关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 工业品外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 工业品外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 与产权组织合作 问责制 专利 商标 工业品外观设计 地理标志 版权 商业秘密 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 遗传资源、传统知识和传统文化表现形式 经济学 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 前沿技术 移动应用 体育 旅游 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 COVID-19支持 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 职位空缺 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决书 按司法管辖区搜索

阿塞拜疆

AZ014

返回

Haqsız rəqabət haqqında Azərbaycan Respublikasının Qanunu


Haqsız rəqabət haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun haqsız rəqabətin qarşısının alınmasının və aradan qaldırılmasının təşkilatihüquqi əsaslarını əyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur.

Qanun Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün bazar subyektlərinə şamil edilir.

Ifəsil

ÜMUMİ MÜDDƏALAR

Madd ə 1. Əsas anlayışlar

Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:

rəqabət bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır;

haqsız rəqabət bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə)zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilənhərəkətləri;

qanunsuz ödənişlər —rəqabət mübarizəsində əsassız (haqsız) üstünlüklər əldə etmək məqsədi ilə dövlət orqanlarının vəzifəli şəxslərini, siyasi partiyalarda rəhbərvəzifə tutan şəxsləri, kütləvi informasiya vasitələri işçilərini, bazar subyektlərinin rəhbərliyini və əməkdaşlarını öz tərəfinə çəkmək üçün nəzərdə tutulan maddi və ya qeyrimaddi xarakterli ödənişlər;

rəqib əyyən bir əmtəənin (qarşılıqlı əvəz oluna bilən əmtəələrin) bazarına əmtəə çıxara bilən bazar subyektidir.

Bu Qanunda istifadə olunan digər anlayışlar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda əyyən edildiyi kimi tətbiq edilir.

Madd ə 2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar

Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirənmərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər.

II f ə sil

HAQSIZ RƏQABƏT

Madd ə 3. Haqsız rəqabətin formaları

Sahibkarlıq fəaliyyətində haqsız rəqabətin formalarına aşağıdakılar aid edilir:

rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;

rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;

rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; haqsız sahibkarlıq fəaliyyəti;

haqsız işgüzarlıq davranışı;

istehlakçıların çaşdırılması.

Madd ə 4. Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi

Rəqibin təsərrüfat fəaliyyətini təqlid edənaşağıdakı hərəkətlərə yol verilmir:

rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi;

digərtəsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşatəkrarlanması;

eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. 1

Madd ə 5. Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması

Rəqibin təsərrüfat fəaliyyətini nüfuzdan salmağagətirib çıxaran aşağıdakı hərəkətlərə yol verilmir: digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması; rəqibin elmitexniki və istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə ıqlanması.

Madd ə 6. Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə 

Rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə məqsədi güdənaşağıdakı hərəkətlərə yol verilmir: rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması; rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etməkməqsədilə onlara qanunsuz vasitələrlə təsir göstərilməsi.

Madd ə 7. Haqsız sahibkarlıq fəaliyyəti

Sahibkarlıq fəaliyyəti sahəsində aşağıdakı hərəkətlərə yol verilmir: bazar subyektinin elmitexniki, istehsal və ya ticarətfəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması; rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi;

əmtəələrin məcburi əlavə çeşidlə satışı;

müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması;

qiymətlərinin artırılması nəzərdə tutulduğu günədək, yaxud qiymətlərin artmasına şərait yaratmaq məqsədilə əmtəələrin təsərrüfat dövriyyəsindən çıxarılması və ya dövriyyəyə buraxılmaması.

Madd ə 8. Haqsız işgüzarlıq davranışı

İşgüzarlıq davranışı sahəsində aşağıdakı hərəkətlərə yol verilmir:

əyyən vaxt ərzində rəqabətdənvə ya onun əyyən formasından əəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması;

rəqibin işgüzarlıq əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar

(müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədilməsi.

Madd ə 9. İstehlakçıların çaşdırılması

Bazar subyektlərinin istehlakçıları çaşdırmağa yönəldilmiş aşağıdakı hərəkətlərinə yol verilmir:

əmtəənin mənşəyi, hazırlanması üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti və başqa xassələri, sahibkarın şəxsiyyəti və ya onun təsərrüfat fəaliyyətinin xüsusiyyəti barədə istehlakçını çaşdıra bilənhər hansı məlumatlardan istifadə edilməsi;

əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması; əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi ıqlanması; əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi; əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.

Madd ə 10. Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişlərin yolverilməzliyi

Rəqabətdə birtərəfli üstünlük qazanmaq məqsədilə,həmçinin aşağıdakı hərəkətlərə görə qanunsuz ödənişlərə yol verilmir:

bu və ya digərtəsərrüfat subyektinə süni surətdə əlverişli mühit yaradılmasına, o cümlədən əlverişli sazişlərin, kreditlərin, subsidiyaların verilməsi, güzəştli gömrük rüsumunun və vergi rejiminin əyyən edilməsi;

əyyən sifarişlər əldə olunmasında fərdi güzəştlər edilməsi və ya onların verilməsinin ümumi şəraitinin süni surətdə yaxşılaşdırılması; rəqiblə müqayisədə müqavilənin bağlanmasının süni surətdə sürətləndirilməsi.

III f ə sil

QANUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Madd ə 11. Bu Qanuna riayət olunması sahəsində antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətləri və bazar subyektlərinin vəzifələri

1. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirənmərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə:

müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər;

qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; 2 haqsız rəqabətnəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş 

3

zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayətişi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər.

2. Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri:

qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirənmərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə;

qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə;

vurulmuş zərəri ödəməyə;

tətbiq edilmiş maliyyə sanksiyaları ödəməyə borcludurlar. 4

Madd ə 12. Maliyyə sanksiyaları 5

1. Bu Qanunun tələblərinin pozulmasına görə bazar subyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:

bu Qanunun 4 maddəsində qadağan olunmuş hərəkətlərə yol verdikdə  bazar subyektlərinə qanunsuz əldə olunmuş gəlirin bir misli həcmində, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə  iki misli həcmində maliyyə sanksiyaları;

bu Qanunun 5, 6, 7, 8, 9cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verdikdə  haqsız rəqabətfəaliyyəti göstərilən dövrdə bazar subyektinin əldə etdiyi ümumi gəlirin 10 faizinədək, bundan sonrakı il ərzində bu hərəkətə təkrar yol verdikdə 20 faizinədək maliyyə sanksiyası;

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirənmərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməməyə və ya vaxtında icra etməməyə görə bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 10 faizinədək maliyyə sanksiyaları;

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirənmərkəzi icra hakimiyyəti orqanına qəsdən düzgün olmayan məlumat verdikdə və ya lazımi məlumatı vermədikdə bazar subyektlərinə son üç ayda əldə edilmiş gəlirin 5 faizinə qədər maliyyə sanksiyaları.

2 ıxarılıb) 6

3. Maliyyə sanksiyaları bazar subyektləri və vəzifəli şəxslərtərəfindən 30 gün ərzində qanunvericilikdə əyyən olunmuş qaydada dövlət büdcəsinə ödənilməlidir. 7

Madd ə 13. Qanunsuz əldə olunan mənfəətin geri alınması və vurulmuş zərərin ödənilməsi

Haqsız rəqabətfəaliyyəti nəticəsində təsərrüfat subyektlərinin qanunsuz əldə etdiyi mənfəət məhkəmənin qərarı ilə dövlət büdcəsinə alınır. 8 Haqsız rəqabətfəaliyyəti nəticəsində vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll edilir.

Madd ə 14. Haqsız rəqabətə görə məsuliyyət

Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayətməsuliyyəti daşıyırlar.

Madd ə 15. Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirənmərkəzi icra hakimiyyəti orqanının göstərişlərindənvə qərarlarından şikayət verilməsi

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirənmərkəzi icra hakimiyyəti orqanının göstərişlərindənvə qərarlarından Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV.

Bakı şəhəri, 2 iyun 1995ci il.
№ 1049.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİNSİYAHISI

  1. 5 oktyabr 2001ci il tarixli 190IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001ci il, № 11, maddə 683)
  2. 12 oktyabr 2001ci il tarixli 193IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001ci il, № 11, maddə 686)
  3. 30 dekabr 2003 il tarixli 568IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004 il, № 2, maddə 57)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİKVƏ ƏLAVƏLƏRİNSİYAHISI

1 12 oktyabr 2001ci il tarixli 193IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001ci il, № 11, maddə 686) ilə 4 maddəsinin dördüncü abzasında ʺxidmət nişanınıʺ sözləri ʺcoğrafi göstəricilərininʺ sözləri ilə əvəz edilmişdir.

2 30 dekabr 2003 il tarixli 568IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004 il, № 2, maddə 57) ilə 11ci maddənin 1ci hissəsinin üçüncü abzasından ʺvə cərimələrʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları və cərimələrtətbiq edə bilər;

3 5 oktyabr 2001ci il tarixli 190IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001ci il, № 11, maddə 683) ilə 11ci maddəsinin 1ci bəndinin dördüncü abzasından ʺvə ya arbitraj məhkəməsinəʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

haqsız rəqabətnəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə və ya arbitraj məhkəməsinə iddia ilə müraciət edə bilər;

4 30 dekabr 2003 il tarixli 568IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004 il, № 2, maddə 57) ilə 11ci maddənin 2ci hissəsinin beşinci abzasından ʺvə cərimələriʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

tətbiq edilmiş maliyyə sanksiyaları və cərimələri ödəməyə borcludurlar.

5 30 dekabr 2003 il tarixli 568IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004 il, № 2, maddə 57) ilə 12ci maddədə maddənin adından ʺvə cərimələrʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Madd ə 12. Maliyyə sanksiyaları və cərimələr

6 30 dekabr 2003 il tarixli 568IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004 il, № 2, maddə 57) 12ci maddənin 2ci hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

2.Bu Qanunun tələblərinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının, həmçinin

bazar subyektlərinin vəzifəli şəxslərinə aşağıdakı cərimələrtətbiq edilir:

bu Qanunun 4, 5, 6, 7, 8, 9cu maddələrində qadağan olunmuş hərəkətlərə yol verildikdə—aylıq

əmək haqqının 3 mislinədək;

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirənmərkəzi icra hakimiyyəti

orqanına qəsdən düzgün olmayan məlumatlar verdikdə və ya lazımi məlumatı vermədikdə—aylıq

əmək haqqının 3 mislinədək;

Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirənmərkəzi icra hakimiyyəti

orqanının bu Qanuna uyğun olaraq verdiyi göstərişləri yerinə yetirmədikdə və ya bu Qanunun

tələblərinin pozulmasına 1 il ərzində təkrar yol verdikdə—aylıq əmək haqqının 5 mislinədək.

7 30 dekabr 2003 il tarixli 568IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004 il, № 2, maddə 57) ilə 12ci maddənin 3 hissəsindən ʺvə cərimələrʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

3. Maliyyə sanksiyaları və cərimələr bazar subyektləri və vəzifəli şəxslərtərəfindən 30 gün ərzində qanunvericilikdə əyyən olunmuş qaydada dövlət büdcəsinə ödənilməlidir.

8 5 oktyabr 2001ci il tarixli 190IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001ci il, № 11, maddə 683) ilə 13 maddənin birinci hissəsindən ʺvə ya arbitraj məhkəməsininʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Haqsız rəqabətfəaliyyəti nəticəsində təsərrüfat subyektlərinin qanunsuz əldə etdiyi mənfəət məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı ilə dövlət büdcəsinə alınır.