AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI
1. Azərbaycan Respublikası və İsrail Dövləti arasında 2009‐cu il iyunun 28‐də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlərtəsdiq edilsin:
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 22 iyul 2009‐cu il.
№ 410
İsrail Dövləti Hökuməti
arasında
mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti (bundan sonra ʺTərəflərʺ adlandırılacaq),
İki ölkə arasında mövcud dostluq münasibətlərini inkişaf etdirməkvə möhkəmləndirmək niyyətini rəhbər tutaraq,
Mədəniyyətvə təhsil sahəsində əməkdaşlığıtəşviq etmək niyyəti ilə,
Aşağıdakılar barədə razılığagəldilər:
Maddə 1
Tərəflərtəhsil, mədəniyyət, elm və idman sahəsində əməkdaşlığın, habelə hər iki ölkənin gəncləri arasında əlaqələrin inkişafını təşviq edəcəklər.
Təhsil və elm
Maddə 2
Tərəflərtəhsil sahəsində əməkdaşlığı asanlaşdırır, təşviq edir, dəstəkləyir və inkişaf etdirirlərvə bu məqsədlə aşağıdakıları edirlər:
Maddə 3
Tərəfləraşağıdakılar arasında əlaqə, əməkdaşlıq və səfər mübadiləsini genişləndirməyə çalışırlar:
3. İbtidai məktəb müəllimləri, müəllim köməkçiləri və direktorlar;
4. Məktəbəqədər müəssisələrin (uşaq bağçası) müəllimləri, köməkçilərvə direktorlar;
Maddə 4
Tərəflər, mümkün olduqda, digərTərəfin təhsillə bağlı ev sahibliyi etdiyi konqreslər, konfranslar, seminarlar və simpoziumlarda öz nümayəndələrinin iştirakını təşviq edəcəklər.
Maddə 5
Tərəflər ölkələrinin tədris planları, pedaqoji və metodoloji ədəbiyyat və təhsil sistemləri ilə bağlı digər materialların mübadiləsini təşviq edəcəklər.
Maddə 6
Tərəflər ümumi maraq kəsb edənməsələlərlə, xüsusilə aşağıdakılarla bağlı məlumat mübadiləsi edirlər:
Maddə 7
Tərəflər Azərbaycan və ivrit dillərinin tədrisi də daxil olmaqla Azərbaycanşünaslığın İsraildə, İsrailşünaslığın isə Azərbaycanda inkişafını təşviq edirlər.
Maddə 8
Tərəflərsəlahiyyətli orqanları vasitəsilə qarşılıqlı şəkildə məktəbdərsliklərini, xüsusilə digər ölkənin tarixi ilə bağlı kitablardan parçaları yoxlamağasəy göstərəcəkvə lazım olduqda bu dərsliklərə düzəlişlər edəcəklər.
Maddə 9
Ölkələrin mədəniyyəti haqqında biliyin qarşılıqlı şəkildə genişləndirilməsi məqsədilə, Tərəfləraşağıdakı sahələrdə qarşılıqlı maraq doğuran mədəni fəaliyyətləri həyata keçirmək işində əməkdaşlıq etmək üçün səlahiyyətli orqanları və müəssisələrini təşviq edirlər:
1.Təsviri incəsənət, musiqi, rəqs, dram və ədəbiyyat sahəsində məlumat mübadiləsi;
Radio, televiziya və kino
Maddə 10
Tərəfləraşağıdakılar da daxil olmaqla kütləvi informasiya vasitələri arasında əməkdaşlığıtəşviq edirlər:
1. Hər iki ölkənin informasiya agentlikləri, mətbuat təşkilatları, radio və televiziya müəssisələri arasında əməkdaşlığın təşviqi;
İdman
Maddə 11
Tərəflər, xüsusilə aşağıdakılar vasitəsilə idman sahəsində əməkdaşlığıtəşviq və inkişaf etdirirlər:
Gənclər
Maddə 12
Tərəflərgənclərtəşkilatı, gənclərin fəaliyyəti ilə məşğul olan dövlət orqanları və müəssisələr arasında birbaşa əlaqələr əsasında hər iki ölkənin gəncləri arasında əməkdaşlığı təşviq edirlər.
Maddə 13
Tərəflərmədəniyyət, təhsil və elm sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların işində iştirak çərçivəsində əməkdaşlıq edə bilərlər.
Maddə 14
Maddə 15
Maddə 16
Maddə 17
Tərəflərdən heç biri bu Sazişə müvafiq olaraq digərinin yazılı razılığını almadan əldə edilmiş kommersiya baxımından dəyərli olan məxfi məlumatı üçüncü Tərəfə ötürə bilməz.
Maddə 18
Hazırkı Sazişin təfsiri və ya icrası ilə bağlı yaranan hər hansı mübahisə Tərəflər arasında diplomatik kanallar vasitəsilə dostcasına həll olunur.
Maddə 19
Bu Saziş Tərəflərin qarşılıqlı razılığı əsasında dəyişdirilə bilər. İstəniləndəyişiklik yazılı formada olur və 21‐ci maddədə göstərildiyi kimi qüvvəyə minmə prosedurlarına uyğun olaraq qüvvəyə minir.
Maddə 20
Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
Maddə 21
Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə on azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digərTərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılacaqdır.
Bu Saziş Bakı şəhərində ʺ28ʺ iyun 2009‐cu il tarixində, müvafiq olaraq 6 Temuz 5769‐cu il tarixində Azərbaycan, ivrit və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlərbərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığıtəqdirdə, ingilis dilində olan mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası İsrail Dövləti Hökuməti adından Hökuməti adından
Azərbaycan Respublikası Hökuməti
və
İsrail Dövləti Hökuməti
arasında
informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Saziş
Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti (bundan sonra ʺTərəflərʺ adlandırılan),
Hər iki ölkənin sosial və iqtisadi inkişafı çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkvə möhkəmləndirməyi arzu edərək,
Hər bir müvafiq ölkədə ictimaiyyət üçün səmərəli və dayanıqlı xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar eyni məqsədvə maraqları bölüşərək,
İdeyalar, məlumatlar, bilik və təcrübələrin mübadiləsi vasitəsilə informasiya və kommunikasiya texnologiyaları sahəsində,həmçinin ümumi maraq kəsb edən digər sahələrdə aparılan əməkdaşlığın Tərəflər üçün faydalı olacağını hesab edərək,
İnformasiya və kommunikasiya texnologiyaları sahəsində Tərəflər arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsində mövcud olan potensialı və mövcud imkanlardan tam istifadə etmək üçün ehtiyacı dərk edərək,
Tərəflərin informasiya və kommunikasiya texnologiyaları sahəsində sərmayələri, birgə müəssisələri, ümumi maraqları, texnoloji inkişafı və ticarəti inkişaf etdirmək arzusunda olduqlarını nəzərə alaraq,
aşağıdakılar barədə razılığagəldilər:
Tərəflərbərabərlik, qarşılılıq və qarşılıqlı fayda əsasında bu Sazişin müddəalarına, o cümlədən Ümumdünya Poçt İttifaqının Konstitusiyası və Ümumdünya Poçt Konvensiyasının, Beynəlxalq Telekommunikasiya İttifaqının Konstitusiyası və Konvensiyasının və Dünya TicarətTəşkilatının əsas qaydalarının qarşılıqlı tətbiqi mümkün müddəalarına uyğun olaraq telekommunikasiya və poçt xidmətlərinin inkişafını təmin edəcəklər.
Bu Sazişlə yuxarıda qeyd olunan aidiyyəti beynəlxalq sazişlərin və yaxud Tərəflərin iştirakçısı olduqları digər müvafiq çoxtərəfli müqavilələrin müddəalarından irəli gələn öhdəliklər arasında ziddiyyət yarandığı təqdirdə, çoxtərəfli müqavilə üstünlük təşkil edəcəkdir.
Maddə 2
Tərəflər arasında informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq aşağıdakıları əhatə edir:
7. Birgə seminar, konfrans, forum və sərgilərin keçirilməsi;
11 .Qarşılıqlı razılaşma əsasında digər məsələlər.
Maddə 3
Tərəflər İKT sahəsində görülmüş işlərin daha da təkmilləşdirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiq edilməsi və birgə müəssisələrin yaradılması məqsədi ilə aidiyyəti orqanlarım, təşkilat və müəssisələrini bu sahədə sıx əlaqələrin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, eləcə də xüsusi proqramların və layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığatəşviq edəcəklər.
Tərəflər kəndlərdə telekommunikasiyanın inkişaf etdirilməsi, rəqəmsallara keçidin təmin edilməsi və lokal şəbəkələrin tənzimlənməsi sahəsindəİsrail Dövlətinin təcrübəsinin tətbiqi üçün hər iki tərəfin mütəxəssislərinin birgə iş aparmasını təmin edəcəklər.
Maddə 4
Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə toxunmur.
Maddə 5
Tərəflər bu Saziş çərçivəsində mübadilə etdikləri konfidensial informasiyanın dövlətlərinin milli qanun və qaydalarına uyğun surətdə qorunması üçün zəruri tədbirlər görmək, həmçinin belə informasiyanı təqdim etmiş Tərəfin yazılı icazəsi olmadan bu informasiyanı üçüncü tərəfə aşkarlamamaq və yaymamaq öhdəliyi daşıyırlar. Bu müddəa hazırkı Saziş xitam olunduqdan sonra da qüvvədə qalır.
Maddə 6
Tərəflər bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı mübahisələr yarandığı təqdirdə, onları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.
Maddə 7
1. Bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul səlahiyyətli orqanlar:
Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi;
İsrail Dövləti Hökuməti adından -İsrail Dövlətinin Rabitə Nazirliyidir.
Tərəflər başqa cür razılaşdırmadıqları müddətcə, bu Sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi üzrə səlahiyyətli orqanların qarşılıqlı fəaliyyəti zamanı işçi dil qismində ingilis dilindən istifadə ediləcəkdir.
Maddə 8
Tərəflərdənhər biri istənilən vaxt bu Sazişə düzəlişlər edilməsini təklif edə bilər. Tərəflər arasında düzəliş və əlavələrlə bağlı birbaşaməsləhətləşmələrTərəflərdən birinin bu barədə diplomatik kanallarla yazılı bildirişi göndərdiyi tarixdən 60 gün ərzində keçiriləcəkdir.
Bu Sazişə istənilən düzəliş yazılı formada olacaq və 9-cu maddədə nəzərdə tutulan qaydada qüvvəyə minəcəkdir.
Maddə 9
Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik notalarının ikincisinin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş iki il müddətinə bağlanılır. Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə altı ay qalmış ona xitam vermək niyyəti barədə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti ikiillik müddətlərə uzadılacaqdır. Sazişin xitam olunması xitam olunma zamanı davam edən fəaliyyətlərə təsir etməyəcəkdir və Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, bu cür fəaliyyətlər onların başa çatmasına qədər davam edəcəkdir.
Bu Saziş Bakı şəhərində “28” iyun 2009‐cu il tarixində, müvafiq olaraq 6 Temuz 5769‐cu il tarixində Azərbaycan, ivrit və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandığıtəqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası Hökuməti İsrail Dövləti Hökuməti
adından adından