À propos de la propriété intellectuelle Formation en propriété intellectuelle Respect de la propriété intellectuelle Sensibilisation à la propriété intellectuelle La propriété intellectuelle pour… Propriété intellectuelle et… Propriété intellectuelle et… Information relative aux brevets et à la technologie Information en matière de marques Information en matière de dessins et modèles industriels Information en matière d’indications géographiques Information en matière de protection des obtentions végétales (UPOV) Lois, traités et jugements dans le domaine de la propriété intellectuelle Ressources relatives à la propriété intellectuelle Rapports sur la propriété intellectuelle Protection des brevets Protection des marques Protection des dessins et modèles industriels Protection des indications géographiques Protection des obtentions végétales (UPOV) Règlement extrajudiciaire des litiges Solutions opérationnelles à l’intention des offices de propriété intellectuelle Paiement de services de propriété intellectuelle Décisions et négociations Coopération en matière de développement Appui à l’innovation Partenariats public-privé Outils et services en matière d’intelligence artificielle L’Organisation Travailler avec nous Responsabilité Brevets Marques Dessins et modèles industriels Indications géographiques Droit d’auteur Secrets d’affaires Académie de l’OMPI Ateliers et séminaires Application des droits de propriété intellectuelle WIPO ALERT Sensibilisation Journée mondiale de la propriété intellectuelle Magazine de l’OMPI Études de cas et exemples de réussite Actualités dans le domaine de la propriété intellectuelle Prix de l’OMPI Entreprises Universités Peuples autochtones Instances judiciaires Ressources génétiques, savoirs traditionnels et expressions culturelles traditionnelles Économie Égalité des genres Santé mondiale Changement climatique Politique en matière de concurrence Objectifs de développement durable Technologies de pointe Applications mobiles Sport Tourisme PATENTSCOPE Analyse de brevets Classification internationale des brevets Programme ARDI – Recherche pour l’innovation Programme ASPI – Information spécialisée en matière de brevets Base de données mondiale sur les marques Madrid Monitor Base de données Article 6ter Express Classification de Nice Classification de Vienne Base de données mondiale sur les dessins et modèles Bulletin des dessins et modèles internationaux Base de données Hague Express Classification de Locarno Base de données Lisbon Express Base de données mondiale sur les marques relative aux indications géographiques Base de données PLUTO sur les variétés végétales Base de données GENIE Traités administrés par l’OMPI WIPO Lex – lois, traités et jugements en matière de propriété intellectuelle Normes de l’OMPI Statistiques de propriété intellectuelle WIPO Pearl (Terminologie) Publications de l’OMPI Profils nationaux Centre de connaissances de l’OMPI Série de rapports de l’OMPI consacrés aux tendances technologiques Indice mondial de l’innovation Rapport sur la propriété intellectuelle dans le monde PCT – Le système international des brevets ePCT Budapest – Le système international de dépôt des micro-organismes Madrid – Le système international des marques eMadrid Article 6ter (armoiries, drapeaux, emblèmes nationaux) La Haye – Le système international des dessins et modèles industriels eHague Lisbonne – Le système d’enregistrement international des indications géographiques eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Médiation Arbitrage Procédure d’expertise Litiges relatifs aux noms de domaine Accès centralisé aux résultats de la recherche et de l’examen (WIPO CASE) Service d’accès numérique aux documents de priorité (DAS) WIPO Pay Compte courant auprès de l’OMPI Assemblées de l’OMPI Comités permanents Calendrier des réunions WIPO Webcast Documents officiels de l’OMPI Plan d’action de l’OMPI pour le développement Assistance technique Institutions de formation en matière de propriété intellectuelle Mesures d’appui concernant la COVID-19 Stratégies nationales de propriété intellectuelle Assistance en matière d’élaboration des politiques et de formulation de la législation Pôle de coopération Centres d’appui à la technologie et à l’innovation (CATI) Transfert de technologie Programme d’aide aux inventeurs WIPO GREEN Initiative PAT-INFORMED de l’OMPI Consortium pour des livres accessibles L’OMPI pour les créateurs WIPO Translate Speech-to-Text Assistant de classification États membres Observateurs Directeur général Activités par unité administrative Bureaux extérieurs Avis de vacance d’emploi Achats Résultats et budget Rapports financiers Audit et supervision
Arabic English Spanish French Russian Chinese
Lois Traités Jugements Parcourir par ressort juridique

Azerbaïdjan

AZ046

Retour

Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizasi qaydalarının təsdiq edilməsi haqqında qərar

 Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizasi qaydalarının təsdiq edilməsi haqqında qərar

31.07.2010 Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizasi

qaydalarının təsdiq edilməsi haqqında qərar

Qəbul edilmişdir: 11 sentyabr 2000-ci il,№ 166. Əlavə və dəyişikliklər: 1. 23 mart 2002-ci il,№ 45; 2. 10 mart 2004-cü il,№ 27.

«Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli, 749 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. «Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları» təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2000­ ci il,№ 9, maddə 692).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmişdir

Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları «Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin verilməsi və ekspertizası Qaydaları» «Əmtəə nişanı və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun işlənib hazırlanmışdır. Qısaldılan ifadələr: Qanun - «Əmtəə nişanı və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanunu;

SMPDA - Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi İddia sənədi - coğrafi göstəricini qeydə almaq üçün tərtib olunan sənədlər toplusu; Reyestr - coğrafi göstəricilərin Dövlət reyestri.

I Fəsil Ümumi müddəalar 1. Coğrafi göstərici Qanunun 1-ci maddəsinə uyğun olaraq coğrafi göstərici - əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə (coğrafi obyektlə) bağlı olduğunu bildirən, onun xüsusi keyfiyyətini, şöhrətini və başqa xüsusiyyətlərini əks etdirən göstəricidir. Coğrafi göstərici, ondan (coğrafi göstəricidən) istifadə olunmaqla müəyyən əmtəə növünü istehsal edən və ya xidmət göstərən bir və ya bir neçə müəssisənin (sahibkarın) yerləşdiyi coğrafi rayonu eyniləşdirir. Coğrafi göstəricinin aid olduğu coğrafi rayonda yerləşən hər bir müəssisə istehsal olunan əmtəə və ya göstərilən hər bir xidmət üçün müəyyən edilmiş keyfiyyət və xüsusiyyətlərə əməl

etməklə, mənşəcə həmin coğrafi obyektdən olan əmtəələr, yaxud da həmin coğrafi obyektdə göstərilən xidmətlər üçün həmin göstəricidən istifadə etmək hüququna malikdir. Coğrafi göstərici kollektiv nişan kimi qeydiyyatdan keçirilə bilər. Kollektiv nişan sahibinin nəzarəti altında eyni zamanda kollektiv nişandan istifadə edən müxtəlif müəssisələrin əmtəələrinin və ya göstərdiyi xidmətlərinin coğrafi mənşəyinin, materialların, istehsal üsulunun, keyfiyyətinin və ya digər ümumi xüsusiyyətlərinin fərqləndirilməsi üçün nişan kimi müəyyən edilə bilər. Bu zaman birliyin bütün üzvləri göstərilən coğrafi obyektdə müəssisələrə malik olmalı və yerli icra hakimiyyəti orqanının xüsusi komissiyası (qrupu) tərəfindən onun üçün müəyyən olunmuş tələblərə uyğun əmtəə istehsal etməli və ya xidmət göstərməlidir. 2. Coğrafi göstərici kimi qeydə alınan nişanlar 2.1. Müvafiq Qanunun 8-ci maddəsinə uyğun olaraq coğrafi göstərici kimi ölkənin, şəhərin, bölgənin və ya ərazinin adı coğrafi göstərici kimi qeydə alına bilər. Coğrafi adla yanaşı coğrafi göstəricinin qrafik və ya təsviri ifadəsi də mühafizə olunur. Coğrafi ad saxta və yanıldıcı mənşəyi ifadə etmirsə, ondan əmtəənin və ya xidmətin xarakterik elementi kimi istifadə oluna bilər. Coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur. Coğrafi obyektin rəsmi adı, tarixi adı və ya onlardan törəmə adlar coğrafi göstərici kimi istifadə oluna bilər. Coğrafi göstəricinin xüsusi keyfiyyəti (xassələri), şöhrəti və digər xüsusiyyətləri təbii şərait və ya insan amili sayəsində əmtəənin coğrafi mənşəyi ilə ifadə oluna (yaradıla), yaxud da eyni zamanda təbii və insan amili ilə ifadə oluna bilər. Təbii şərait deyildikdə xüsusən iqlim, yerin konfiqurasiyası, torpağın, suyun tərkibi və s. kimi faktorlar nəzərdə tutulur. İnsan amili deyildikdə peşə təcrübəsi, istehsalat sirləri, coğrafi obyektdə yaşayan insanların etnoqrafik xüsusiyyətləri və ənənələri nəzərdə tutulur. 2.2. Coğrafi göstərici kimi aşağıdakı nişanlar (işarələr) qeydiyyata alınmır: bu Qaydaların 2.1-ci bəndində müəyyənləşdirilmiş tələblər yerinə yetirilmədikdə; coğrafi göstərici ilə eynilik təşkil edən, lakin ona heç bir aidiyyəti olmayan şərab və spirtli içki adlarına malik nişanlar (yəni coğrafi mənşəni təsvir edən və ya ona göstərişi olan, şərab və spirtli içkilər üçün saxta, yanıldıcı olan, göstərilən ərazidə olmayan nişanlar); əmtəələrin və ya göstərilən xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən nişanlar (işarələr). Bu cür nişanlara əmtəələrin xarakteri, keyfiyyəti və ya istənilən digər xassələri və ya həqiqətə uyğun olmayan coğrafi mənşəyi barədə istehlakçıları yanılda bilən nişanlar aiddir; coğrafi obyektin adı olan və ya bu adı özündə əks etdirən, lakin Azərbaycan Respublikasında coğrafi obyektə aid olmayan nişan; mənşə ölkəsində mühafizə olunmayan coğrafi göstərici.

II Fəsil İddia sənədi 1. İddia sənədinin verilməsi Coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədini iddiaçı (hüquqi və ya fiziki şəxs) SMPDA-ya verir. İddiaçı SMPDA-ya iddia sənədini aşağıdakı qaydada verə bilər: bilavasitə; SMPDA-da qeydə alınan patent müvəkkilləri vasitəsi ilə. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna olmaqla, xarici hüquqi və fiziki şəxslər iddia sənədini SMPDA-ya yalnız patent müvəkkili vasitəsi ilə verirlər. 2. İddia sənədinin tərkibi

İddia sənədi ərizədən və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla, bir coğrafi göstəriciyə aid olmalıdır. Coğrafi göstəricinin qeydə alınmasına dair ərizədə aşağıdakılar göstərilməlidir: qeydiyyat barəsində vəsatət; iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsi ilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası); iddia edilən coğrafi göstəricinin şəkli; coğrafi göstəricinin aid ediləcəyi əmtəələrin və ya xidmətlərin adı; əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi obyektin hüdudları; əmtəələrin və ya göstərilən xidmətlərin xüsusiyyətlərinin təsviri. Ərizəyə aşağıdakılar qoşulur: dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd; iddia sənədi patent müvəkkili vasitəsi ilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd; coğrafi göstərici kollektiv nişanı kimi təqdim olunduqda, kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya göstərilən xidmətlərin siyahısı, vahid keyfiyyət və digər xüsusiyyətləri; iddiaçının göstərilən coğrafi obyektdə olması, şöhrəti, xüsusiyyəti başlıca olaraq coğrafi mənşəyindən irəli gələn əmtəəni istehsal etməsi və ya xidməti göstərməsi barədə sənəd və müvafiq yerli icra hakimiyyəti orqanının rəyi; əmtəənin və ya xidmətin mənşə ölkəsində xarici iddiaçının iddia etdiyi coğrafi göstərici üzərində hüququnu təsdiq edən sənəd. 3. İddia sənədinin dili Coğrafi göstəricinin qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilir. İddia sənədinə daxil olan digər sənədlər Azərbaycan dilində və ya başqa dillərdə verilə bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay ərzində təqdim olunmalıdır. SMPDA-ya verilmiş materialların Azərbaycan dilinə tərcüməsi müəyyənləşdirilmiş müddətdə verilmədikdə və bu müddət başa çatanadək onun uzadılması üçün əsaslandırılmış vəsatət təqdim edilmədikdə iddia sənədi verilməmiş sayılır. Əlavə dövlət rüsumu ödənilməklə müəyyənləşdirilmiş müddət 2 aya qədər uzadılır. 4. Nüsxələrin miqdarı Ərizə 2 nüsxədə təqdim olunur. Qeydiyyata alınmaq üçün iddia olunan nişan istisna olmaqla, ərizəyə əlavə olunan sənədlər 1 nüsxədə təqdim olunur. Qeydiyyata alınmaq üçün iddia olunan nişanın şəkli 12 nüsxədə təqdim olunur. Ərizə və ona qoşulan sənədlər çap olunmuş şəkildə təqdim olunur. 5. İmza Ərizə iddiaçı və ya onun patent müvəkkili tərəfindən imzalanır. İddiaçı hüquqi şəxs olduqda ərizə təşkilatın rəhbəri və ya rəhbərin adından imzalamağa səlahiyyəti olan şəxs tərəfindən imzalanır. İmza edən şəxsin vəzifəsi, soyadı, adı göstərilir və imza möhürlə təsdiqlənir. Ərizəyə əlavə vərəq qoşularsa, həmin vərəq yuxarıda göstərilən qaydada imzalanır və təsdiqlənir. İddia sənədi patent müvəkkili tərəfindən verildikdə sənədlər patent müvəkkili tərəfindən imzalanır. 6. Ərizə Ərizə SMPDA-nın təsdiq etdiyi formaya uyğun tərtib olunur. Ərizə formasında zəruri olan məlumatların hamısı öz əksini tapmalıdır. Əgər hər hansı məlumat formada göstərilən qrafaya yerləşmirsə, onda formada göstərilən qrafada «davamına əlavə vərəqdə bax» ifadəsini yazmaqla məlumat əlavə vərəqdə verilir. 7. İddia olunan nişan

7.1. İddia olunan nişanın şəkli İddia olunan nişanın şəkli, coğrafi göstəricinin adı (coğrafi obyektin rəsmi adı, tarixi adı və ya onlardan törəmə adlar) standart şriftlə verilir. İddia olunan nişanın şəkli təsviri formada da verilə bilər. Coğrafi göstərici kimi qeydiyyata alınan nişan (işarə) əlavə olaraq, müstəqil hüquqi mühafizə verilməyən mənzərəyə (əmtəənin cins əlamətlərinə fantaziyalı işarələrə, görünüşlərə) malik ola bilər. İddia olunan nişanın şəkli təsviri formada iddia olunduqda, 50x50 mm ölçüdə mətbəə və ya qrafik təsvir formasında təqdim olunur (nişanın növündən asılı olaraq onun şəklinin bir tərəfinin ölçüsü 100 mm-ə qədər ola bilər). Nişan qeydiyyata alınmaq üçün etiket formasında təqdim olunarsa, etiketin özü olduğu ölçüdə, iddia olunan nişanın şəkli kimi verilə bilər. Coğrafi göstərici ağ-qara rəngdə ifadə olunmaqla, istənilən rəngdə və ya rənglərin uzlaşmasında (kombinasiyasında) qeydiyyata alına bilər. Nişanın şəkli keyfiyyətli qrafiki tərtibatda olmalıdır. Bir iddia sənədinə nişanın bir variantda tərtibi daxil edilir. 7.2. İddia sənədinin növü İddia sənədi aşağıdakı növlərə ayrılır: coğrafi göstəricidən istifadə etmək hüququ almaq üçün verilən iddia sənədi; qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququ almaq üçün verilən iddia sənədi. 7.3. İstehsal olunduğu yer göstərilməklə əmtəənin növləri Ərizədə coğrafi göstəricinin aid ediləcəyi əmtəənin (əmtəələrin) və ya xidmətin (xidmətlərin) adı göstərilməlidir. Bu zaman yalnız xüsusi xassələri təbii şəraitlə əlaqədar olan və ya coğrafi obyektin insani amilləri ilə bağlılıq təşkil edən əmtəə istehsalı (yəni istehsal olunan ərzaq məhsullarının, o cümlədən şərablar və spirtli içkilərin coğrafi obyektdən olan xammal bazasında istehsalı) göstərilməlidir. Məhsulun istehsal olunduğu yer coğrafi obyektin sərhədlərinə (coğrafi obyektin hansı zonanı əhatə etməsinə) göstəriş olmaqla ifadə edilə bilər. Coğrafi obyektin sərhədləri, koordinatları bildirilməklə yerin təbii sərhədləri - çay, dağ, göl, inzibati sərhədlər, uzunmüddətli tikililər, kommunikasiyalar və s. vasitəsi ilə göstərilə bilər. 7.4. Əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrinin təsviri Əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrinin təsvirində, onların oxşar əlamətlərdən və ya göstərilən xidmətlərdən fərqli xüsusiyyətləri göstərilir. Təsvirdə coğrafi obyektin təbii mühit və (və ya) insani amillərdən asılılığını əks etdirən xüsusiyyətləri verilməlidir. Təsvir informasiya xarakteri daşımalıdır, xüsusən onda göstərilməlidir ki, coğrafi obyektdə başlanğıc məhsul, müvafiq iqlim, geoloji və ya digər təbii mühitlər, ənənəvi yolla onu hazırlayan insanlar (kollektiv) mövcuddur. 7.5. Ərizəyə qoşulan sənədlərin siyahısı Yerli icra hakimiyyəti orqanı tərəfindən verilən və ərizəyə qoşulan sənəddə, iddiaçının həmin coğrafi obyektdə yerləşdiyi və əmtəə istehsalı ilə məşğul olduğu göstərilməli, verilən coğrafi obyektin təbii şərait və insani amillərdən asılı olaraq istisna xüsusiyyətlərə malik olduğu qeyd edilməlidir. Əmtəənin və göstərilən xidmətin xüsusi keyfiyyətinin müəyyənləşdirilməsi zamanı yerli icra hakimiyyəti orqanı bu sahədə səlahiyyətli olan təşkilatları və ya müstəqil mütəxəssisləri cəlb edə bilər. Rəy əmtəənin və göstərilən xidmətin qiymətləndirilməsinə görə səlahiyyəti olan ixtisaslaşma qabiliyyətinə malik təşkilat tərəfindən hazırlanmalıdır. Göstərilən məhsulları hazırlayan şəxsin coğrafi obyektin hüdudlarında olduğu təsdiq olunmalıdır. 7.6. Xarici iddiaçının iddia olunan coğrafi göstərici üzərində hüququnu təsdiq edən sənəd, əmtəənin mənşə ölkəsində coğrafi göstəricidən istifadə hüququna dair səlahiyyətli orqan tərəfindən verilən şəhadətnamə və ya sertifikat ola bilər. Şəhadətnamənin (sertifikatın) əsli və ya müəyyən edilmiş qaydada təsdiqlənmiş surəti təqdim olunur.

III Fəsil Coğrafi göstəricini qeydə almaq üçün iddia sənədi üzrə işlərin SMPDA ilə aparılması 1. Nümayəndənin təyini 1.1. İddia sənədini SMPDA-ya verdikdən sonra iddiaçı onunla bağlı işləri aparmaq və iddia sənədinə baxılarkən maraqlarını təmin etmək məqsədi ilə, müvafiq etibarnamə verməklə özünün nümayəndəsini təyin edə bilər. 1.2. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxslərdən ibarət olan iddiaçıları coğrafi göstəricilərin mühafizəsi sahəsində hüquqi əhəmiyyətli işləri şəxsən özləri və ya SMPDA-da qeydiyyatda olan patent müvəkkili vasitəsi ilə apara bilər. 1.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan fiziki şəxslərin nümayəndələri və ya xarici hüquqi şəxslər (xarici iddiaçılar), yaxud onların patent müvəkkilləri iddia sənədinin verilməsi, mühafizə sənədinin alınması, qüvvədə saxlanması və onlarla bağlı digər hüquqi əhəmiyyətli işləri yalnız SMPDA-da qeydiyyatda olan patent müvəkkilləri vasitəsi ilə apara bilər. 1.4. Nümayəndəyə görə etibarnamə iddia sənədi təqdim olunan zaman və ya Qanunun 9-cu maddəsinə müvafiq olaraq kargüzarlıq işlərinin aparılma prosesində verilə bilər. 1.5. Etibarnamə ərizəyə qoşulur. 1.6. Nümayəndənin səlahiyyəti etibarnamədə göstərilən müddət çərçivəsindədir. 2. SMPDA ilə yazışmaların aparılması 2.1. Yazışmalar hər bir iddia sənədi üzrə ayrılıqda iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən aparılır. İddia sənədi verildikdən sonra həmin sənədlə bağlı iddiaçının SMPDA-ya göndərdiyi əlavə materiallarda iddia sənədinin nömrəsi, onun verilmə tarixi, iddiaçının və ya onun nümayəndəsinin imzası öz əksini tapmalıdır. 2.2. İddia sənədi üzrə kargüzarlıq işləri qanunvericiliklə müəyyən edilən müddətdə aparılır. Əgər kargüzarlıq işlərinin aparılma müddəti «... müddət ərzində» sözləri ilə müəyyən edilirsə və müddətin axırıncı günü iş gününə düşmürsə, onda müddətin qurtarması həmin gündən sonra gələn növbəti iş günü üzrə müəyyən edilir. Əgər müddətin qurtardığını göstərən gün (tarix) onun düşdüyü ayın gününə uyğun gəlmirsə, yəni həmin ayda müddətin qurtardığını göstərən gün (tarix) yoxdursa, müddətin qurtarması günü həmin ayın axırıncı günü hesab edilir. 2.3. Yazışma iddiaçının nümayəndəsi ilə aparılarsa, SMPDA-ya daxil olan materialların müddəti, nümayəndə tərəfindən materialların SMPDA-ya verilmə tarixində hesablanır. 3. İddia sənədi materiallarına əlavələr edilməsi, həmin materiallarda dəyişikliklər və düzəlişlərin aparılması 3.1. İddia sənədinin ekspertizasının aparıldığı dövrdə ona dair müvafiq qərar qəbul edilənədək iddiaçı öz təşəbbüsü ilə iddia sənədinin materiallarını tamamlaya, dəqiqləşdirə və onlara düzəliş edə bilər. 3.2. İddia sənədində dəyişikliklərin edilməsi iddiaçı tərəfindən müəyyən olunmuş formaya uyğun ərizə verməklə həyata keçirilir. Ərizənin SMPDA-ya daxil olması və ona baxılmanın nəticəsi barədə iddiaçıya bildiriş göndərilir. Ərizəyə iddia sənədi materiallarında dəyişikliklərin aparılması üçün rüsumun ödənildiyini təsdiq edən sənəd qoşulur. Rüsumun ödənildiyi barədə sənəd təqdim olunmadıqda və ya ödənilən məbləğ müəyyən edilən həcmə uyğun gəlmədikdə, materiallar baxılmaq üçün qəbul olunmur və bu barədə iddiaçıya bildiriş göndərilir. Patent müvəkkilinin dəyişməsi və yazışma aparılmasına görə ünvanın dəyişməsi ilə əlaqədar dəyişikliklər üçün rüsum alınmır. 3.3. İddia sənədi materiallarında mövcud olan səhvlər üzrə düzəlişlərin aparılması barədə iddiaçı tərəfindən SMPDA-ya ərizə verilir. Ərizə iddiaçı və ya onun patent müvəkkili

tərəfindən imzalanır və ərizədə iddia sənədinin nömrəsi göstərilir. SMPDA iddiaçının ərizəsi əsasında uyğun sənədlərdə düzəlişlər aparır. 4. İddia sənədi materialları ilə tanışlıq İddiaçı ekspertiza qərarında göstərilən sənədlərlə tanış ola bilər. İddiaçı iddia sənədi üzrə qərarı aldıqdan sonra 1 ay ərzində müəyyən edilmiş ödənişi aparmaqla həmin sənədlərin surətini tələb edə bilər. 5. İddiaçının iştirakı ilə iddia sənədinə baxılması 5.1. İddiaçının (onun nümayəndəsinin) iştirakı ilə iddia sənədi materiallarına baxma, nişanın aid edildiyi əmtəələrin və ya göstərilən xidmətlərin təbii şərait və ya insan amilləri ilə eyni vaxtda asılılığı, iddia olunan nişanın mühafizə qabiliyyəti məsələsi üzrə iddiaçının və ekspertizanın mövqelərinin aydınlaşdırılması, həmin əmtəələr və ya xidmətlər üçün coğrafi göstəricidən istifadə hüququnun verilməsinin və qeydiyyata alınmasının mümkünlüyünün araşdırılması hallarında, bir qayda olaraq, ekspertiza üçün əlavə izahata zərurət yarandıqda aparılır. İddiaçının və ya onun nümayəndəsinin iştirakı ilə iddia sənədi materiallarına baxılma iddia olunan nişan üzrə əlavə açıqlanmaların aparılması və iddia olunan nişanın qeydə alma şərtləri ilə bağlı məsələlərə aydınlıq gətirilməsinə zərurət yarandığı təqdirdə həyata keçirilir. Bu, ekspertizanın sorğusu və ya iddiaçının xahişi ilə hər iki tərəfin qaldırılan məsələ ilə tanışlığından sonra aparılır. 5.2. Ekspertizanın tələbləri iddiaçıya göndərilən sorğuda göstərilir. Ekspertizanın sorğusuna cavab əlavə sənədlər sorğunun alındığı tarixdən 2 ay ərzində iddiaçı tərəfindən təqdim olunmalıdır (iddiaçının özünün müzakirələrdə iştirak edib-etməməsindən asılı olmayaraq). İddia sənədi ilə əlaqədar iddiaçının sualları isə vəsatətlə verilə bilər. 5.3. İddia sənədinə baxılmanın tarixi və vaxtı əvvəlcədən razılaşdırılır. İddia sənədinə baxılma ilə bağlı tərəflərdən hər hansı birinin buna imkanı olmadığı təqdirdə digər tərəf xəbərdar edilir. 5.4. İddia sənədinə baxılmada nümayəndənin iştirakı bu Qaydaların 15-ci bəndində göstərilən şərtlərin yerinə yetirildiyi halda mümkün hesab edilir. 6. Sorğu yolu ilə istənilən materialların təqdim olunma müddətinin uzadılması 6.1. İddiaçının verdiyi vəsatətə əsasən və müəyyən edilmiş əlavə rüsum ödəmək şərti ilə, sorğu yolu ilə istənilən materialların təqdim olunma müddəti 2 ay uzadıla bilər. 6.2. İddiaçı müddətin uzadılması barədə vəsatəti sorğunu aldığı tarixdən 2 ay müddət bitənə qədər təqdim etməlidir. 6.3. Verilən sorğu üzrə materialların təqdim olunma müddətinin uzadılması ilə əlaqədar qəbul olunmuş qərar barədə iddiaçıya bildiriş göndərilir. 6.4. İddiaçı tərəfindən müddətin uzadılması barədə vəsatət bu Qaydaların 15.1-ci və 15.2-ci bəndlərinə uyğun verilmədikdə və ya ödənilən rüsum müəyyən edilmiş həcmə uyğun gəlmədikdə, materialların təqdim olunma müddəti uzadılmır və iddia sənədi verilməmiş sayılır. Bu barədə iddiaçıya bildiriş göndərilir. 7. İddia sənədinin geri götürülməsi 7.1. İddia sənədi ona baxılmanın istənilən mərhələsində iddiaçının xahişi ilə geri götürülə bilər. 7.2. Coğrafi göstəricinin kollektiv nişan kimi qeydiyyata alınmasına dair iddia sənədi veriləndə, o, yalnız həmin nişandan istifadə hüququ olan birliyin bütün üzvlərinin razılığı ilə geri götürülə bilər. 7.3. İddia sənədi iddiaçının xahişinin qəbul olunduğu barədə ona bildirişin göndərildiyi tarixdən geri götürülmüş hesab olunur.

IV Fəsil SMPDA-da iddia sənədinə baxılması 1. İddia sənədinin qeydə alınması

1.1. İddia sənədinin SMPDA-ya daxil olduğu tarix ərizənin verildiyi tarix sayılır. SMPDA-ya təqdim olunan ərizə ilə iddia sənədinə müvafiq nömrə verilir və həmin nömrə ərizədə qeyd edilir. Bununla yanaşı ərizədə iddia sənədinin daxil olduğu tarix (tarixlə yanaşı iddia sənədinin daxil olduğu saat və dəqiqə) qeyd edilir. Eyni vaxtda ərizənin ikinci nüsxəsində (surətində) həmin göstəricilər qeyd olunaraq iddiaçıya (onun patent müvəkkilinə, nümayəndəsinə) təqdim olunur. 1.2. Azərbaycan dilində tərtib olunmayan ərizə qeydə alınmır və onu təqdim edən şəxsə qaytarılır. 1.3. Qeydə alınan ərizə geri qaytarılmır. 2. İlkin ekspertiza 2.1. İddia sənədinin ilkin ekspertizası iddia sənədinin SMPDA-ya daxil olduğu tarixdən 1 ay müddətində aparılır. 2.1.1. İddia sənədinin ilkin ekspertizasının mərhələsində iddia sənədinin məzmunu, ərizəyə qoşulan zəruri sənədlərin müəyyənləşdirilmiş tələblərə uyğunluğu, o cümlədən aşağıdakıların mövcudluğu yoxlanılır: a) coğrafi göstəricinin qeydiyyata alınması barədə vəsatət və ondan istifadə hüququnun verilməsi və ya qeydiyyatda olan coğrafi göstəricidən istifadə hüququnun verilməsi barədə ərizə; b) iddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsi ilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası); c) iddia edilən coğrafi göstəricinin şəkli; ç) qeydiyyata alınması xahiş olunan coğrafi göstəricinin aid edildiyi əmtəələrin və ya göstərilən xidmətlərin adı və ondan istifadə hüququnun verilməsi və ya artıq qeydiyyatda olan coğrafi göstəricidən istifadə hüququnun verilməsi; d) əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi obyektin hüdudları; e) əmtəənin və ya göstərilən xidmətin xüsusiyyətlərinin təsviri; ə) dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd; f) patent müvəkkilinə verilmiş etibarnamə (iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda onun səlahiyyətini təsdiqləyən sənəd); g) iddiaçının göstərilən coğrafi obyektdə yerləşməsi və onun xüsusiyyətləri, həmin coğrafi obyekt üçün səciyyəvi olan amillərlə əmtəə istehsal etməsi və ya xidmət göstərməsi barədə yerli icra hakimiyyəti orqanının rəyi və müvafiq sənədi; ğ) kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, vahid keyfiyyət və digər xüsusiyyətləri (əgər kollektivin subyektləri coğrafi göstəricini kollektiv nişanı kimi qeydə almaq barədə vəsatət verərsə); h) əmtəənin mənşə ölkəsində xarici iddiaçının iddia etdiyi coğrafi göstərici üzərində hüququnu təsdiq edən sənəd; x) iddia sənədinə və vəsatətə qoşulan və Azərbaycan dilində olmayan materialların tərcüməsi. 2.1.2. İlkin ekspertiza keçirilərkən IV fəslin 2.1.1-ci bəndində göstərilən məlumat və sənədlərin olması və həmin bəndin «a», «b», «c», «ç», «d», «e» yarımbəndlərində sadalanan sənədlərin bu Qaydaların tələblərinə uyğunluğu yoxlanılır. 2.1.3. İddia sənədinin daxil olma tarixi bu Qaydaların IV fəslinin 2.1.1-ci bəndinin «a», «b», «c», «ç», «d», «e» yarımbəndlərində sadalanan sənədlərin və məlumatların daxil olma tarixi üzrə müəyyən edilir. 2.2. İddia sənədi materiallarında çatışmayan sənədlər və ya düzəlişlər üzrə sorğu 2.2.1. İlkin ekspertiza mərhələsində iddia sənədinin bu Qaydaların tələblərinə uyğun tərtib olunmadığı müəyyən edildikdə, iddiaçıya aşkar olunmuş səhvlər və (və ya) tələb olunan əlavə sənədlər barədə sorğu göndərilir. İddiaçı sorğunu aldığı tarixdən 2 ay müddətində ona cavab

verməlidir. Bu müddət iddiaçının verdiyi vəsatətə əsasən əlavə dövlət rüsumunu ödəmək şərti ilə 2 ay uzadıla bilər. 2.2.2. Sorğu üçün aşağıdakılar əsas götürülür: iddia sənədi materiallarında bu Qaydaların IV fəslinin 2.1.1-ci bəndində göstərilən məlumatların və (və ya) sənədlərin olmaması; ödənilmiş rüsumun məbləğinin müəyyən edilmiş məbləğə uyğun gəlməməsi. İddia sənədinin baxılması gedişində ekspert iddiaçıdan onun üçün zəruri olan əlavə sənəd tələb edə bilər. 2.2.3. İddiaçı tərəfindən sorğuya verilən cavab qənaətbəxş hesab edilmədikdə, ona təkrar sorğu göndərilə bilər. 2.2.4. İddiaçı bu Qaydaların IV fəslinin 2.1.1-ci yarımbəndində göstərilən müddəti pozarsa və ya ekspertizanın tələbinə cavab verməzsə, iddia sənədi verilməmiş sayılır və bu barədə iddiaçıya bildiriş göndərilir. 2.3. İddia sənədinin baxılmaq üçün qəbul olunması barədə qərar İddia sənədi materialları müəyyən olunmuş tələblərə uyğun olduqda, həmçinin göndərilmiş sorğu üzrə zəruri məlumatları və ya sənədləri iddiaçı vaxtında təqdim etdikdə iddiaçıya, iddia sənədinin daxil olduğu tarixdən, baxılmaq üçün qəbul olunduğu barədə qərar göndərilir. 2.4. İddia sənədinin baxılmağa qəbul edilməsindən imtina qərarı İddia sənədinin baxılmaq üçün qəbul edildiyinə dair qərarda iddiaçıya Qanunda və bu Qaydalarda nəzərdə tutulmuş əlavə məlumat və ya sənədlərin təqdim olunmasının zəruriliyi barədə sorğu verilə bilər. İddiaçı tərəfindən ekspertizanın sorğusuna verilən cavabda sorğu üzrə tələb olunan məlumatlar (və ya sənədlər) yoxdursa, iddia sənədinə baxılmaqdan imtina qərarı qəbul edilir. İmtina qərarının qəbul edilməsi üçün aşağıdakılar əsas götürülür: vəsatətdə iddiaçı göstərilmədikdə; ərizədə iddiaçının göstərilməsi bu Qaydaların tələblərinə uyğun gəlmədikdə; coğrafi göstərici kimi qeydiyyata alınmaq üçün verilən və (və ya) coğrafi göstəricidən istifadə hüququnun verilməsi üçün təqdim olunan iddia sənədində coğrafi göstəricini müəyyən edən nişanın (işarənin) olmaması; qeydiyyata alınmaq üçün və coğrafi göstəricidən istifadə hüququnun verilməsi barədə təqdim olunan iddia sənədlərində, o cümlədən artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququnun verilməsinə dair iddia sənədində əmtəələrin (xidmətlərin) göstərilməməsi; iddia sənədində coğrafi göstəricinin hüquqlarının göstərilməməsi; iddia sənədində əmtəələrin və ya xidmətlərin xüsusi əlamətlərinin təsvirinin göstərilməməsi. 3. Coğrafi göstəricinin ekspertizası 3.1. İddia olunan coğrafi göstəricinin ekspertizası baxılmaq üçün qəbul edilmiş iddia sənədi üzrə ilkin ekspertiza başa çatdıqdan sonra həyata keçirilir. Ekspertiza mərhələsində iddia olunan sənədlər barəsində aşağıdakılar yoxlanılır: yoxlanılması ilkin ekspertiza gedişində həyata keçirilən iddia sənədi materiallarından başqa, iddia sənədi materiallarının bu Qaydalarda nəzərdə tutulmuş və ona qoşulan sənədlərin məzmununa və tərtibinə görə qoyulan tələblərə uyğunluğu; iddiaçının göstərilən coğrafi obyektdə yerləşməsi və həmin coğrafi obyekt üçün səciyyəvi olan xüsusi xassəli əmtəə istehsal etməsi və ya xidmət göstərməsi barədə yerli icra hakimiyyəti orqanının rəyinin olması; əmtəənin xüsusi xassələrinin təsvirinin işarələnməsi üçün reyestrdə olan coğrafi göstəricidən istifadə hüququ verilməsi barədə qoyulan tələblərə uyğunluğu. 3.2. İddia olunan nişanın (işarənin) coğrafi göstəriciyə müəyyən olunmuş tələblərə uyğunluğu təyin edilərkən aşağıdakılar yoxlanılır: iddia olunan nişanın (işarənin), bu Qaydaların müddəaları nəzərə alınmaqla, coğrafi obyektin

rəsmi, müasir və ya tarixi adına uyğunluğu; adı coğrafi göstərici kimi iddia olunan coğrafi obyektin məhz iddia sənədində göstərilən yerdə olmasını təsdiq edən məlumatların olması; iddia sənədi verilən tarixə qədər coğrafi obyekt adının əmtəələrin və ya göstərilən xidmətlərin fərdiləşməsi üçün istifadə olunması və həmin coğrafi obyektin təbii şəraiti və (və ya) insani amillərlə şərtləndirilən xüsusi xassələrinə malik işarə kimi mövcudluğu; coğrafi obyektin adı əvvəllər əmtəənin fərdiləşdirilməsi üçün tətbiq edildiyi, lakin iddia sənədi verilən vaxtdan əmtəənin istehsal yerinin coğrafi göstəricisi olmaq və onun xüsusi xassələrini səciyyələndirmək qabiliyyətini itirdiyi halda, o, Azərbaycan Respublikasında müəyyən növ əmtəənin (növ anlayışı) hazırlanma yeri ilə bağlı olmayan işarəsi kimi ümumi istifadəyə daxil olmuş işarə sayılır; qeydiyyata almaq və coğrafi göstəricidən istifadə hüququnun verilməsi üçün və ya artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququ verilməsi tələb edilən ərizədə əmtəələrin və ya xidmətlərin, göstərilən coğrafi obyektin sərhədlərində olması; əmtəənin və ya xidmətin xüsusi xassələrinin təsvirinin olması və onların yerli icra hakimiyyəti orqanının rəyinə uyğunluğu. 3.3. Coğrafi göstəricinin qeydiyyatına və ondan istifadə hüququnun verilməsinə dair qərar. Artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququnun verilməsinə dair qərar 3.3.1. İddia olunan nişanın (işarənin) bu Qaydaların tələblərinə uyğunluğu müəyyən edilərkən, həmin nişanın (işarənin) reyestrdə qeydiyyatı omadıqda, coğrafi göstəricinin qeydiyyata alınması və ondan istifadə hüququnun verilməsinə dair qərar çıxarılır. 3.3.2. İddia olunan nişanın (işarənin) bu Qaydalara uyğunluğu müəyyən edilərkən, həmin nişanın (işarənin) reyestrdə qeydiyyatı olduğu halda artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququnun verilməsinə dair qərar çıxarılır. 3.3.3. Coğrafi göstəricinin qeydiyyata alınması və ondan istifadə hüququnun verilməsi barədə qərarda və artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququnun verilməsinə dair qərarda aşağıdakı məlumatlar göstərilir: barəsində istifadə hüququ verilən, coğrafi göstərici kimi qeydiyyata alınan nişan (işarə) və ya istifadə hüququ verilmiş, artıq coğrafi göstərici kimi qeydiyyata alınmış nişan (işarə); coğrafi göstəricidən istifadə hüququ verilən şəxs (şəxslər) barədə məlumatlar; şəhadətnamənin qüvvədə olma müddətinin başlanması tarixi sayılan, iddia sənədinin daxil olma tarixi; qeydiyyatdan keçirilən coğrafi göstərici və (və ya) coğrafi göstəricidən istifadə hüququ verilən əmtəənin xüsusi xassələrinin növü və təsviri. 3.4. Coğrafi göstəricinin qeydiyyata alınmasından və ondan istifadə hüququnun verilməsindən imtinaya dair qərar. Artıq qeydiyyata alınmış qərarın göstəricidən istifadə hüququnun verilməsindən imtinaya dair qərar 3.4.1. İddia olunan nişanın (işarənin) ekspertizası nəticəsində nişanın (işarənin) müəyyən olunmuş tələblərə uyğun olmadığı müəyyən edilərsə, həmin nişan (işarə) reyestrdə olmadıqda, coğrafi göstəricinin qeydiyyatından və ondan istifadə hüququnun verilməsindən imtinaya dair qərar çıxarılır. 3.4.2. İddia olunan nişanın (işarənin) ekspertizası nəticəsində nişanın (işarənin) müəyyən olunmuş tələblərə uyğun olmadığı müəyyən edilərsə, həmin nişan (işarə) reyestrdə olduğu halda, artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququnun verilməsindən imtinaya dair qərar çıxarılır. 3.4.3. Coğrafi göstəricinin qeydiyyata alınmasından və ondan istifadə hüququnun verilməsindən imtinaya dair qərarda və artıq qeydiyyata alınmış coğrafi göstəricidən istifadə hüququnun verilməsindən imtinaya dair qərarda bu Qaydalara əsaslanmış coğrafi göstəricinin qeydiyyata alınmasından və (və ya) ondan istifadə hüququ verilməsindən imtinanın səbəbləri göstərilir.

4. Əlavə materialların yoxlanılması 4.1. İddiaçı tərəfindən verilmiş əlavə materiallar ekspertizanın sorğusu ilə daxil olduqda, onların təqdim edilməsi üçün müəyyən olunmuş müddətə əməl edilməsi yoxlanılır. 4.2. İddiaçının təşəbbüsü və ya ekspertizanın sorğusu ilə təqdim edilmiş və baxılma üçün qəbul edilmiş əlavə materiallar daxil olduqda, onların iddia sənədini mahiyyətcə dəyişib­ dəyişmədiyi yoxlanılır. Əlavə materiallar aşağıdakıları əks etdirdikdə, o, iddia sənədini mahiyyətcə dəyişdirən sayılır: yerli icra hakimiyyəti orqanının rəyinə əsasən əmtəənin və ya xidmətin malik olmadığı xassələrə göstəriş; iddia olunan nişan (işarə) coğrafi göstəricinin nəzərdə tutulmuş olduğu əmtəənin özünün adını ehtiva edirsə. 4.3. Əlavə materiallar iddia sənədinin mahiyyətini dəyişdirən sayıldıqda, ekspertizanın qərarına qədər iddiaçıdan əlavə materiallara daxil edilmiş bu cür məlumatlara əsas verən sənəd tələb olunur. 5. İddia sənədi barəsində ekspertizanın qərarından şikayət verilməsi 5.1. İddiaçı iddia olunmuş coğrafi göstəricinin ilkin ekspertizası və ya ekspertizası nəticəsində qəbul olunmuş qərarla razılaşmadıqda, qərarı aldığı tarixdən 3 ay müddətində Apellyasiya Komissiyasına şikayət verə bilər. 5.2. Apellyasiya Komissiyası etiraza onun daxil olduğu tarixdən 2 ay ərzində baxır. 5.3. İddiaçının və ya patent müvəkkilinin Apellyasiya Komissiyasında iddiaya baxılmasında iştirak etmək və çıxarılmış qərarın materialları ilə tanış olmaq hüququ vardır. 5.4. İddiaçı Apellyasiya Komissiyasının qərarını aldığı tarixdən 3 ay ərzində həmin qərardan məhkəmə qaydasında şikayət verə bilər. 6. Ötürülən müddətin bərpası 6.1. Apellyasiya Komissiyasına etirazın verilmə müddəti iddiaçı tərəfindən ötürüldükdə, həmin müddət iddiaçının əsaslandırılmış vəsatətinə əsasən SMPDA tərəfindən 6 ay keçənədək bərpa edilə bilər. 6.2. Ötürülən müddətin bərpasına dair əsaslandırılmış vəsatətlə birgə ekspertizanın tələblərinə uyğun tərtib olunmuş zəruri sənədlər və ötürülmüş müddət üçün müəyyən edilmiş rüsumun ödənildiyini təsdiqləyən sənəd təqdim olunmalıdır. Həmin sənədlər təqdim edilmədikdə vəsatət verilməmiş sayılır. 7. Coğrafi göstəricinin qeydə alınması İddiaçı coğrafi göstəricinin qeydə alınması, ona dair məlumatın dərci və şəhadətnamənin verilməsi barədə bildiriş aldığı tarixdən 2 ay ərzində dövlət rüsumu ödəməlidir. Qeydə alınması haqqında qərar qəbul edildikdə iddiaçı dövlət rüsumu ödədikdən sonra əmtəə nişanları və ya coğrafi göstəricilər qeydə alınır, onlara dair məlumat dərc edilir və şəhadətnamə verilir.