Об интеллектуальной собственности Обучение в области ИС Обеспечение уважения интеллектуальной собственности Информационно-просветительская работа в области ИС ИС для ИС и ИС в области Информация о патентах и технологиях Информация о товарных знаках Информация о промышленных образцах Информация о географических указаниях Информация о новых сортах растений (UPOV) Законы, договоры и судебные решения в области ИС Ресурсы в области ИС Отчеты в области ИС Патентная охрана Охрана товарных знаков Охрана промышленных образцов Охрана географических указаний Охрана новых сортов растений (UPOV) Разрешение споров в области ИС Деловые решения для ведомств ИС Оплата услуг в области ИС Органы по ведению переговоров и директивные органы Сотрудничество в целях развития Поддержка инновационной деятельности Государственно-частные партнерства Инструменты и сервисы на базе ИИ Организация Работа с ВОИС Подотчетность Патенты Товарные знаки Промышленные образцы Географические указания Авторское право Коммерческая тайна Академия ВОИС Практикумы и семинары Защита прав ИС WIPO ALERT Информационно-просветительская работа Международный день ИС Журнал ВОИС Тематические исследования и истории успеха Новости ИС Премии ВОИС Бизнеса Университетов Коренных народов Судебных органов Генетические ресурсы, традиционные знания и традиционные выражения культуры Экономика Гендерное равенство Глобальное здравоохранение Изменение климата Политика в области конкуренции Цели в области устойчивого развития Передовых технологий Мобильных приложений Спорта Туризма PATENTSCOPE Патентная аналитика Международная патентная классификация ARDI – исследования в интересах инноваций ASPI – специализированная патентная информация Глобальная база данных по брендам Madrid Monitor База данных Article 6ter Express Ниццкая классификация Венская классификация Глобальная база данных по образцам Бюллетень международных образцов База данных Hague Express Локарнская классификация База данных Lisbon Express Глобальная база данных по ГУ База данных о сортах растений PLUTO База данных GENIE Договоры, административные функции которых выполняет ВОИС WIPO Lex – законы, договоры и судебные решения в области ИС Стандарты ВОИС Статистика в области ИС WIPO Pearl (терминология) Публикации ВОИС Страновые справки по ИС Центр знаний ВОИС Серия публикаций ВОИС «Тенденции в области технологий» Глобальный инновационный индекс Доклад о положении в области интеллектуальной собственности в мире PCT – международная патентная система Портал ePCT Будапештская система – международная система депонирования микроорганизмов Мадридская система – международная система товарных знаков Портал eMadrid Cтатья 6ter (гербы, флаги, эмблемы) Гаагская система – система международной регистрации образцов Портал eHague Лиссабонская система – международная система географических указаний Портал eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Посредничество Арбитраж Вынесение экспертных заключений Споры по доменным именам Система централизованного доступа к результатам поиска и экспертизы (CASE) Служба цифрового доступа (DAS) WIPO Pay Текущий счет в ВОИС Ассамблеи ВОИС Постоянные комитеты График заседаний WIPO Webcast Официальные документы ВОИС Повестка дня в области развития Техническая помощь Учебные заведения в области ИС Поддержка в связи с COVID-19 Национальные стратегии в области ИС Помощь в вопросах политики и законодательной деятельности Центр сотрудничества Центры поддержки технологий и инноваций (ЦПТИ) Передача технологий Программа содействия изобретателям (IAP) WIPO GREEN PAT-INFORMED ВОИС Консорциум доступных книг Консорциум «ВОИС для авторов» WIPO Translate для перевода Система для распознавания речи Помощник по классификации Государства-члены Наблюдатели Генеральный директор Деятельность в разбивке по подразделениям Внешние бюро Вакансии Закупки Результаты и бюджет Финансовая отчетность Надзор
Arabic English Spanish French Russian Chinese
Законы Договоры Решения Просмотреть по юрисдикции

Азербайджан

AZ096

Назад

Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


“Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2008ci il aprelin 23də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyul 2008ci il
№ 663IIIQ

Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

Bundan sonra «Tərəflə adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti,

iki dövlət arasında tarixən yaranan dostluq münasibətlərini nəzərə alaraq,

ticarətiqtisadi, sənaye və elmitexniki əməkdaşlığı inkişaf etdirmək istəyərək,

sənaye mülkiyyətinin səmərəli və adekvat mühafizəsinin bu cür əməkdaşlığın inkişafı üçün zəruri şərt olduğunu etiraf edərək,

aşağıdakılar barədə razılığagəldilər:

Maddə 1

Bu Sazişin məqsədləri üçün «sənaye mülkiyyəti» anlayışı 1983 il 20 mart tarixində qəbul olunmuş, 1967ci il 14 iyul tarixində Stokholmda yenidən baxılmış və 1979cu il 2 oktyabr tarixində dəyişdirilmiş Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra Paris Konvensiyası) 1ci maddəsində əks olunan mənanı daşıyır.

Maddə 2

Tərəflərsənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlığı bu Sazişə və onların iştirakçısı olduğu digər beynəlxalq müqavilələrə uyğun olaraq, qarşılıqlı fayda və bərabərlik əsasında həyata keçirir və inkişaf etdirirlər.

Tərəflərin əməkdaşlığıaşağıdakı istiqamətlərə yönəldiləcəkdir:

sənaye mülkiyyəti obyektlərinə dair hüquqların mühafizəsi və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsinə;

Tərəflərin hər ikisinin iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq, sənaye mülkiyyətinin mühafizəsi sahəsində Tərəflərin dövlətlərinin milli qanunvericiliklərinin uyğunlaşdırılmasına;

sənaye mülkiyyətinin mühafizəsi sahəsində informasiya, normativ və digər sənədlər, həmçinin mütəxəssislərvə iş təcrübəsi mübadiləsinə;

Tərəflərin qarşılıqlı razılığagəldikləri digər əməkdaşlıq formalarına.

Maddə 3

Sənaye mülkiyyətinin mühafizəsi sahəsində bir dövlətin fiziki və hüquqi şəxsləri digər dövlətin ərazisində, bu digər dövlətin öz fiziki və hüquqi şəxslərinə halhazırda verilmiş və ya hüquqi aktlarla veriləcək hüquq və üstünlüklərdən, o cümlədən onun fiziki və hüquqi şəxslərinə verilmiş hüquqi mühafizə vasitələrindən və ohəcmdə istifadə edəcəklər.

Tərəflər bu Sazişlə tənzimlənməyənməsələlər üzrə Paris Konvensiyanın müddəalarından istifadə edəcəklər.

Maddə 4

Tərəflər etiraf edirlər ki, Azərbaycan Respublikasının və ya Moldova Respublikasının istənilən fiziki və ya hüquqi şəxsi, əgər ixtira və ya faydalı modelin qanuni istifadəsi digər şəxslərtərəfindən SSRİ‐nin ixtira şəhadətnaməsi verilmiş ixtira və ya faydalı modelə milli patentin verilməsi haqqında vəsatət verilməsi tarixinədək başlamışsa, həmin ixtira və ya faydalı modeldən lisenziya müqaviləsi bağlamadan istifadə etmək hüququna malikdir.

Belə halda haqqın ödənilməsi, ərazisində qeyd olunan ixtira və ya faydalı modelin istifadə olunduğuvə ya olunacağı dövlətin normativ hüquqi aktları ilə əyyən olunmuş qaydada həyata keçirilir.

Maddə 5

Bir dövlətin fiziki və hüquqi şəxsləri digər dövlətin ərazisində sənaye mülkiyyətinə aid olan patent fondlarından, kitabxanalardan, məlumatlar bankından onun öz fiziki və hüquqi şəxslərinə verilmiş şərtlərlə istifadə edəcəklər.

Maddə 6

Bu Sazişin həyata keçirilməsi üçün aşağıdakılar məsuliyyət daşıyırlar:

Azərbaycan Respublikasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi;

Moldova Respublikasında Moldova Respublikasının İntellektual Mülkiyyət üzrə Dövlət Agentliyi.

Bu Sazişin həyata keçirilməsi üçün səlahiyyətli dövlət orqanlarının əməkdaşlıq şərtləri və qaydaları onlar arasında xüsusi sazişlərlə əyyən ediləcəkdir.

Maddə 7

Bu Sazişə müvafiq olaraq Sazişin həyata keçirilməsi üçün səlahiyyətli dövlət orqanları arasında yazışmalar rus dilində aparılacaqdır.

Maddə 8

Bu Sazişdən irəli gələn, yaxud onun yerinə yetirilməsi və təfsiri ilə bağlı məsələlər üzrə fikir ayrılığı yarandığı halda, Tərəflərin nümayəndələri onları məsləhətləşmələrvə danışıqlar yolu ilə tənzimləyəcəklər.

Maddə 9

Bu Saziş Tərəflərin sənaye mülkiyyətinin mühafizəsi sahəsində digər ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iştirakına mane olmur.

Maddə 10

Tərəflərin qarşılıqlı razılığı əsasında, bu Sazişə onun ayrılmaz hissəsi olan və 11ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən, ayrıca Protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

Maddə 11

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları Tərəflərin yerinə yetirməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildiriş alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş 5 (beş) il müddətinə bağlanır və Tərəflərdənhər hansı biri diplomatik kanallar vasitəsilə yuxarıda göstərilən müddətin başa çatmasına ən azı 6 (altı) ay qalmış ona xitam vermək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digərTərəfə bildiriş vermədiyi halda avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır. Bu halda Sazişin qüvvəsinə belə bildirişin alındığı tarixdən 3 (üç) ay keçdikdən sonra xitam verilir.

Bu Sazişin qüvvəsinə xitam verilməsi, onun qüvvəsinə xitam verilənədəkhər iki dövlətin fiziki və hüquqi şəxslərinə verilmiş və ya veriləcək mühafizə sənədlərinin qüvvəsinə toxunmur.

Bu Saziş Bakı şəhərində 2008ci il 23 aprel tarixində Azərbaycan, moldov və rus dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığıtəqdirdə rus dilindəki mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikası Hökuməti adından Moldova Respublikası Hökuməti adından (imza) (imza)