Об интеллектуальной собственности Обучение в области ИС Обеспечение уважения интеллектуальной собственности Информационно-просветительская работа в области ИС ИС для ИС и ИС в области Информация о патентах и технологиях Информация о товарных знаках Информация о промышленных образцах Информация о географических указаниях Информация о новых сортах растений (UPOV) Законы, договоры и судебные решения в области ИС Ресурсы в области ИС Отчеты в области ИС Патентная охрана Охрана товарных знаков Охрана промышленных образцов Охрана географических указаний Охрана новых сортов растений (UPOV) Разрешение споров в области ИС Деловые решения для ведомств ИС Оплата услуг в области ИС Органы по ведению переговоров и директивные органы Сотрудничество в целях развития Поддержка инновационной деятельности Государственно-частные партнерства Инструменты и сервисы на базе ИИ Организация Работа с ВОИС Подотчетность Патенты Товарные знаки Промышленные образцы Географические указания Авторское право Коммерческая тайна Академия ВОИС Практикумы и семинары Защита прав ИС WIPO ALERT Информационно-просветительская работа Международный день ИС Журнал ВОИС Тематические исследования и истории успеха Новости ИС Премии ВОИС Бизнеса Университетов Коренных народов Судебных органов Генетические ресурсы, традиционные знания и традиционные выражения культуры Экономика Гендерное равенство Глобальное здравоохранение Изменение климата Политика в области конкуренции Цели в области устойчивого развития Передовых технологий Мобильных приложений Спорта Туризма PATENTSCOPE Патентная аналитика Международная патентная классификация ARDI – исследования в интересах инноваций ASPI – специализированная патентная информация Глобальная база данных по брендам Madrid Monitor База данных Article 6ter Express Ниццкая классификация Венская классификация Глобальная база данных по образцам Бюллетень международных образцов База данных Hague Express Локарнская классификация База данных Lisbon Express Глобальная база данных по ГУ База данных о сортах растений PLUTO База данных GENIE Договоры, административные функции которых выполняет ВОИС WIPO Lex – законы, договоры и судебные решения в области ИС Стандарты ВОИС Статистика в области ИС WIPO Pearl (терминология) Публикации ВОИС Страновые справки по ИС Центр знаний ВОИС Серия публикаций ВОИС «Тенденции в области технологий» Глобальный инновационный индекс Доклад о положении в области интеллектуальной собственности в мире PCT – международная патентная система Портал ePCT Будапештская система – международная система депонирования микроорганизмов Мадридская система – международная система товарных знаков Портал eMadrid Cтатья 6ter (гербы, флаги, эмблемы) Гаагская система – система международной регистрации образцов Портал eHague Лиссабонская система – международная система географических указаний Портал eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Посредничество Арбитраж Вынесение экспертных заключений Споры по доменным именам Система централизованного доступа к результатам поиска и экспертизы (CASE) Служба цифрового доступа (DAS) WIPO Pay Текущий счет в ВОИС Ассамблеи ВОИС Постоянные комитеты График заседаний WIPO Webcast Официальные документы ВОИС Повестка дня в области развития Техническая помощь Учебные заведения в области ИС Поддержка в связи с COVID-19 Национальные стратегии в области ИС Помощь в вопросах политики и законодательной деятельности Центр сотрудничества Центры поддержки технологий и инноваций (ЦПТИ) Передача технологий Программа содействия изобретателям (IAP) WIPO GREEN PAT-INFORMED ВОИС Консорциум доступных книг Консорциум «ВОИС для авторов» WIPO Translate для перевода Система для распознавания речи Помощник по классификации Государства-члены Наблюдатели Генеральный директор Деятельность в разбивке по подразделениям Внешние бюро Вакансии Закупки Результаты и бюджет Финансовая отчетность Надзор
Arabic English Spanish French Russian Chinese
Законы Договоры Решения Просмотреть по юрисдикции

Азербайджан

AZ050

Назад

Patent müvəkkilləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı


31.07.2010 Patent müvəkkilləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. "Patent müvəkkilləri haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 15 fevral 2000-ci il 21 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Patent müvəkkilləri haqqında

ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası ərazisində patent müvəkkillərinin peşə fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Patent müvəkkillərinin fəaliyyəti Azərbaycan Respublikasının qanunları və bu Əsasnamə ilə tənzimlənir.

1.3. Azərbaycan Respublikası ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının dövlət dilini bilən, ali təhsili olan, patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınan Azərbaycan Respublikasının vətəndaşı patent müvəkkili ola bilər.

1.4. Patent müvəkkili patent sahibi və sənaye mülkiyyəti obyektinin müəllifi ola bilməz.

  1. Patent müvəkkili öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarını, Nazirlər Kabinetinin qərarlarını, bu Əsasnaməni və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.
  2. Patent müvəkkili ilə vəkalət verən arasında qarşılıqlı münasibətlər

2.1. Patent müvəkkili ilə Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri, iddiaçılar, sənaye mülkiyyəti obyektlərinin sahibləri (bundan sonra - vəkalət verən) arasındakı münasibətlər müqaviləəsasında tənzimlənir. Patent müvəkkilinin səlahiyyəti vəkalət verən tərəfindən ona verilən "Etibarnamə" ilə təsdiq edilir. Patent müvəkkili yalnız "Etibarnamə"də göstərilən sənaye mülkiyyəti obyektləri çərçivəsində səlahiyyətlərə malik olur.

2.2. Vəkalət verən üzərinəşən öhdəlikləri yerinə yetirmədikdə və ya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına, patent müvəkkilinin peşəkarlıq etikasına qarşı çıxan tələblər irəli sürdükdə, patent müvəkkili müqavilə ilə ondan aldığı tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Vəkalət verənlə patent müvəkkili arasında yaranan mübahisələrə SMPDK -nin Appelyasiya komissiyasında (bundan sonra - Apellyasiya şurası) baxılır. Tərəflər Apellyasiya şurasının qərarı ilə razı olmadıqda məhkəməyə müraciət edə bilərlər.

  1. Patent müvəkkili müqavilə üzrə tapşırıqları yerinə yetirərkən vəkalət verəndən aldığı informasiyanı məxfi saxlamalıdır.
  2. Patent müvəkkilinin fəaliyyəti
  1. Patent müvəkkili:
    vəkalət verənin tapşırığına əsasən sənaye mülkiyyəti obyektləri üzrə iddia sənədinin tərtibi,
    verilməsi, müvafiq mühafizə sənədinin alınması, qüvvədə saxlanması və digər hüquqi
    əhəmiyyətli işləri yerinə yetirir;
    sənaye mülkiyyəti obyektləri üzrə hüquqların həyata keçirilməsində, o cümlədən hüquqların
    verilməsi, lisenziya müqavilələrinin bağlanması məsələlərində vəkalət verəni təmsil edir;
    SMPDK -də və onun tabeliyində olan təşkilatlarda, məhkəmədə, digər orqanlarda iddiaçı və
    ya cavabdeh kimi öz səlahiyyətləri çərçivəsində vəkalət verəni təmsil edir;
    sənaye mülkiyyətinin mühafizəsi sahəsində vəkalət verənə məsləhətlər verir.
  2. Patent müvəkkilinin hüququ
  1. Patent müvəkkili aşağıdakı hüquqlara malikdir:
    vəkalət verənə xidmət göstərərkən ondan haqq almaq;
    ona verilən hüquqlar çərçivəsində müvəkkillik işini yerinə yetirməklə bağlı öz adından idarə
    və təşkilatlardan sənədlər tələb etmək, bu sənədləri və ya onların surətini vəkalət verənə
    təqdim etmək;
    əyyən edilmiş qaydaya uyğun patent xidməti üzrəəssisə yaratmaq və ya hüquqi şəxs
    olmadan peşə fəaliyyəti ilə məşğul olmaq.
  2. Patent müvəkkilinin ixtisas dərəcəsinə olan tələblər
  1. Patent müvəkkili kimi aşağıdakı şəxslər attestasiya oluna bilər:
    sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kurs bitirən və ya həmin sahədəən azı iki
    il stajı olan şəxslər, hüququn tətbiqi və tədrisi sahəsindəən azı iki il stajı olan hüquqşünaslar.
    Patent müvəkkili kimi attestasiya olunan şəxslər SMPDK tərəfindən müəyyən edilən həcmdə,
    sənaye mülkiyyəti obyektlərinə görə hüquqların qorunması sahəsində Azərbaycan
    Respublikasının qanunvericiliyi və normativ aktları, beynəlxalq müqavilələri üzrə zəruri
    biliklərə malik olmalıdır.
  2. Patent müvəkkilinin attestasiyası və qeydiyyata alınması

6.1. Patent müvəkkili statusu almaq istəyən fiziki şəxs attestasiyadan keçmək üçün SMPDK ya ərizə ilə müraciət edir. Ərizəyə ali təhsil haqqında diplomun surəti, Azərbaycan
Respublikası ərazisində daimi yaşayış yeri haqqında arayış, xüsusi kursu bitirməyə dair sənəd,
bu Əsasnamənin 5-ci maddəsinin 2-ci abzasına uyğun iki il iş stajı barədə müvafiq arayış və
patent müvəkkillərinin attestasiyası, qeydiyyatı üçün müəyyən edilən dövlət rüsumu
ödənilməsi təsdiqləyən sənəd əlavə olunur.
Patent müvəkkili statusu almaq istəyən şəxs sənaye mülkiyyəti obyektlərinin (ixtira, faydalı
model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici və s.) hər hansı biri və ya bir neçəsi
sahəsində məhdud fəaliyyət göstərmək niyyətində olduqda onu ərizədə qeyd edir.

6.2.əyyən edilmiş tələblərə uyğun sənədləri təqdim edən fiziki şəxsə attestasiyanın tarixi
barədə bildiriş göndərilir və o, attestasiya komissiyası qarşısında attestasiyadan keçir.
Attestasiya komissiyasının tərkibi və aparılma qaydası SMPDK tərəfindən müəyyən edilir.
əyyən edilən sənədlərdən hər hansı birini təqdim etməyən şəxs attestasiyaya buraxılmır.

6.3. Attestasiya komissiyası patent müvəkkilliyinə namizədi attestasiyadan keçirərkən onu
seçdiyi sənaye mülkiyyəti obyektləri sahəsində "məhdud fəaliyyət"lə bağlı ərizəsini də nəzərə
alır.

6.4. Attestasiyadan keçən fiziki şəxs, attestasiya komissiyasının qərarına əsasən, qərarın
verildiyi tarixdən bir ay ərzində patent müvəkkili kimi patent müvəkkillərinin Dövlət
reyestrində qeydiyyata alınır vəəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra ona
şəhadətnamə verilir.
Patent müvəkkili seçdiyi sənaye mülkiyyəti obyektləri sahəsində məhdud fəaliyyət göstərməli
olarsa, bu barədə məlumat Dövlət reyestrinə daxil edilir və şəhadətnamədə qeyd olunur.

6.5. Patent müvəkkilləri üçün şəhadətnamənin forması SMPDK tərəfindən müəyyən edilir.

6.6. Patent müvəkkili Dövlət reyestrində qeydə alındığı tarixdən fəaliyyət göstərmək hüququ
əldə edir və bu barədə məlumat rəsmi bülletendə dərc olunur.
Patent müvəkkilinə olan tələblər patent müvəkkili tərəfindən yerinə yetirilmədikdə və bu
sahədə yaranan ziddiyyətlərlə bağlı Apellyasiya şurasına etiraz vəşikayətlər daxil olduqda,
patent müvəkkili yenidən attestasiyadan keçirilir.

  1. Apellyasiya şurasına daxil olan etiraz vəşikayətlərə Azərbaycan Respublikasında
    qüvvədə olan qanunvericiliyə uyğun baxılır.
    Apellyasiya şurasının qərarından qüvvədə olan qanunvericiliyə uyğun məhkəmə qaydasında
    şikayət verilə bilər.
  2. Patent müvəkkilinin məsuliyyəti

7.1. Patent müvəkkili vəkalət verənlə bağladığı müqaviləni yerinə yetirən zaman müqavilə
şərtlərinin pozulduğuna görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
uyğun məsuliyyət daşıyır.

7.2. Patent müvəkkili peşə öhdəliyini lazımi səviyyədə yerinə yetirmədikdə, vəkalət verən
istənilən hüquqi və ya fiziki şəxs Apellyasiya şurasına şikayət verə bilər. Apellyasiya şurası
bu cür şikayətin daxil olması barədə patent müvəkkilinə bildiriş göndərir.

7.3. Apellyasiya şurasına daxil olan şikayətlərə üç ay müddətində baxılır. SMPDK
Apellyasiya şurasının gəldiyi nəticələrdən asılı olaraq bu Əsasnaməyə uyğun tədbirlər görür.

  1. Patent müvəkkili üçün qoyulan tələbləri pozan patent müvəkkilinə qarşı aşağıdakı
    tədbirlər görülür:
    xəbərdarlıq edilir;
    yenidən attestasiya edilir, attestasiyanın nəticəsi qənaətbəxş olmadıqda reyestrdən çıxarılır.
  2. Patent müvəkkilinin Dövlət reyestrindən çıxarılması üçün əsas
  1. Patent müvəkkili aşağıdakı əsaslara görə patent müvəkkillərinin Dövlət reyestrindən
    çıxarılır:
    patent müvəkkilinin ərizəsi əsasında;
    patent müvəkkilinin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi və ya daimi yaşayış
    yerinin Azərbaycan Respublikası ərazisindən dəyişməsi;
    vəkalət verənlə müqavilə şərtlərini kobud şəkildə pozması Apellyasiya şurası tərəfindən
    təsdiq olunduğu (vəkalət verən tərəfindən əsaslandırılmışşikayət ərizəsi daxil olarsa)
    hallarında;
    patent müvəkkili tərəfindən bilərəkdən məzmunu həqiqətə uyğun olmayan sənədlər və
    məlumatlar verildiyi və ya onların dəyişdirildiyi təsdiq olunarsa;
    sənaye mülkiyyətinin mühafizəsi sahəsində kargüzarlıq işlərini yerinə yetirən zaman
    Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini pozduğu hallarda;
    yenidən attestasiyanın nəticələri qənaətbəxş olmadıqda;
    patent müvəkkili vəfat etdikdə.
  2. Yekun müddəalar

9.1. Patent müvəkkili müqavilə üzrə vəkalət verənin tapşırıqlarını icra edən bilmədiyi halda,
o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, həmin müqavilədə
göstərilən işlərin icrasını başqa patent müvəkkilinə verə bilər.
Patent müvəkkilinin yeni vəkalət vərəndən aldığı tapşırıqlar, ondan daha əvvəl müraciət etmiş
vəkalət verənin mənafelərinə toxunursa, patent müvəkkili yeni vəkalət verəndən aldığı
tapşırıqları yerinə yetirməkdən imtina etməlidir.
İşlərin icrasını öz üzərindən götürən patent müvəkkili bu barədə vəkalət verənə bildiriş
göndərir.

9.2. Patent müvəkkilinin Dövlət reyestrindən çıxarılması barədə qərar qüvvəyə mindikdən
sonra bu barədə məlumat rəsmi bülletendə dərc olunur.

9.3. Patent müvəkkili yaşayış yerini dəyişdiyi halda Dövlət reyestrində müvafiq qeydlər
aparmaq üçün SMPDK -ya məlumat verir.

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏƏLAVƏLƏRİN SİYAHISI

  1. 23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 3, maddə 148)
  2. 10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 193)
  3. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 01, maddə 32)
  4. 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 193) ilə "Patent müvəkkilləri haqqında Əsasnamə"nin 2.2-ci, 3.1-ci, 5.1-ci, 6.1-ci, 6.2-ci, 6.5-ci, 7.3cü, 9.3-cü bəndlərində "DETK" sözləri "SMPDA" sözləri iləəvəz edilmişdir. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 01, maddə 32) ilə "Patent müvəkkilləri haqqında Əsasnamə"nin 2.2-ci, 3.1-ci, 5.1-ci, 6.1-ci, 6.2-ci, 6.5-ci, 7.3-cü, 9.3-cü bəndlərində "SMPDA" ifadəsi "SMPDK" ifadəsi iləəvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə 2.2-ci, 6.6-cı bəndlərin ikinci abzaslarında, 6.7-ci bəndin birinci və ikinci abzaslarında, 7.2-ci, 7.3-cü bəndlərində və 8.1-ci bəndin dördüncü abzasında ismin müvafiq hallarında "Apellyasiya komissiyası" sözləri ismin müvafiq hallarında "Apellyasiya şurası" sözləri ilə əvəz edilmişdir.

23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 3, maddə 148) ilə "Patent müvəkkilləri haqqında Əsasnamə"nin 6.1-ci bəndinin birinci abzasında "ödənişi" sözü "dövlət rüsumu ödənilməsi" sözləri ilə, 6.4-cü bəndinin birinci abzasında "ödənişdən" sözü "dövlət rüsumu ödənildikdən" sözləri iləəvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə 7.3-cü bəndin birinci cümləsində "iki" sözü "üç" sözü iləəvəz edilmişdir.