About Intellectual Property IP Training Respect for IP IP Outreach IP for… IP and... IP in... Patent & Technology Information Trademark Information Industrial Design Information Geographical Indication Information Plant Variety Information (UPOV) IP Laws, Treaties & Judgements IP Resources IP Reports Patent Protection Trademark Protection Industrial Design Protection Geographical Indication Protection Plant Variety Protection (UPOV) IP Dispute Resolution IP Office Business Solutions Paying for IP Services Negotiation & Decision-Making Development Cooperation Innovation Support Public-Private Partnerships AI Tools & Services The Organization Working with WIPO Accountability Patents Trademarks Industrial Designs Geographical Indications Copyright Trade Secrets WIPO Academy Workshops & Seminars IP Enforcement WIPO ALERT Raising Awareness World IP Day WIPO Magazine Case Studies & Success Stories IP News WIPO Awards Business Universities Indigenous Peoples Judiciaries Genetic Resources, Traditional Knowledge and Traditional Cultural Expressions Economics Gender Equality Global Health Climate Change Competition Policy Sustainable Development Goals Frontier Technologies Mobile Applications Sports Tourism PATENTSCOPE Patent Analytics International Patent Classification ARDI – Research for Innovation ASPI – Specialized Patent Information Global Brand Database Madrid Monitor Article 6ter Express Database Nice Classification Vienna Classification Global Design Database International Designs Bulletin Hague Express Database Locarno Classification Lisbon Express Database Global Brand Database for GIs PLUTO Plant Variety Database GENIE Database WIPO-Administered Treaties WIPO Lex - IP Laws, Treaties & Judgments WIPO Standards IP Statistics WIPO Pearl (Terminology) WIPO Publications Country IP Profiles WIPO Knowledge Center WIPO Technology Trends Global Innovation Index World Intellectual Property Report PCT – The International Patent System ePCT Budapest – The International Microorganism Deposit System Madrid – The International Trademark System eMadrid Article 6ter (armorial bearings, flags, state emblems) Hague – The International Design System eHague Lisbon – The International System of Appellations of Origin and Geographical Indications eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Mediation Arbitration Expert Determination Domain Name Disputes Centralized Access to Search and Examination (CASE) Digital Access Service (DAS) WIPO Pay Current Account at WIPO WIPO Assemblies Standing Committees Calendar of Meetings WIPO Webcast WIPO Official Documents Development Agenda Technical Assistance IP Training Institutions COVID-19 Support National IP Strategies Policy & Legislative Advice Cooperation Hub Technology and Innovation Support Centers (TISC) Technology Transfer Inventor Assistance Program WIPO GREEN WIPO's Pat-INFORMED Accessible Books Consortium WIPO for Creators WIPO Translate Speech-to-Text Classification Assistant Member States Observers Director General Activities by Unit External Offices Job Vacancies Procurement Results & Budget Financial Reporting Oversight
Arabic English Spanish French Russian Chinese
Laws Treaties Judgments Browse By Jurisdiction

Azerbaijan

AZ002

Back

Azərbaycan Folkloru Nümunələrinin Hüquqi Qorunması haqqında Azərbaycan Respublikasının Qanunu

 Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasinin qanunu

Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

I fəsil Ümumİ müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1 Azərbaycan folkloru nümunələri (bundan sonra - folklor nümunələri) - Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olanlar və olmayanlar), eləcə də digər xalq yaradıcılığı nümunələri;

1.0.2. folklor nümunələrinin hüquqi qorunması -folklor nümunələrinin hər hansı qeyri-qanuni istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunması;

1.0.3. folklor nümunələrindən qeyri-qanuni istifadə folklor nümunələrindən kommersiya məqsədi ilə ənənəvi və adi olmayan istifadə hallarında bu Qanunla müəyyən edilən tələblərin pozulması;

1.0.4. folklor nümunələrinə zərər vuran hərəkətlər - folklor nümunələrindən bu Qanunla müəyyən edilən istifadə hallarında onun mənbəyinin, həmçinin yarandığı yerin coğrafi adının və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adının dəqiq göstərilməməsi;

1.0.5. folklor nümunələrindən ənənəvi istifadə -təbii mahiyyət, məzmun və forma xüsusiyyətləri saxlanılmaqla folklor nümunələrindən cəmiyyətin uzunmüddətli təcrübəsinə əsaslanan istifadə;

1.0.6. folklor nümunələrindən adi istifadə - folklor nümunələrindən cəmiyyətin gündəlik tələbat və ehtiyaclarına uyğun istifadə;

1.0.7. folklor nümunələrindən ənənəvi və adi olmayan istifadə - folklor nümunələrinin təbii mahiyyət, məzmun və ya məqsəd, təyinat və bədii formasının dəyişdirilməsi ilə istifadə;

1.0.8. folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə - gəlir götürmək məqsədi ilə folklor nümunələrinin dərc olunması, surətinin çıxarılması, nüsxələrinin yayılması, kütləvi deklamasiyası və ifası, efirlə və ya kabellə verilməsi, habelə kütləyə çatdırılmaq üçün hər hansı kütləvi bildiriş formasında istifadə.

Maddə 2. Qorunan folklor nümunələri

2.1. Bu Qanunda qorunan folklor nümunələri bədii xalq yaradııcılığı, xalq sənətkardığı və tətbiqi sənət nümunələrindən ibarət olan aşağıdakı əsərlərdir:

2.1.1. bədii söz sənətinə aid olan əmək, mərasim və uşaq folkloru nümunələri, miflər, əfsanələr, rəvayətlər, nağıllar, dastanlar, lətifələr, xalq dramları, atalar sözləri, zərbi-məsəllər, tapmacalar, xalq və aşıq poeziyası nümunələri, bayatılar və başqa şifahi söz nümunələri;

2.1.2. xalq mahnıları və rəqs melodiyaları, xalq-professional musiqisinə aid aşıq havaları, muğam-dəstgahlar, zərbi-muğamlar, təsniflər, rənglər və başqa folklor musiqisi nümunələri;

2.1.3. xalq rəqsləri, yallılar, oyunlar, mərasim və bayramlar və başqa hərəkətli nümunələr;

2.1.4. duyulan tətbiqi sənət və xalq sənətkarlığı nümunələri, o cümlədən qrafik sənət-şəkillər, rəsmlər, silsilə təsvirlər, kölgə rəsmləri, döymə və oyma işləri, heykəltəraşlıq, keramika, gil məmulatı, mozaika, metal üzərində işləmə, mis və bürünc tökmə məmulatları, ipəkçilik, xalçaçılıq, misgərlik, zərgərlik, dabbaqçılıq, tikmə, səbəthörmə sənəti işləri, gəbələr, butalar, geyimlər kimi folklor sənəti nümunələri, ornamentlər, naxışlar, musiqi alətləri, xarratlıq, memarlıq işləri və bu qəbildən olan başqa nümunələr.

2.2. Bu qanunun 2.1-ci maddəsində göstərilən qorunan folklor nümunələrinin yaranması zamanla və məkanla məhdudlaşmır, yeni yaranan folklor nümunələri də qorunanların sırasına daxil edilir və onların hüquqi qorunması müddətsizdir.

Maddə 3. Folklor nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

3.1. Folklor nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

3.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq olunur.

Maddə 4. Qanunun tətbiq sahəsi

Bu Qanun Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, bu Qanunun 2-ci maddəsində göstərilən folklor nümunələrinə şamil edilir.

Maddə 5. Folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri

5.1. Folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

5.1.1. folklor nümunələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması;

5.1.2. folklor nümunələrinin hüquqi qorunmasını təmin edən qanunvericilik bazasının yaradılması;

5.1.3. Azərbaycan xalqına məxsus folklor nümunələrinin xarici dövlətlərin ərazilərində hüquqi qorunması məqsədi ilə beynəlxalq əməkdaşlığa şərait yaradılması.

5.2. Folklor nümunələrinin hüquqi qorunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri çərçivəsində:

5.2.1. beynəlxalq təcrübəyə uyğun olaraq mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

5.2.2. folklor nümunələrinin hüquqi qorunması üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və bu sahədə əməkdaşlığı təşkil edir;

5.2.3. folklor nümunələrindən istifadəyə bu Qanunla qoyulan tələblərin pozulması hallarında dövlətin maraqlarını təmsil və müdafiə edir.

II fəsil Folklor nümunələrİndən İstİfadə qaydaları

Maddə 6. Folklor nümunələrindən istifadəyə tələblər

6.1. Folklor nümunələrindən Azərbaycan Respublikası ərazisində ənənəvi və adi, o cümlədən kommersiya məqsədi ilə istifadə formaları sərbəstdir.

6.2. Folklor nümunələrindən kommersiya məqsədi ilə ənənəvi və adi olmayan istifadə zamanı hər hansı formada dərc olunması, surətinin çıxarılması və nüsxələrin yayılması, hər hansı kütləvi deklamasiya və ya ifa, efirlə və ya kabellə verilişlər, habelə kütləyə çatdırılma məqsədi ilə hər hansı digər kütləvi bildiriş formalarında onların təbii mahiyyət və məzmununa xələl gətirməməklə, məqsədi, təyinatı və bədii forması dəyişdirilə bilər.

Maddə 7. Folklor nümunələrindən istifadəyə istisnalar

7.1. Aşağıdakı məqsədlər üçün folklor nümunələrinin istifadəsi ənənəvi və adi olmayan forma kimi qəbul edilmir:

7.1.1. folklor nümunələri orijinal müəllif (müəlliflər) əsərləri yaradılması üçün işləndikdə;

7.1.2. folklor nümunələrindən orijinal müəllif (müəlliflər) əsərində istifadənin məqsədəmüvafiq həcmdə illüstrasiya formasında istifadə edildikdə.

7.2. Folklor nümunələrinin aşağıdakı təsadüfi istifadə formaları ənənəvi və adi olmayan hesab edilmir:

7.2.1. fotoqrafiya, yayımlanma, səsli yazılma vasitəsilə məlumat verilməsi üçün bu cür istifadənin informasiya məqsədinə lazım olan həcmdə işlədilməsi şərti ilə hər hansı cari hadisə zamanı görülə və eşidilə bilən xalq yaradıcılığı nümunələrindən istifadə edildikdə;

7.2.2. sərbəst giriş üçün daim açıq olan yerlərdə özündə folklor nümunələrini saxlayan obyektlərin təsvirinin fotoqrafiya, film və ya televiziya verilişinə daxil edilməklə istifadəsi.

Maddə 8. Folklor nümunələrindən istifadə zamanımənbənin göstərilməsi

8.1. Dərc olunmuş bütün əsərlərdə, folklor nümunələrinin kütləvi ifa və bildiriş hallarında onların mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adı və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməlidir.

8.2. Folklor nümunələrindən bu Qanunun 7-ci maddəsində göstərilən hallarda istifadə edildikdə 8.1-ci maddənin tələbləri tətbiq edilmir.

Maddə 9. Folklor nümunələrindən istifadə zamanı hüquq pozuntuları

9.1. Fiziki və hüquqi şəxslər tərəfindən folklor nümunələrindən istifadə edildikdə aşağıdakı hərəkətlər hüquq pozuntusu hesab edilir:

9.1.1. folklor nümunələrindən istifadə edildikdə təsadüfi və ya bilərəkdən edilməsindən asılı olmayaraq, bu Qanunun 6.2-ci maddəsinin tələblərinin pozulması;

9.1.2. folklor nümunələrindən istifadə edilərkən bilərəkdən və ya ehtiyatsızlıqdan bu Qanunun 8.1-ci maddəsinin tələblərinin pozulması;

9.1.3. birbaşa və ya dolayısı ilə kütləyə çatdırılmış folklor nümunələrini bilərəkdən özününkü kimi qələmə verməklə və ya folklor nümunələrinin yaranma mənbəyinə münasibətdə kütləni yanlış fikrə istiqamətləndirmək və ya onları faktiki mənbəyi olmayan digər ölkənin nümunələri kimi təqdim etməklə, folklor nümunələrindən istifadə;

9.1.4. birbaşa və ya dolayısı ilə kütləyə çatdırılmış folklor nümunələrinin bilərəkdən təhrif olunmaqla, ölkənin mədəni maraqlarına zərər vurulmaqla istifadəsi.

9.2. Folklor nümunələrindən istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaldırılan iddia ərizələri əsasında folklor nümunələrindən bu Qanunla nəzərdə tutulan istifadə qaydalarının pozulmasına görə tutulan məbləğlər dövlət büdcəsinə köçürülür və intellektual mülkiyyət sahəsində yaradıcılığın həvəsləndirilməsinə, müəllif hüququ sahəsində dövlət siyasətinin təmin edilməsinə və folklor nümunələrinin hüquqi qorunmasına yönəldilir.

III fəsil Folklor nümunələrİnə əqlİ mülkİyyət hüquqlarının müdafİəsİ

Maddə 10. Mülki‐hüquqi müdafiə vasitələri

10.1. Müvafiq dövlət orqanları folklor nümunələrindən qanuni istifadə qaydalarını pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.

10.2. Folklor nümunələrinin qorunması məqsədi ilə məhkəməyə müraciət edilərkən, mülki­ hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar da tətbiq edilə bilər:

10.2.1. pozuntuya yol verən şəxsdən hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;

10.2.2. gəlirin tutulması əvəzinə şərti maliyyə vahidinin yüz mislindən əlli min mislinədək məbləğdə kompensasiya ödənilməsi.

10.3. Cinayət tərkibli pozuntulara qarşı sanksiyalar mülki-hüquqi müdafiə vasitələrinin tətbiqini istisna etmir.

Maddə 11. Kontrafakt nüsxələr

Bu Qanunla folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə istehsal olunan və ya yayılan hər hansı folklor obyekti nüsxələri kontrafakt nüsxələr sayılır və qanunvericilikdə müəyyən olunmuş qaydada müsadirə edilir.

Maddə 12. Folklor nümunələrindən istifadəyə tələblərin pozulmasına görə məsuliyyət

74

Folklor nümunələrindən istifadə zamanı bu Qanunda nəzərdə tutulan tələblərin pozulmasında təqsirli olan şəxslər mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

IV fəsil Yekun müddəaları

Maddə 13. Xarici dövlətlərdə folklor nümunələrinin hüquqi qorunması

Xarici dövlətlərin folklor nümunələrinin Azərbaycan Respublikasında, Azərbaycan folklor nümunələrinin xaricdə hüquqi qorunması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən tənzimlənir.

Maddə 14. Digər qorunma formalarına münasibət

Bu Qanun müəllif-hüquq qanunvericiliyi, əqli və sənaye mülkiyyətinin digər növləri üzrə folklor nümunələrinə tətbiq oluna bilən, həmçinin folklor nümunələrinin qorunub saxlanılmasına aid digər normativ hüquqi aktlarda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan qorunma formalarını məhdudlaşdırmır.

Maddə 15. Təfsir

Bu Qanunla müəyyən edilən hüquqi qorunmanın folklor nümunələrinin yaradılmasına və onlardan normal istifadəyə mane olan forma kimi şərh edilməsi yolverilməzdir.

Maddə 16. Qanunun qüvvəyəminməsi

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2003-cü il № 460-IIQ