À propos de la propriété intellectuelle Formation en propriété intellectuelle Respect de la propriété intellectuelle Sensibilisation à la propriété intellectuelle La propriété intellectuelle pour… Propriété intellectuelle et… Propriété intellectuelle et… Information relative aux brevets et à la technologie Information en matière de marques Information en matière de dessins et modèles industriels Information en matière d’indications géographiques Information en matière de protection des obtentions végétales (UPOV) Lois, traités et jugements dans le domaine de la propriété intellectuelle Ressources relatives à la propriété intellectuelle Rapports sur la propriété intellectuelle Protection des brevets Protection des marques Protection des dessins et modèles industriels Protection des indications géographiques Protection des obtentions végétales (UPOV) Règlement extrajudiciaire des litiges Solutions opérationnelles à l’intention des offices de propriété intellectuelle Paiement de services de propriété intellectuelle Décisions et négociations Coopération en matière de développement Appui à l’innovation Partenariats public-privé Outils et services en matière d’intelligence artificielle L’Organisation Travailler avec nous Responsabilité Brevets Marques Dessins et modèles industriels Indications géographiques Droit d’auteur Secrets d’affaires Académie de l’OMPI Ateliers et séminaires Application des droits de propriété intellectuelle WIPO ALERT Sensibilisation Journée mondiale de la propriété intellectuelle Magazine de l’OMPI Études de cas et exemples de réussite Actualités dans le domaine de la propriété intellectuelle Prix de l’OMPI Entreprises Universités Peuples autochtones Instances judiciaires Ressources génétiques, savoirs traditionnels et expressions culturelles traditionnelles Économie Égalité des genres Santé mondiale Changement climatique Politique en matière de concurrence Objectifs de développement durable Technologies de pointe Applications mobiles Sport Tourisme PATENTSCOPE Analyse de brevets Classification internationale des brevets Programme ARDI – Recherche pour l’innovation Programme ASPI – Information spécialisée en matière de brevets Base de données mondiale sur les marques Madrid Monitor Base de données Article 6ter Express Classification de Nice Classification de Vienne Base de données mondiale sur les dessins et modèles Bulletin des dessins et modèles internationaux Base de données Hague Express Classification de Locarno Base de données Lisbon Express Base de données mondiale sur les marques relative aux indications géographiques Base de données PLUTO sur les variétés végétales Base de données GENIE Traités administrés par l’OMPI WIPO Lex – lois, traités et jugements en matière de propriété intellectuelle Normes de l’OMPI Statistiques de propriété intellectuelle WIPO Pearl (Terminologie) Publications de l’OMPI Profils nationaux Centre de connaissances de l’OMPI Série de rapports de l’OMPI consacrés aux tendances technologiques Indice mondial de l’innovation Rapport sur la propriété intellectuelle dans le monde PCT – Le système international des brevets ePCT Budapest – Le système international de dépôt des micro-organismes Madrid – Le système international des marques eMadrid Article 6ter (armoiries, drapeaux, emblèmes nationaux) La Haye – Le système international des dessins et modèles industriels eHague Lisbonne – Le système d’enregistrement international des indications géographiques eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Médiation Arbitrage Procédure d’expertise Litiges relatifs aux noms de domaine Accès centralisé aux résultats de la recherche et de l’examen (WIPO CASE) Service d’accès numérique aux documents de priorité (DAS) WIPO Pay Compte courant auprès de l’OMPI Assemblées de l’OMPI Comités permanents Calendrier des réunions Documents officiels de l’OMPI Plan d’action de l’OMPI pour le développement Assistance technique Institutions de formation en matière de propriété intellectuelle Mesures d’appui concernant la COVID-19 Stratégies nationales de propriété intellectuelle Assistance en matière d’élaboration des politiques et de formulation de la législation Pôle de coopération Centres d’appui à la technologie et à l’innovation (CATI) Transfert de technologie Programme d’aide aux inventeurs WIPO GREEN Initiative PAT-INFORMED de l’OMPI Consortium pour des livres accessibles L’OMPI pour les créateurs WIPO ALERT WIPO Translate Speech-to-Text Assistant de classification États membres Observateurs Directeur général Activités par unité administrative Bureaux extérieurs Avis de vacance d’emploi Achats Résultats et budget Rapports financiers Audit et supervision
Arabic English Spanish French Russian Chinese
Lois Traités Jugements Parcourir par ressort juridique

Azerbaïdjan

AZ090

Retour

Azərbaycan Respublikası və İsrail Dövləti arasında 2009-cu il iyunun 28-də Bakı şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası və İsrail Dövləti arasında 2009cu il iyunun 28də Bakı şəhərində imzalanmış sənədlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI

1. Azərbaycan Respublikası və İsrail Dövləti arasında 2009cu il iyunun 28də Bakı şəhərində imzalanmış aşağıdakı sənədlərtəsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş;

  1. Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.11.2ci bəndlərində göstərilənsənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
  3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.11.2ci bəndlərində göstərilənsənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İsrail Dövləti Hökumətini xəbərdar etsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 iyul 2009cu il.

№ 410

İsrail Dövləti Hökuməti

arasında

mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti (bundan sonra ʺTərəflərʺ adlandırılacaq),

İki ölkə arasında mövcud dostluq münasibətlərini inkişaf etdirməkvə möhkəmləndirmək niyyətini rəhbər tutaraq,

Mədəniyyətvə təhsil sahəsində əməkdaşlığıtəşviq etmək niyyəti ilə,

Aşağıdakılar barədə razılığagəldilər:

Maddə 1

Tərəflərtəhsil, mədəniyyət, elm və idman sahəsində əməkdaşlığın, habelə hər iki ölkənin gəncləri arasında əlaqələrin inkişafını təşviq edəcəklər.

Təhsil və elm

Maddə 2

Tərəflərtəhsil sahəsində əməkdaşlığı asanlaşdırır, təşviq edir, dəstəkləyir və inkişaf etdirirlərvə bu məqsədlə aşağıdakıları edirlər:

  1. Hər iki ölkənin təhsil və peşə əssisələri və institutları arasında əlaqələri və əməkdaşlığı asanlaşdırır, təşviq edir və genişləndirirlər.
  2. Tərəflərdən birinin təklif etdiyi müvafiq təhsil, elmi və peşə təhsili səfərlərində və təlim kurslarında iştirakı dəstəkləyirlər.

Maddə 3

Tərəfləraşağıdakılar arasında əlaqə, əməkdaşlıq və səfər mübadiləsini genişləndirməyə çalışırlar:

  1. Universitet və institut müəllimləri, alimləri, tədqiqatçıları və rəhbər heyət;
  2. Orta məktəb əllimləri, əllim köməkçiləri və direktorlar;

3. İbtidai məktəb əllimləri, əllim köməkçiləri və direktorlar;

4. Məktəbəqədər əssisələrin (uşaq bağçası) əllimləri, köməkçilərvə direktorlar;

  1. Yaşlılar üçün nəzərdə tutulan əssisələrdəki əllimlər;
  2. Ölkənin təhsil sistemi ilə əlaqəsi olan müvafiq orqanların rəsmiləri;
  3. Aspirantlar və alimlər.

Maddə 4

Tərəflər, mümkün olduqda, digərTərəfin təhsillə bağlı ev sahibliyi etdiyi konqreslər, konfranslar, seminarlar və simpoziumlarda öz nümayəndələrinin iştirakını təşviq edəcəklər.

Maddə 5

Tərəflər ölkələrinin tədris planları, pedaqoji və metodoloji ədəbiyyat və təhsil sistemləri ilə bağlı digər materialların mübadiləsini təşviq edəcəklər.

Maddə 6

Tərəflər ümumi maraq kəsb edənməsələlərlə, xüsusilə aşağıdakılarla bağlı məlumat mübadiləsi edirlər:

    1. İbtidai və orta məktəb şəhadətnamələrinin, eləcə də elmi dərəcələrin, texniki peşə məktəbləri və universitet diplomlarının müqayisə və bərabərlik imkanı ilə bağlı məlumat;
    2. 2. Təhsildə istifadə olunan informasiya və kommunikasiya texnologiyaları;
  1. Təhsildə xüsusilə yoxsul uşaqlara yardım üçün nəzərdə tutulmuş proqramlar vasitəsilə sosial inteqrasiya haqqında məlumat.

Maddə 7

Tərəflər Azərbaycan və ivrit dillərinin tədrisi də daxil olmaqla Azərbaycanşünaslığın İsraildə, İsrailşünaslığın isə Azərbaycanda inkişafını təşviq edirlər.

Maddə 8

Tərəflərsəlahiyyətli orqanları vasitəsilə qarşılıqlı şəkildə məktəbdərsliklərini, xüsusilə digər ölkənin tarixi ilə bağlı kitablardan parçaları yoxlamağasəy göstərəcəkvə lazım olduqda bu dərsliklərə düzəlişlər edəcəklər.

Maddə 9

Ölkələrin mədəniyyəti haqqında biliyin qarşılıqlı şəkildə genişləndirilməsi məqsədilə, Tərəfləraşağıdakı sahələrdə qarşılıqlı maraq doğuran mədəni fəaliyyətləri həyata keçirmək işində əməkdaşlıq etmək üçün səlahiyyətli orqanları və əssisələrini təşviq edirlər:

1.Təsviri incəsənət, musiqi, rəqs, dram və ədəbiyyat sahəsində məlumat mübadiləsi;

  1. Mühazirəçi, sərgi, tamaşavə filmlərin mübadiləsi;
  2. Aktyorlar və teatr truppalarının mübadiləsi;
  1. Yazıçıların, tərcüməçilərin, qrafik dizaynerlərin, memarların, bəstəkarların, musiqiçilərin, teatr və kino aktyorlarının peşəkar birlikləri arasında əlaqələr;
  2. İncəsənətməktəbləri, milli muzeylərvə kitabxanalar, tətbiqi incəsənət institutları və digərmədəniyyət əssisələri arasında əməkdaşlıq;
  3. Bir Tərəfin nümayəndələrinin digərTərəfin ev sahibliyi etdiyi beynəlxalq konfrans, beynəlxalq festival, müsabiqə, müxtəlif sahələr üzrə mədəni tədbirlərdə iştirakı;
  4. Arxeoloji abidələrin, artefaktların, arxiv materiallarının qorunması və qeyrimaddi mədəni artefaktların mühafizəsi sahəsində Tərəflərin əssisələri və müvafiq ekspertləri arasında əməkdaşlığın təşviqi;
  5. Tarixi abidələrin, mədəni irsin və milli kolleksiyaların qorunması sahəsində ekspertlərin mübadiləsi;
  6. Tərəflərin nümayəndələrinin dövlət arxivi, milli və universitet kitabxanaları və digər milli mədəni əssisələrdən istifadə etməsinin asanlaşdırılması.

Radio, televiziya və kino

Maddə 10

Tərəfləraşağıdakılar da daxil olmaqla kütləvi informasiya vasitələri arasında əməkdaşlığıtəşviq edirlər:

1. Hər iki ölkənin informasiya agentlikləri, mətbuat təşkilatları, radio və televiziya əssisələri arasında əməkdaşlığın təşviqi;

  1. Mətbuat materialları və orijinal radio və televiziya proqramlarının mübadiləsi;
  2. Tərəflərin kino istehsalıəssisələri arasında əməkdaşlığın təşviqi.

İdman

Maddə 11

Tərəflər, xüsusilə aşağıdakılar vasitəsilə idman sahəsində əməkdaşlığıtəşviq və inkişaf etdirirlər:

  1. Bir Tərəfin nümayəndəsinin digərTərəfin ev sahibliyi etdiyi beynəlxalq idman tədbirlərində, müsabiqələrdə və iclaslarda iştirakı;
  2. Hər iki ölkənin idman assosiasiyaları və əssisələri arasında əməkdaşlığın təşviq edilməsi.

Gənclər

Maddə 12

Tərəflərgənclərtəşkilatı, gənclərin fəaliyyəti ilə məşğul olan dövlət orqanları və əssisələr arasında birbaşa əlaqələr əsasında hər iki ölkənin gəncləri arasında əməkdaşlığı təşviq edirlər.

Maddə 13

Tərəflərmədəniyyət, təhsil və elm sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların işində iştirak çərçivəsində əməkdaşlıq edə bilərlər.

Maddə 14

  1. Bu Sazişin icrası məqsədilə Azərbaycan‐İsrail Birgə Komitəsi yaradılacaq. Birgə Komitə Əməkdaşlıq Proqramları məsələləri, habelə maliyyə məsələlərini ətraflı müzakirə etmək üçün hər üç ildə bir dəfə və ya zəruri hallarda növbə ilə öz ölkələrinin paytaxt şəhərlərində plenar iclas keçirirlər.
  2. Birgə Komitə tərəfindən hazırlanmış Əməkdaşlıq Proqramının icrası Tərəflər arasında diplomatik kanallar vasitəsilə təşkil olunur.

Maddə 15

  1. Tərəflər Sazişin müddəalarını və məqsədlərini, bununla bağlı mübadilə və əməkdaşlığıhəyata keçirmək üçün əlverişli şəraitin yaradılmasına çalışırlar.
  2. Bu Sazişə müvafiq olaraq görülən bütün fəaliyyətlərTərəflərin qanunlarına və qaydalarına müvafiq olaraq icra edilir.
  3. Bu Sazişə müvafiq olaraq görülən bütün fəaliyyətlər maliyyə vəsaitlərindən asılı olacaq.

Maddə 16

  1. Tərəflər bu Saziş əsasında əldə olunan bütün materialların əlliflik hüququ və digər əlaqəli hüquqlar da daxil olmaqla əqli mülkiyyət hüququnun qorunması üçün ölkənin qanun və qaydalarına uyğun olaraq bütün müvafiq hüquqi vasitələri təmin edirlər.
  2. Birgə fəaliyyətnəticəsində əldə olunan və ya yaradılan əqli mülkiyyət hüququ birgə fəaliyyətə başlamazdan əvvəl ayrıayrı müqavilələrlə əyyən olunmuş və qarşılıqlı şəkildə razılaşdırılmış şərtlərlə əyyənləşdirilir.

Maddə 17

Tərəflərdən heç biri bu Sazişə müvafiq olaraq digərinin yazılı razılığını almadan əldə edilmiş kommersiya baxımından dəyərli olan məxfi məlumatı üçüncü Tərəfə ötürə bilməz.

Maddə 18

Hazırkı Sazişin təfsiri və ya icrası ilə bağlı yaranan hər hansı mübahisə Tərəflər arasında diplomatik kanallar vasitəsilə dostcasına həll olunur.

Maddə 19

Bu Saziş Tərəflərin qarşılıqlı razılığı əsasında dəyişdirilə bilər. İstəniləndəyişiklik yazılı formada olur və 21ci maddədə göstərildiyi kimi qüvvəyə minmə prosedurlarına uyğun olaraq qüvvəyə minir.

Maddə 20

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Maddə 21

Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə on azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digərTərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılacaqdır.

Bu Saziş Bakı şəhərində ʺ28ʺ iyun 2009cu il tarixində, müvafiq olaraq 6 Temuz 5769cu il tarixində Azərbaycan, ivrit və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlərbərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığıtəqdirdə, ingilis dilində olan mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikası İsrail Dövləti Hökuməti adından Hökuməti adından

Azərbaycan Respublikası Hökuməti
və
İsrail Dövləti Hökuməti
arasında
informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Saziş

Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti (bundan sonra ʺTərəflərʺ adlandırılan),

Hər iki ölkənin sosial və iqtisadi inkişafı çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkvə möhkəmləndirməyi arzu edərək,

Hər bir müvafiq ölkədə ictimaiyyət üçün səmərəli və dayanıqlı xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar eyni məqsədvə maraqları bölüşərək,

İdeyalar, məlumatlar, bilik və təcrübələrin mübadiləsi vasitəsilə informasiya və kommunikasiya texnologiyaları sahəsində,həmçinin ümumi maraq kəsb edən digər sahələrdə aparılan əməkdaşlığın Tərəflər üçün faydalı olacağını hesab edərək,

İnformasiya və kommunikasiya texnologiyaları sahəsində Tərəflər arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsində mövcud olan potensialı və mövcud imkanlardan tam istifadə etmək üçün ehtiyacı dərk edərək,

Tərəflərin informasiya və kommunikasiya texnologiyaları sahəsində sərmayələri, birgə əssisələri, ümumi maraqları, texnoloji inkişafı və ticarəti inkişaf etdirmək arzusunda olduqlarını nəzərə alaraq,

aşağıdakılar barədə razılığagəldilər:

Tərəflərbərabərlik, qarşılılıq və qarşılıqlı fayda əsasında bu Sazişin müddəalarına, o cümlədən Ümumdünya Poçt İttifaqının Konstitusiyası və Ümumdünya Poçt Konvensiyasının, Beynəlxalq Telekommunikasiya İttifaqının Konstitusiyası və Konvensiyasının və Dünya TicarətTəşkilatının əsas qaydalarının qarşılıqlı tətbiqi mümkün müddəalarına uyğun olaraq telekommunikasiya və poçt xidmətlərinin inkişafını təmin edəcəklər.

Bu Sazişlə yuxarıda qeyd olunan aidiyyəti beynəlxalq sazişlərin və yaxud Tərəflərin iştirakçısı olduqları digər müvafiq çoxtərəfli müqavilələrin müddəalarından irəli gələn öhdəliklər arasında ziddiyyət yarandığı təqdirdə, çoxtərəfli müqavilə üstünlük təşkil edəcəkdir.

Maddə 2

Tərəflər arasında informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq aşağıdakıları əhatə edir:

  1. Telekommunikasiyanın tənzimlənməsi ilə əlaqədar İsrail Dövlətinin təcrübəsinin öyrənilməsi;
  2. Azərbaycan Respublikasında informasiya texnologiyaları üzrə azad iqtisadi zonaların‐İT texnoparklarının yaradılmasında İsrail Dövlətinin təcrübəsinin öyrənilməsi və bu işdə İsrail mütəxəssislərinin iştirakının təmin edilməsi;
  3. Azərbaycan Respublikasının informasiya və kommunikasiya texnologiyaları sahəsinə İsrail əssisələri tərəfindənsərmayə qoyuluşlarının təşviq etdirilməsi;
  4. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində Tərəflərin əssisələri arasında birgə əssisələrin yaradılmasının təşviq etdirilməsi;
  5. Elmitədqiqatların aparılması sahəsində əməkdaşlıq və elmi informasiyanın mübadiləsi;
  6. İsrail Dövlətinin telekommunikasiya təsisatlarında və Azərbaycanın ali təhsil əssisələrində İKT mütəxəssislərinin hazırlanması sahəsində əməkdaşlıq edilməsi;

7. Birgə seminar, konfrans, forum və sərgilərin keçirilməsi;

  1. Beynəlxalq təşkilatlarda (ÜPİ və BTİ kimi) hər iki ölkənin milli maraqları üstüstə şdüyü təqdirdə birbirini dəstəkləməsi;
  2. Sərbəst tənzimləmə şəraitində beynəlxalq telefon danışıq tariflərinə yenidən baxılmasının mütəxəssislərsəviyyəsində müzakirə edilməsi və hər iki ölkənin mövcud tranzit telefon trafiki mübadiləsi imkanlarından səmərəli istifadə edilməsi;
  3. Hər iki Tərəfin nümayəndə heyətlərinin təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərinin təşkili;

11 .Qarşılıqlı razılaşma əsasında digər məsələlər.

Maddə 3

Tərəflər İKT sahəsində görülmüş işlərin daha da təkmilləşdirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiq edilməsi və birgə əssisələrin yaradılması məqsədi ilə aidiyyəti orqanlarım, təşkilat və əssisələrini bu sahədə sıx əlaqələrin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, eləcə də xüsusi proqramların və layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığatəşviq edəcəklər.

Tərəflər kəndlərdə telekommunikasiyanın inkişaf etdirilməsi, rəqəmsallara keçidin təmin edilməsi və lokal şəbəkələrin tənzimlənməsi sahəsindəİsrail Dövlətinin təcrübəsinin tətbiqi üçün hər iki tərəfin mütəxəssislərinin birgə iş aparmasını təmin edəcəklər.

Maddə 4

Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə toxunmur.

Maddə 5

Tərəflər bu Saziş çərçivəsində mübadilə etdikləri konfidensial informasiyanın dövlətlərinin milli qanun və qaydalarına uyğun surətdə qorunması üçün zəruri tədbirlər görmək, həmçinin belə informasiyanı təqdim etmiş Tərəfin yazılı icazəsi olmadan bu informasiyanı üçüncü tərəfə aşkarlamamaq və yaymamaq öhdəliyi daşıyırlar. Bu müddəa hazırkı Saziş xitam olunduqdan sonra da qüvvədə qalır.

Maddə 6

Tərəflər bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı mübahisələr yarandığı təqdirdə, onları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.

Maddə 7

1. Bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul səlahiyyətli orqanlar:

Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi;

İsrail Dövləti Hökuməti adından -İsrail Dövlətinin Rabitə Nazirliyidir.

Tərəflər başqa cür razılaşdırmadıqları müddətcə, bu Sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi üzrə səlahiyyətli orqanların qarşılıqlı fəaliyyəti zamanı işçi dil qismində ingilis dilindən istifadə ediləcəkdir.

  1. Tərəflər əməkdaşlığın xüsusiyyətlərindən asılı olaraq, bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul olan digər dövlət hakimiyyəti orqanlarını hazırkı Sazişin 8ci Maddəsinə əsasəntəyin edə bilərlər.
  2. Tərəflər başqa cür razılaşdırmadıqları müddətcə, hər bir Tərəf bu Sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi ilə bağlı xərcləri özü ödəyəcəkdir.

Maddə 8

Tərəflərdənhər biri istənilən vaxt bu Sazişə düzəlişlər edilməsini təklif edə bilər. Tərəflər arasında düzəliş və əlavələrlə bağlı birbaşaməsləhətləşmələrTərəflərdən birinin bu barədə diplomatik kanallarla yazılı bildirişi göndərdiyi tarixdən 60 gün ərzində keçiriləcəkdir.

Bu Sazişə istənilən düzəliş yazılı formada olacaq və 9-cu maddədə nəzərdə tutulan qaydada qüvvəyə minəcəkdir.

Maddə 9

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin diplomatik notalarının ikincisinin alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş iki il müddətinə bağlanılır. Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə altı ay qalmış ona xitam vermək niyyəti barədə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti ikiillik müddətlərə uzadılacaqdır. Sazişin xitam olunması xitam olunma zamanı davam edən fəaliyyətlərə təsir etməyəcəkdir və Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, bu cür fəaliyyətlər onların başa çatmasına qədər davam edəcəkdir.

Bu Saziş Bakı şəhərində “28” iyun 2009cu il tarixində, müvafiq olaraq 6 Temuz 5769cu il tarixində Azərbaycan, ivrit və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandığıtəqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikası Hökuməti İsrail Dövləti Hökuməti

adından adından