«Əmtəə nişanları və coğrafi göstəricilər haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19
avqust tarixli 749 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəliFərmanını «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram: «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 499; 2002, № 1, maddə 14; 2003, № 10, maddə 571; 2006, № 9, maddə 743; 2009, № 4, maddə 226, № 12, maddə 984; 2012, № 7, maddə 680) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Đkinci abzasda «19-cu maddəsinin altıncı hissəsində» sözlərindən sonra «, 28-ci maddəsinin doqquzuncu hissəsində» sözləri əlavə edilsin.
2. Üçüncü abzasda «və 31-ci maddəsinin birinci hissəsində» sözləri «, 31-ci maddəsinin birinci hissəsində və 35-1-ci maddəsində» sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Đlham ƏLĐYEV
Bakı şəhəri, 27 iyun 2014-cü il
№ 201