbul etdiyi gündən bir ay ərzində ödənilir.

2.14. Rüsum və ödəniş nağd və ya köçürmə yolu ilə ödənilir.

2.15. Rüsumun və ödənişin ödənilməsini təsdiq edən sənəd tədiyəni qəbul edən idarənin qəbzidir (nağd ödənildikdə) və ya ödəyicinin hesabından köçürüldükdə isə köçürmə tapşırığıdır.

2.16. Rüsumun və ödənişin ödənildiyini təsdiq edən sənədə, rüsum və ya ödənişin şamil edildiyi hüquqi əhəmiyyətli işin adını (nömrəsini), mahiyyətini əks etdirən ərizə qoşulur.

Əks təqdirdə həmin sənəd etibarsız sayılır.

2.17. Rüsum və ödəniş müəyyən edilmiş məbləğdən artıq ödənildikdə onların artıq hissəsi, həmçinin rüsum və ödənişin şamil edildiyi hüquqi əhəmiyyətli iş yerinə yetirilmədikdə, rüsum və ödəniş Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun geri qaytarıla bilər.

Rüsum və ödəniş müəyyən edilmiş məbləğdən artıq ödənildikdə, onların artıq hissəsi, o cümlədən hüquqi əhəmiyyətli işə sərf olunmayan rüsumlar və ödənişlər iddiaçının (patent sahibinin) vəsatəti üzrə onun iddia sənədi (sənədləri), mühafizə sənədi (sənədləri) üzrə digər hüquqi əhəmiyyətli işlərə Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən müddət ərzində istifadə oluna bilər.

Hüquqi əhəmiyyətli iş yerinə yetirilərsə, nəticəsindən asılı olmayaraq rüsum və ödəniş geri qaytarılmır.

İddiaçı sənaye mülkiyyəti obyekti barəsində verdiyi iddia sənədini geri götürdüyü halda, ödənilmiş rüsumlar geri qaytarılmır.

3.Rüsumların ödənİlməsİnə verİlən güzəştlər

3.1. İxtira, faydalı model və sənaye nümunəsinin iddiaçı və ya patent sahibi olan Azərbaycan Respublikasının fiziki şəxslərinə «Patent haqqında» Azərbaycan Respublikasının Qanununda və bu Qaydada müəyyən edilən rüsumların ödənilməsinə görə aşağıdakı güzəştlər verilir:

a) Azərbaycanın Milli qəhrəmanları, Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları və ya onlara bərabər tutulan şəxslər — 100 faiz rüsumu ödəməkdən azad olunurlar;

b) pensiyaçılar, aspirantlar (magistrlər), ali (əyani şöbə) və orta ixtisas məktəblərinin tələbələri, ümumtəhsil məktəblərinin şagirdləri, müddətli hərbi xidmətçilər (sıravi və serjantlar) — 50 faiz rüsumu ödəməkdən azad olunurlar;

c) ictimai təşkilatlar, qeyri-kommersiya təşkilatları və dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar, iddia sənədi verilən tarixdən 5 il müddətində— 50 faiz rüsumu ödəməkdən azad olunurlar.

3.2. Bu Qaydanın 3.1 bəndində müəyyən edilən güzəştlər aşağıdakı hüquqi əhəmiyyətli işlərə şamil edilmir: 1 nömrəli əlavənin — 4, 7, 8, 11a), 13a), 13b), 13c), 15, 17, 18, 19, 20 sıraları.

3.3. Əgər müəlliflərdən, iddiaçılardan və ya patent sahiblərindən hər hansı biri uyğun kateqoriyaya aid edilmirsə, 3.1 bəndində müəyyən edilən güzəştlər tətbiq olunmur.

3.4. Fiziki və ya hüquqi şəxs rüsumun güzəştli ödənilməsi üçün vəsatətlə birlikdə güzəşt hüququna malik olduğunu təsdiqləyən müvafiq sənəd də təqdim etməlidir.

3.5. Nəzərdə tutulmuş güzəştlər aşağıdakı hallarda ləğv edilir:

patent sahibi hüquqi və ya fiziki şəxslərlə lisenziya müqaviləsi və ya patent hüququnun verilməsi barədə müqavilə bağladıqda;

iddiaçı iddia sənədi üzrə hüququn digər hüquqi və ya fiziki şəxsə verilməsi barədə müqavilə bağladıqda və ya iddia sənədi üzrə obyektdən istifadə hüququnu digər hüquqi və ya fiziki şəxsə verdikdə;

3.1 bəndində göstərilən kateqoriya dəyişdikdə.

3.6. «Əmtəə nişanlarının beynəlxalq qeydiyyatı haqqında» Madrid Sazişinə müvafiq olaraq, əmtəə nişanlarının beynəlxalq qeydiyyatına, o cümlədən onların qüvvədə qalma müddətinin uzadılmasına görə ödənilmiş rüsumlar Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının Beynəlxalq bürosu tərəfindən Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsinin hesabına köçürülür.

Bu Qaydanın 3 nömrəli əlavəsində göstərilən hüquqi əhəmiyyətli işlər üçün DETK-ya ödənilən ödənişlərin 100 faizi və rüsumun 50 faizi Dövlət büdcəsinə köçürülür, rüsumdan 50 faizi isə DETK-nın hesabında qalır.

Bu Qaydanın 1 nömrəli əlavəsinin 13a), b), c) sırasında göstərilən, 2 nömrəli əlavəsinin 1, 2, 3, 5, 6, 7, 9c), 9ç), 9d), 9e), 10, 11, 13, 14c), 14ç), 15, 16, 17, 18 sıralarında göstərilən hüquqi əhəmiyyətli işlər üçün yığılan rüsumlar dövlət rüsumudur və bütünlüklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülür.

Bu Qaydanın 1 və 2 nömrəli əlavələrinin digər sıralarında və 4 nömrəli əlavənin bütün sıralarında nəzərdə tutulan hüquqi əhəmiyyətli işlərin yerinə yetirilməsi üçün yığılan rüsumların 50 faizi Dövlət büdcəsinə köçürülür, 50 faizi isə rüsumu tutan təşkilatın (DETK­ nın) sərəncamında qalır.

Bu Qaydanın 1, 2, 3, 4 nömrəli əlavələrində nəzərdə tutulmayan xidmətlərin göstərilməsi, o cümlədən işlərin təcili yerinə yetirilməsi üçün DETK ödənişlər müəyyən edir və ödənişlər alır.

DETK özünün hesablaşma hesabında qalan ödənişləri və rüsumları texniki və informasiya təminatına, kadr hazırlığına, patent sisteminin inkişafına, DETK-nın işçilərinin fəaliyyətinin stimullaşdırılmasına və patent sisteminin digər zəruri işlərinə istədikləri kimi istifadə etmək hüququna malikdirlər.