Azerbaijan
Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli fərmanına əlavə edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998‐ci
il 19 avqust tarixli 749 nömrəli fərmanına əlavə edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009cu il 3 aprel tarixli 783‐IIIQD nömrəli Qanununun icrasını təmin etməkməqsədi ilə qərara alıram:
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998‐ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998‐ci il, №8, maddə 499; 2002‐ci il, №1, maddə 14; 2003‐cü il, №10, maddə 571; 2006‐cı il, №9, maddə 743; 2009‐cu il, №4, maddə 226) 2‐ci bəndinə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“həmin Qanunun 26‐cı maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması ilə əlaqədar şərab və kənd təsərrüfatı məhsullarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, müalicə‐sağlamlaşdırma yerləri və təbii müalicə ehtiyatları ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, xalq sənətkarlığıməmulatları ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyətvə Turizm Nazirliyi, əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları, əmtəə nişanlarının qeydiyyatı ilə əlaqədar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.”.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2009‐cu il. № 196


