À propos de la propriété intellectuelle Formation en propriété intellectuelle Respect de la propriété intellectuelle Sensibilisation à la propriété intellectuelle La propriété intellectuelle pour… Propriété intellectuelle et… Propriété intellectuelle et… Information relative aux brevets et à la technologie Information en matière de marques Information en matière de dessins et modèles industriels Information en matière d’indications géographiques Information en matière de protection des obtentions végétales (UPOV) Lois, traités et jugements dans le domaine de la propriété intellectuelle Ressources relatives à la propriété intellectuelle Rapports sur la propriété intellectuelle Protection des brevets Protection des marques Protection des dessins et modèles industriels Protection des indications géographiques Protection des obtentions végétales (UPOV) Règlement extrajudiciaire des litiges Solutions opérationnelles à l’intention des offices de propriété intellectuelle Paiement de services de propriété intellectuelle Décisions et négociations Coopération en matière de développement Appui à l’innovation Partenariats public-privé Outils et services en matière d’intelligence artificielle L’Organisation Travailler avec nous Responsabilité Brevets Marques Dessins et modèles industriels Indications géographiques Droit d’auteur Secrets d’affaires Académie de l’OMPI Ateliers et séminaires Application des droits de propriété intellectuelle WIPO ALERT Sensibilisation Journée mondiale de la propriété intellectuelle Magazine de l’OMPI Études de cas et exemples de réussite Actualités dans le domaine de la propriété intellectuelle Prix de l’OMPI Entreprises Universités Peuples autochtones Instances judiciaires Ressources génétiques, savoirs traditionnels et expressions culturelles traditionnelles Économie Égalité des genres Santé mondiale Changement climatique Politique en matière de concurrence Objectifs de développement durable Technologies de pointe Applications mobiles Sport Tourisme PATENTSCOPE Analyse de brevets Classification internationale des brevets Programme ARDI – Recherche pour l’innovation Programme ASPI – Information spécialisée en matière de brevets Base de données mondiale sur les marques Madrid Monitor Base de données Article 6ter Express Classification de Nice Classification de Vienne Base de données mondiale sur les dessins et modèles Bulletin des dessins et modèles internationaux Base de données Hague Express Classification de Locarno Base de données Lisbon Express Base de données mondiale sur les marques relative aux indications géographiques Base de données PLUTO sur les variétés végétales Base de données GENIE Traités administrés par l’OMPI WIPO Lex – lois, traités et jugements en matière de propriété intellectuelle Normes de l’OMPI Statistiques de propriété intellectuelle WIPO Pearl (Terminologie) Publications de l’OMPI Profils nationaux Centre de connaissances de l’OMPI Série de rapports de l’OMPI consacrés aux tendances technologiques Indice mondial de l’innovation Rapport sur la propriété intellectuelle dans le monde PCT – Le système international des brevets ePCT Budapest – Le système international de dépôt des micro-organismes Madrid – Le système international des marques eMadrid Article 6ter (armoiries, drapeaux, emblèmes nationaux) La Haye – Le système international des dessins et modèles industriels eHague Lisbonne – Le système d’enregistrement international des indications géographiques eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Médiation Arbitrage Procédure d’expertise Litiges relatifs aux noms de domaine Accès centralisé aux résultats de la recherche et de l’examen (WIPO CASE) Service d’accès numérique aux documents de priorité (DAS) WIPO Pay Compte courant auprès de l’OMPI Assemblées de l’OMPI Comités permanents Calendrier des réunions WIPO Webcast Documents officiels de l’OMPI Plan d’action de l’OMPI pour le développement Assistance technique Institutions de formation en matière de propriété intellectuelle Mesures d’appui concernant la COVID-19 Stratégies nationales de propriété intellectuelle Assistance en matière d’élaboration des politiques et de formulation de la législation Pôle de coopération Centres d’appui à la technologie et à l’innovation (CATI) Transfert de technologie Programme d’aide aux inventeurs WIPO GREEN Initiative PAT-INFORMED de l’OMPI Consortium pour des livres accessibles L’OMPI pour les créateurs WIPO Translate Speech-to-Text Assistant de classification États membres Observateurs Directeur général Activités par unité administrative Bureaux extérieurs Avis de vacance d’emploi Achats Résultats et budget Rapports financiers Audit et supervision
Arabic English Spanish French Russian Chinese
Lois Traités Jugements Parcourir par ressort juridique

Azerbaïdjan

AZ082

Retour

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Sənaye nümunələrinin beynəlxalq təsnifatının təsisi haqqında Lokarno Sazişinə qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu


Ümumdünya Əqli MülkiyyətTəşkilatının ʺSənaye nümunələrinin beynəlxalq təsnifatının təsisi haqqında Lokarno Sazişiʺnə qoşulmaq barəsində 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Ümumdünya Əqli MülkiyyətTəşkilatının 1968ci il 8 oktyabr tarixli ʺSənaye nümunələrinin beynəlxalq təsnifatının təsisi haqqında Lokarno Sazişiʺnə 

qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2003 il № 449IIQ

ÜMUMDÜNYA ƏQLİ MÜLKİYYƏTTƏŞKİLATI

Sənaye nümunələrinin beynəlxalq təsnifatının təsisi haqqında

LOKARNO SAZİŞİ 

1968ci il oktyabrın 8də Lokarnoda imzalanmışdır

Madd ə 1

Xüsusi ittifaqın yaradılması; Beynəlxalq təsnifatın qəbul olunması

(1)
Bu Sazişin tətbiq olunduğu ölkələr Xüsusi ittifaq yaradırlar.
(2)
Onlar sənaye nümunələrinin vahid təsnifatını qəbul edirlər (bundan sonra

Beynəlxalq təsnifat). (3). Beynəlxalq təsnifata daxildir:

(i) siniflərin və yarımsiniflərin siyahısı;

(ii)
siniflərvə yarımsiniflər göstərilməklə sənaye nümunələrini təcəssüm etdirən əmtəələrin əlifba siyahısı;
(iii) izah.
(4)
Siniflərvə yarımsiniflər, 3 maddəyə uyğun təsis olunan ekspertlər komitəsi (bundan sonra ekspertlər Komitəsi) tərəfindən verilə bilən düzəlişlərvə əlavələrnəzərə alınmaqla bu Sazişə qoşulan siyahıdan ibarətdir.
(5)
 Əmtəələrin əlifba siyahısı və izahlar, 3 maddədə əyyən edilən prosedura uyğun ekspertlər komitəsi tərəfindənqəbul olunur.
(6)
Beynəlxalq təsnifat, 3 maddədə əyyən edilən prosedura uyğun, ekspertlər komitəsi tərəfindəndəyişdirilə və ya ona əlavələr edilə bilər.
(7) (a) Beynəlxalq təsnifat ingilis və fransız dillərində işlənib hazırlanır.
(b)
Beynəlxalq təsnifatın rəsmi mətnləri, maraqlı hökumətlərlə məsləhətləşmələrdən sonra 5ci maddədə göstərilən Assambleyanın əyyən etdiyi başqa dillərdə, Ümumdünya Əqli MülkiyyətTəşkilatını (bundan sonra «Təşkilat») təsis edən Konvensiyada köstərilən əqli mülkiyyətin Beynəlxalq bürosu (bundan sonra «Beynəlxalq büro») tərəfindən hazırlanır.

Madd ə 2

Beynəlxalq təsnifatın tətbiqi və hüquqi əhəmiyyəti

(1)
Beynəlxalq təsnifat, bu Sazişdən irəli gələn öhdəliklərnəzərə alınmaqla sırf inzibati sənəd xarakteri daşıyır. Bununla belə,hər bir ölkə ona öz istədikləri kimi hüquqi əhəmiyyət verə bilər. Xüsusən, Beynəlxalq təsnifat Xüsusi ittifaq ölkələrində sənaye nümunələrinin hüquqi mühafizəsinin həcmi və görünüşü ilə bağlı onları əlaqələndirmir.
(2)
Xüsusi ittifaqın hər bir ölkəsi Beynəlxalq təsnifatdan əsas və ya əlavə sistem kimi istifadə etmək hüququnu özündə saxlayır.
(3)
Xüsusi ittifaq ölkəsinin idarələri, sənaye nümunələrinin depozitə qoyulması və ya qeydiyyata alınması barədə rəsmi sənədlərdə, əgər onlar dərc olunubsa nəşrdə,sənaye nümunələrini təcəssüm etdirən əmtəələrin aid edildiyi Beynəlxalq təsnifatın siniflərinin və ya yarımsiniflərinin nömrələrini göstərir.
(4)
Ekspertlər komitəsi, əmtəələrin əlifba sayahısına daxil edilməsi üçün adların seçilməsi zamanı, müstəsna hüququn predmeti ola bilən adlaran istifadə etməməyə səy göstərir. Bununla belə, əlifba sırasına istənilən terminin daxil edilməsi, bu terminin müstəsna hüququn predmeti olubolmaması barədə ekspertlər komitəsinin mövqeyi kimi yozula bilməz.

Madd ə 3

Ekspertlər komitəsi

(1)
Beynəlxalq büronun nəzdində üzərinə 1(4), 1(5) və 1(6) maddələrində göstərilən vəzifələr qoyulan ekspertlər komitəsi təsis edilir. Xüsusi ittifaqın hər bir ölkəsi Ekspertlər komitəsində təmsil olunur və bu komitənin fəaliyyəti təmsil olunan ölkələrin sadə səs çoxluğu ilə qəbul olunan prosedur qaydalarına uyğun əyyən edilir.
(2)
Ekspertlər komitəsi əlifba siyahısını və onun izahlarını Xüsusi ittifaq ölkələrinin sadə səs çoxluğu ilə qəbul edir.
(3)
Beynəlxalq təsnifata düzəlişlərin və ya əlavələrin edilməsi barədə təklifləri Xüsusi ittifaq istənilən ölkəsinin idarəsi və ya Beynəlxalq büro irəli sürə bilər. İdarənin irəli sürdüyü hər hansı təklif həmin idarə tərəfindən Beynəlxalq büroya göndərilir. İdarənin və Beynəlxalq büronun təklifləri, ekspertlər komitəsinin üzvlərinə,həmin məsələlərə görə çağrılan komitənin sessiyasına ən geci iki ay qalmış göndərilir.
(4)
Beynəlxalq Təsnifata düzəlişlərin və ya əlavələrin edilməsinə dair ekspertlər komitəsinin qərarları Xüsusi ittifaq ölkələrinin sadə səs çoxluğu ilə qəbul olunur. Bununla belə, əgərqərar yeni sinifin yaranması və ya əmtəələrin bir sinifdən digər sinifə keçirilməsi ilə bağlı olarsa, yekdillik tələb olunur.
(5) Hər bir ekspert yazışma yolu ilə səs vermək hüququna malikdir.
(6)
 Əgərhər hansı ölkə ekspertlər komitəsinin iclasına öz nümayəndəsini təyin etmirsə və ya təyin olunmuş ekspert iclas vaxtı və ya ekspertlər komitəsinin prosedur qaydalarına uyğun əyyən edilən müddət ərzində səs vermirsə, onda hesab edilir ki, həmin ölkə komitənin qərarını qəbul edir.

Madd ə 4

Bildiriş,təsnifatın dərci, ona düzəlişlərvə əlavələr

(1) Ekspertlər komitəsi tərəfindənqəbul olunan əmtəələrin əlifba siyahısı və izahlar, həmçinin Beynəlxalq təsnifata edilən istəniləndəyişikliklərvə əlavələr barədə ekspertlər komitəsinin qəbul etdiyi qərarlar, büro tərəfindən Xüsusi ittifaq ölkələrinin idarələrinə göndərilir. Ekspertlər komitəsinin qərarları bildirişin alındığı tarixdən qüvvəyə minir. Lakin bu qərarlar yeni sinifin yaradılması və ya əmtəələrin bir sinifdən digərinə keçirilməsi ilə bağlı olduqda isə həmin qərarlar bildirişin göndərildiyi tarixdən altı ay sonra qüvvəyə minir.

(2) Beynəlxalq təsnifatın depozitoru kimi Beynəlxalq büro qüvvəyə minəndəyişiklikləri və əlavələri Beynəlxalq təsnifata daxil edir. Bu cür dəyişikliklərvə əlavələr barədə məlumatlar, Assambleyanın əyyən etdiyi nəşrlərdə dərc olunur.

Madd ə 5

Xüsusi ittifaqın Assambleyası

(1) (a) Xüsusi ittifaq, Xüsusi ittifaq ölkələrindən ibarət Assambleyaya malikdir.

(b)
Xüsusi ittifaqın hər bir ölkəsinin hökuməti bir nümayəndə ilə təmsil olunur. Nümayəndənin müavinləri, şavirləri və ekspertləri ola bilər.
(c)
Hər bir nümayəndənin xərcini onu təyin edən hökumət ödəyir.
(2)
(a) Assambleya 3 maddənin müddəalarını nəzərə almaqla:
(i)
Xüsusi ittifaqın saxlanılması və inkişafı, bu Sazişin tətbiqi ilə bağlı bütün məsələlərə baxır;

(ii) yenidən baxılma üzrə konfransların təşkili ilə bağlı Beynəlxalq büroya göstərişlər verir;

(iii) Xüsusi ittifaqla bağlı Təşkilatın baş direktorunun (bundan sonra «Baş direktor») fəaliyyətinə görə hazırlanan hesabata baxır və onu təsdiq edir və Xüsusı ittifaqın səlahiyyətinə dair məsələlərlə əlaqədar ona lazımi təlimatları verir;

(iv)
proqramları əyyən edir, Xüsusi ittifaqın üç illik büdcəsini qəbul edir və onun maliyyə hesabatını təsdiq edir;
(v) Xüsusi ittifaqın maliyyə reqlamentini təsdiq edir;
(vi)
ingilis və fransız dillərindən başqa Beynəlxalq təsnifatın rəsmi mətnlərinin digər dillərdə hazırlanması məsələsini həll edir;

(vii) 3 maddəyə uyğun yaradılan ekspertlər komitəsi ilə yanaşı, Xüsusi ittifaqın məqsədlərini həyata keçirmək üçün zəruri sayılan başqa ekspertlər komitəsini və işçi qrupları yaradır;

(viii) Xüsusi ittifaqa üzv olmayan ölkələrdən, hökumətlərarası və Beynəlxalq qeyrihökuməttəşkilatlarından hansıların onun iclaslarına şahidəçi kimi dəvət olunmasını əyyən edir;

(ix) 5—8ci maddələrə düzəlişlərqəbul edir;

(x)
Xüsusi ittifaqın məqsədlərinin həyata keçirilməsi istiqamətində ona digərzəruri köməklikləri göstərir;
(xi) bu Sazişdən irəli gələn digər funksiyaları yerinə yetirir;
(b)
Təşkilat tərəfindənrəhbərliyin həyata keçirildiyi başqa ittifaqlar üçün maraq kəsb edən məsələlər üzrə Assambleya, Təşkilatın koordinasiya komitəsinin fikrini dinləyərəkqərar qəbul edir.
(3)
(a) Assambleyaya üzv olan hər ölkə bir səsə malikdir.
(b)
Assambleyaya üzv olan ölkələrin yarısı yetərsay təşkil edir.
(c)
(b) yarımbəndinin müddəalarına baxmayaraq, hər hansı sessiyada təmsil olunan ölkələr yarıdan az, lakin Assambleyaya üzv olan ölkələrin üçdə birinə bərabərvə ya ondan artıq olarsa, Assambleya qərarlar qəbul edə bilər, lakin Assambleyanın bu cür qərarları, onun özünə məxsus prosedur qaydalarına aid qərarları istisna olmaqla, yalnız aşağıdakı şərtlər daxilində qüvvəyə minir. Beynəlxalq büro Assambleyanın işində iştirak etməyən, Assambleyaya üzv olan ölkələrə həmin qərararı göndərir və qərarların göndərilmə tarixindən üç ay ərzində onun lehinə, əleyhinə səs verməsi və ya bitərəf qalmasına dair yazılı bildiriş göndərməyi onlardan xahiş edir. Verilən müddət ötdükdən sonra səsvermədə iştirak edənvə ya bitərəf qaldıqlarını
bildirən ölkələrin sayı sessiyanın işində yetərsay  şərtini ödəyirsə, bu cür qərarlar eyni zamanda zəruri çoxluq şərtini saxlamaqla qüvvəyə minir.
(d)
Assambleya 8(2) maddəsinin müddəalarını nəzərə alamaqla, verilənsəslərin üçdə iki artığı ilə öz qərarını qəbul edir.
(e)
səsvermədə bitərəf qalanların səsləri nəzərə alınmır.
(f)
Nümayəndə yalnız bir dövləti təmsil edə bilərvə onun adından səs verə bilər.
(4)
(a) Assambleya, baş direktorun çağırışına uyğun üç ildə bir dəfə növbəti sessiyaya, istisna hallardan başqa, Təşkilatın baş Assambleyasının yerləşdiyi yerdə və eyni vaxtda yığışır.
(b)
Assambleya, Assambleyaya üzv olan ölkələrin dörddə birinin tələbinə görə baş direktor tərəfindən çağrılan fövqəladə sessiyaya yığışır.
(c)
Hər sessiyanın gündəliyi baş direktor tərəfindən hazırlanır.
(5)
Assambleya özünün prosedur qaydalarını qəbul edir.

Madd ə 6

Beynəlxalq büro

(1) (a) Xüsusi ittifaqın inzibati vəzifələrini Beynəlxalq büro həyata keçirir.

(b)
Beynəlxalq büro xüsusən iclasları təşkil edir və Assambleyanın, ekspertlər komitəsinin və Assambleya və ekspertlər komitəsi tərəfindən yaradılan bu cür başqa ekspertlər komitəsinin və işçi qrupların katiblik funksiyalarını yerinə yetirir.
(c) Baş direktor Xüsusi ittifaqın yüksəkvəzifəli şəxsidir və Xüsusi ittifaqı təmsil edir.
(2)
Baş direktor və onun təyin etdiyi istənilən heyət üzvü Assambleyanın, ekspertlər komitəsinin və Assambleya və ekspertlər komitəsi tərəfindən yaradılan bu cür başqa komitələrin və işçi qrupların bütün iclaslarında səsvermə hüququna malik olmadan iştirak edirlər. Baş direktor və onun təyin etdiyi istənilən heyyət üzvü bu təşkilatların ex officio katibləridir.
(3)
(a) Beynəlxalq büro Assambleyanın göstərişinə uyğun olaraq, 5—8ci maddələr istisna olmaqla bu Sazişin qaydalarına yenidən baxılma üzrə konfransları təşkil edir.
(b)
Beynəlxalq büro yenidən baxılma üzrə konfransların təşkili məsələləri ilə əlaqədar hökumətlərarası və Beynəlxalq qeyrihökuməttəşkilatları ilə məsləhətləşmələr apara bilər.
(c)
Baş direktor və onun təyin etdiyi şəxs yenidən baxılma üzrə konfransların işində səsvermə hüququna malik olmur.

(4) Beynəlxalq büro onun qarşısında qoyulan istənilən tapşırıqları yerinə yetirir.

Madd ə 9

Maliyyə 

(1) (a) Xüsusi ittifaq büdcəyə malikdir.

(b)
Xüsusi ittifaqın büdcəsi, Xüsusi ittifaqa daxilolmalardan və xərclərdən. onun ittifaqlar üçün ümumi olan büdcə xərclərinə üzvlük haqqından, həmçinin müvafiq hallarda, Təşkilatın konfransı tərəfindən büdcəyə ayırmalardan ibarətdir.
(c)
ittifaqlar üçün ümumi olan xərclər yalnız Xüsusi ittifaqa aid xərclər yox, eyni zamanda Təşkilatın rəhbərlik etdiyi bir və ya bir neçə başqa ittifaqlara aid olan büdcə xərcləri hesab edilir. Xüsusi ittifaqın bu ümumi xərclərdəki payı, onun bu xərclərdəki maraqlarına uyğundur.
(2)
Xüsusi ittifaqın büdcəsi, Təşkilatın rəhbərlik etdiyi başqa ittifaqların büdcələrinin koordinasiyası tələbi nəzərə alınmaqla qəbul olunur.
(3)
Xüsusi ittifaqın büdcəsi aşağıdakı mənbələrdən maliyyələşir:
(i)
Xüsusi ittifaq ölkələrinin üzvlük haqqlarından;
(ii)
Xüsusi ittifaqa aid olan və Beynəlxalq büro tərəfindən göstərilən xidmətlər üçün yığım və ödənişlərdən;

(iii) Xüsusi ittifaqa aid nəşrlərin Beynəlxalq büro tərəfindən satılmasına və bu cür nəşrlərlə bağlı hüquqların verilməsinə görə daxilolmalardan;

(iv)
ianələrdən, vəsiyyət olunmuş vəsaitlərdənvə subsidiyalardan;
(v)
rentadan, faizlərdənvə başqa gəlirlərdən.
(4)
(a) Xüsusi ittifaq ölkələrinin hər biri üçün (3)(i) bəndində göstərilən üzvlük haqqı əyyən edilərkən, o,sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasında həmin ölkələr üçün əyyənləşdirilən siniflərə uyğunlaşdırılır və ölkələr Paris konvensiyasında həmin siniflərə görə əyyən edilənməbləğdə illik üzvlük haqqı ödəyirlər.
(b)
Xüsusi ittifaq ölkələrindənhər birinin illik üzvlük haqqı, bütün ölkələrtərəfindən Xüsusi ittifaqın büdcəsinin ödənilən üzvlük haqqının ümumi məbləğinə aid olmaqla onun məbləğ vahidi, ölkənin ödədiyi bütün üzvlük haqlarının ümumi məbləğ vahidinə bərabərdir.
(c) üzvlük haqqı hər il yanvarın birindən başlayaraq ödənilir.
(d)
üzvlük haqqının ödənilməsi ilə bağlı borcu olan ölkə Xüsusi ittifaqın istənilən orqanında səsvermə hüququndan məhrum olur, o  şərtlə ki, onun borcu ötən iki il üçün əyyən olunan üzvlük haqqının məbləğinə bərabərvə ya ondan artıq olsun. Lakin Xüsusi ittifaqın istənilən orqanı bu cür ölkəyə səsvermə hüququndan istifadə etməyə icazə verə bilər, o halda ki, ödənişin aparılmamasının səbəbinin istisna və qarşısıalınmaz hal nəticəsində yarandığına əmin olsun.
(e)
Büdcə yeni maliyyə ilinin əvvəlinə qəbul olunmadığı halda, maliyyə reqlamentində nəzərdə tutulan qaydaya uyğun olaraq, büdcə ötən ilin səviyyəsində qüvvədə olur.
(5)
Xüsusi ittifaqın adından Beynəlxalq büronun göstərdiyi xidmətlərə görə yığım və ödənişlərin həcmi baş direktor tərəfindən əyyən edilir və o, bu barədə Assambleyada məruzə edir.
(6)
(a) Xüsusi ittifaq dövriyyə vəsaitləri fonduna malik olur. Bu fond Xüsusi ittifaqın hər bir ölkəsi tərəfindən birdəfəlik ödənilənvəsaitlər hesabına yaranır. Əgər dövriyyə vəsaitləri fondu az olarsa, onda Assambleya onun artırılması məsələsini həll edir.
(b)
Göstərilən fonda hər bir ölkənin ödədiyi ilkin ödənişin həcmi və ya fondun artırılması ilə əlaqədar onun payı, fondun yarandığıvə ya onun artırılması barədə qərarın qəbul edildiyi ildə,həmin ölkənin ödədiyi üzvlük haqqı ilə mütənasibdir.
(c)
Bu nisbətvə ödəmə şərtləri, Təşkilatın koordinasiya komitəsinin fikri dinlənildikdən sonra baş direktorun hazırladığıtəklifə uyğun Assambleya tərəfindən əyyən edilir.
(7)
(a) Ərazisində Təşkilatın iqamətgahının yerləşdiyi ölkə ilə iqamətgah haqqında bağlanan Sazişdə nəzərdə tutulur ki, əgər dövriyyə vəsaitləri fondu az olarsa, onda həmin ölkə avans qoyur. Avansın məbləğivə verilmə şərtləri bu ölkə ilə Təşkilat arasında hər bir ayrıca hal üçün bağlanan xüsusi Sazişin predmetidir.
(b)
 İstər (a) yarımbəndində göstərilən ölkə və istərsə də Təşkilat yazılı bildiriş verməklə avansların verilməsi ilə əlaqədar öhdəlikləri denonsasiya edə bilər. Denonsasiya barədə qərar, bildirişin verildiyi il başa çatdıqdan üç il sonra qüvvəyə minir.
(8)
Maliyyə təftişi maliyyə reqlamenti qaydalarına uyğun, Xüsusi ittifaqın bir və ya bir neçə ölkəsi, yaxud da onların razılığı ilə Assambleya tərəfindəntəyin edilənkənar müfəttişlər tərəfindənhəyata keçirilir.

Madd ə 8

5—8ci maddələrə düzəlişlər

(1)
5—7ci maddələrə və bu maddəyə düzəlişlərin daxil edilməsinə dair təkliflər Xüsusi ittifaqın istənilən ölkəsi və ya baş direktor tərəfindən verilə bilər. Baş direktor tərəfindən bu cür təkliflər, Assambleyada onların baxılmasına ən azı altı ay qalmış Xüsusi ittifaq ölkələrinə göndərilir.
(2)
(1) bəndində nəzərdə tutulan maddələrə verilən düzəlişlər Assambleyada səslərin dörddə üç artığı ilə qəbul olunur; lakin 5ci maddəyə və bu bəndə verilən düzəlişlər isə səslərin beşdə dörd artığı ilə qəbul olunur.
(3)
(1) bəndində nəzərdə tutulan maddələrə istənilən düzəliş,həmin vaxt Xüsusi ittifaqa üzv olan hər bir ölkənin konstitusiya prosedurlarına uyğun həyata keçirilərəkqəbul olunan və bu ölkələrin dörddə üçünün onun qəbul olunması barədə yazılı bildirişini baş direktor aldığı tarixdən bir ay sonra qüvvəyə minir. Bu yolla göstərilən maddədə qəbul olunan istənilən düzəliş, düzəlişin qüvvəyə mindiyi vaxtda Assambleyaya üzv olan və ya həmin düzəlişin qəbul olunduğu tarixdən sonra ona üzv olan ölkələrtərəfindənzəruri öhdəlik kimi qəbul olunmalıdır; lakin Xüsusi ittifaqın maliyyə öhdəliyini artıran istənilən düzəliş yalnız o ölkələrə şamil edilir ki, həmin ölkə onu qəbul etməsi barədə yazılı bildiriş verir.

Madd ə 9

Ratifikasiya olunma və qoşulma; qüvvəyə minmə 

(1)
sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının iştirakçısı olan və bu Sazişi imzalayan istənilən ölkə onu ratifikasiya edə bilər, Sazişi imzalamayan ölkə isə ona qoşula bilər.
(2) Ratifikasiya bəyannaməsi və ya qoşulma aktı saxlanılmaq üçün baş direktora verilir.
(3)
(a) Bu Saziş, ratifikasiya bəyannaməsini və ya qoşulma aktını saxlanılmaq üçün verən ilk beş ölkədən, beşinci ölkənin ratifikasiya bəyannaməsi və ya qoşulma aktı saxlanılmaq üçün daxil olduğu tarixdən üç ay sonra qüvvəyə minir.
(b)
Bu Saziş istənilən başqa ölkələr üçün, Sazişi ratifikasiya edənvə ya ona qoşulan ölkələr barədə baş direktorun yaydığı bildiriş tarixindən üç ay sonra, əgərhəmin ölkə ratifikasiya bəyannaməsində və qoşulma aktında daha gec tarix göstərilməyibsə qüvvəyə minir. Axırıncı halla bağlı bu Saziş ölkənin göstərdiyi tarixdən qüvvəyə minir.
(2)
Ratifikasiya etmə və ya qoşulma avtomatik olaraq bu Sazişdən irəli gələn bütün müddəaların tanınmasına və bütün üstünlüklərin alınmasına səbəb olur.

Madd ə 10

Sazişin qüvvəsi və qüvvədə olma müddəti

Bu Sazişin qüvvəsi və qüvvədə olma müddəti, sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyası ilə eynidir.

Madd ə 11

1—4 və 9—15ci maddələrə yenidən baxılma

(1)
Bu Sazişin 1—4 və 9—15ci maddələri yaxşılaşma istiqamətində düzəlişlərə məruz qala bilər.
(2)
Hər yenidən baxılma Xüsusi ittifaq ölkələrinin nümayəndələrinin iştirak etdiyi konfranslarda həyata keçirilir.

Madd ə 12

Denonsasiya

(1)
 İstənilən ölkə baş direktora bildiriş göndərməklə bu Sazişi denonsasiya edə bilər. Sazişin denonsasiya olunması yalnız onu bildirən ölkəyə şamil edilir, Xüsusi ittifaqın başqa ölkələrinə görə Saziş öz qüvvəsini saxlayır və yerinə yetirilməlidir.
(2) Denonsasiya, baş direktorun bildiriş aldığı gündən bir il sonra qüvvəyə minir.
(3)
Bu maddədə göstərilən denonsasiya hüququndan, Xüsusi ittifaqa üzv olan ölkə, üzv olma tarixindən etibarən beş il müddət ötməyənə kimi istifadə edə bilməz.

Madd ə 13

Ərazi

Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris konvensiyasının 24 maddəsinin müddəaları bu Sazişə tətbiq olunur.

Madd ə 14

İmzalanma, dillər, bildiriş 

(1)
(a) Bu Saziş ingilis və fransız dillərində bir nüsxədə imzalanır və hər iki mətn tamamilə eyni qüvvəyə malikdir. Saziş saxlanılmaq üçün İsveçrə hökumətinə verilir.
(b) Bu Saziş Berndə 30 iyun 1969cu il tarixə kimi imzalanmaq üçün ıqdır.
(2)
rəsmi mətn, Baş direktor tərəfindən maraqlı hökumətlərlə məsləhətləşmələr aparıldıqdan sonra Assambleyanın əyyən etdiyi başqa dillərdə tərtib edilir.
(3)
Baş direktor imzalanmış Sazişin mətninin İsveçrə hökuməti tərəfindəntəsdiqlənmiş iki ədəd surətini onu imzalayan bütün ölkələrin hökumətlərinə və sorğu əsasında isə başqa ölkələrin hökumətlərinə göndərir.
(4) Baş direktor bu Sazişi birləşmiş MillətlərTəşkilatının katibliyində qeydiyyatdan keçirir.
(5)
Baş direktor Xüsusi ittifaq ölkələrinin hökumətlərinə bu Sazişin qüvvəyə mindiyi tarix, onun imzalanması, ratifikasiya bəyannaməsinin və qoşulma aktının saxlanılmaq üçün verilməsi, bu Sazişə düzəlişlərin qəbul edilməsi, həmin düzəlişlərin qüvvəyə minmə tarixləri və etibarsız sayılma ilə bağlı verilən bildirişlər barədə məlumatlar göndərir.

Madd ə 15

Keçid müddəaları

Birinci baş direktor vəzifəsinə başlayana kimi, Təşkilatın Beynəlxalq bürosuna görə bu Sazişə və ya baş direktora edilən istinadlar, əqli mülkiyyətin mühafizəsi üzrə birləşmiş Beynəlxalq büroya və ya müvafiq şəkildə onların direktorlarına olunan istinad kimi hesab edilir.