关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 工业品外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 工业品外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 与产权组织合作 问责制 专利 商标 工业品外观设计 地理标志 版权 商业秘密 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 遗传资源、传统知识和传统文化表现形式 经济学 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 前沿技术 移动应用 体育 旅游 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 COVID-19支持 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 职位空缺 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决书 按司法管辖区搜索

阿塞拜疆

AZ081

返回

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq patent təsnifatı haqqında Strasburq Sazişinə qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu


Ümumdünya Əqli MülkiyyətTəşkilatının ʺBeynəlxalq patent təsnifatı haqqında Strasburq Sazişiʺnə qoşulmaq barəsində 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Ümumdünya Əqli MülkiyyətTəşkilatının 1971ci il 29 mart tarixli ʺBeynəlxalq patent təsnifatı haqqında Strasburq Sazişiʺnə qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2003 il № 447IIQ

ÜMUMDÜNYA ƏQLİ MÜLKİYYƏTTƏŞKİLATI

Beynəlxalq patent təsnifatı haqqında

STRASBURQ SAZİŞİ

1971ci il martın 29da Strasburqda imzalanmışdır

Razılığagələntərəflər,

Hesab edərək ki, patentlərin, əlliflik şəhadətnamələrinin, faydalı modellərin və faydalılıq haqqında şəhadətnamələrin ümumilikdə qəbul olunmuş vahid təsnifat sistemi ümumi maraqlara cavab verir və sənaye mülkiyyəti sahəsində daha sıx beynəlxalq əməkdaşlığın qurulmasına kömək edəcək, həmçinin bu sahədə milli qanunvericiliklərin uyğunlaşdırılmasına kömək edəcək,

 İxtira patentlərinin 19 dekabr 1954 il tarixli Beynəlxalq təsnifata dair Avropa konvensiyasının və ona uyğun olaraq Avropa Şurasının hazırladığı ixtira patentlərinin Beynəlxalq təsnifatının əhəmiyyətini dərk edərək,

Bu Təsnifatın ümumi dəyərini və onun sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının iştirakçısı olan ölkələrin hamısı üçün əhəmiyyətini nəzərə alaraq, Müasir texniki naliyyətlərin daim artan həcmindən asanlıqla faydalanmağa imkan verən bu təsnifatın inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətini nəzərə alaraq,

20 mart 1883 il tarixli, 14 dekabr 1900 ildə Brüsseldə, 2 iyun 1911ci ildə Vaşinqtonda, 6 noyabr 1925ci ildə Haaqada, 2 iyun 1934 ildə Londonda, 31 oktyabr 1958ci ildə Lissabonda və 14 iyul 1967ci ildə Stokholmda yenidən baxılmış Paris konvensiyasının 19 ‐cu maddəsini nəzərə alaraq,

Aşağıdakılar barədə Razılığagəldilər:

Madd ə 1

Xüsusi ittifaqın yaradılması. Beynəlxalq təsnifatın qəbul edilməsi

Bu Sazişin tətbiq edildiyi ölkələr Xüsusi ittifaq yaradır və ixtiraya görə patentlərin, əlliflik şəhadətnamələrinin, faydalı modellərin və faydalılıq haqqında şəhadətnamələrin vahid təsnifatını qəbul edirlər. Təsnifat «Beynəlxalq patent Təsnifatı» (bundan sonra «Təsnifat») adlanır.

Madd ə 2

Təsnifatın məyyən edilməsi

(1) (a) Təsnifata daxildir:

(i)
ixtira patentlərinin Beynəlxalq təsnifatına dair 19 dekabr 1954 il tarixli Avropa konvensiyasının (bundan sonra «Avropa konvensiyası») əsasnaməsinə uyğun işlənib hazırlanan və 1 sentyabr 1968ci il tarixdə qüvvəyə minərək Avropa Şurasının baş katibi tərəfindəndərc edilənmətn;
(ii)
bu Sazişin qüvvəyə mindiyi tarixə qədər Avropa konvensiyasının 2(2) maddəsinə uyğun qüvvəyə minən düzəlişlər;

(iii) 5ci maddəyə uyğun sonradan daxil edilənvə əsasnamənin 6cı maddəsinə əsasən qüvvəyə minən düzəlişlər;

(b) Təsnifatın mətninə daxil edilən əsaslanmalar və qeydlər bu mətnin ayrılmaz hissəsidir.

(2)
(a) (1) (a) (i)bəndində göstərilənmətn, hər biri ingilis və fransız dillərində eyni qüvvəyə malik iki nüsxədən ibarətdir və bu Saziş imzalanma üçün ıq olduğu tarixdən saxlanılmaq üçün onlardan bir nüsxə Avropa Şurasının baş katibinə, digər nüsxə isə 14 iyul 1967ci il tarixli Konvensiya ilə təsis olunan Ümumdünya Əqli MülkiyyətTəşkilatının baş direktoruna (bundan sonra müvafiq olaraq «baş direktor» və «Təşkilat») verilmişdir.
(b)
(1) (a) (ii)bəndində göstərilən düzəlişlər, hər biri ingilis və fransız dillərində eyni qüvvəyə malik iki nüsxədədir və saxlanılmaq üçün onlardan bir nüsxə Avropa Şurasının baş katibinə, digər nüsxə isə baş direktora verilir.
(c)
(1) (a) (iii)bəndində göstərilən düzəlişlər, ingilis və fransız dillərində eyni qüvvəyə malik yalnız bir nüsxədədir və saxlanılmaq üçün Baş direktora verilir.

Madd ə 3

Təsnifatın dili

(1)
Təsnifat ingilis və fransız dillərində işlənib hazırlanır və hər iki mətn tamamilə eyni qüvvəyə malikdir.
(2)
Təsnifatın ispan, alman, portuqal, rus və yapon dillərində, o cümlədən7ci maddəyə uyğun Assambleyanın əyyən etdiyi digər dillərdə rəsmi mətni, maraqlı hökumətlərlə məsləhətləşmələrdən sonra, yaxud bu hökumətlərin təqdim etdiyi tərcümələr əsasında və ya Xüsusi ittifaqın, yaxud da Təşkilatın büdcəsi üçün maliyyə sərfini tələb etməyən başqa üsuldan istifadə etməklə,Təşkilatın Beynəlxalq bürosu (bundan sonra «Beynəlxalq büro») tərəfindən hazırlanır.

Madd ə 4

Təsnifatın istifadəsi

(1) Təsnifat müstəsna olaraq inzibati xarakter daşıyır.

(2)
Xüsusi ittifaqa daxil olan hər bir ölkə Təsnifatdan istər əsas və istərsə də köməkçi sistem kimi istifadə edə bilər.
(3) Xüsusi ittifaq ölkələrinin səlahiyyətli orqanları:
(i)
verdikləri patentlərdə, əlliflik şəhadətnamələrində, faydalı modellərdə və faydalılıq barədə şəhadətnamələrdə,həmçinin göstərilən mühafizə növlərinə aid olan iddia sənədlərində,
həmin sənədlərin bu orqanlar tərəfindənnəşr edilibedilməməsindənvə ya yalnız ictimai tanışlıq üçün ortaya çıxarılmasından asılı olmayaraq, və 
(ii)
rəsmi nəşrlərdə yerləşdirilmiş dərc barədə bildirişlərdə və ya (i) yarımbəndində göstərilənsənədlərdən çıxarışlarda,
(4)
Bu Saziş imzalanarkənvə ya ratifikasiya bəyannaməsi və ya qoşulma barədə akt saxlanılmaq üçün təqdim edilən zaman:
(i)
yarımbəndində göstərilənsənədlərə aid edilənvə ixtiralarda istifadə olunan Təsnifatın tam indekslərini göstərir.
(i)
istənilən ölkə elan edə bilər ki, o, Təsnifatın qruplarına və ya yarımqruplarına aid indekslərini, (3) bəndində nəzərdə tutulduğu kimi, ictimai tanışlıq üçün yenicə verilən iddia sənədlərində,həmçinin bu iddia sənədlərinə aid bildirişlərdə göstərilməsini öz öhdəsinə götürür, və 
(ii)
yeniliyə görə ekspertiza aparmayan, sanki adi və ya təxirəsalınmış ekspertiza aparan, patentlərin verilmə proseduru və ya başqa növ mühafizənin verilməsi zamanı texniki səviyyəni əyyənləşdirmək üçün məlumat axtarışı aparmağınəzərdə tutmayan istənilən ölkə bəyan edə bilər ki, o, (3) bəndində göstərilənsənədvə bildirişlərdə təsnifatın qruplarına və ya yarımqruplarına aid indeksləri göstərmək öhdəliyi götürmür. Əgər bu cür hallar yalnız bir neçə növ mühafizəyə və ya bir neçə texnika sahələrinə şamil edilərsə, onda həmin ölkə göstərilən halların məhz hansı sahəyə aid edilməsi barədə qeyd‐şərt verə bilər.
(5)
Qarşısında «Beynəlxalq patent təsnifatı» sözləri yazılan və ya 5ci maddədə göstərilən ekspertlər komitəsi tərəfindən əyyən edilən bu sözlərin qısaldılmış ifadəsi yağlı şriftlə və ya elə formada yazılmalıdır ki, onlar (3)(i) bəndində göstərilənhər bir sənədin əvvəlində aydın görünsün.
(6)
 Əgər Xüsusi ittifaqın istənilən ölkəsi patentlərin verilməsini hər hansı hökumətlərarası təşkilata tapşırarsa, o, bu maddəyə uyğun olaraq Təsnifatın göstəriləntəşkilat tərəfindən istifadəsini təmin edən bütün mümkün tədbirləri həyata keçirir.

Madd ə 5

Ekspertlər Komitəsi

(1) Xüsusi ittifaqın hər bir ölkəsinin təmsil olunduğu ekspertlər komitəsi təsis edilir.

(2)
(a) Baş direktor, patent sahəsində ixtisaslaşan hökumətlərarası təşkilatların nümayəndələrini, həmin təşkilatlara üzv olan ölkələrdən heç olmasa biri bu Sazişin iştirakçısı olduğutəqdirdə, şahidəçi qismində ekspertlər komitəsinin iclasına dəvət edir.
(b)
Baş direktor öz təşəbbüsü ilə və ya ekspertlər komitəsinin xahişinə əsasən başqa hökumətlərarası və qeyrihökumət Beynəlxalq təşkilatların nümayəndələrini, onlar üçün maraq kəsb edənməsələlərin müzakirəsinə dəvət edir.
(3)
Ekspertlər komitəsi:
(i)
Təsnifata dəyişikliklər edir;
(ii)
Təsnifatdan istifadayə kömək etməkvə onun eyni şəkildə istifadəsini inkişaf etdirmək məqsədilə Xüsusi ittifaq ölkələrinə tövsiyələr göndərir;

(iii) inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə almaqla, ixtiraların ekspertizasında istifadə olunan sənədlərin təsnifatlaşdırılmasının sistemləşdirilməsi sahəsində Beynəlxalq əməkdaşlığa kömək edir;

(iv)
Xüsusi ittifaqın və ya Təşkilatın büdcəsinə ziyan vurmayan bütün digərtədbirləri görür və Təsnifatın inkişaf etməkdə olan ölkələrtərəfindən istifadəsinə köməklik göstərir;
(v) yarımkomitələri və işçi qrupları yaratmaq hüququna malikdir.
(4)
Ekspertlər komitəsi özlərinin prosedur qaydalarını qəbul edir. Bu qaydalar onun yarımkomitələrində və işçi qruplarında, (2)(a) bəndində göstərilənvə Təsnifatın
təkmilləşdirilməsi üzrə böyük həcmdə iş görə bilən hökumətlərarası təşkilatların iştirakının mümkünlüyünə təminat yaradır.
(5)
Təsnifata dəyişikliklərin daxil edilməsi barədə təklifləri Xüsusi ittifaqın istənilən ölkəsinin səlahiyyətli orqanı, Beynəlxalq büro, (2)(a) bəndinə uyğun ekspertlər komitəsində təmsil olunan istənilən hökumətlərarası təşkilatlar, bu cür təkliflərin irəli sürülməsi üçün ekspertlər komitəsinə xüsusi dəvət alan təşkilat verə bilər. Təkliflər Beynəlxalq büroya göndərilir. Beynəlxalq büro həmin təklifləri, onların baxılması ilə bağlı çağırılacaq ekspertlər komitəsinin sessiyasının başlanmasına ən geci iki ay qalmış ekspertlər komitəsinin üzvlərinə və şahidəçilərə göndərir.
(6) (a) Ekspertlər Komitəsinə üzv olan ölkə bir səsə malikdir.
(b)
Ekspertlər Komitəsi öz qərarlarını səsvermədə iştirak edənvə iştirakçı ölkələrin sadə səs çoxluğu ilə qəbul edir.
(c)
istənilənqərarların qəbul edilməsi üçün səsvermədə iştirak edənvə iştirakçı ölkələrin beşdə birinin səs çoxluğu, Təsnifatın əsas strukturunun dəyişilməsinə səbəb ola bilənvə ya təsnifatın yenidəntərtibi kimi işlərin aparılmasını tələb edənqərarların qəbulu zamanı isə səsvermədə iştirak edənvə iştirakçı ölkələrin dörddə üçünün səs çoxluğutələb olunur.

(d) bitərəf qalanların səsləri nəzərə alınmır.

Madd ə 6

Bildiriş, qüvvəyə minmə və düzəlişlərvə digərqərarların dərci

(1)
Beynəlxalq büro Xüsusi ittifaqın səlahiyyətli orqanlarına, təsnifatda düzəlişlərin edilməsinə dair ekspertlər komitəsinin qərarlarını və ekspertlər komitəsinin təklifləri ilə bağlı bildirişləri göndərir. Düzəlişlər, onun barəsində bildirişin göndərildiyi tarixdən altı ay ötdükdən sonra qüvvəyə minir.
(2)
Beynəlxalq büro qüvvəyə minən düzəlişləri Təsnifata daxil edir. Düzəlişlər barədə məlumat, 7ci maddədə göstərilən Assambleyanın əyyən etdiyi dövrü nəşrlərdə dərc olunur.

Madd ə 7

Xüsusi ittifaqın Assambleyası

(1)
(a) Xüsusi ittifaq onu təşkil edən Xüsusi ittifaq ölkələrindən ibarət Assambleyaya malikdir.
(b)
Xüsusi ittifaq ölkələrinin hökumətləri bir nümayəndə ilə təmsil olunur. Nümayəndənin müavinləri, şavirləri və ekspertləri ola bilər.
(c)
5(2)(a)bəndində göstərilən istənilən hökumətlərarası təşkilat Assambleyanın iclaslarında, Assambleyanın qəbul etdiyi müvafiq qərar əsasında isə Assambleyanın yaratdığı komitə və işçi qrupların iclaslarında şahidəçi qismində iştirak edə bilər.
(d)
Nümayəndələrin xərclərini onu təyin edən hökumət ödəyir.
(2)
(a) Assambleya 5ci maddənin müddəalarını nəzərə alaraq:
(i)
Xüsusi ittifaqın saxlanılması və inkişafı, bu Sazişin tətbiqi ilə bağlı bütün məsələlərə baxır;

(ii) yenidən baxılma üzrə konfransın təşkilinə dair Beynəlxalq büroya tapşırıqlar verir;

(iii) Xüsusi ittifaqla bağlı baş direktorun hesabatlarına və fəaliyyətinə baxır, onları təsdiq edir və Xüsusi ittifaqın səlahiyyətinə dair məsələlərlə əlaqədar ona zəruri təlimatları verir;

(iv)
proqramları əyyən edir, Xüsusi ittifaqın üç illik büdcəsini qəbul edir və onun maliyyə hesabatını təsdiq edir;
(v) Xüsusi ittifaqın maliyyə reqlamentini təsdiq edir;
(vi)
Təsnifatın rəsmi mətninin ingilis, fransız və 3(2) maddəsində göstərilən dillərdən başqa daha hansı dildə hazırlanması barədə qərar qəbul edir:

(vii) Xüsusi ittifaqın məqsədlərini həyata keçirmək üçün zəruri sayılan komitə və işçi qrupları yaradır;

(viii) (1)(c) bəndinin müddəalarını nəzərə almaqla Xüsusi ittifaqa üzv olmayan ölkələrdən, hökumətlərarası və Beynəlxalq qeyrihökuməttəşkilatlarından hansıların onun iclaslarına, habelə onun yaratdığı komitə və işçi qrupların iclaslarına şahidəçi kimi dəvət olunmasını əyyən edir;

(ix)
Xüsusi ittifaqın məqsədlərinə çatmaq istiqamətində digərzəruri hərəkətləri həyata keçirir;
(x) bu Sazişdən irəli gələn digər funksiyaları yerinə yetirir.
(b)
Təşkilat tərəfindənrəhbərliyin həyata keçirildiyi, həmçinin başqa ittifaqlar üçün maraq kəsb edənməsələlər üzrə Assambleya Təşkilatın koordinasiya komitəsinin mövqeyi əsasında qərar qəbul edir.
(3)
(a) Assambleyaya üzv olan hər ölkə bir səsə malikdir.
(b)
Assambleyaya üzv olan ölkələrin yarısı yetərsay təşkil edir.
(c)
Yetərsay olmadıqda Assambleya qərarlar qəbul edə bilər, lakin Assambleyanın bütün bu cür qərarları, onun öz prosedur qaydalarına dair qərarları istisna olmaqla, yalnız aşağıdakı şərtlər daxilində qüvvəyə minir. Beynəlxalq büro Assambleyanın işində iştirak etməyən, Assambleyaya üzv olan ölkələrə Assambleyanın qəbul etdiyi qərarı göndərir və qərarın göndərilmə tarixindən üç ay ərzində həmin ölkələrdənqərarın lehinə, əleyhinə səs verməsi və ya bitərəf qalması barədə yazılı bildiriş göndərməyi xahiş edir. Həmin müddət ötdükdən sonra səsvermədə iştirak edənvə ya bitərəf qaldıqlarını bildirən ölkələrin sayı sessiyanın işində yetərsay şərtini ödəyirsə, bu cür qərar eyni zamanda zəruri çoxluq saxlanmaqla qüvvəyə minir.
(d)
Assambleya 11(2) maddəsinin müddəalarını nəzərə almaqla, verilənsəslərin üçdə iki çoxluğu ilə öz qərarlarını qəbul edir.
(e)
birtərəf qalanların səsləri nəzərə alımnır.
(f)
nümayəndə yalnız bir dövləti təmsil edə və onun adından səs verə bilər.
(4)
(a) Assambleya, Baş direktorun çağırışına uyğun üç ildə bir dəfə növbəti sessiyaya, müstəsna hallardan başqa, Təşkilatın baş Assambleyasının yerləşdiyi yerdə və eyni vaxtda yığışır.
(b)
Assambleya, Assambleyaya üzv olan ölkələrin dörddə birinin tələbinə görə Baş direktor tərəfindən çağrılan fövqəladə sessiyaya yığışır.
(c)
Hər bir sessiyanın gündəliyi Baş direktor tərəfindən hazırlanır.
(5)
Assambleya özünün prosedur qaydalarını qəbul edir.

Madd ə 8

Beynəlxalq büro

(1) (a) Xüsusi ittifaqın inzibati məsələlərini Beynəlxalq büro həyata keçirir.

(b)
Beynəlxalq büro xüsusən iclasları təşkil edir və Assambleyanın, Ekspertlər Komitəsinin, Assambleya və Ekspertlər Komitəsi tərəfindən yaradılan bu cür başqa komitələrin və işçi qrupların katiblik funksiyalarını yerinə yetirir.
(c) Baş direktor Xüsusi ittifaqın yüksəkvəzifəli şəxsidir və Xüsusi ittifaqı təmsil edir.
(2)
Baş direktor və onun təyin etdiyi istənilən heyət üzvü Assambleyanın, ekspertlər komitəsinin, Assambleya və ya ekspertlər komitəsi tərəfindən yaradılan bu cür başqa komitələrin və işçi qrupların bütün iclaslarında səsvermə hüququna malik olmadan iştirak edirlər. Baş direktor və onun təyin etdiyi istənilən heyət üzvü bu təşkilatların ex officio katibidir.
(3)
(a) Beynəlxalq büro Assambleyanın göstərişinə uyğun olaraq yenidən baxılma üzrə konfransları təşkil edir.
(b)
Beynəlxalq büro yenidən baxılma üzrə konfransların təşkili məsələləri ilə əlaqədar hökumətlərarası və Beynəlxalq qeyrihökuməttəşkilatları ilə məsləhətləşmələr apara bilər.
(c)
Baş direktor və onun təyin etdiyi şəxs yenidən baxılma üzrə konfransların işində səsvermə hüququna malik olmadan iştirak edirlər.

(4) Beynəlxalq büro onun üzərinə qoyulan istənilən digərvəzifələri yerinə yetirir.

Madd ə 9

Maliyyə 

(1) (a) Xüsusi ittifaq büdcəyə malikdir.

(b)
Xüsusi ittifaqın büdcəsi, Xüsusi ittifaqa daxilolmalardan və xərclərdən, onun ittifaqlar üçün ümumi olan büdcə xərclərinə üzvlük haqqından, həmçinin müvafiq hallarda, Təşkilatın konfransı tərəfindən büdcəyə ayırmalardan ibarətdir.
(c)
 İttifaqlar üçün ümumi olan xərclər yalnız Xüsusi ittifaqa aid xərclər yox, eyni zamanda Təşkilatın rəhbərlik etdiyi bir və ya bir peçə başqa İttifaqlara aid büdcə xərcləri hesab edilir. Xüsusi ittifaqın bu ümumi xərclərdəki payı, onun həmin xərclərdə olan maraqlarına uyğundur.
(2)
Xüsusi ittifaqın büdcəsi, Təşkilatın rəhbərlik etdiyi başqa ittifaqların büdcələri ilə koordinasiya tələbi nəzərə alınmaqla qəbul olunur.
(3)
Xüsusi ittifaqın büdcəsi aşağıdakı mənbələrdən maliyyələşir:
(i)
Xüsusi ittifaq ölkələrinin üzvlük haqlarından:
(ii)
Xüsusi ittifaqa aid olan və Beynəlxalq büroya həvalə olunan xidmətlərin göstərilməsi üçün yığım və ödənişlərdən;

(iii) İttifaqa aid nəşrlərin Beynəlxalq büro tərəfindən satılması və bu cür nəşrlərə dair hüquqların verilməsi ilə əlaqədar daxilolmalardan;

(iv)
ianələrdən, vəsiyyət olunmuş vəsaitlərdənvə subsidiyalardan;
(v)
renta gəlirlərindən, faizlərdənvə başqa gəlirlərdən.
(4)
(a) Xüsusi ittifaq ölkələrinin hər biri üçün (3)(i) bəndində göstərilən üzvlük haqqı əyyən edilərkən,o, sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasında həmin ölkələr üçün əyyənləşdirilən siniflərə uyğunlaşdırılır və ölkələr Paris konvensiyasında həmin siniflərə görə əyyən edilənməbləğdə illik üzvlük haqqı ödəyir.
(b)
Xüsusi ittifaq ölkələrindənhər birinin illik üzvlük haqqı, bütün ölkələrtərəfindən Xüsusi ittifaqın büdcəsinə ödənilən üzvlük haqqının ümumi məbləğinə aid olmaqla onun məbləğ vahidi, ölkənin ödədiyi bütün üzvlük haqlarının ümumi məbləğ vahidinə bərabərdir.
(c) üzvlük haqları hər il yanvarın birindən başlayaraq ödənilir.
(d)
Üzvlük haqqının ödənilməsi ilə bağlı borcu olan ölkə Xüsusi ittifaqın istənilən orqanında səsvermə hüququndan məhrum olur, o  şərtlə ki, onun borcu ötən iki il üçün əyyən olunan üzvlük haqqının məbləğinə bərabərvə ya ondan artıq olsun. Lakin Xüsusi ittifaqın istənilən orqanı bu cür ölkəyə səsvermə hüququndan istifadə etməyə icazə verə bilər, o şərtlə ki, üzvlük haqqının ödənilməməsinin səbəbinin istisna hal və qarşısıalınmaz vəziyyət nəticəsində yarandığına əmin olsun.
(e)
Büdcə yeni maliyyə ilinin əvvəlinə kimi qəbul olunmadığı halda, maliyyə reqlamentində nəzərdə tutulan qaydaya uyğun olaraq, o ötən ilin səviyyəsində qüvvədə olur.
(5)
Xüsusi ittifaqın adından Beynəlxalq büronun göstərdiyi xidmətlərə görə yığım və ödənişlərin ölçüsü Baş direktor tərəfindən əyyən edilir və o, bu barədə Assambleyaya məruzə edir.
(6)
(a) Xüsusi ittifaq dövriyyə vəsaitləri fonduna malik olur. Bu fond Xüsusi ittifaqın hər bir ölkəsi tərəfindən birdəfəlik ödənilənvəsaitlər hesabına yaranır. Əgərvəsaitlərin dövriyyə fondu az olarsa, onda Assambleya onun artırılması məsələsini həll edir.
(b)
Göstərilən fonda hər bir ölkənin ödədiyi ilkin ödənişin həcmi və ya bu fondun artırılması ilə əlaqədar onun payı, fondun yarandığıvə ya onun artırılması barədə qərarın qəbul edildiyi ildə,həmin ölkənin ödədiyi üzvlük haqqı ilə mütənasibdir.
(c)
Bu nisbətvə ödəmə şərtləri, Təşkilatın Koordinasiya komitəsinin fikri dinlənildikdən sonra Baş direktorun hazırladığıtəklifə uyğun Assambleya tərəfindən əyyən edilir.
(7)
(a)
 Ərazisində Təşkilatın iqamətgahının yerləşdiyi ölkə ilə iqamətgah haqqında bağlanan sazişdə nəzərdə tutulur ki, əgər dövriyyə vəsaitlərin fondu az olarsa, onda həmin ölkə avans qoyur. Avansın məbləğivə verilmə şərtləri bu ölkə ilə Təşkilat arasında hər bir ayrıca hal üçün bağlanan xüsusi Sazişin predmetidir.
(b)
 İstər (a) yarımbəndində göstərilən ölkə və istərsə də Təşkilat yazılı bildiriş verməklə avansların verilməsi ilə əlaqədar öhdəlikləri denonsasiya edə bilər. Denonsasiya barədə qərar, bildirişin verildiyi il başa çatdıqdan üç il sonra qüvvəyə minir.
(8)
Maliyyə təftişi maliyyə reqlamenti qaydalarına uyğun, Xüsusi ittifaqın bir və ya bir neçə ölkəsi, yaxud da onların razılığı ilə Assambleya tərəfindəntəyin edilənkənar müfəttişlər tərəfindənhəyata keçirilir.

Madd ə 10

Sazişə yenidən baxılma

(1)
Bu Sazişə zamanzaman Xüsusi ittifaq ölkələrinin xüsusi konfranslarında yenidən baxıla bilər.
(2)
Yenidən baxılma barədə konfransın çağrılmasına dair qərar Assambleya tərəfindən qəbul olunur.
(3)
7,8,9 və 11ci maddələrə düzəlişlər yenidən baxılma üzrə konfranslarda, yaxud da 11ci maddənin müddəalarına uyğun aparıla bilər.

Madd ə 11

Sazişin bir sıra müddəalarına düzəlişlər

(1)
7,8,9cu maddələrə və bu maddəyə düzəlişlərin edilməsinə dair təkliflər, Xüsusi ittifaqın istənilən ölkəsi və ya Baş direktor tərəfindən verilə bilər. Baş direktor tərəfindən bu cür təkliflər Assambleyada onların baxılmasına ən azı altı ay qalmış Xüsusi ittifaq ölkələrinə göndərilir.
(2)
(1) bəndində nəzərdə tutulan maddələrə verilən düzəlişlər Assambleya tərəfindən səslərin dörddə üç çoxluğu ilə qəbul olunur; lakin 7ci maddəyə və bu bəndə verilən düzəlişlər isə səslərin beşdə dörd çoxluğu ilə qəbul olunur.
(3)
(a) (1) bəndində nəzərdə tutulan maddələrə istənilən düzəliş,həmin vaxt Xüsusi ittifaqa üzv olan hər bir ölkənin konstitusiya prosedurlarına uyğun həyata keçirilərəkqəbul olunan və bu ölkələrin dörddə üçünün onun qəbul olunması barədə yazılı bildirişini Baş direktor aldığı tarixdən bir ay sonra qüvvəyə minir.
(b)
Bu yolla göstərilən maddələrə qəbul olunan istənilən düzəliş, düzəlişin qüvvəyə mindiyi vaxtda Xüsusi ittifaqa üzv olan ölkələrtərəfindənqəbul olunmalıdır; lakin Xüsusi ittifaqın maliyyə öhdəliyini artıran istənilən düzəliş yalnız o ölkələrə şamil edilir ki, həmin ölkələr onu qəbul etdiyi barədə yazılı bildiriş versin.
(c)
(a) Bəndində nəzərdə tutulan istənilən düzəliş,həmin bəndin müddəalarına uyğun olaraq onun qüvvəyə mindiyi tarixdən sonra Xüsusi ittifaqa üzv olan bütün ölkələr üçün məcburidir.

Madd ə 12

Sazişdə iştirak

(1)
Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının iştirakçısı olan istənilən ölkə aşağıdakı qaydada bu Sazişə qoşula bilər:
(i)
Sazişi imzalayaraq ratifikasiya bəyannaməsini saxlanılmaq üçün verməklə,və ya
(ii)
Sazişə qoşulma aktını saxlanılmaq üçün verməklə.
(2)
Ratifikasiya bəyannaməsi və ya qoşulma aktı saxlanılmaq üçün Baş direktora verilir.
(3)
Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının Stokholm aktının 24 maddəsinin müddəaları bu Sazişə tətbiq edilir.
(4)
(3) Bəndi heç cür, barəsində göstərilənbəndə əsasən digər ölkənin qəbul etdiyi bu Saziş, hər hansı Xüsusi ittifaq ölkəsi tərəfindən ərazi ilə bağlı faktiki vəziyyətin sakitcə tanınması və ya qəbul etməsi kimi qiymətləndirilməməlidir.

Madd ə 13

Sazişin qüvvəyə minməsi

(1)
(a) Bu Saziş, ratifikasiya bəyannaməsi və ya qoşulma aktı saxlanılmaq üçün verildikdən bir il sonra qüvvəyə minir:
(i)
Bu Saziş imzalanma üçün ıq olduğu tarixdən Avropa Konvensiyasının iştirakçısı olan ölkələrin üçdə ikisi, və 
(ii)
sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının üzvü olan, lakin əvvəllər Avropa Konvensiyasının iştirakçısı olmayan üç ölkə tərəfindən ratifikasiya bəyannaməsi və ya qoşulma aktı saxlanılma ücün verilən tarixdən, bir şərtlə ki, həmin üç ölkənin heç olmasa birində, patent və ya əlliflik şəhadətnaməsi almaq üçün verilən iddia sənədlərinin sayı, Beynəlxalq büronun dərc etdiyi axırıncı illərin statistik məlumatlarına görə 40 min ədəddən çox olsun.
(b)
(a) Bəndinə uyğun bu Sazişin qüvvəyə mindiyi ölkələr sırasında olmayan istənilən ölkə üçün Saziş, Sazişin ratifikasiya edilməsi və ya ona qoşulması barədə Baş direktorun yaydığı bildiriş tarixindən bir il sonra, əgər ratifikasiya bəyannaməsində və ya qoşulma aktında daha gec tarix göstərilməyibsə qüvvəyə minir. Sonuncu halda bu Saziş,həmin ölkə yə münasibətdə bu cür göstərilən tarixdən qüvvəyə minir.
(c)
Bu Sazişi ratifikasiya edənvə ya ona qoşulan Avropa Konvensiyasının iştirakçısı olan ölkələr göstərilən konvensiyanı denonsasiya elan etməlidirlər. Bu ölkələr üçün konvensiyanın denonsasiya edildiyi tarix Sazişin qüvvəyə mindiyi tarixdən gec olmamalıdır.
(2)
Ratifikasiya etmə və ya qoşulma avtomatik olaraq bu Sazişdən irəli gələn bütün müddəaların tanınmasına və bütün üstünlüklərin alınmasına səbəb olur.

Madd ə 14

Sazişin qüvvədə olma müddəti

Bu Sazişin qüvvədə olma müddəti sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının qüvvədə olma müddəti ilə eynidir.

Madd ə 15

Denonsasiya

(1)
Xüsusi ittifaqın istənilən ölkəsi Baş direktora bildiriş göndərməklə bu Sazişi denonsasiya edə bilər.
(2) Denonsasiya, baş direktorun bildiriş aldığı gündən bir il sonra qüvvəyə minir.
(3)
Bu maddədə göstərilən denonsasiya etmə hüququndan, Xüsusi ittifaqa üzv olan ölkə, üzv olma tarixindən etibarən beş il müddət ötməyənə kimi istifadə edə bilməz.

Madd ə 16

İmzalanma, dillər, bildiriş, depozitarinin funksiyaları

(1)
(a) Bu Saziş ingilis və fransız dillərində bir nüsxədə imzalanır və hər iki mətn tamamilə eyni qüvvəyə malikdir.
(b)
Bu Saziş Strasburqda 30 sentyabr 1971ci il tarixə kimi imzalanma üçün ıqdır.
(c)
Bu Saziş imzalanma üçün bağlı olduqdan sonra onun əsl mətni Baş direktorda saxlanılır.
(2)
Rəsmi mətnlər, Baş direktor tərəfindən maraqlı hökumətlərlə məsləhətləşmələr aparıldıqdan sonra ispan, alman, portuqal, rus, yapon, həmçinin Assambleyanın əyyən etdiyi başqa dillərdə tərtib edilir.
(3)
(a) Baş direktor bu Sazişin imzalanmış mətninin iki ədəd lazımi qaydada təsdiqlənmiş surətini onu imzalayan bütün ölkələrin hökumətlərinə və sorğu əsasında isə başqa ölkələrin hökumətlərinə göndərir. Baş direktor həmçinin imzalanmış mətnin təsdiqlənmiş bir ədəd surətini Avropa Şurasının Baş direktoruna göndərir.
(b)
Baş direktor bu Sazişə edilən istənilən düzəlişlərin iki ədəd lazımi qaydada təsdiqlənmiş surətini Xüsusi ittifaqın bütün ölkələrinin hökumətlərinə və sorğu əsasında isə başqa ölkələrin hökumətlərinə göndərir. Baş direktor həmçinin düzəlişlərin lazımi qaydada təsdiqlənmiş bir ədəd surətini Avropa Şurasının Baş direktoruna göndərir.
(c)
Baş direktor bu Sazişi imzalayan və ya ona qoşulan istənilən ölkənin hökumətinə onların sorğusu əsasında Təsnifatın ingilis və ya fransız dillərində lazımi qaydada təsdiqlənmiş surətini göndərir.
(4) Baş direktor bu Sazişi Birləşmiş MillətlərTəşkilatının katibliyində qeydiyyatdan keçirir.
(5)
Baş direktor sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının üzvlərini və Avropa Şurasının baş katibini aşağıdakılar barədə məlumatlandırır:
(i)
imzalanma barədə;
(ii)
ratifikasiya bəyannaməsinin və ya qoşulma aktının saxlanılma üçün verilməsi barədə;

(iii) bu Sazişin qüvvəyə mindiyi tarix barədə;

(iv)
Təsnifatın istifadəsi üzrə qeyd‐şərt barədə;
(v)
bu Sazişə düzəlişlərin qəbul olunması barədə;
(vi)
bu cür düzəlişlərin qüvvəyə mindiyi tarix barədə;

(vii) denonsasiyanın alınması barədə.

Madd ə 17

Keçid müddəaları

(1)
Bu Sazişin qüvvəyə mindiyi tarixdən etibarən iki il ərzində, Xüsusi ittifaqa üzv olmayan, lakin Avropa konvensiyasının iştirakçısı olan ölkələr, Xüsusi ittifaqa üzv olan ölkələr kimi ekspertlər Komitəsində belə hüquqlardan öz istəklərinə uyğun istifadə edə bilərlər.
(2)
(1) Bəndində göstərilən müddət ötdükdən sonra üç il ərzində həmin bənddə qeyd edilən ölkələr ekspertlər komitəsinin iclaslarında, komitənin qərarı əsasında isə onun yaratdığı istənilən yarımkomitənin və ya işçi qrupun işində şahidəçi qismində təmsil oluna bilərlər.

Bu dövr ərzində həmin ölkələr 5(5) maddəsinə uyğun olaraq Təsnifata düzəlişlər verə bilərlər və 6(1) maddəsinə uyğun olaraq ekspertlər komitəsinin bu barədə qərar və təkliflərindən xəbərdar olmalıdırlar.

(3) Bu Saziş qüvvəyə mindikdən sonra beş il ərzində Xüsusi ittifaqa üzv olmayan, lakin Avropa konvensiyasının iştirakçısı olan ölkələr Assambleyanın iclaslarında, Assambleyanın qərarı əsasında isə onun yaratdığı istənilən yarımkomitə və ya işçi qrupunda şahidəçi qismində təmsil oluna bilərlər.