عن الملكية الفكرية التدريب في مجال الملكية الفكرية إذكاء الاحترام للملكية الفكرية التوعية بالملكية الفكرية الملكية الفكرية لفائدة… الملكية الفكرية و… الملكية الفكرية في… معلومات البراءات والتكنولوجيا معلومات العلامات التجارية معلومات التصاميم الصناعية معلومات المؤشرات الجغرافية معلومات الأصناف النباتية (الأوبوف) القوانين والمعاهدات والأحكام القضائية المتعلقة بالملكية الفكرية مراجع الملكية الفكرية تقارير الملكية الفكرية حماية البراءات حماية العلامات التجارية حماية التصاميم الصناعية حماية المؤشرات الجغرافية حماية الأصناف النباتية (الأوبوف) تسوية المنازعات المتعلقة بالملكية الفكرية حلول الأعمال التجارية لمكاتب الملكية الفكرية دفع ثمن خدمات الملكية الفكرية هيئات صنع القرار والتفاوض التعاون التنموي دعم الابتكار الشراكات بين القطاعين العام والخاص أدوات وخدمات الذكاء الاصطناعي المنظمة العمل مع الويبو المساءلة البراءات العلامات التجارية التصاميم الصناعية المؤشرات الجغرافية حق المؤلف الأسرار التجارية أكاديمية الويبو الندوات وحلقات العمل إنفاذ الملكية الفكرية WIPO ALERT إذكاء الوعي اليوم العالمي للملكية الفكرية مجلة الويبو دراسات حالة وقصص ناجحة في مجال الملكية الفكرية أخبار الملكية الفكرية جوائز الويبو الأعمال الجامعات الشعوب الأصلية الأجهزة القضائية الموارد الوراثية والمعارف التقليدية وأشكال التعبير الثقافي التقليدي الاقتصاد المساواة بين الجنسين الصحة العالمية تغير المناخ سياسة المنافسة أهداف التنمية المستدامة التكنولوجيات الحدودية التطبيقات المحمولة الرياضة السياحة ركن البراءات تحليلات البراءات التصنيف الدولي للبراءات أَردي – البحث لأغراض الابتكار أَردي – البحث لأغراض الابتكار قاعدة البيانات العالمية للعلامات مرصد مدريد قاعدة بيانات المادة 6(ثالثاً) تصنيف نيس تصنيف فيينا قاعدة البيانات العالمية للتصاميم نشرة التصاميم الدولية قاعدة بيانات Hague Express تصنيف لوكارنو قاعدة بيانات Lisbon Express قاعدة البيانات العالمية للعلامات الخاصة بالمؤشرات الجغرافية قاعدة بيانات الأصناف النباتية (PLUTO) قاعدة بيانات الأجناس والأنواع (GENIE) المعاهدات التي تديرها الويبو ويبو لكس - القوانين والمعاهدات والأحكام القضائية المتعلقة بالملكية الفكرية معايير الويبو إحصاءات الملكية الفكرية ويبو بورل (المصطلحات) منشورات الويبو البيانات القطرية الخاصة بالملكية الفكرية مركز الويبو للمعارف الاتجاهات التكنولوجية للويبو مؤشر الابتكار العالمي التقرير العالمي للملكية الفكرية معاهدة التعاون بشأن البراءات – نظام البراءات الدولي ePCT بودابست – نظام الإيداع الدولي للكائنات الدقيقة مدريد – النظام الدولي للعلامات التجارية eMadrid الحماية بموجب المادة 6(ثالثاً) (الشعارات الشرفية، الأعلام، شعارات الدول) لاهاي – النظام الدولي للتصاميم eHague لشبونة – النظام الدولي لتسميات المنشأ والمؤشرات الجغرافية eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange الوساطة التحكيم قرارات الخبراء المنازعات المتعلقة بأسماء الحقول نظام النفاذ المركزي إلى نتائج البحث والفحص (CASE) خدمة النفاذ الرقمي (DAS) WIPO Pay الحساب الجاري لدى الويبو جمعيات الويبو اللجان الدائمة الجدول الزمني للاجتماعات WIPO Webcast وثائق الويبو الرسمية أجندة التنمية المساعدة التقنية مؤسسات التدريب في مجال الملكية الفكرية الدعم المتعلق بكوفيد-19 الاستراتيجيات الوطنية للملكية الفكرية المساعدة في مجالي السياسة والتشريع محور التعاون مراكز دعم التكنولوجيا والابتكار نقل التكنولوجيا برنامج مساعدة المخترعين WIPO GREEN WIPO's PAT-INFORMED اتحاد الكتب الميسّرة اتحاد الويبو للمبدعين WIPO Translate أداة تحويل الكلام إلى نص مساعد التصنيف الدول الأعضاء المراقبون المدير العام الأنشطة بحسب كل وحدة المكاتب الخارجية المناصب الشاغرة المشتريات النتائج والميزانية التقارير المالية الرقابة
Arabic English Spanish French Russian Chinese
القوانين المعاهدات الأحكام التصفح بحسب كل ولاية قضائية

أذربيجان

AZ063

رجوع

İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları


İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması qaydaları

İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması Qaydaları (bundan sonra -Qaydalar) "Patent haqqında" Azərbaycan Respublikasının Qanununa uygun işlənib hazırlanmışdır.

"İxtiraya patent almaq üçün iddia sənədinin tərtibi, verilməsi və baxılması Qayadaları" Dövlət Elm və Texnika Komitəsinin 5 iyul 1999-cu il tarixli 09 saylı Əmri ilə təsdiqlənib.

İxtisarların siyahısı:

Qanun - "Patent haqqında" Azərbaycan Respublikasının Qanunu

Patent idarəsi - Azərbaycan Respublikası Elm və Texnika Komitəsinin Patent-lisenziya idarəsi (PLİ) və Milli patent ekspertizası mərkəzi (MPEM)

İddia sənədi -İxtiraya patentin verilməsi üçün müəyyən edilmiş qaydada tərtib olunan sənədlər toplusu.

Konvensiya ilkinliyi - Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasına uyğun olaraq verilmiş iddia sənədi

Beynəlxalq iddia sənədi - Patent Kooperasiyası haqqında Mügaviləyə və Avrasiya Patent konvensiyasının təlimatına uyğun tərtib olunmuş sənədlər toplusu

BPT - Beynəlxalq Patent Təsnifatı

1-ci hissə

1. Ixtira barəsində iddia sənədi.

1.1. İxlira obyektləri.

Qanunun 7-ci maddəsinin 1-ci və 2-ci bəndinə uyğun olaraq ixtira obyektləri aşağıda göstərilənlər ola bilər:

qurğu, üsul, maddə, mikroorqanizm ştammları, bitki və heyvan huceyrələrinin kulturaları, həmçinin əvvəllər məlum olan qurğunun, usulun, maddənin, mikroorqanizm ştammının yeni təyinatla tətbiqi.

1.1.1. İxtira obyekti sayılan qurğu və onun əlamətləri.
Qurğular, konstruksiyalar, məmulatlar İxtira obyektləri sayılaraq aşağıdakı əlamətlərlə
səçiyyələndirilir;
elementlər arasında əlaqənin olması;
elementlərin qarşılıqlı yerləşməsi;
elementin (elementlərin) və ya qurğunun bütövlükdə yerinə yetirilmə
forması, o cumlədən, həndəsi forması;

elementlərin əlaqələrinin yerinə yetirilmə forması;
elementin (elementlərin) parametrləri, başqa xarakteristikaları və onların qarşılıqlı əlaqəsi;
elementin (elementlərin) materialı və ya elementin funksiyasını yerinə yetirən qurğu, mühit.

1.1.2. İxtira obyekti sayılan üsul və onun əlamətləri.

Ixtira obyektləri kimi istifadə olunan üsul, bir-biri ilə bağlı proseslərin müəyyən ardıcıllıqla maddi
obyekt üzərində yerinə yetirilməsidir və onu səciyyələndirən əlamətlər aşağıdakılardır:
təsir və ya təsirlər cəminin mövcudluğu;
zamandan asılı olaraq bu cür təsirlərin yerinə yetirilmə qaydaları (ardıcıl, eyni vaxtda, muxtəlif
variantlarda və s.);
təsirin həyata keçirilmə şərtləri, rejimləri, maddənin (ilk xammal, reagent, katalizator və s.),
qurğunun (ləvazimat, alət, avadanlıq və s.), mikroorqanizm ştammlarının, bitki və heyvan
huceyrələrinin quruluşlarının istifadə olunması.

1.1.3. İxtira obyekti sayılan maddələr, onların növləri vəəlamətləri.

İxtira obyekti kimi süni surətdə yaradılan maddi törəmələrin növlərinə aşağıdakılar aid edilir:
fərdi kimyəvi birləşmələr və onlara şərti aid edilən yüksək molekulyar birləşmələr və gen
mühəndisliyı obyektləri (plazmalar, vektorlar, nuklein turşularının rekombinat molekulları və
nuklein turşularının fraqmentləri) və onları səciyyələndirən əlamətlər aşağıdakılardır;
kompozisiyalar (tərkiblər, qarışıqlar);
nüvə çevrilmələrinin məhsulları.

1.1.4. İxtira obyekti sayılan mikroorqanizm ştammı, bitki və heyvan hüceyrələrinin kulturası.

İxtira obyekti sayılan mikroorqanizm ştammlarına, bitki və heyvan hüceyrələri kulturasına
aşağıdakılar aiddir:
fərdi mikroorqanizm ştammları, bitki və heyvan huceyrələrinin kulturaları;
mikroorqanizm, bitki və heyvan hüceyrələri kulturalarının konsorsiumları.

1.1.5. Əvvəllər məlum olan qurğunun, üsulun, maddənin, ştammın yeni təyinatla tətbiqi ixtira obyektidir.

Əvvəllər məlum olan qurğunun, üsulun, maddənin, ştammın ixtira obyekti kimi yeni təyinatla tətbiqinə, onun məlum olmayan başqa bir təyinata, uyğun istifadəsi aiddir.

Içtimai tələbatı ödəmək məqsədilə məlum olan maddələrin (təbii və ya süni surətdə alınmış maddələrin) yeni təyinatla ilk tətbiqi, onların yeni təyinatla istifadəsinə bərabər tutulur.

1.1.6. İxtira sayılmayan obyektlər

Aşağıda göstərilən obyektlər ixtira obyektləri sayılmır:
elmi nəzəriyyələr;
riyazi metodlar;
bədii-konstruktor işlərinin nəticələri (dizayn);
təsərrüfatın vəəqli fəaliyyətin təşkili, idarə edilməsi metodları;

oyun qaydaları və metodları;
kompüter alqoritmləri və proqramları;
informasiyanın təqdimi üsulları;
şərti işarələr, cədvəllər və qaydalar;
qurğu, bina, ərazi layihələri və planlaşdırma sxemləri;
bitki sortları və heyvan cinsləri (mikrobioloji üsullar və bu üsulla alınan
məhsullar istisna olmaq şərti ilə);
inteqral mikroşxemlərin topologiyaları;
insan və heyvan orqanizmlərinn müalicəsinin cərrahi və terapevtik üsulları, xəstəliyin diaqnostika
metodları.

1.1.7. İxtiranın vəhdətlik tələbi

Qanunun 27-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq iddia sənədi bir ixtiraya və ya öz aralarında
vəhdət təşkil edən bir qrup ixtiraya aid olmalıdır.

Ixtiranın vəhdətlik tələbi o zaman gözlənilmiş sayılır ki:
bir asılı olmayan bəndi olan ixtira düsturunda bir ixtira xarakterizə
olunsun;
ixtiranın düsturunda bir neçə asılı olmayan bənddə aşağıdakı ixtiralar qrupu xarakterizə edilsin:
onlardan biri digərinin alınması (hazırlanması) üçün nəzərdə tutulsun (məsələn: qurğu və ya maddə
və qurğu və ya maddənin bütövlükdə və ya bir hissəsinin alınması (hazırlanması üsulu);
onlardan biri digərinin həyata keçirilməsi üçün nəzərdə tutulsun (məsələn: üsul və üsulun
bütövlükdə və ya hərəkətlərindən birinin həyata keçirilməsi üçün qurğu);
onlardan biri digərinin istifadəsi (digərində istifadə) üçün nəzərdə tutulsun (məsələn: üsulda istifadə
üçün nəzərdə tutulmuş üsul və maddə; üsul və ya qurğu və onun bir hissəsi; üsul yə ya maddənin
yeni təyinat üzrə tətbiqi və bu yeni təyinatla onlardan istifadə üsulu; qurğu və ya maddənin yeni
təyinat üzrə tətbiqi və tərkibinə bu qurğu və ya maddə daxil olan qurğu və ya maddə);
eyni texniki nəticə alınmasını təmin edən, eyni təyinatlı, bir növdən olan obyektlərə aiddirlər.

2. İxtira barəsində iddia sənədi

2.1. Iddia sənədinin tərkibi

Qanunun 27-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq iddia sənədinin tərkibi aşağıdakılardan
ibarətdir:
patent verilməsi haqqında ərizə;
ixtiranı həyata keçirmək üçün onu tam şəkildəıqlayan ixtiranın təsviri;
ixtiranın mahiyyətini ifadə edən və tamamilə ixtiranın təsvirinəəsaslanan ixtiranın düsturu
(ixtiranın düsturu azərbaycan, rus və ingilis dillərində tərtib olunur);
ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyojlar və digər materiallar;
referat (azərbaycan, rus və ingilis dillərində tərtib olunur);

2.2. İddia sənədinə qoşulan sənədlər:
iddia sənədinin verilməsi üçün müəyyənləşdirilmiş məbləğdə rüsumun ödənildiyini təsdiqləyən
sənəd, zəruri olduqda isə rüsumun məbləğinin azaldılmasına əsas verən sənəd;

iddia sənədi patent müvəkkili vasitəsilə verildiyi halda iddiaçı tərəfindən patent müvəkkilinə vəkalət verildiyini təsdiq edən sənəd. Patent müvəkkilinin müvəkkilliyini təsdiq edən sənəd, sənədin tərtib olunduğu ölkənin qanunvericiliyinə uyğun olmalıdır. Patent müvəkkilinin müvəkkilliyini təsdiq edən sənəd iddia sənədi verildiyi tarixdən iki ay ərzində təqdim edilməlidir; toksikoloji və ekologiyaya təsir edən maddələr, üsullar və qurğu obyektləri üzrə iddia sənədlərinə toksikoloji və ekoloji zərərsizliyi təsdiqləyən sənəd.

Konvensiya ilkinliyi xahiş edildikdə, iddia sənədini qəbul etmiş orqan tərəfindən ilk iddia sənədinin surəti və ya həmin patent haqqında biblioqrafik məlumat və ixtira düsturunun tərcüməsi təsdiqlənmiş formada, iddia sənədinin Azərbaycan Respublikasının Patent idarəsinə daxil olduğu tarixdən üç aydan gec olmayaraq təqdim edilə bilər.

Mikroorqanizm ştammına bitki və heyvan hüceyrələri kulturalarına, onun alınmasına və ya istifadə edilməsinə aid ixtiraya dair iddia sənədinəştammın, bitki və heyvan hüceyrələri kulturalarının buna rəsmi müvəkkil edilmiş kolleksiyada - depozitarda depozitləşməsi haqqında sənəd əlavə edilir.

Depozitləşmə iddia sənədinin verilmə tarixinədək və ya onunla eyni zamanda edilə bilər.

2.3. Iddia sənədinin yazılış dili

Patent verilməsi haqqında ərizə azərbaycan dilində təqdim edilir. İddia sənədinin digər materialları azərbaycan və ya başqa dildə təqdim edilə bilər. İddia sənədinin başqa dildə verilmiş materiallarının azərbaycan dilinə tərcüməsi iddia sənədinin MPEM-ə verildiyi tarixdən 2 ay ərzində təqdim olunmalıdır. Materialların tərcüməsi göstərilən müddət ərzində təqdim edilmədikdə, iddia sənədinin ilkinliyi tərcümənin daxil olduğu tarixdən sayılır.

2.4. Nüsxələrin sayı

Patent verilməsi haqqında ərizə, ixtiranın təsviri, ixtiranın düsturu, ixtiranın mahiyyətini başa düşmək üçün çertyojlar və digər materiallar həmçinin referat üç nüsxədən ibarət təqdim edilir. Qalan sənədlər bir nüsxədən ibarət təqdim edilir.

2.5. Patent verilməsi haqqında ərizə.

(1)
Patent verilməsi haqqında ərizə, bu Qaydalara əlavə edilmiş formada təqdim edilir. Hər-hansı məlumat ərizədəki uyğun qrafada yerləşmədikdə, həmin qrafada "bax davamı əlavə vərəqdə" ifadəsini yazmaqla məlumatı əlavə vərəqdə vermək olar.
(2)
"Ərizə" sözünün üstündə yerləşmiş qrafalar iddiaçı tərəfindən doldurulmur. Həmin qrafalar iddia sənədi MPEM-ə daxil olduqdan sonra doldurulur.
(3)
Azərbaycan Respublikasının patenti verilməsi xahişini göstərə qrafada (71-ci qrafada) patent istəyən iddiaçı şəxs haqqında məlumatlar, fiziki şəxsin soyadı, adı, atasının adı (soyad addan əvvəl göstərilir) və ya hüquqi şəxsin rəsmi adı (təsis sənədinə uyğun olaraq), həmçinin onu yaşayış yeri, yerləşdiyi dövlətin adı və ünvanı göstərilir. Adına patent almaq istəyən və Azərbaycan Respublikasından kənarda yaşayan xarici hüquqi və ya fiziki şəxslər üçün Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının (ÜİMT) St.3 standartlarına uyğun ölkənin kodu 97-ci qrafada göstərilir (təyin edilibsə). İddiaçılar bir neçə şəxs olduqda, patentin onlardan hansının adına verilməsi haqqında sənəd təqdim edilir və göstərilən məlumatlar onların hər biri üçün verilir.
(4)
İlkinliyə dair qrafa, yalnız iddia sənədinin patent idarəsinə daxil olma tarixindən daha tez ilkinlik istənildikdə doldurulur. Bu halda müvafiq qrafada "X" işarəsi qoyulmaqla istənilən ilkinlik üçün əsas qeyd olunur və ilkinlik iştənilən əlavə materiallar və ya onun əsasında daha əvvəlki iddia sənədinin nömrəsi və ilkiniik tarixi (daha əvvəl daxil olan iddia ərizəsi və ona görəəlavə materialların daxil olma tarixi) göstərilir. Əgər ilkinlik bir neçə iddia sənədi əsasında istənilirsə, onda bütün iddia sənədlərinin nömrəsi və müvafiq hallarda istənilən ilkinliyin bir neçə tarixi göstərilir. Konvensiya ilkinliyi istənildikdə ÜİMT St.3 standartı üzrə ölkənin kodu göstərilir.
(5)
54 kodlu qrafada iddia olunan ixtiranın (ixtira qrupunun) adı göstərilir. Bu ad ixtiranın təsvirində yazılmış adla üst-üstəşməlidir.
(6)
98 kodlu qrafada, yazışma üçün ünvan, telefon, teleks, faks nömrələri (əgər onlar varsa) göstərilir. Yazışma üçün fiziki şəxş olan və Azərbaycan Respublikasında yaşayan iddiaçının (iddiaçılardan birinin) yaşayış yerinin ünvanı və ya hüquqi şəxs olan iddiaçının Azərbaycan Respublikasında yerləşdiyi yerin ünvanı, yaxud patent müvəkkilinin yaşadığı yerin ünvanı göstərilə bilər.
(7)
İddiaçı tərəfindən iddia sənədinin təqdim edilməsindən qabaq patent müvəkkili təyin edildiyi halda 74 kodlu qrafada onun haqqında məlumatlar, soyadı, adı, atasının adı, Patent idarəsində qeydiyyat nömrəsi, Azərbaycan Respublikasında yaşadığı ünvan, telefon, teleks, faks nömrəsi (əgər onlar varsa) verilir.
(8)
Ərizənin ikinci səhifəsinin "Qoşulan sənədlərin siyahısı" qrafasının müvafiq xanasında "X" işarəsini qoymaqla vəəlavə edilən sənədlərin hər nüşxəsində səhifələrin və nüsxələrin sayını göstərməklə doldurulur. Qoşulan sənədlər siyahısında adi göstərilməyən sənədlər "digər sənədlər" qrafasında konkret göstərilir.
(9)
İddia sənədini vermək və patent almaq hüququnu təsdiq edən sənəd qrafasında "X" işarəsinin qoyulması ilə iddia sənədinin təqdim edilməsi və patentin alınması üçün müvafıq əsas (əsaslar) qeyd olunur.
(10)
72, 97 kodlu qrafalarda ixtiranın müəllifinin (müəlliflərinin) soyadı, adı, atasının adı, dövlətin adıİMT) St.3 standartı üzrə kod və yaşayış yerinin ünvanı verilir.
(11)
İddia sənədinin ikinci səhifəsinin axırıncı qrafasıəllifin hüquq varisi olan şəxsə iddia sənədinin təqdim edilməsi hüququ verildikdə doldurulur. Burada belə hüquq varisi haqqında məlumatlar: fiziki şəxsin soyadı, adı, atasının adı, poçt ünvanı və ya hüquqi şəxsin rəsmi adı və yerləşdiyi yerin ünvanı, onun imzası ilə və tarix qoyulmaqla təsdiqlənmiş şəkildə təqdim edilir (müəllifin hüquq varisi, hüquqi şəxs olarsa, rəhbərin imzası verilir).
(12)
İddia sənədinin "İmza" adlı axırıncı qrafasının doldurulması zamanı imza tarixinin göstərilməsi bütün hallarda vacibdir. İddia sənədi iddiaçı tərəfindən imzalanır. Hüquqi şəxsin adından, iddia sənədi, təşkilatın rəhbərinin imzası ilə onun vəzifəsini göstərməklə imzalanır və imza möhürlə təsdiqlənir. Iddia sənədi patent müvəkkili vasitəsi ilə təqdim edildikdə, iddia sənədi patent müvəkkili tərəfindən imzalanır.
(13)
Yuxarıda (11) və (12) yarımbəndlərində göstərilən iddia sənədinin qrafalarındakı imzalar, imzalayan şəxsin soyadı, adı və atasının adının göstərilməsi iləıqlanır.
(14)
İmzalanması tələb olunan bu və ya digər məlumatlar verildikdə, əlavə vərəqdə o eyni qayda ilə imzalanır. Iddiaçının və ya patent müvəkkilinin imzasının hər bir vərəqdə olması vacibdir.

2.6. İxtiranin təsviri.

2.6.1. Təsvirin təyinatı.

İxtiranın təsviri, ixtiranı həyata keçirmək üçün kifayət edən dərəcədə ixtiranın mahiyyətini açıqlamalıdır və ixtiranın düsturu iləəyyən edilən hüquqi muhafizənin həcmini təsdiq etməlidir.

2.6.2. Təsvirin strukturu.

Təsvir, ixtiranın adı ilə və iddia edilən ixtiranın aid olduğu İBT-nın qüvvədə olan redaksiyası
rubrikasının indeksini göstərməklə başlayır, və onun daxilində aşağıdakı bölmələr olur:
ixtiranın aid olduğu texnika sahəsi;
texnikanın səviyyəsi (mövcud bilgilər məcmusu);
ixtiranın mahiyyəti;
çertyoj fıqurlarının siyahısı (onlar əlavə edildiyi halda);
ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar (lazım olduğu halda).

Lazımi məlumatların olduğu mənbəyə (ədəbiyyat mənbəyinə, əvvəl verilmiş iddia sənədlərindəki
ixtiranın təsvirinə, mühafızə sənədinə aid ixtiranın təsvirinə və s.) istinad etməklə, təsvirin
bölməsinin tamamilə və ya onun bir hissəsinin əvəz edilməsinə yol verilmir.

2.6.3. İxtiranın adı.

Ixtiranın adı onun təyinatını xarakterizə edir, ixtiranın mahiyyətinə və bir qayda olaraq, İBT-nin
əyyən rubrikasına uyğun olur.

İxtiranın adı aşağıdakılar istisna olmaqla tək sayda verilir:
tək sayda işlədilməyən adlar;
kimyəvi birləşmələrə aid. olub, ümumi struktur formulu iləəhatə olunan ixtira adları.

Fərdi birləşmələrə aid olan ixtira adına, kimyada qəbul edilmiş nomenklaturlardan biri üzrə fərdi
birləşmənin adı (əsas e'tabarilə kimyəvi birləşmələrin YİRAS beynalxalq nomenklaturu), onun
təyinatına konkret göstəriş, bioloji aktiv birləşmələr üçün isə - bioloji aktivliyin növü daxil edilir.

Strukturu təyin edilməmiş yüksək molekulyar biriəşmənin alınması üsuluna aid ixtiranın adına,
yüksək molekulyar birləşmələrin adı və onun təyinatına aid göstəriş daxil edilir.

Maddənin - tərkibi təyin edilməmiş qarışığın alınması üsuluna aid ixtiranın adına, onun təyinatına
aid göstəriş və ya həmin maddənin bioloji aktiv xassələri daxil edilir.

Mikroorqanizm ştammına və ya bitki və heyvan hüceyrələri kulturuna aid ixtiranın adına, müəllifin
(müəlliflərin) mikroorqanizm və ya bitki və heyvan hüceyrələri kulturunun nəsil və növünün latınca
bioloji obyektinin adı, familiyası (familiyaları) göstərilməsi, ştammın növü və təyinatı,
mikrqorqanizm ya bitki və heyvan hüceyrələri kulturunun adı, beynalxalq nomenklaturun
kodekslərinin tələblərinə uyğun şəkildə ifadə edilməlidir. Məsələn, bakteriyalar üçün ştammın
təyinatı və növü. "Bakteriyaların qəbul edilmiş adlarının siyahisina" daxil olmuş və ya ona əlavə
kimi "International Journal Systematic Bacteriology"-da dərc olunan adlar göstərilməlidirlər.

Göstərilən siyahıya və ya ona əlavəyə daxil olmamış mikroorqanizmlərin adları, "Sp" (Specles)
şəklində, mötərizəərisində müxtəsər adını yazıb, onun yanında "inv" qeydini göstərməklə ifadə
olunur, məsələn: "Bacillus sp. (B.amuloltioum) "inv" bakteriyalarının ştammı - amilaz produsenti".

Məlum qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqinə aid olan ixtiranın adı, uyğun obyekt üçün qəbul edilmiş qaydalar üzrə tərtib edilir və məlum obyektin yeni təyinatını ifadə edir.

Obyektlərdən biri digərinin alınması (hazirlanması), həyata keçirilməsi və ya istifadə edilməsi üçün nəzərdə tutulmuş obyektlərə aid olan bir qrup ixtiranın adında, birinci ixtiranın adı və digərinin ixtisarla adı göstərilir. Obyektlərdən biri, digərində istifadə edilmək üçün nəzərdə tutulmuş obyektlərə aid olan bir qrup ixtiranın adında, qrupa daxil olan ixtiraların adları olur. Eyni bir nəticəni, eyni bir yolla əldə etməyi təmin edən ixtira, və bu cür qrup ixtiralar, eyni bir ada malik olurlar, belə ki, qrupun adına mötərizədə göstərilən "variantlar" sözü əlavə edilir.

2.6.4. Təsvirin bölmələrinin məzmunu.

2.6.4.1. İxtiranın aid olduğu texnika sahəsi.

Təsvirin "ixtiranın aid olduğu texnika sahəsi" bölməsində ixtiranın tətbiq sahəsi göstərilir. Əgər bu cür sahələr bir neçədirsə, onlardan əsasları göstərilir.

2.6.4.2. Mövcud bilgilər məcmusu.

Təsvirin "Mövcud bilgilər məcmusu" bölməsində analoqlar və iddiaçıya bəlli olan onların arasında mühüm əlamətlər məcmusu ilə iddia edilən ixtiraya öxşarlığı olanlar haqqında məlumatlar verilir.

İxtiranın analoqu -əlamətlər məcmusu ixtiranın mühüm əlamətlər məcmusuna oxşar olan, ilkinlik tarixinə qədər məlum olan eyni təyinatlı vasitədir.

Ixtiranın ən yaxın analoqu, əlamətlər məcmusu üzrə ixtiraya daha çox yaxın olan (oxşar olan) əlamətdir.

Analoqların hər biri, o cümlədən, ən yaxın oxşarlığı olan haqqında verilən məlumatlarda, onun açıqlandığı informasiya mənbəyinin biblioqrafik göstəriciləri, iddia edilən ixtiranın mühüm əlamətləri ilə eyni olanları göstərməklə analoqun əlamətləri, həmçinin iddiaçıya bəlli olan texniki nəticənin əldə edilməsinə mane olan səbəblər göstərilməlidir.

Bir neçə analoq olduqda, ən yaxın oxşarlığı olan analoq axırda təsvir edilir.

Ixtira, tərkibi müəyyən edilməmiş konkret təyinatlı və ya bioloji aktiv xassələrə malik qarışığın alınma üsuluna aid olduqda, ən yaxın oxşarlığı olan analoq kimi, bu cür təyinatlı və ya bu cür bioloji aktiv xassələrə malik qarışığın alınması üsulu göstərilir.

İxtira, yeni birləşmənin, o cümlədən yüksək molekulyar birləşmənin və genetika mühəndisliyi obyektinin alınması üsuluna aid olduqda, onun məlum struktur analoqunun alınması üsulu haqqında mə'lumat verilir.

Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri kulturuna, maddə törəməsinə aid olan ixtira iləən yaxın oxşarlıg təşkil edən analoq dedikdə, törəmə verən maddə nəzərdə tutulur.

İxtira əvvəllər məlum qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqinə aid olduqda, həmin təyinatlı məlum qurğu, üsul, maddə, ştamm onun analoqlarına aid edilir.

Bir qrup ixtiranı təsvir etdikdə, analoq vəən yaxın oxşar analoq haqqında məlumat, hər bir ixtira üçün ayrılıqda verilir.

2.6.4.3. İxtiranın mahiyyəti.

2.6.4.3.1. İxtiranın mahiyyəti və mühüm əlamətləri.

İxtiranın mahiyyəti, ixtiranın təmin etdiyi texniki nəticəyə nail olmaq üçün kifayət edən mühüm əlamətlər məcmusunda ifadə olunur.

Əlamətlər nail olunan texniki nəticəyə təsir etdikdə, yəni onlar göstərilən nəticə ilə səbəb-nəticə əlaqəsində olduqda, mühüm əlamətlərə aid edilirlər.

2.6.4.3.2. İxtiranın mahiyyətini açıqlayan məlumatlar.

«İxtiranın mahiyyəti» bölməsində, iddia edilən ixtiranın həll edilməsinə yönəldiyi məsələətraflı ıqlanır, ixtira həyata keçirildikdəəldə edilə biləcək texniki nəticə göstərilir.

Bu bölmədə həmçinin, ən yaxın oxşar analoqdan fərqlənən əlamətləri ayırmaqla, ixtiranı xarakterizə edən mühüm əlamətlərin hamısı göstərilir, və fərqlənən əlamətlər, iddia edilən hüquqi mühafizə həcminin şamil edildiyi bütün hallarda kifayət edən əlamətlərə və ixtiranı ancaq xüsusi hallarda, konkret yerinə yetirilmə formalarında və ya onun istifadə edilməsinin xüsusi şəraitində xarakterizə edən əlamətlərə bölünür.

İddia edilən ixtiranın yeni mühüm əlamətləri və nail olunan müsbət texniki nəticə arasında səbəbnəticəəlaqəsinin olması da göstərilməlidir. İxtiranın mahiyyətini açıqladıqda, alınmasını həmin ixtiranın təmin etdiyi, iddiaçıya məlum olan digər texniki nəticə növlərinin, o cümlədən, xüsusi hallarda, onun ifasının konkret formalarında və ya xüsusi istifadə edilmə şəraitində göstərilməsi də tövsiyə olunur. Texniki nəticə, məsələn, fırlanma momentinin azaldılması, pərçimlənmənin qarşısının alınması, vibrasiyanın azaldılması, şişməyə qarşı aktivliyin artırılması, dərman preparatının təsirinin lokalizasiya edilməsi, tökmə strukturunun qüsurlarının aradan qaldırılması, işçi orqanın mühitilə kontaktının yaxşılaşdırılması ilə ifadə oluna bilər.

Bir qrup ixtiralar üçün, göstərilən məlumatlar, o cümlədən, texniki nəticə haqqında məlumat da, hər bir ixtira üçün ayrılıqda verilir.

Mikroorqanizm ştammını, bitki və heyvan hüceyrələri kulturunu təsvir etdikdə, əlavə olaraq onun ilk və ya yaxın qohum ştammdan fərqlənən əlamətləri də göstərilir.

Məlum qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqinə aid olan ixtiranı təsvir etdikdə, məlum obyektin xarakteristikaları (onun təsvir olunduğu informasiya rnənbəyinin biblioqrafik göstəricilərini qeyd etməklə), onun məlum və yeni təyinatı haqqında məlumatlar verilir.

2.6.4.3.3. Çertyoj fiqurlarının siyahısı.

Təsvirin bu bölməsində, çertyoj fiqurlarının siyahısından başqa, qısaca olaraq hər bir fiqurda nəyin əks edildiyi də qeyd olunur.

2.6.4.4. İxtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar.

Bu bölmədə iddiaçının göstərdiyi təyinatda ixtiranın həyata keçirilməsinin mümkünlüyü göstərilir.

«İxtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar» bölməsində, "ixtiranın mahiyyəti" bölməsində göstərilmiş texniki nəticənin əldə edilməsi imkanı göstərilir.

Mahiyyəti ümumi anlayışlarla, o cümlədən, funksional ümumiləşdirmə səviyyəsində təqdim edilmiş anlayışlarla ifadə olunmuşəlamətlərlə xarakterizə olunan ixtiranın həyata keçirilməsi imkanı, ümumi anlayışlarla ifadə olunmuşəlaməti həyata keçirmək üçün bilavasitə iddia sənədlərinin materiallarında bu cür əlamətin və ya onun alınma metodlarının həyata keçirilmə vasitəsi təsvir edilməklə, yaxud da bu cür vasitənin və ya onun alınma üsullarının məlumluğuna göstərişlərində təsdiq edilir.

Ixtiranı səciyyələndirən kəmiyyət əlamətləri qiymət intervalı şəklində istifadə edildikdə, onlar texniki nəticənin həmin interval daxilində maksimum olması şərti ilə göstərilməlidir.

2.6.4.4.1. Qurğuya aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar.

Qurğuya aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlara, qurğunun konstruksiyasınııqlayan statik vəziyyətdəki təsviri daxildir. Qurğunun konstruktiv elementlərini təsvir etdikdə, çertyoj fiqurlarına istinadlar edilir. Konstruktiv elementlər rəgəmlərlə, onların adının çəkilməsi üzrə, birdən başlayaraq, artma istiqamətində işarələnirlər.

Statik vəziyyətdə qurğunu təsvir etdikdən sonra, çertyojlarda verilmiş konstruksiyanın rəqəmlərlə işarələnmiş elementlərinə və lazım gəldikdə digər izahedici materiallara (epürlər, zaman diaqramları və s.) istinad etməklə qurğunun fəaliyyəti (işi) və qurğunun istifadə edilmə üsulu təsvir edilir.

Əgər qurğuda, funksional səviyyədə xarakterizə olunmuş element vardırsa, və təsvir olunan realizə forması, proqramlaşdırıla bilən (sazlandırıla bilən) çox funksional vasitə istifadə edilməsini nəzərdə tutursa, onda həmin qurğunun tərkibində, bu cür vasitə ilə, onun təyin edilmiş konkret funksiyanı yerinə yetirməsi imkanını təsdiq edən məlumatlar da verilir. Bu cür məlumatlar kimi alqoritm, o cümlədən, hesablama alqoritmi verildiyi halda, onu blok-sxem, və ya, mümkün olduqda, uyğun riyazi ifadə şəklində vermək daha yaxşıdır.

2.6.4.4.2. Üsula aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar.

Üsula aid olan ixtira üçün, maddi obyekt üzərində ardıcıl əməli hərəkətlərin (əməliyyatların) aparılması şərtləri, konkret rejimlər (temperatur, təzyiq və s.) bu zaman istifadə olunan qurğular, maddələr vəştammılar göstərilir. Məlum vasitələrin (qurğu, maddə vəştamm) istifadə edilməsi ilə xarakterizə olunan üsulu təsvir etdikdə, həmin vasitələr göstərilir və ilkinlik tarixinə qədər onların məlumluğu təsdiq edilir. Məlum olmayan vasitələr istifadə olunduqda, onların xarakteristikası verilir və lazım olduğu halda qrafiki təsvir əlavə edilir.

Üsulda yeni maddələr istifadə olunduqda, onların əldə edilməsi üsulu açıqlanır.

Ümumi struktur formulu ilə təsvir olunan birləşmələrin yeni qrupunun alınması üsuluna aid olan ixtira üçün, həmin üsul ilə qrupun bəzi konkret birləşmələrinin, əsas etibarilə, müxtəlif kimyəvi xassəli radikalların alınmasına aid misallar, homoloji sıra üçün isə - həmin sıranın kənar və orta təmsilçilərinin alınmasına aid misallar verilir. Qrupa daxil olan birləşmələr üçün, məlum metodlar ilə təsdiq olunmuş struktur formullar, və fiziki - kimyəvi xarakteristikalar verilir. Təsvirdə həmçinin, yeni birləşmələrin təyinatı və ya bioloji aktiv xassələri haqqında məlumatlar da göstərilir.

Strukturu müəyyən edilməmiş yüksək molekulyar birləşmələrin alınması üsuluna aid olan ixtira üçün, ixtiraya aid verilən misallarda, həmin birləşmənin identifikasiyası üçün lazım olan məlumatlar, yüksək molekulyar birləşmənin alınması üçün ilk reagentlər haqqında məlumatlar, həmcinin birləşmənin təyinatınıəyyən edən xassələr haqqında məlumatlar və həmin təyinatı təsdiq edən məlumatlar da verilir.

Tərkibi müəyyən edilməmiş qarışığın və konkret təyinatlı və ya bioloji aktiv xassəli strukturun alınması üsuluna aid olan ixtira üçün, ixtiraya aid verilən misallarda, üsulun aparılma şəraitini, qarışığı identifikasiya etmək üçün onun özünün lazım olan xarakteristikasını təsvir etməkdən başqa, qarışığın təyinatınıəyyən edən xassələr haqqında məlumatlar və həmin təyinatı təsdiq edən məlumatlar da verilir.

Məmulatın elementi və ya məmulatın özü tərkibi və strukturu müəyyən edilməmiş materialdan hazırlanmışsa, həmin məmulatın alınması üsuluna aid olan ixtira üçün, materialın xassələri və elementin və (və ya) bütövlükdə məmulatın xarakteristikaları haqqında məlumatlar verilir.

2.6.4.4.3. Maddəyə aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar.

Strukturu müəyyən edilmiş yeni fərdi birləşməyə aid olan ixtira üçün, məlum metodlar ilə isbat edilmiş struktur formulu, fiziki - kimyəvi sabitlər verilir və yeni birləşmənin ilk dəfə alındığı üsul təsvir olunur. Bunlardan başqa, müəyyən təyinat üzrə bu birləşmənin istifadə edilməsi imkanının isbatı, bioloji aktiv birləşmə üçün isə aktivlik və zəhərləmə xüsusiyyəti xarakteristikalarının kəmiyyət göstəriciləri, lazım olduğu halda isə fəaliyyəti və digər göstəriciləri də verilir.

Əgər yeni birləşmə müalicə təyinatlıdırsa və onun bu keyfiyyətdə kliniki sınaqları aparılmışdırsa, onda müalicə vasitəsinin dozasını və qəbul edilmə üsulunu, reseptin tərtib edilmə üsulunu, kəskin zəhərləmə xüsussiyətini göstərməklə, həmin sınaqlar haqqında məlumatlar da verilir.

Yeni fərdi birləşmə mikroorqanizm ştammı, bitki və heyvan hüceyrələri kulturu istifadə edilməklə alınmışdırsa, onda həmin ştammın iştirakı ilə sintez üsulu, onun özü haqqında dəlillər və onun depoziti haqqında məlumatlar da verilir.

İxtira strukturu müəyyən edilmiş, ümumi struktur formulu ilə təsvir olunan yeni fərdi kimyəvi birləşmələr qrupuna aiddirsə, alınma üsulunun ümumi sxemi, həmçinin, əsas etibarilə kimyəvi xassə üzrə müxtəlif radikallı bəzi konkret birləşmələrin əldə edilməsinə aid misallar verməklə, qrupun bütün birləşmələrinin əldə edilməsi imkanı təsdiq edilir.

Alınmış birləşmələr üçün həmçinin, onların məlum metodlarla təsdiq olunmuş struktur formulları, fiziki - kimyəvi sabitləri, bunlardan başqa, qrupun bəzi birləşmələrinin göstərilən təyinat üzrə istifadə edilməsi imkanının təsdiqi də verilir.

Yeni birləşmələr bioloji aktiv birləşmələrdirsə, həmin birləşmələrin aktivlik və zəhərləmə xüsusiyyəti haqda göstəriciləri də verilir.

İxtira aralıq birləşməyə aiddirsə, onda, aralıq birləşmənin məlum son məhsula emal edilməsi imkanı və ya ondan konkret təyinatlı və ya bioloji aktiv xassəli yeni sort məhsul alınması imkanı da göstərilməlidir.

İxtira kompozisiyaya (qarışığa, məhlula, ərintiyə, şüşəyə və s.) aiddirsə, onda verilən misallarda, kompozisiyanın tərkibinə daxil olan inqredientlərə, onların xarakteristika və kəmiyyətcə nisbətlərinə aid göstərişlər, həmçinin onun əldə edilməsi üsulunun təsviri də olmalıdır. Kompozisiyada ingredient kimi yeni maddə vardırsa, həmin maddənin əldə edilməsi üsulu təsvir edilir.

Misallarla təsvir edilən, konkret maddədə hər bir ingredientin miqdarı, ixtiranın düsturunda göstərilmiş qiymətlər intervalı həddində konkret ölçü vahidləri ilə ifadə olunmuş şəkildə göstərilir (ixtiranın düsturunda ingredientlərin miqdarı faiz ilə ifadə olunduqda (kütlə və ya həcm üzrə), misalda göstərilən ingredientlərin ümumi miqdarı 100% bərabər olur.

2.6.4.4.4. Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri kulturuna aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar.

Ştamma aid olan ixtira üçün, ştammın nomenklatur məlumatları və mənşəyi, qidalandırıcı mühitin (səpin və qıcqırma prosesi) kəmiyyət və keyfıyyət tərkibi haqqında məlumatlar, becərdilmə şəraiti (temperatur, PH ədədinin qiyməti, O2 xüsusi kütləkeçirməsi, işıqlanma və s.), fermentasiya vaxtı, biosintez xarakteristikası, faydalı (məqsədli) məhsullar, məhsulun çıxışı, ştammın aktivlik (məhsuldarlıq) səviyyəsi və onun təyin edilməsi (testləşdirilməsi) üsulları haqqında məlumatlar da verilir. Həmçinin, məqsədli məhsulların ayrılması və təmizlənməsi üsulu da göstərilməlidir (yeni məqsədli məhsulların törəməsi üçün, məsələn, antibiotiklər, fermentlər, monoklonal anticismlər və s.).

Mikroorqanizm konsorsiumları və bitki və heyvan hüceyrələrinin kulturları üçün bu məlumatlar göstərilir: komponentlərin olmasının yoxlanılması metodu, ayırma (seleksiya) metodu və seleksiyanın aparılmasında istifadə olunmuşəlamətlər, uzunmüddətli becərilmədə konsorsiumun stabilliyi, kənar mikroorqanizmlərlə yoluxmaya davamlılıq.

Mikroorqanizm, hüceyrə kulturası ştammına və ya onun istifadə olunduğu üsullara aid ixtiranın həyata keçirilmə mümkünlüyü müvafiq ştammın necə və ya harada alına bilməsinə göstərişlərlə təsdiq olunur.

Ştammın alınma mümkünlüyü onun alınma üsulunun təsvırı ılə vəəyyən olunmuş qaydada tərtib olunmuş depozit sənədi təqdım edılməklə (depozitləşmə iddia sənədinin verilmə tarixinədək və ya onunla eyni zamanda həyata keçirilməlidir) təsdiq edilməlidir.

2.6.4.4.5. Yeni təyinat üzrə tətbiqə aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar.

Qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqinə aid ixtira üçün, onların həmin təyinatı realizə etmək imkanını təsdiq edən məlumatlar verilirlər.

2.6.4.5. İmza

Ixtiranın təsvirini iddiaçı və ya buna müvəkkil edilmiş şəxs imzalayır.

2.7. İxtiranın düsturu.

2.7.1. Ixtiranın düsturunun təyinatı və tərtib edilməsi.

Ixtiranın düsturu, ixtiranın mahiyyətini ifadə edir və patentlə verilən hüquqi mühafizə həcmini təyin edir.

Ixtiranın düsturu, ixtiranın mühüm əlamətlərinin məcmusunun məntiqi tərifi şəklində ifadə edilir.

Ixtiranın düsturu (və ya çoxbəndli ixtira düsturunun hər bir bəndi) bir cümlə şəklində ifadə edilir.

İxtira düsturundakı əlamətlər elə ifadə olunur ki, onların eyniləşdirilməsini təmin etmək mümkün olsun.

Əlamətin, digər mühüm əlamətlərlə məcmuda eyni bir texniki nəticənin əldə edilməsini təmin edən, realizə edilməsi mümkün olan bir neçə formasıəyyən edıldikdə, əlaməti, müəyyən edilmiş realizasiya formalarını əhatə edən ümumi anlayışla ifadə etmək məqsədəuyğundur.

Belə bir anlayış olmadıqda və ya ümumiləşdirmə qanuna uyğun olmadıqda, əlamət, alternativ anlayışlar şəklində ifadə oluna bilər. Ixtiranın düsturu azərbaycan, rus və ingilis dillərində tərtib edilir.

2.7.2. İxtiranın düsturunun strukturu.

İxtiranın düsturu birbəndli və çoxbəndli ola bilər və uyğun olaraq, bir və ya bir necə bənddən ibarət ola bilər.

2.7.2.1. Ixtiranın birbəndli düsturu.

Bir ixtiranın xüsusi hallara aid ifasına və ya istifadə edilməsinə görə, inkişaf və ya dəqiqləşdirilməyə malik olmayan mühüm əlamətlər məcmusu olduqda, onu xarakterizə etmək üçün ixtiranın birbəndli düsturu tətbiq edilir.

2.7.2.2. İxtiranın çoxbəndli düsturu.

Bir ixtiranın xüsusi hallara aid ifasına və ya istifadə edilməsinə görə, inkişaf etdirilən və (və ya)
dəqiqləşdirilən mühüm əlamətlər məcmusu olduqda, onu xarakterizə etmək üçün və ya bir qrup
ixtiranı xarakterizə etmək üçün ixtiranın çoxbəndli düsturu tətbiq edilir.

Bir ixtiranı xarakterizə edən ixtiranın çoxbəndli düsturu, asılı olmayan bir bəndə və onun ardınca
gələn asılı olan bəndə (bəndlərə) malik olur.

Bir qrup ixtiranı xarakterizə edən ixtiranın çoxbəndli düsturu, bir neçə müstəqil bəndə malik olur,
onlardan hər biri, qrupun ixtiralarından birini xarakterizə edir. Bu zaman, qrupun ixtiralarından hər
biri, uyğun müstəqil bəndə tabe edilmiş asılı olan bəndlər cəlb etməklə xarakterizə edilə bilər.

Bir qrup ixtiranı xarakterizə edən ixtira düsturunu ifadə etdikdə aşağıdakı qaydalara riayət olunur:
ayrı-ayrı ixtiraları xarakterizə edən müstəqil bəndlərdə ixtira düsturunun digər bəndlərinə istinadlar
olmamalıdır;
asılı olan bəndlər, onların tabe olduqları müstəqil bənd ilə birlikdə qruplaşdırılmalıdır;
ixtiralar ixtira obyektlərindən birinin başqasının (başqasında) alınması, həyata keçirilməsi və ya
istifadəsi üçün nəzərdə tutulması şərtilə bir qrupa birləşdirilirsə, birinci müstəqil bənddə başqa
ixtiranın hansı ixtira üçün nəzərdə tutulduğu göstərilir.

2.7.2.3. İxtira düsturunun asılı olmayan bəndi.

İxtira düsturunun asılı olmayan bəndi, ancaq bir ixtiraya aid edilir və bir cümlə ilə ifadə edilir. O, iddia edilən hüquqi mühafizə həcmini göstərən mühüm əlamətlər məcmusu iləıqlanır və əyyən məntiqi ifadə ilə ixtiranı xarakterizə edir. İxtira düsturunun asılı olmayan bəndi, bir qayda olaraq, ən yaxın oxşarlığı olanın əlamətləri ilə üst-üstəşən mühüm əlamətlərin, o cümlədən,

ixtıranın təyinatını əks etdirən soy anlayışının daxil edildiyi məlum məhdudlaşdırıcı hissədən və
ixtiranı ən yaxın oxşarlığı olandan fərqləndirən, mühüm əlamətlərin daxil edildiyi, fərqləndirici
hissədən ibarət olur.

Məlum hissə, fərqləndirici hissədən - " onunla fərqlənir ki,..." söz birləşmələri ilə ayrılır.

Ixtiranın düsturu aşağıda göstərilənləri xarakterizə etdikdə o, məlum və fərqləndirici hissələrə
ayrılmadan tərtib edilir:
fərdi kimyəvi birləşməni;
mikroorqanizm ştammını, bitki və heyvan hüceyrələri kulturunu;
əvəllər məlum olan qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqini;
analoqları olmayan ixtiranı.

2.7.2.4. İxtira düsturunun asılı olan bəndi.

Ixtira düsturunun asılı olan bəndlərinə, ixtiranın ifasının və ya istifadə edilməsinin xüsusi hallarında ixtiranı xarakterizə edən mühüm əlamətlər məcmusu daxil edilir.

İxtira düsturunun asılı olan bəndinə, ixtiranın təyinatını əks etdirən, bir qayda olaraq, müstəqil bənddə verilənlə müqayisədə ixtisar şəklində, kök (soy) anlayışı, və onun aid olduğu müstəqil bəndə və (və ya) asılı olan bəndə (bəndlərə) istinad olur. Asılı olan bənd ixtira dusturunun bir neçə bəndinə tabe olduqda, onlara istinad, alternativdən istifadə etməklə göstərilir.

Asılı olan bəndlərin, asılı olmayan bəndə tabeliyi bilavasitə və ya dolayı, yəni bir və bir neçə asılı bəndlər vastəsilə ola bilər.

Asılı olan bəndin bilavasitə tabeliyi, ixtiranın ifasının və ya ixtiranın ifasının və ya istifadəsinin xüsusi halında yalnız mustəqil bəndin əlamətləri lazımdırsa, asılı bəndin bilavasitə müstəqil bəndə tabe edilməsindən istifadə olunur.

2.7.3. Qurğuya aid ixtira düsturunun xüsusiyyətləri

Ixtira düsturunda, qurğunun əlamətləri statik vəziyyətdə verilir. Qurğunun konstruktiv elementləri verildikdə, onların hərəkətiliyi və ya hər hansı bir funksiyanın yerinə yetirmələrinin mümkünlüyü (misal üçün tormozlanma, bərkidilmə) və s. göstərir.

2.7.4. Üsula aid olan ixtira düsturunun xüsusiyyətləri.

Üsulun əlamətləri kimi fəaliyyəti (hərəkət, əməliyyat) xarakterizə etmək üçün fel istifadə olunduqda, onları məlum növdə, xəbər formasında, üçüncü şəxsin adından, cəm halında şərh edirlər (qızdırırlar, isladırlar, közərdirlər və s.).

2.7.5. Maddəyə aid olan ixtira düsturunun xüsusiyyətləri.

Ixtiyari mənşəli fərdi kimyəvi birləşməni xarakterizə etmək üçün, ixtira düsturuna birləşmənin adı və ya işarəsi, onun təyinatı və ya bioloji aktivlik, həmcinin aşağıdakılar daxil edilirlər: antibiotik və digər kiçik molekulyar maddələr üçün: ayrılma mənbəyi (mikroorqanizm ştammı və ya hüceyrə kulturu), element tərkibi, molekulyar kütlə, maddənin optik aktivliyi, spektral analizin nəticələri, maddənin rəngi və fıziki halı, həll olma qabiliyyəti və işığa reaksiyası; nativ fermentlər üçün: ayrılma mənbəyi (mikroorqanizm ştammı və ya hüçeyrə kulturu), substrat xüsusiyyətləri, molekulyar kütlə, PH ədədinin optimal qiyməti, termo- və PH-stabilliyi, izoelektrik nöqtəsi, Mixaelis sabiti, fermentin inhibitoru; monoklonal anticisimlər üçün: əldə edilmə mənbəyi (mikroorqanizm ştammı və ya hüceyrə kulturu), immunoqlobulinin sinfi (alt sinfi) və yüngül zəncirlərin tipi, təsnifat, antigen nişanın xarakteristikası, birləşdirmə sabiti, molekulyar kütlə, izoelektrik nöqtəsi və antigenin təbiətindən asılı olaraq - kompliment-birləşdirici və ya neytrallaşdırıcı, və ya litik, və ya aqqlyunitik və ya presipitik aktivlik, və ya sitozəhərlilik (kəmiyyət ifadəsi ilə); protektiv antigenlər üçün: ştammın - ayrılma mənbəyi, lokallaşdırma vəştammın strukturunda antigenin təbiəti, ayrılma metodu, biokimyəvi tərkib (polisaxarid təbiətli antigenlər üçün - monosaxaridlərin tərkibi, zülal təbiətli antigenlər üçün - aminoturşuluq tərkibi və s.), molekulyar kütlə, izoelektrik nöqtəsi və (və ya) izoelektrik yerdəyişməsi; qenetika mühəndisliyi obyektləri üçün (plazmid, vektor, rekombinat molekulları və nuklein turşuları, HK, HK fraqmentləri üçün): mənşəyi (tərkib hissələri), genetik marker və requlyar sahəni göstərməklə fiziki xəritə, konyuqativlik (plazmidlər üçün), vektorun həcmi, sahələrin spektri (vektorlar üçün), HK yad fraqmenti nukleotidlərinin ardıcıllığı (struktur genin) və kodlaşdırılan maddənin adı (HK rekombinat molekulları və HK fraqmentləri üçün).

Kompozisiyanı xarakterizə edən ixtira düsturunda, inqredientlərin tərkib möhtəviyyatı miqdarına aid olan əlamətlər olduqda, onlar, hər hansı bir eyni ölçü vahidləri ilə, bir qayda olaraq, miqdarın minimal və maksimal (aşağı və yuxarı) hədlərini xarakterizə edən iki qiymətlə ifadə olunurlar.

Kompozisiyanın inqredientlərindən birinin miqdarınıəyyən bir qiymətlə, qalan inqredientlərin miqdarını isə - vahid qəbul edilmiş həmin qiymətə nisbətən qiymətlər intervalının qiyməti kimi göstərməyə icazə verilir (məsələn, inqredientlərin miqdarı, kompozisiyanın əsas inqredientinin 100 kütlə hissə nisbəti kimi və ya 1 litr məhlula nisbəti kimi verilir).

Kompozisianın tərkibindəki antibiotiklərin, fermentlərin, anatoksinlərin də miqdarlarını, kompozisiyada olan o biri komponentlərin ölçü vahidlərindən fərqli olaraq, digər ölçü vahidləri ilə göstərməyə icazə verilir (məsələn, kompozisiyada olan o biri inqredientlərin kütlə miqdarına nisbətən 1000 vahid ilə).

Kompozisiyaya aid olan ixtira əlavə inqrediyentlər daxil edilməsi ilə xarakterizə olunursa, müvafiq fərqləndirici əlamətdən əvvəl "əlavə olaraq vardır" söz birləşməsi daxil edilir.

Təyinatı ancaq yeni aktiv başlanğıc iləəyyən edilən, digər komponentləri isə, bu cür təyinatlı kompozisiyada ənənəvi tətbiq olunanlar sırasından neytral daşıyıcılar olan kompozisiyalar üçün, ixtiranın məğzində ancaq həmin aktiv başlanğıcı və kompozisiyanın tərkibində onun kəmiyyət miqdarını göstərməyə icazə verilir.

Ixtiranın əlaməti kimi mürəkkəb tərkibli məlüm maddə göstərilibsə, onda həmin maddənin funksiyasını və ya xassəsini və onun əsasını mütləq göstərməklə, onun xüsusi adının istifadə edilməsinə icazə verilir. Bu halda, ixtiranın təsvirində həmin maddənin tam tərkibi, və lazım gəldikdə isə, onun alınması üsulu verilməlidir.

2.7.6. Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri kulturuna aid olan ixtira düsturunun xüsusiyyətləri.

Mikroorqanizm ştammına, bitki və heyvan hüceyrələri kulturunu xarakterizə edən ixtira düsturuna, ştammın aid olduğu mikroorqanizm, bitki və heyvan cinsinin və növ epitetinin latınca adları, ştammın adı və təyinatı rəsmi kolleksiyanın-depozitlərinin abbreviaturası, depozit olunmuş obyektin kolleksiyasına verilmiş qeydiyyat nömrəsi daxil edilirlər.

2.7.7. Yeni təyinat üzrə tətbiqə aid olan ixtira düsturunun xüsusiyyətləri.

İxtira obyekti, məlum qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqinə aid olduğu hallarda, ixtira düsturu aşağıdaki kimi qurulur: "bəlli olan ixtiranın adı və ya funksional xarakteristikası göstərilir" sonra yeni təyinat üzrə istifadəsi (qurğunun, üsulun, maddənin və ya ştammın) adı və ya funksional xarakteristikası göstərilir.

2.8. İmza.

İxtiranın düsturunu iddiaçı və ya buna müvəkkil edilmiş şəxs imzalayır.

2.9. Çertyojlar və digər materiallar.

Çertyojlar və digər materiallar, təsvirdə şərh olunmuş ixtiranın mahiyyətini başa düşmək üçün lazım olduğu halda təgdim edilirlər. Təqdim edilən çertyojlar və digər materiallar, təsvirin mətni ilə uyğunluq təşkil etməlidirlər. Çertyojlar və digər izahedici materiallar (yəni çertyoj, sxem, qrafik, epür, şəkil, ossiloqram və s.) fotoşəkil, cədvəl, diaqramlar kimi təqdim edilə bilərlər.

Şəkil, ixtiranın təsvirini certyoj və ya sxemlər ilə aydınlaşdırmaq mümkün olmadığı halda təqdim edilir.

Qrafıki materialların hər bir vərəqinin yuxarı sağ küncündə ixtiranın adı, aşağı sağ küncündə isə -ixtiranın müəllifinin (müəlliflərinin) soyadı (soyadları) və inisialı (inisialları) göstərilir.

2.10. Referat.

Referat, ixtiranın təsvirinin məzmunun müxtəsər şərhindən ibarətdir. Referatda ixtiranın adı, ixtiranın aid olduğu texnika sahəsinin xarakteristikası, ixtiranın adından məlum olmadıqda isə -onun tətbiq sahəsi, əldə edilən texniki nəticəni göstərməklə ixtiranın mahiyyətinin xarakteristikası verilir. Referatda ixtiranın mahiyyəti, ixtiranın mühüm əlamətlərinin hamısını saxlamaqla, ixtiranın düsturunun sərbəst şərh etmək yolu ilə xarakterizə olunur. Lazım olduqda referata çertyoj və ya kimyəvi formula daxil edilir.

Referatda əlavə məlumatlar, o cümlədən, ixtira düsturunun asılı bəndlərinin olmasına və ya onların sayına aid məlumat, qrafıki təsvir, cədvəl də ola bilər. Referatın mətninin həcmi - orta hesabla 1000 çap işarəsindən çox olmur. Referat azərbaycan, rus və ingilis dillərində tərtib olunur.

3.Terminologiya və şərti işarələr.

Ixtiranın təsvirində və onun izahedici materiallarında standartlaşmış termin və ixtisarlar, onlar olmadıqda isə-elmi və texniki ədəbiyyatda qəbul edilmiş termin və ixtisarlardan istifadə edilir.

Ədəbiyyatda geniş tətbiq edilməyən termin və işarələrdən istifadə etdikdə, mətndə onların birinci dəfə işlədildiyi yerdə izahı verilməlidir.

Şərti işarələrin hamısııqlanmalıdır.

İxtiranın təsvirində və ixtiranın düsturunda terminologiyanın vahidliyi gözlənilməlidir, yəni ixtiranın təsvirinin mətnində və ixtiranın dusturunda, eyni əlamətlər, eyni cür adlandırılmalıdır. Terminologiyanın vahidliyi tələbi, fiziki kəmiyyətlərin ölçü vahidlərinə və istifadə olunan şərti işarələrə də aiddir.

Fiziki kəmiyyətlər, qüvvədə olan Beynalxalq ölçü vahidləri sistemində ifadə olunurlar.

    1. İcazə verilməyən elementlər.
    2. İddia sənədlərində, ictimai qayda vəəxlaqa zidd olan ifadələr, çertyojlar, şəkillər və sair materiallar, həmçinin başqa şəxslərin iddia sənədlərinə və patentlərinə sayğısız münasibətlə vəıq-aşqar ixtiraya aid olmayan mülahizələr olmamalıdır.
  1. Iddia sənədlərinin tərtibi.
    İddia sənədləri elə tərtib edilir ki, onların qeyri-məhdud surətilərini bilavasitə çıxarmaq olsun.
    Sətirlər vərəqin kiçik tərəfinə paralel yerləşdirilməklə, hər bir vərəqin ancaq bir üzü istifadə olunur.
    Iddia sənədinə qoşulan hər bir sənəd, ayrıca vərəqdən başlayır.
    İddia sənədləri, 210x297 mm formatlı ağ kağız vərəqlərində tərtib edilirlər.
    Ixtiraya aid ərizə, ixtiranın təsvirinin, ixtiranın düsturunun, referatın çap olunduğu vərəqlərdə, onun

kənarlarında, aşağıda göstərilmiş ölçülərdən az olmayaraq boş yer buraxılır, mm ilə: sol və aşağı tərəf - 25-40 . yuxarı tərəf - 20-40 sağ tərəf - 20-30 İddia sənədilə daxil olan hər bir sənədə məxsus materialın ikinci və ondan sonra gələn vərəqləri

ərəb rəqəmləri ilə nömrələnir.

Sənədlər qara rəngli şriftlə çap olunurlar. Təsvirin mətni, ixtiranın düsturu və referat, iki interval məsafə ilə çap olunurlar, baş hərflərin hündürlüyü 2,1 mm-dən az olmamalıdır. Qrafiki simvollar, latınca adlar, latın və yunan hərfləri, riyazi və kimyəvi düsturlar qara rəngli

mürəkkəb, pasta və ya tuş ilə yazıla bilərlər. Düsturların, makina vəəl ilə yazıların qarışığı kimi yazılmasına icazə verilmir.

5.1. Kimyəvi formullar.
İxtiranın təsvirində və ixtiranın düsturunda kimyəvi formullar istifadə oluna bilər.
Kimyəvi birləşmələrin struktur formulları, bir qayda olaraq, ayrıca vərəqdə verilir (qrafiki

materiallar kimi), onların hər biri fiqur kimi nömrələnir və vərəqlərdə istinad işarəsi qeyd olunur.
Kimyəvi quruluş formullarının ümumişlək simvolundan, elementlərin simvolundan istifadə
olunmalı və element və radikallar arasındakı əlaqə dəqiq göstərilməlidir.

5.2. Riyazi düsturlar və simvollar.

Ixtiranın təsvirində və ixtiranın düsturunda riyazi ifadə (düstur) və simvollar istifadə oluna bilər.

Riyazi ifadənin verilmə forması tənzimlənmir.

Riyazi düsturlarda olan hərf işarələrinin hamısııqlanır. Düstura aid izahat, sütunlar şəklində yazılmalı və hər bir sətirdən sonra nöqtəli vergül qoyulmalıdır.

>, <, = və digər riyazi işarələr, ancaq riyazi düsturlarda istifadə olunur, mətndə isə həmin işarələr söz ilə (böyük, kiçik, bərabər və s.) yazılmalıdırlar. Müsbət kəmiyyətlər arasında interval göstərilməsi üçün + işarəsinə icazə verilir. Digər hallarda "başlayır" və "qurtarır" sözləri ilə ifadə olunur.

Kəmiyyət faiz ilə ifadə olunduqda, faiz işarəsi (%) ədəddən sonra qoyulur. Bir neçə kəmiyyət olduqda, faiz işarəsi həmin kəmiyyətlərin sadalanmasından əvvəl qoyulur və iki nöqtə ilə onlardan ayrılır.

Riyazi düsturlarda bir sətirdən digərinə keçidə, ancaq işarə üzrə icazə verilir.

5.3 Qrafiki materiallar.

Qrafiki ınaterialların təsviri möhkəm, ag, hamar kagızda, pozulmayan qara aydın xətt vəştrixlərlə, tuş sürtmədən və rənglənmədən yerinə yetirilir.

Təsvirin miqyası və aydınlığı elə seçilir ki, olçülər 2/3 dəfə kiçildilməklə təsvirin surətini çıxardıqda, bütün detalları ayırd etmək mümkün olsun.

Rəqəm və hərflər mötərizə, çevrə və dırnaq içərisində yerləşdirilməməlidirlər. Rəqəm və hərflərin hündürlüyü 3,2 mm-dən az olmamalıdır.

Çertyojlarda izahedici heç bir yazı olmamalıdır, "su", "buxar", "açıq", "bağlı", "AB üzrə kəsik" kimi zəruri sözləri istisna təşkil edir.

Çertyojda düzbucaqlı (ortoqonal) proeksiyaların istifadə edilməsi (müxtəlif görünüşlərdə və kəsiklərdə) daha çox məqsədəuyğundur; aksonometrik proyeksiyaların istifadə edilməsinə də icazə verilir.

Çertyojda ölçülər göstərilmir, lazım olduqda onlar ixtiranın təsvirində verilirlər.

Çertyojlarda hər bir element, digər elementlərin hamısına mütənasib göstərilir, elementin dəqiq göstərilməsi üçün, tənasübün fərdi olması lazım gəldiyi hallar istisna təşkil edir.

Çertyojun bir vərəqində, bir neçə fiqur yerləşdirilə bilər, bu halda onlar biri birindən dürüst ayırmalıdır.

İki və daha çox vərəqdə yerləşdirilmiş fiqurlar, vahid fiqurun hissələrini təşkil edirlərsə, onlar elə yerləşdirilirlər ki, vahid fiqur, müxtəlif vərəqlərdə təsvir edilmiş fiqurlardan hər hansı birini buraxmadan, quraşdırıla bilsin. Hər bir fiqur vərəqdə və ya vərəqlərdə elə yerləşdirilməiidir ki, vərəqin sahəsindən maksimum istifadə olunsun və çertyoju, vərəqin uzun tərəflərinin şaquli vəziyyətində oxumaq mümkün olsun. Qrafiki təsvirin elementləri, ixtiranın təsvirinə uyğun olaraq ərəb rəqəmləri ilə işarələnirlər.

Bir necə fiqurda göstərilmiş eyni elementlər, eyni rəqəmlərlə işarələnirlər.

Ixtiranın təsvirində adı çəkilməmiş istinad işarələri, çertyojlarda qeyd olunmur vəəksinə.

Qrafiki təsvir sxem kimi verildikdə, sxemdə standartlaşdırılmış şərti qrafiki işarələr istifadə olunmalıdır.

Bir növ sxemdə, başqa bir növ sxemin ayrı-ayrı elementlərinin təsvir edilməsinə icazə verilir (məsələn, elektrik sxemində kinematik və ya hidravlik sxem elementlərinin istifadə edilməsi).

Sxem, elementlərin qrafiki işarəsi kimi, düzbucaqlılar şəklində verilibsə, düzbucaqlının içərisində, rəqəm işarəsindən başqa, elementin adı da yazılır. Elementin qrafiki təsvirinin ölçüləri buna imkan vermirsə, onda elementin adını, həmin elementdən kənara çıxarılmış xətt üzərində göstərməyə icazə verilir (lazım gəldikdə, sxemin ətrafında, şəkilaltı adlar kimi də göstərilə bilər).

Fotoşəkillərin formatı elə seçilməlidir ki, o, iddia sənədləri vərəqlərinin müəyyən edilmiş ölçülərindən böyük olmasın. Kiçik formatlı fotoşəkillər, vərəqin formatına və keyfiyyətinə verilən tələblərə riayət etməklə, kağız vərəqlərinə yapışdırılaraq təqdim edilirlər.

Hər bir qrafiki təsvir, həmin təsvirin növündən (çertyoj, sxem, qrafik, şəkil və s.) və ixtiranın təsvirinin mətnindəki vərəqlərin nömrəsindən asılı olmayaraq ərəb rəqəmləri ilə nömrələnir (fiq.1, fiq.2). İxtiranın təsviri bir fiqurla izah edilirsə, həmin fiqur nömrələnmir.

Qrafiki təsvirlər, ixtiranın təsvirində və ixtiranın düsturunda verilmirlər.

5.4. Biblioqrafik məlumatlar.

İddia sənədlərində, informasiya mənbələrinin biblioqrafik məlumatları elə göstərilirlər ki, informasiya mənbəyi aşkar edilə bilsin.

5.5. İmza.

İddia sənədlərində, bu Qaydalara əsasən müəyyən edilmiş hallarda qoyulmuş imzalar, imza edən şəxsin soyadını və inisialını göstərməkləıqlanır.

Sənədləri vəzifəli şəxs imzaladıqda, imza edənin vəzifəsi göstərilir, imza isə möhür ilə təsdiq edilir.

Xarici adlar, şirkətin adı həmçinin azərbaycan transliterasiyasında da göstərilir.

əssisənin adı tam rəsmi adla, ancaq açıq məktublaşmada icazə verilən məlumatları yazmaqla göstərilir.

2-ci hissə

Patent verilməsi üzrə işlərin aparılması.

6. Nümayəndənin təyini.

Iddia sənədi üzrə, onun təqdim edilməsindən sonra yazışmaların aparılması və iddia sənədinin baxılması zamanı iddiaçı öz maraqlarını müdafiəsi üçün, bu Qaydaların 2.2.-ci bəndinə uyğun olaraq, tərtib edilmiş etibarnamə verməklə nümayəndəsini təyin edə bilər.

Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, fiziki şəxs və ya xarici hüquqi şəxsin yalnız patent idarəsində qeydiyyatdan keçmiş patent müvəkkili ola bilər. Digər iddiaçılar üçün, iddiaçılar bir neçədirsə, nümayəndə kimi, onlardan birinin əmrlə təsdiq edilmiş, ixtiranın müəllifi, patent müvəkkili ola bilər. Nümayəndəliyə dair etibarnamə iddia sənədi ilə eyni zamanda yaxud da kargüzarlıq prosesində təqdim edilə bilər.

Etibarnamə iddia sənədinə qoşulur.

Etibarnamə təqdim edilməyənə qədər, nümayəndənin bütün hərəkətləri etibarsız sayılır və nəzərə alınmır.

Nümayəndənin ona verilən səlahiyyətlər çərçivəsində istənilən hərəkəti və ya Patent idarəsinin nümayəndəyə qarşı istənilən hərəkəti, iddiaçının və ya iddiaçıya qarşı hərəkəti ilə eyni nəticələrə səbəb olur.

Nümayəndəlik, etibarnamədə göstərilən səlahiyyətlərə xitam verilənədək, etibarnamənin qüvvədə olma və ya onun səlahiyyətlərinin dayandırılması barədə Patent idarəsinin qərarına kimi etibarlıdır.

Nümayəndənin təyini, iddiaçı tərəfindən və ya onun hüquq varisi tərəfindən yazılı ərizə verilməklə ləğv edilə bilər.

7. Patent idarəsi ilə yazışmaların aparılması.

İddiaçı və ya onun buna səlahiyyətli nümayəndəsi ilə yazışma, hər iddia sənədi üzrə ayrılıqda aparılır.

İddia sənədləri təqdim olunduqdan sonra göndərilən materiallarda iddia sənədinin nömrəsi və iddiaçının və ya onun nümayəndəsinin imzası olmalıdır.

Nömrələnməyən iddia sənədlərinin materialları, nömrəni dolayı yolla təyin etmək mümkün olmazsa, baxılmadan geri qaytarılır.

Iddia sənədləri üzrə icraat aparıldığı zaman, göndərilən materiallar Qanunda təyin edilmiş müddətdə təqdim edilir. Əgər müddət "müddətində" sözü ilə ifadə edilmişsə və müddətin son günü iş günü deyilsə, bu halda ondan sonra gələn iş günü müddətin gurtardığı gün sayılır. Əgər müddətin gurtardığı gün, uyğun günü olmayan aya təsadüf edərsə, onun qurtardığı gün həmin ayın axırıncı günü sayılır.

Əgər iddia sənədi üzrə yazışmanı iddiaçının nümayəndəsi həyata keçirərsə, onda Patent idarəsinin məktubu iləəlaqədar, materialların təqdim olunma müddəti, onun tərəfindən bu məktubun alındığı tarixdən sayılır.

Patent idarəsi ilə yazışma azərbaycan dilində aparılır. İddiaçı tərəfindən materiallar digər dildə təqdim olunduqda, onların azərbaycan dilində olmayan materiallar tərcüməsi əlavə edilir. Azərbaycan dilinə tərcüməsi olmayan materiallar təqdim olunmamış sayılır.

8. Iddia sənədlərində düzəliş və dəqiqləşmələr edilməsi.

Qanunun 8-ci maddəsinin 2-ci abzasına uyğun olaraq, iddia sənədinin ekspertizasının 1-ci mərhələsinin müddəti keçdikdən sonra (Qaydaların 18.1 bəndi) bu halda əvvəlki iddia sənədində göstərilən iddia obyektinin mahiyyətini dəyişməmək şərti ilə iddiaçı tərəfindən 2 və ya çox iddia obyektinə ayrılması ilə bağlı düzəlişlər edə bilər (uyğun rüsum ödədikdə).

Iddia sənədlərində düzəlişlər və dəqiqləşmələr əvəzedici vərəqlərin təqdim edilməsi yolu ilə edilir. Əvəzedici vərəqlər, iddia sənədi uyğun sənədlərinə hər bir nüsxəsi üçün azərbaycan dilində və ya sənədin azərbaycan dilində tərcüməsi ilə təqdim edilir və bu Qaydaların 4-6-cı bəndlərinin tələblərinə cavab verməlidir.

Düzəlişlər, səhv çap edilmiş sözlərə, stilistik səhvlərə, biblioqrafik məlumatların göstərilməsindəki xətalara və s. aiddirsə və sənədin düzəldilməsi, təkrarlanma zamanı mənfi nəticələrə gətirmirsə, onda, düzəlişlərin daxil edilməsinin vacibliyi, əvəzedici vərəqlər təqdim edilmədən iddiaçının məktubunda əks oluna bilər.

9. Patent alma hüququnun digər şəxsə verilməsi.

İddia sənədləri təqdim edildikdən sonra, iddiaçı patent alınmasına öz hüququnu digər şəxsə verərsə, Patent idarəsinə bu barədəərizə təqdim edilir və orada hüququn başqa şəxsə verilməsi göstərilir, ərizədə göstərilən şəxsin razılığı və bu Qaydaların 2.5.3-cü bəndinə uyğun olaraq, həmin şəxs barədə məlumatlar öz əksini tapır.

Ərizə, patent hüququnu başqasına verən iddiaçı və bu hüququ, bu Qaydaların 2.5.11-ci bəndində göstərilmiş qaydada olan, göstərilən şəxs tərəfindən imzalanır.

Ərizəyə, onun təqdim edilməsi üçün nəzərdə tutulan rüsumun ödənilməsi barədə sənəd əlavə edilir.

    1. İddia şənədinin materialları ilə tanışlıq.
    2. Iddiaçı (onun nümayəndəşi) təqdim etdiyi iddia sənədi ilə və ona aid olan sənədlərlə, həm, tanışlığın vaxtını və yerini razılaşdıraraq bilavasitə MPEM-də və iddia sənədinin, ona aid olan sənədlərin və onların hissələrinin surətini sorğu etmək yolu ilə tanış ola bilər.
  1. Iddia sənədinin baxılması prosesində ekspertiza tərəfindən göstərilən materiallarla tanışlıq.

Iddiaçı sorğuda, ekspertiza qərarında və ya axtarışa dair hesabatda göstərilən materialların surətlərini MPM-dən sorğu ilə ala bilər.

Patent materiallarının surətləri iddiaçının sorğusu alındığı tarixdən iki ay ərzində tarif üzrə müvafiq xidmət haqqı ödənilməsi şərtilə göndərilir.

Dərc olunmuş iddia sənədi materiallarının sorğuda baxılan iddia sənədi üzrə qərarda və ya axtarış hesabatında göstərilən hissəsi ilə iddiaçı bilavasitə MPEM-də tanış ola bilər. Belə materialların surəti ona göndərilir.

12. İddiaçının iştirakı ilə iddia sənədinə baxılması.

İddia sənədi ilə bağlı məsələlər, iddiaçının iştirakı ilə MPEM-nin təklifi ilə və ya iddiaçının təklifi ilə, hər iki tərəfın bu məsələlərlə tanışlığından sonra baxıla bilər.

Ekspertizanın sualları iddia sənədində izah oluna bilər, harada ki, əlavə olaraq görüşün məqsədəuyğunluğu və iddiaçının sualları - onun keçirilməsi barədə xahişi xəbər verilir.

Sorğu olduqda, ona cavab, iddiaçının, iddia sənədinin baxılmasında iştirakından asılı olmayaraq Qanunda təyin edilmiş müddətdə təqdim edilir.

Iddia sənədinin baxılması tarixi və vaxtı əvvəlcədən razılaşdırılır. İddia sənədinə təyin edilmiş vaxtda baxılmasında iştirak edə bilməyən tərəf, bu barədə digər tərəfi dərhal xəbərdar edir.

MPEM və iddiaçı, iddia sənədinə birgə baxılmanı vaxtından əvvəl və ya məqsədə üyğun saymazlarsa, onda MPEM-nin təklifi və ya iddiaçının xahişi, müvafiq dəlillər gətirməklə rədd oluna bilər.

MPEM-nə iddiaçının əvvəlcədən razılaşdırmadan gəlməsinə görə onun iştirakı ilə iddia sənədinə baxılması barədə xahişi rədd edilə bilər.

Iddia sənədinə baxarkən, iddiaçının səlahiyyətli nümayəndəsi, bu Qaydaların 6 və 2.2-ci bəndlərinin şərtləri gözlənilməklə, iştirak edə bilər.

İddia sənədinin iddiaçının iştirakı ilə baxılması danışıqlar yolu ilə və ya ekspert iclasında həyata keçirilir.

Danışıqlar, məsələlər ekspert və iddiaçının bilavasitə iştirakı ilə həll edildikdə, ekspert iclası isə -məsələlərin həlli üçün ekspertiza tərəfindən bir sıra mütəxəssislərin iştirakı tələb olunduqda həyata keçirilir.

Danışıqların və ya ekspert iclasının nəticələri əsasında 2 nüsxədəəyyən edilmiş formada protokol tərtib edilir. Protokolda iştirakçılar haqqında məlumatlar, tərəflərin təklifləri və gələcək karguzarlıq işləri haqqında fikirləri öz əkşini tapır.

Protokolda: iddiaçı (onun nümayəndəsi) tərəfindən təklif edilən ixtira düsturunun yeni redaksiyası; iddia sənədinin geri götürülməsi barədəərizə ekspertizanın; yazılı izah tələb edən suallan və s. verilə bilər.

Protokol ekspert iclasının bütün iştirakçıları tərəfindən imzalanır. Bir nüsxə iddia sənədinin materiallarına əlavə edilir, digər nüsxəsi isə iddiaçıya (onun nümayəndəsinə) verilir.

Müzakirə olunan məsələlər üzrə razılıq əldə edilmədikdə, protokolda iştirakçıların şəxsi xüsusi fikri qeyd oluna bilər. Müvafiq nəticələri özünə daxil edən və iddiaçıya (onun nümayəndəsinə) verilən protokolun nüsxəsi, iddia sənədi üzrə icraata xitam verilməsi (iddia sənədi geri götürülərsə) haqqında sorğu ilə və yə onda müvafiq qeyd tərtib edilməklə, ekspertizanın sorğusu iləəvəz edilə bilər.

13. Sorğulanan materialların təqdim edilmə vaxtının uzadılması.

Qanunun 29-cu maddəsinin 2-ci bəndinəəsasən iddiaçı tərəfindən sorğulanan materialların təqdim edilməsi müddəti, iddiaçının xahişi əsasında uzadıla bilər.

Müddətin uzadılması üçün təqdim olunan xahişərizəsinəəyyən edilmiş məbləğdə rüsumun ödənilməsini təsdiq edən sənəd də qoşulur. Rüsumun ödənilməsi barədə sənəd təqdim edilmədikdə, müddətin uzadılması barədə xahiş qəbul edilmir və bu barədə iddiaçı xəbərdar edilir.

Müddətin uzadılmasına dair vəsatət, sorğu Qanunun 29-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq göndərilmişsə və iddia sənədinə qarşı qoyulmuş materialların surətləri bu cür sorğu verlldiyi tarixdən bir ay ərzində iddiaçı tərəfindən istənilmişsə, iddiaçının sorğunu və ya göstərilən olduğu tarixdən iki ay ərzində təqdim edilir.

İddiaçı tərəfındən müəyyən edilmiş rüsum ödənildiyi təqdirdə materialların təqdim olunma müddəti uzadılır və bu barədə iddiaçı xəbərdar edilir.

Müddətin uzadılması ilə bağlı iddiaçı vaxtında müraciət etmədikdə iddiaçının xahişi qəbul edilmir bu barədə o, xəbərdar edilir.

14. Ötürülmüş müddətin bərpası.

(1)
Qanunun 38-ci maddəsinin 1 və 2-ci bəndlərinə uyğun olaraq iddiaçı tərəfindən aşağıdakı hallarda ötürülmüş müddətlər bərpa edilə bilər: ilkin ekspertiza mərhələsində sorğuya əsasən, düzəldilmiş və ya olmayan sənədin təqdim edilməsi müddəti; iddia sənədinin ekspertizası mərhələsində sorğuya əsasən əlavə materialların təqdim edilməsi müddəti; ixtiranın vəhdətliyi tələbinin pozulması haqqında xəbərdarlığa cavabın təqdim edilmə müddəti; Ixtiraya dair iddia sənədinə qarşı qoyulmuş materialların sorğu edilmə müddəti beləki həmin müddətin gözlənilməsi ekspertiza sorğusuna əsasən əlavə materialların təqdim edilməsi və ya surətlər alındığı tarixdən patent verilməsindən imtinaya dair qərardan etiraz verilməsi müddətinin başlanması şərtidir; ilkin ekspertizanın nəticələrinə görə, patent verilməsinə rədd cavabı qərarına etirazın təqdim edilmə müddəti; ekspertizanın nəticələrinə, görə, patent verilməsinə rədd cavabı qərarına etirazın təqdim edilmə müddəti;
(2)
Ötürülmüş müddətin bərpası üçün xahiş iddiaçı tərəfindən, ötürülmüş müddətin qurtardiğı gündən on iki aydan gec olmayaraq, ötürülmüş müddət üçün üzurlu səbəbləri göstərməklə təqdim edilir. Patent idarəsi, göstərilmiş səbəblərin sənədə təsdiqini tələb etmək hüququna malikdir.
(3)
Vəsatətlə birgə, müəyyən edilmiş məbləğdə müvafıq rüsumun ödənilməsini təsdiqləyən sənəd təqdim edilir (göstərilən müddətin bərpası üçün onun ödənilməsi nəzərdə tutulubsa).
Belə sənəd təqdim edilməzsə, onda ötürülmüş müddətin bərpasına dair vəsatət təqdim edilməmiş sayılır və, bu barədə iddiaçı xəbərdar edilir.
(4)
Ötürülmüş müddət bərpa edildikdə bu barədə iddiaçı xəbərdar edilir.

Ötürülmüş müddətin bərpası ilə bağlı rüsumun ödənildiyini təsdiqləyən sənədlə yanaşı əsaslandırılmış xahiş təqdim olunur.

15. Iddia sənədinin geri götürülməsi

(1)
Qanunun 29-cu maddəsinin 8-ci bəndinəəsasən, iddiaçı iddia sənədini geri ala bilər.
Iddia sənədinin geri alınması barədəərizə, iddia sənədinin daxil olduğu tarixdən ona dair məlumatların dərc olunması müddətinə qədər təqdim edilə bilər.
(2)
İddia sənədinin geri alınması hüquqi nəticələrə səbəb olunur: iddiaçının sonrakı hərəkətləri bu iddia sənədinə əşaslana bilməz (sonrakı iddia sənədi təqdim edildikdə, geri alınmış iddia sənədi və ya onun əlavə materiallann daxil olma tarixinə ilkinlik istəmək olmaz); dərc olunmuş geri alınmış iddia sənədi, digər iddia sənədləri ekspertiza olunduqda texniki səviyyəyə daxil edilmir.
(3)
Iddiaçının, ona iddia sənədini geri götürməyə dair ərizəsinin qəbul edilməsi barədə bildiriş göndərildikdən sonra daxil olmuş iddia sənədini geri götürmək barədəərizəsinin etibarsız sayılmasına dair xahişi yuxarıda (2) yarımbəndində göstərilmiş nəticələrin yaranması üçün əsas deyil.

16. İddia səhədinin Patent idarəsinə daxil olması. İddia sənədləri ilə işləmə qaydası

16.1. Ixtira barəsində daxil olan iddia sənədlərinin qeydə alınması.

Iddia sənədi materialları MPEM-ə verilərkən patent alınması barədəərizə azərbaycan dilində tərtib olunmuşsa, həmin sənədin üzərinə onun daxil olduğu tarix yazılır və iddia sənədi verilmiş hesab edilir. İddia sənədi materiallarında ərizə azərbaycan dilində olmadığı təqdirdə iddia sənədi geri qaytarılır.

Iddia sənədinə Patent idarəsində qeydiyyat nömrəsi verilir (birinci dörd rəqəm iddia sənədinin verilmə tarixini, qalan dörd rəqəm isə - həmin il üzrə verilən iddia sənədinin sıra nömrəsini ifadə edir).

İddia sənədinin daxil olma faktı barədə iddiaçıya bildiriş göndərilir: bildirişdə iddia sənədinin qeydiyyat nömrəsi və daxil olma tarixi göstərilir.

Iddia sənədinin digər materialları azərbaycan dilində olmadığı təqdirdə iddiaçıya həmin materialların tərcüməsi üçün 2 ay vaxt verilir. İddiaçı həmin müddət ərzində iddia sənədi materiallarının azərbaycan dilində tərcüməsini təqdim etmədikdə, materialların azərbaycan dilində tərcüməsinin daxil olduğu tarixdən ilkinlik müəyyən edilir.

İlkin ekspertizanın sürətləndirilməsinə dair iddiaçı vəsatət verərsə və iddia sənədi materiallarının azərbaycan dilində tərcüməsi təqdim edilməzsə, ekspertizanın aparılmasının mümkün olmadığı iddiaçıya bildirilir.

Qeydə alınmış iddia sənədi materialları geri qaytarılmır.

16.2. Iddia sənədinin verilməsinə görə ödşnilən rüsumun yoxlanılması.

Iddia sənədi qeydə alınarkən materialların içərisində iddia sənədinin verilməsinə görəəyyən olunan məbləğdə rüsumun ödənildiyini təsdiqləyən sənədin mövcudluğu yoxlanılır. Materialların içərisində bu cür sənədin olmadığı və ya rüsumun ödənilməsindən azad olunmağa, və yaxud onun məbləğinin azaldılmasına əsas verən sənədlərin olmadığı təqdirdə, iddiaçıya bildiriş göndərilərək, iki ay ərzində həmin sənədlərin təqdim olunması tələb olunur.

Iddiaçıya həmçinin bildirilir ki, göstərilən müddət ərzində rüsum ödənilmədikdə, ixtiraya görə iddia sənədi verilməmiş sayılır, ixtiralar qrupuna dair iddia sənədləri üzrə isə iddiaçının seçdiyi və ya ixtira düsturunda birinci göstərilən və rüsumu ödənilən ixtira materialları üzrə ekspertiza aparılır.

İstər bir iddia sənədi üçün və istərsə də ixtiralar qrupu üçün rüsum müəyyən edilmiş müddətdə və məbləğdə ödənilmədikdə, həmin iddia sənədi verilməmiş sayılır.

Sürətləndirilmiş ekspertiza iddiaçının vəsatətinəəsasən və yalnız müəyyən edilmiş məbləğdə haqq ödənilməsi şərtilə aparılır.

    1. İddia sənədinin məxfiliyi.
    2. Iddia sənədi MPEM-ə daxil olduğu tarixdən onun məxfiliyi müəyyən edilərsə, ona dair məlumatların qeyri-qanuni açıqlanmasına yol verilmir.
  1. İddia sənədi materiallarının ekspertizası

17.1. İddia sənədinin ilkin ekspertizasının keçirilmə müddəti.

Bu Qaydaların 16.1 bəndilə uyğun olaraq MPEM-ə daxil olduğu tarixdən 1 ay ərzində iddia sənədləri üzrə ilkin ekspertiza həyata keçirilir. Bu vaxt ərzində iddiaçı, iddia sənədinin mahiyyətini dəyişmədən əlavə materialları rüsum ödəmədən daxil edə bilər.

17.2. İddia sənədinin ilkin ekspertizasının aparılmasının məzmunu.

Iddia sənədinin ilkin ekspertizası zamanı aşağıdakılar yoxlanılır:
iddia sənədində nəzərdə tutulmuş sənədlərin mövcudluğu (Qaydaların 2.1 və 2.2 bəndi);
onlar üçün təyin edilmiş tələblərin gözlənilməsi (bu Qaydaların 3-6 bəndləri);
iddia sənədinin Qanunun 27-ci maddəsinin 2 bəndində nəzərdə tutulmuş hallarda təqdim edilmə
qaydasının gözlənilməsi, patent müvəkkilinin səlahiyyətlərini təsdiqləyən etibarnamənin
mövcudluğu və düzgün tərtib edilməsi;
iddiaçının təqdim etdiyi təklif ixtira kimi mühafizə edilən obyektlərə aid olub - olmaması (bu
Qaydaları 1.1 və 1.1.4 bəndləri);
ixtiraya görə vəhdətlik tələblərinin yerinə yetirilməsi (Qanunun 27-ci maddəsinin 3 bəndinə görə);
əlavə olunan materialların ixtiranın mahiyyətini dəyişib-dəyişməməsi və onların təqdim
olunmasının müəyyən edilmiş qaydasının gözlənilməsi (bu Qaydaların 19-cu bəndi);
ixtiranın iddiaçı tərəfindən müəyyənləşdirilmiş BPT üzrə təsnifatının düzgünlüyü (iddiaçı
tərəfindən təsnifat göstərilmədiyi halda ixtiranın təsnifatıəyyənləşdirilir.

17.3. Əlavə materiallar.

Qanunun 29-cu maddəsinin 2-ci bəndinə uygun olaraq, iddiaçı şəxsi təşəbbüsü və ya ekspertizanı həyata keçirən orqanın sorgusu ilə iddia sənədlərinin ekspertizasının keçirildiyi müddətdə, ixtiranın mahiyyətini dəyişdirmədən iddia sənədlərinin materiallarına əlavələr etmək, onları dəqiqləşdirmək və ya təshih etmək hüququna malikdir.

Əlavə materiallarda iddia sənədlərinin ilk materiallarında (bilavasitə ixtiranın təsvirində, ixtiranın düsturunda, ixtiranın mahiyyətini başa düşmək üçün lazım olan çertyoj və digər materiallarda) olmayan, ixtiranın düsturuna daxil edilməli olan əlamətlər oldugda, əlavə materiallar iddia edilən ixtiranın mahiyyətini dəyişdirməməlidir.

Əlavə materiallar ekspertizanın sorğusu üzrə, onun alındığı tarixdən 2 ay müddətində təqdim edilməlidirlər. İddiaçı göstərilən müddət qurtarana qədər müddətin uzadılması haqqında xahiş etmək hüququna malikdir. Göstərilən hallarda, ekspertizanın aparılması müddəti uyqun olaraq uzadılır.

Əlavə materiallar iddia edilən ixtiranın mahiyyətini dəyişdirirsə, onlar ixtiranın mahiyyəti dəyişdirilən hissədə nəzərə alınırlar. İddiaçı onu ayrıca iddia sənədi kimi tərtib etmək hüqüquna malikdir.

Daha əvvəlki sənədlərə aid əlavə materiallar əsasında tərtib edilmiş iddia sənədləri üzrə ixtiranın ilkinliyi, Qanunun 27 maddəsinin 8-ci bəndinin 3-cü abzasına və 29-cu maddəsinin 2-ci bəndinə uygun olaraq, iddia sənədi verilməmiş sayılır, həmin iddia sənədləri üzrə kargüzarlıq dayandırılır, bu haqda iddiaçıya xəbər verilir.

17.4. Iddia sənədində çatışmayan və ya düzəlişlər aparılacaq materialların sorğusu.

İddia sənədinin ilkin ekspertizası zaman iddia sənədinə olan tələblərin pozulmasının tərkibi müəyyən edildikdə, iddiaçıya müəyyən edilmiş çatışmazlıqların göstərilməsi ilə sorğu göndərilir və sorğu alındığı tarixdən 2 ay müddətində onun cavabını təqdim etmək təklif edilir (29-cu maddənin 2-ci bəndi).

Sorğu üçün əsas aşağıdakılardır:

  1. Iddia sənədində bu Qaydaların 2.1. bəndində nəzərdə tutulmuş heç olmasa bir sənədin və ya sənədlər başqa dildə təqdim edildikdə, həmin sənədlərin azərbaycan dilində tərcüməsinin olmaması (patent verilməsi haqqında ərizə istisna olmaqla);
  2. İddia sənədi patent müvəkkili tərəfindən verildikdə, etibarnamənin olmaması və/və ya onun tərtibatına olan tələblərin pozulması.
  3. İddia sənədi materiallarının müəyyən olunmuş saydan az nüsxələrdə təqdimi.
  4. Iddia sənədinin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan fiziki şəxslər və ya Patent idarəsində qeydə alınmış patent müvəkkilinin iştirakı olmadan xarici hüquqi şəxslər tərəfindən verilməsi (Azərbaycan Respublikasının iştirakı ilə beynəlxalq sazişlə iddia sənədinin bu cür təqdim edilməsi qaydasıəyyən edilmədikdə).
  5. Patent verilməsi barədəərizədə bu Qaydalarda nəzərdə tutulan tələb olunan məlumatlar, imzalar, möhür (lazım olduqda) və ya digər rekvizitlər olmadıqda.
  6. Rüsumun düzgün ödənilməsi ilə bağlı məsələlərin aydınlaşdırılması vacib olduqda.
  7. Sənədlərin tərtibatında, onların nəşrini, saxlanmasını və/və ya maraqlı şəxslərin onlarla tanış olmasını əngəlləyən çatışmazlıqlar müəyyən edildikdə (vərəqlərin formatına, çertyojlara (haşiyələrin ölçülərinə olan tələblərin pozulması, və s. çapın keyfiyyətindən asılı olaraq iddia materiallarının çətin oxunması).
  8. İxtira düsturunun bu Qaydaların 2.7.1.-2.7.6. bəndinin tələblərini ödəmədiyi halda.
  9. İxtiranın düsturunda ixtira obyektinin göstərilməməsi.
  10. Çoxbəndli düsturun asılı olan bəndlərində ixtiranın hazırlanması və istifadəsinin xüsusi hallarında ictimai mənafeyə, humanizm vəəxlaq prinsiplərinə zidd olan əlamətlərin açıqlanması.
  11. Bu Qaydaların 2.7.2.4 bəndinin tələblərinə uyğun asılı olmayan bəndin bir ixtiraya aid olması tələbinin pozulması.
  12. İxtira düsturunda tabe olduğu düstur bəndinin əlamətinin əvəz olunmasını və ya çıxarılmasını nəzərdə tutan asılı bəndin olması.
  13. İxtiranın təsvirində və düsturunda ekspertizanın aparılmasına maneçilik törədən ümumişlək terminlərdən istifadə edilməsi.
  14. İddia sənədlərinin bir-birinə uyğun olmaması (ərizə və ixtiranan təsvirində və ya düsturunda adların uyğun olmaması, təsvirdə olan əlamətlərin ixtiranın düsturunda olmaması və s.).
  15. İxtiranın təsvirində və düsturunda iddia edilən ixtiranın mahiyyətini təhlil etmədən müəyyən edilən başqa pozuntuların olması.
  16. Sorğuda iddiaçıya əlavə rüsum ödəmək şərtilə bir ixtiraya yaxud da vahid ixtiraçılıq ideyası əmələ gətirən ixtiralar qrupuna aid dəqiqləşdirilmiş təsvir və düstur təqdim etmək təklif edilə bilər.

İddiaçıəyyən edilmiş vaxtda sorğu edilən materialları təqdim etmədikdə və ya vaxtın uzadılmasına dair vəsatət vermədikdə, iddia sənədləri geri götürülmüş sayılır və iddiaçı xəbərdar edilir. İddia sənədləri üzrə kargüzarlıq dayandırılır və sənədlər Patent idarəsinin arxivinə göndərilir.

17.5. Iddia sənədi predmetinin təsnifatı.

Iddia sənədi predmetinin texnikanın bu və ya digər sahəsihə aid olduğunu müəyyən etmək üçün, MPEM iddia edilən ixtiraları Beynəlxalq Patent Təsnifatı üzrə təsnif edir.

Təsnifatlaşdırma:

-Iddianın ilkin ekspertizası zamanı;

- informasiya axtarışı zamanı aparılır.

Təsnifatlaşdırma, "BPT"-yə girişə uyğun qaydalarla aparılır. Təsnifat indeksini dəqiq müəyyən etmək üçün ixtiranın düsturu əsas götürülür. İxtiranın mahiyyətinin daha dəqiq anlamaq üçün ixtiranın təsviri və çertyojları cəlb edilir.

İddia sənədlərində BPT-nin müxtəlif rubrikalarına aid olan bir neçə ixtira obyekti olduqda, bütün müvafiq təsnifat indeksləri müəyyənləşdirilir. Bu halda 1-ci indeks ixtiranın adı ilə əyyənləşdirilir.

İlkin ekspertiza zamanıəyyənləşdirilən təsnifat indeksləri sonrakı ekspertiza prosesində dəyişdirilə bilər.

17.6. İxtiraya "Patent haqqmda" Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi mühafizə verilə bilməməsi haqqında xəbərdarlıq.

İddia sənədinin ilkin ekspertizası zamanı iddia edilən ixtira məxfi hesab edilərsə, iddiaçı "Patent haqqında" Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 7-ci bəndinə uyğun olaraq ixtiraya aid sənədlərin dərc olunmaması və patentin verilməməsi barədə xəbərdar edilir.

17.7 Patent verilməsindən imtinaya dair qərar.

  1. İddia sənədinin ilkin ekspertizası nəticəsində onun patent qabiliyyətli təkliflərə aid olmadığı əyyən edilərsə, iddiaçıya patent verilməsindən imtinaya dair qərar göndərilir, burada əlavə olaraq iddiaçının gətirilmiş dəlillərlə razı olmadığı təqdirdə, qərarın alındığı tarixdən etibarən 2 ay müddətində Patent idarəsinin Apellyasiya Komissiyasına öz etirazılarını təqdim edə bilmə hüququ barədə məlumat verilir.
  2. Təqdim edilən təklif o halda patent qabiliyyətli ixtira sayılmır ki, ixtira düsturu tam şəkildə bu Qaydaların 1.1.6 bəndində göstərilən təkliflər siyahısı ilə tam üst-üstəşsün. Qərar çıxarılanadək iddiaçıya patent verilməsindən imtina üçün əsas ola biləcək dəlillər və lazımdırsa müvafiq

informasiya mənbələrindən istinadlar gətirməklə və gətirilən dəlilləri ixtira düsturunu təsdiq etməklə təkzib və ya ona zəruri dəyişikliklər etməklə sorğu göndərilə bilər.

Ixtira düsturu çoxbəndlidirsə, ekspertiza düsturun hər bəndi üzrə ayrılıqda aparılır. Hər hansı bir bənd göstərilən təkliflər siyahısı ilə üst-üstəşürsə, iddiaçıya, ixtira düsturunu dəyişdirməsi və ya ixtira düsturundan bu bəndi çıxarması təklif olunur.

Iddiaçı ixtira düsturunda təklif edilən dəyişikliklərlə razı olmadığı halda, ona patent verilməsindən imtinaya dair qərar göndərilir.

17.8. İddia sənədinin ilkin ekspertizasının müsbət rəyi haqqında xəbərdarlıq.

İddia sənədi lazımi sənədləri özünə daxil edərsə, onlarda bu Qaydalarla təyin edilmiş tələblər gözlənilərsə və iddia olunan təklif patent qabiliyyətli sayılan ixtiralara aid olarsa, iddiaçı iddia sənədinin ilkin ekspertizasının müsbət rəyi barədə xəbərdar edilir.

İddia sənədinə görə, iddıa sənədinin patent idarəsinə daxil olduğu tarixdən daha əvvəlki ilkinlik xahiş edilməzsə, iddiaçı həmçinin ilkinlik haqda da xəbərdar edilir.

İxtiranın ilkinliyi, patent verilməsi barədə iddia sənədi Patent idarəsinə daxil olduğu tarixdən təyin edilir (Qanunun 28-ci maddəsinin 1-ci bəndi).

18. Iddia sənədinin ekspertizası.

18.1. İddia sənədinin ekspertizasının məzmunu.

İddia sənədinin ekspertizasi zamanı aşağıdakilar müəyyən edilir:
bu Qaydaların 18.2-ci bəndinin tələblərinə uyğun olaraq iddia sənədinin yoxlanılması;

Qanunun 28-ci maddəsinin 2-9 bəndlərinə uyğun istənildikdə, ixtiranın ilkinliyinin təyin edilməsi;
İddiaçının təqdim etdiyi ixtiranın düsturunun bu Qaydaların 2.7.1, 2.7.2.3 və 2.7.2.4 bəndlərinin
tələblərinə uyğünluğunun yoxlanılması;
İddiaçı tərəfindən əlavə materiallar təqdim edilərsə, onların bu Qaydaların 19-cu bəndinə
uyğunluğunun yoxlanılması;
İddia sənədini baxılan zaman iddiaçı tərəfindən təklif olunan iddia sənədində, əlavə materialda,
iddia olunan düsturda xarakterizə edilən, ixtiranın patent qabiliyyətliliyi şərtinə uyğunluğunun
yoxlanılması.

18.2. İddia sənədinin ekspertizasının keçirilmə şərti.

Qanunun 29-cu maddəsinin 3-cu bəndinə uyğun olaraq, iddia sənədinin ekspertizası aparılır.

İddia sənədinin ekspertizasının keçirilməsi üçün rüsumun ödənilməsini təsdiqləyən sənəd təqdim edilir. Rüsum göstərilən sənədlə birlikdə təqdim edilmədikdə, rüsumun ödənilməsi barədə xəbərdar edilir.

Əgər ödənilmiş rüsumun məbləği, təyin edilmiş məbləğə uyğun gəlməzsə, qalan məbləğin ödənilməsini təsdiqləyən sənəd, iddiaçı tərəfindən alındığı tarixdən iki ay müddətində təqdim edilir.

Təyin edilmiş məbləğdə rüsumun ödənilməsini təsdiq edən sənəd, təyin edilmiş müddətdə təqdim edilməzsə, onda bir ixtira üçün iddiaçı tərəfindən təqdim edilən iddia sənədi, təqdim edilməmiş sayılır, ixtiralar qrupuna görə iddia sənədi üzrə, ekspertiza, düsturda birinci göstərilmiş və ya iddiaçı tərəfindən göstərilmiş ixtiralara görə, onların ödənilməsi şərtilə keçirilir.

Əgər iddiaçı, iddia sənədinin ekspertizasının keçirilməsi üçün rüsumun, təyin edilmiş məbləğdən az ödənilməsi və ya belə rüsumun ödənilməsindən azad olunma hüququna malikdirsə, onda rüsumun ödənilməsindən azad olunmaq üçün və ya onun məbləğinin azadılması üçün əsas verən təsdiqləyici sənəd iki aydan gec olmamaq şərti ilə təqdim edir.

18.3. İxtiranın ilkinliyinin təyin olunması.

İddiaçı tərəfindən, ixtiranın ilkinliyi, iddia sənədinin Patent idarəsinə daxil olma tarixindən əvvəl istənilərsə, iddiaçı tərəfindən, Qanunun 28-ci maddəsinin 2-9 bəndlərində göstərilən tələblərin gözlənilməsi müəyyən edilir.

18.3.1. Konvension llkinliyin təyin olunması

Qanunun 28-ci maddəsinin 2-9 bəndlərinə uyğun olaraq, konvension ilkinlik istənildikdə: iddiaçının - sənaye mülkiyyətinin qorunması üzrə Paris konvensiyasının üzvü olan dövlətdə (bundan sonra - Paris konvensiyası) - təqdim edilən iddia sənədinin surətinin olması; əgər göstərilən surət iddia sənədinin Patent idarəsinə təqdim edilmə tarixindən sonra təqdim edilərsə, iddiaçi tərəfindən üç ay müddətində birinci iddia sənədinin surəti təqdim edilir (əgər birinci iddia sənədi bir neçədirsə, onda göstərilən şərtlər iddia sənədinin hər birinin surəti üçün gözlənilməlidir). İddia sənədinin istənilən konvensiya ilkinliyi ilə birlikdə Patent İdarəsinə daxil olduğu müddət ərzində birinci iddia sənədinin təqdim edilməsi tarixindən başlayaraq, 12 ay müddətin iddiaçı tərəfindən gözlənilməsi. Əgər iddia sənədi, gözlənilən müddətdən gec olaraq, lakin onun müddətinin qurtarma tarixindən iki ay müddətinin qurtarmasına qədər daxil olarsa, onda iddiaçı tərəfindən, iddia sənədini 12 aylıq müddətdə təqdim etməsinə mane olan ondan asılı olmayan səbəblərin göstərilməsi və onların sənədin təsdiqinin, əgər belə təsdiq yoxdursa, vacibliyi təyin edilir (göstərilən müddət bu Qaydaların 7-ci bəndinin 4-cü abzasında təyin edilmiş qaydada hesablanır); iddia sənədinin Patent idarəsinə daxil olduğu tarixdən gec olmayaraq, konvension ilkinliyin təyini haqqında vəsatətin təqdim edilməsi; birinci iddia sənədində iddia olunan ixtiranın mahiyyətinin açılması yoxlanır.

18.3.2. Əvvəllər təqdim edilmiş iddia sənədinəəlavə materialların daxil olma tarixi üzrə ilkinliyin təyin olunma şərti.

Əvvəllər təqdim olunmuş iddia sənədinəəlavə materialların daxil olma tarixi üzrə, iddiaçı tərəfindən ixtiraya ilkinlik istənildikdə (Qanunun 28-ci maddəsinin 6-cı bəndinəəsasən) aşağıdakı tələblərin gözlənilməsi yoxlanır: İddia sənədi üzrə belə ilkinlik istənildikdəəlavə sənədlərin nəzərə alınmaması barədə Patent idarəsindən alınan bildirişə cavab iddiaçı tərəfindən üç ay ərzində köndərilməlidir. O haldakı bu ekspert iclası nəticəsində qəbul edilmiş və protokolda qeyd olunmuşsa, əlavə materiallar iddia edilən ixtiranın mahiyyətini dəyişdirirsə onda yeni iddia sənədinin təqdiminin tarixi protokolun surətinin iddiaçı tərəfindən alındığı tarixdən hesablanır; iddia olunan ixtiranın mahiyyəti əlavə materiallarda, ilkinlik istənilən tarix üzrəılmalıdır (əlavə materialları təqdim olunan ilkin iddia sənədinin məzmunu nəzərə alınaraq).

18.3.3. Həmin iddiaçının daha əvvəlki iddia sənədinin daxil olması tarixi üzrə ilkinliyin təyin olunma şərti.

İddiaçı tərəfindən ilkinlik onun əvvəlki iddia sənədinin Patent idarəsinə daxil olduğu tarixdən
istənildikdə, iddiaçı tərəfindən aşağıdakı tələblərin gözlənildiyi yoxlanılır:
belə ilkinlik istənilən iddia sənədi, Patent idarəsinə, ixtira üçün daha əvvəl iddia sənədinin daxil
olduğü tarixdən 12 ay müddətində daxil olmalıdır;
belə ilkinlik istənilən iddia sənədi, ixtiraya və ya faydalı modelə verilmiş iddia sənədinin həmin
iddiaçısı tərəfindən təqdim edilməlidir;
iddia olunan ixtiranın mahiyyəti ixtiraya və ya faydalı modelə aid təqdim edilmiş iddia sənədində
ılmalıdır;
əvvəllər təqdim edilmiş iddia sənədi üçün daha əvvəlki ilkinlik istənilməməlidir.

Əvvəllər təqdim edilmiş bir neçə iddia sənədinin əsasında ilkinlik istənildikdə göstərilən tələblərin
gözlənilməsi onların hər biri barədə təyin edilir.

Göstərilən ilkinlik istənildikdə, daha əvvəlki iddia sənədi (əgər bir neçədirsə) geri götürülmüş
sayılır bu barədə iddiaçı xəbərdar edilir.

18.3.4. Ayrılmış iddia sənədi üzrə ixtiranın ilkinliyinin təyini şərti.

İddiaçı tərəfindən, ayrılmış iddia sənədi üzrə ixtiraya ilkinlik istənildikdə (Qanunun 29-cü maddəsinin 5-ci bəndinə uyğun olaraq) aşağıdakı tələblərin yerinə yetirilməsi təyin edilir: ayrılmiş iddia sənədi Patent idarəsinə ixtira və ya faydalı model üzrə ilkin iddia sənədi barədə patent verilməsinə rədd cavabı haqqında, onun yenidən baxılması imkanı qurtardıqdan sonra qərar qəbul edilməsinə qədər və ya ilkin iddia sənədi üzrə patent şəhadətnaməsi verilməsi barədə qərar qəbul edildiyi təqdirdə, ixtiranın və ya faydalı modelin Azərbaycan Respublikasının müvafiq Dövlət Reestirində qeyd edilmə tarixinə qədər müddətdə daxil olmalıdır; ayrılmış iddia sənədində iddia olunan ixtiranın mahiyyəti ilkin iddia sənədində, əgər iddia sənədi konvension iddia sənədindən ayrılmışsa və ilkinlik onun ilkinlik tarixinə görə istənilirsə, birinci iddia sənədindəılmalıdır.

18.3.5. Bir neçə ilkinliyin təyini şərti.

İddiaçının belə ilkinlikləri istəməsi üçün göstərdiyi əsaslardan asılı olaraq, iddiaçının bir neçə ilkinlik istədiyi halda bu Qaydaların 18.3.1-18.3.4 bəndlərində sadalanan müvafiq şərtlərin, onun tərəfindən gözlənilməsi şərti ilə təyin edilir.

Belə ki, əgər düsturun asıli və asılı olmayan bəndlərində xarakterizə olunan ixtiraya müxtəlif təqdim etmə tarixi (Qanunun 28-ci maddəsinin 2-ci olan iki birinci iddia sənədi əsasında müxtəlif konvension ilkinlik istənilərsə, onda iddiaçı tərəfindən bu Qaydaların 18.3.1. bəndində göstərilmiş gözlənilməsi təyin edildikdə, ilk iddia sənədinin birinci surətinin olması, birinci iki təqdim edilmiş iddia sənədlərinə nəzərən 12 aylıq müddətin gözlənilməsi yoxlanılır.

İddiaçı tərəfindən düsturun bəndləri üzrə ilkinliyin istənildiyi tarix izah edilmədikdə, birinci iddia sənədlərinin hansında hər bir ixtiranın mahiyyətinin ümumilikdəılması təyin edilir.

18.3.6. İxtiranın ilkinliyinin təyin edilməsi şərtinin gözlənilməsinin yoxlanılması.

(1)
Bu qaydaların 18.3.2-18.3.4 bəndlərinə uyğun olaraq, ixtiranın ilkinliyinin təyin edilmə şərtinin gözlənilməsinin yoxlanılması zamanı, əmin olmaq lazımdır ki, ilkinlik istənilən iddia sənədinin əsasında və ya əlavə materiallar təqdim edilən iddia sənədi üzrə belə istənilmə üçün əsas ola bilər geri götürülməyib, geri çağırılmış sayılmır və qəbul edilmir. İstənilən ilkinliyin göstərilmiş təyin edilmiş şərti yoxlanılarkən, bu Qaydaların 8-ci bəndinin 4 abzasın rəhbər tutmaq lazımdır.
(2)
İddaçı tərəfindən istənilən ilkinlik üçün əsas olan əvvəllər təqdim edilmiş materiallarda (ilkin təqdim edilmiş iddia sənədindəki əlavə materiallarda) iddia olunmuş ixtiranın mahiyyətini açılması ilə bağlı tələblərin gözlənilməsinin təyini zamanı aşağıdakılar yoxlanılır:

- bu materiallarda (ixtiranın təsvirindəəvvəl verilən ixtiranıri düsturunda və ya əlavə materiallarında) iddia olunan ixtiranın düsturuna daxil olduğu bütün əlamətlərin göstərilməsi;

-ixtiranın mahiyyətinin bu materiallarda istənilən ilkinlik tarixinə qədər həyata keçirmək üçün kifayət qədər tam açılması (bu Qaydaların 19.5.1 bəndinin (2) yarımbəndi). Verilmiş şərtin, konvension ilkinlik istənildiyi təqdirdə yoxlanılması zamanı iddiaçıya, onun Paris konvensiyasının üzvi olan dövlətlərdə təqdim etdiyi ilk iddia sənədinin tərcüməsini təqdim etmək təklif oluna bilər.

İddia sənədinin ekspertizasının keçirilməsinə maneə olmayan şəraitlə ixtiranın ilkinliyin təyini zamanı yaranan sualları, iddia sənədinin baxılması zamanı yaranan suallarla eyni zamanda müəyyənləşdirmək məqsədə uyğundur.

(4)
Iddiaçı tərəfindən, bu Qaydaların 18.3.1-18.3.4 bəndlərinin tələbləri gözlənildikdə, iddia olunan ixtira barəsində istənilən ilkinlik təyin edilir.
O halda ki, ixtiranın ilkinliyi, konvension iddia sənədindən ayrılmış iddia sənədinə istənilərsə, bu Qaydaların 18.3.4 bəndinin tələblərinin gözlənildiyi təqdirdə, ixtiranın ilkinliyi, konvension iddia sənədinin ilkinliyi tarixi ilə (Patent İdarəsinə daxil olan tarixlə yox) təyin edilir.
(5)
İddiaçı tərəfindən, bu Qaydaların 18.3.1-18.3.4 bəndində göstərilmiş tələblərdən heç olmasa birinin ödənilməməsi təqdirdə, ixtiranın ilkinliyi, bu Qaydaların 18.3 bəndinə uyğun olaraq, iddia sənədinin Patent İdarəsinə daxil olduğu tarixlə təyin edilir (bu barədə iddiaçını qabağcadan xəbərdar etməklə). Əgər göstərilmiş tələblər, məsələn çoxbəndli düsturun bəndlərinin birində səciyyələnən hər hansı bir ixtiraya nəzərən gözlənilməzsə, iddia sənədinin Patent idarəsinə daxil olma ilkinliyi, yalnız bu ixtira üçün təyin edilir.
(6)
İlkinlik təyin edildikdən sonra, iddiaçı tərəfindən, ixtiranın dəyişilmiş düsturu təqdim edilərsə, istənilən ilkinliyin təyini əsaslandırılma üçün təkrar yoxlanışla həyata keçirilir.

18.4. İxtira dıisturunun yoxlanılması.

(1) Yoxlama, ixtira sənədinin ilkin ekspertizasının qurtardığı ana kimi iddia sənədinə daxil olan ixtiranın düsturuna nəzərən keçirilir. Əgər, o iddiaçı tərəfindən bundan sonra dəyişilibsə, onda bu Qaydaların 19-cu bəndinin (3)-(6) yarımbəndində göstərilən tələblərin yerinə yetirilməsi şərtiilə, dəyişilmiş düstur yoxlanılır.

O halda ki, iddia sənədinin ilkin ekspertizası zamanı ixtiranın vəhdətliyi tələbinin pozulması təyin edilib və iddia sənədinin ekspertizasının keçirilməsinin başlanğıcına kimi iddiaçı tərəfindən təyin edilmiş müddətdə, verilmiş iddia sənədi çərçivəsində hansı ixtiraya baxılması xəbər verilibsə, yoxlama bu ixtira(lar) düsturu barəsində aparılır.

hansı ixtiranın (ixtiraların) düsturuna nəzərən həyata keçirilir.

Əgər belə xəbər təyin edilmiş müddətdə iddiaçı tərəfindən daxil edilməyibsə, onda yoxlama düsturda birinci göstərilmiş vahid ixtiraçılıq fikrini təşkil edən ixtira və ya ixtiralar qrupuna nəzərən həyata keçirilir.

(2) İxtiranın düsturu yoxlanıldıqda, ondakı iddia olunan ixtiranın mühüm əlamətlərin mövcudluğu təyin edilir və onların məçmusu, iddiaçı tərəfindən göstərilmiş texniki nəticənin alınması üçün kifayət olmalıdır. Belə texniki nəticənin alınmasında ictimai tələbatın mövcudluğu yoxlanılmır.

Əgər, onsuz texniki nəticənin alınması mümkün olmayan mühüm əlamətlər ixtiranın düsturuna daxil olmayıbsa, lakin təsvirdə varsa, iddiaçıya onu dustura daxil etməsi təklif olunur. Bu zaman, texniki nəticənin əldə olunması üçün bu əlamətin vacibliyini təsdiq edən dəlillər gətirilir. Belə dəlillər təsvirdəıqlanmış, texniki nəticə vəəlamətlər arasındakı səbəbnəticəəlaqəsinə və ya ekspertiza tərəfindən keçirilmiş nəzəri analizəəsaslanır.

İddiaçı tərəfindən təqdim edilmiş düsturda, iddia olunan ixtiranın yerinə yetirilməsi və istifadəsinin yalnız xüsusi formaları ilə səciyyələnən əhəmiyyətsiz əlamətlər təyin edildikdə, ixtiranın düsturunun belə redaktəsinin saxlanılmasının məqsədə uyğunluğu haqqında iddiaçının fikri soruşula bilər.

(3) Ixtira düsturunun yoxlanılması, onun düsturuna daxil edilmişəlamətlərin, bu Qaydaların 2.7.1 bəndinin 4-cü abzasına uyğun olaraq eyniləşdirilməsi imkanını təyin edir.

Ekspertizada, əlamətlərin eyniləşdirilməsindəşübhə yaranarsa, onda ekspertiza, iddiaçıdan belə imkanın vacibliyini soruşmaq ixtiyarındadır.

Əgər əlamətin eyniləşdirilməsi üçün onun xarakteristikalarında ixtiranın təsviri əsasında düzəlişlər tələb olunarsa, iddiaçıdan belə düzəliş etmək tələb olunur.

Əgər əlamətin eyniləşdirilməsi şərti gözlənilərsə, lakin onun xarakteristikası üçün köhnəlmiş və ya konkret texnika sahəsində qəbul edilmişlə tam uyğun gəlməyən terminologiya istifadə edilərsə, onda iddiaçıya ixtiranın düsturunda müvafiq düzəliş daxil etmək təklif edilir.

Əgər əlamətin eyniləşdirilməsinin qeyri-mümkünlüyü təyin edilərsə və iddiaçı ixtiranın düsturünda düzəliş etməkdən imtina edərsə, onda iddia sənədinin sonrakı baxılmasında beləəlamət nəzərə alınmır.

(4)
Əgər ixtiranın düsturuna ümumi anlayışla ifadə olunmuşəlamət daxil edilərsə, onda onun bu Qaydaların 2.7.1 bəndinin 5-ci abzasına uyğun olaraq ifadənin olunmasının hüquqi əsası təyin edilir.
Əgər ekspertiza tərəfındən əlamətin həyata keçirilməsinin ümumi anlayışa aid olan, lakin iddiaçı tərəfindən göstərilən texniki nəticənin alınmasını təmin etməyən formaları tapıldıqda, iddiaçıya müvafiq dəlillər gətirilir və onların iddiaçı tərəfindən təkzib edilməsi və ya ixtiranın təsviri əsasında dusturda düzəlişlər etmək təklif edilir.
(5)
Əgər iddia sənədində birbəndli və ya bir müstəqil bəndi olan çoxbəndli düstur verilərsə, onda bu düsturda bir ixtiranın səciyyələnməsi yoxlanılır.

Belə yoxlama, bu Qaydaların 2.7.2.3 və 2.7.2.4 bəndlərinin tələblərinə uyğun olaraq həyata keçirilir. Göstərilən tələblərin pozulması təyin edildikdə, iddiaçıya göndərilən sorğuda bu barədə xəbər verilir və təyin edilmiş pozuntunun müvafiq rüsum və ya iddia sənədinin ekspertizasının keçirilməsi üçün əlavə rüsum ödəməklə aradan qaldırmaq üçün düsturda düzəlişlər etmək təklif edilir. Bu zaman həmçinin düzəlişlər edilmiş düsturda vəhdətli şərtinin gözlənilməsinin vacibliyi və əvvəllər ayrıca müstəqil bəndlər kimi təqdim edilməmiş ixtiranın yeni müstəqil bəndləri düstura daxil edildikdə, ya da düsturda düzəlişlər etməkdən imtina edildikdə, gələcəkdə baxılacaq ixtiranı göstərməklə, iddia sənədinin ekspertizası üçün əlavə rüsum verilməlidir.

Əgər göstərilən nəticəni çıxarmaq üçün əsas iddiaçı tərəfindən, alternativ anlayışlar əlamətinin xarakteristikası üçün istifadə olunan şərtlərin gözlənilməməsidirsə, buraxılmış pozuntuların xarakteri, konkret alternativ xarakteristikalar göstərilməklə (hamısı və ya iddiaçı tərəfındən gətirilmiş bəziləri), göstərilir.

(6) Əgər iddiaçı tərəfindən, bir neçə müstəqil bəndli olan çoxbəndli ixtira düştüru təklif edilərsə, yuxarıda izah olunan (5) yarımbəndinə uyğun olaraq, onlardan hər birinin (onlara tabe olan aşılı bəndlərlə birlikdə, əgər belələri varsa) analizi həyata keçirilir.

Hər bir asılı olmayan bəndi yalnız bir ixtiranı xarakterizə edən çoxbəndli düstura nəzərən, ixtira ideyasının vəhdətliyini təşkil edən, ixtiralar qrupuna daxil edən ixtira kimi təsvir olunduğu təyin edilir (onlara tabe olan asılı bəndlərlə birlikdə, əgər belələri varsa).

Ixtiraçılıq ideyasının vəhdətliyi şərti asılı olmayan bəndlərində xarakterizə olunan ixtiralar, bu Qaydaların 1.1.7 bəndində göstərildiyi kimi uyğunlaşarsa, gözlənilmiş sayılır.

Asılı olmayan bəndlərdə xarakterizə olunan ixtiranın variantlara aid olduğunun düzgünlüyünün yoxlanılması zamanı, iddiaçı tərəfindən göstərilən ixtiranın təyinatı və texniki nəticələrinin üst-üstə şməsi müəyyənləşdirilir.

Texniki nəticələrin üst-üstəşməsi şərti o vaxt pozulmuş sayılmır ki, ixtiralar qrupundan hər biri üçün (və ya onlardan biri üçün) bir neçə texniki nəticə göstərilib, ancaq üst-üstəşmə yalnız göstərilmiş nəticələrdən bəziləri üçün müəyyən edilmişdir.

Texniki nəticələrin üst-üstəşməsi şərti o vaxt da pozulmuş sayılmır ki, bütün ixtiralar üçün ümumi olan texniki nəticələrdən başqa, onlardan birinin izahı, əlavə olaraq, hər hansı xüsusi əlaməti də ("sürtünmənin azaldılması" və "yüksək nəmlik şəraitində sürtünmənin azaldılması") daxil etsin.

İddiaçı tərəfindən ixtiranın vəhdətlik tələbinin gözlənilmədiyi halda, iddiaçı, bu Qaydaların 17.3 bəndində verilmiş qaydada xəbərdar edilir.

(7)
İddiaçı tərəfindən təqdim edilmiş ixtiranın düsturu yoxlanılan zaman, düsturun strukturuna və ya onun ifadə olunmasına aid olan müəyyən olunmuş tələblərə uyğunsuzluğu, hətta bu uyğunsuzluq, iddia sənədinin ilkin ekspertizası zamanı təyin edilməmişsə də, iddiaçıya, ixtiranın düsturunda düzəlişlər etmək təklif edilir.
(8)
Ekspertizanın sorğusu üzrə və ya şəxsi təşəbbüsü ilə dəyişilmiş düstura əsasən yoxlama bu bəndin (2)-(7) yarınribəndlərinə uyğun həyata keçirilir.
İxtiranın patent qabiliyyətliliyinin yoxlanılması üçün, iddiaçı tərəfindən təsdiq edilmiş dəyişikliklərlə birlikdə onun düsturu qəbul edilir.
(9)
Bu bəndin yuxarıda izah olunan (5) yarımbəndinə uyğun olaraq, yoxlama zamanı, birbəndli və ya asılı olmayan bəndi olan coxbəndli düstur birdən çox ixtiraya aid olduqda və iddiaçı düsturda düzəliş etməkdən imtina etdikdə, iddiaçıya bildirilir ki, patent qabiliyyətliliyinin yoxlanılması üçün aşağıdakılar qəbul edilir:

(9.1) ixtiranın düsturunda göstərilənlərdən birincisi (vahid ixtira ideyasını təşkil edən, rüsumları ödənilmiş birinci göstərilən iddia olunan iddialar), müəyyən edilmiş ixtiralar vahid ixtira ideyası təşkil etmirsə, həmçinin vəhdətlik tələbi ödənilmiş, lakin ekspertizanın aparılması üçün əlavə rüsum ödənilməmişdirsə və mövçud iddia sənədi çərçivəsində hansı ixtiranın (ixtiraların) baxılması göstərilməmişsə.

(9.2) baxılan düstur, əgər ekspertiza tərəfindən müəyyən edilmiş ixtira vahid ixtira ideyası təşkil edirsə vəəyyən olunmuş məbləğdəəlavə rüsümun ödənilməsini təsdiqləyən sənəd vaxtında (bu Qaydaların 18.2 bəndinin təqdim edilmişsə).

(10) Bu bəndin (6) yarımbəndində nəzərdə tutulmuş yoxlama aparılan zaman (9) yarımbəndinin müddəaları uyğun olaraq tətbiq edilir.

18.5. Ixtiranın patent qabiliyyətlilik şərtinin yoxlanılması.

İddia olunan ixtiranın patent qabiliyyətlilik şərti yoxlanılan zaman, onun, sənaye tətbiqi, yeniliyi və ixtiraçılıq səviyyəsi şərtinə uyğunluğu, həmçinin onun patent qabiliyyəti olmayan ixtiralar siyahısına aid olub-olmadığı əlavə yoxlanılır. İddia sənədinə çoxbəndli düstur daxildirsə (həm bir, həm də bir necə asılı olmayan bəndlərlə), onun patent qabiliyyətınin yoxlanılmasının xüsusiyyətləri bu Qaydaların 18.5.4 bəndindəəks olunur.

İddia olunan ixtiranın patent qabiliyyətliliyi yoxlanılan zaman müəllif, iddiaçı və ya onlardan bu informasiyanı birbaşa və ya dolayısı ilə almış istənilən şəxs tərəfindən ixtiraya aid, ixtiranın mahiyyətinə dair məlumatları hamının əldə edə bilməsi şəklindəıqlayan informasiyaya malik məhbələr, ixtiraya dair iddia sənədi Patent idərəsinə informasiyanın açıqlandığı tarixdən 6 aydan gec daxil olmayıbsa, mövcud bilgilər məcmusuna daxil edilmirlər.

Konkret mənbəyə aid olan informasiyanın açıqlanması tarixinin təyini zamanı bu Qaydaların 2.6.4.2 bəndini rəhbər tutmaq lazımdır.

Bu Qaydaların 18.5.1-18.5.4 bəndlərinə uyğun olaraq patent qabiliyyətliliyin yoxlanılmasının nəticələrinəəsasən, patent verilməsi və ya patent verilməsindən imtinaya dair qərar çıxarılır (bu Qaydaların 18.7 və 18.8 bəndləri).

18.5.1 Sənaye tətbiqliliyinin yoxlanılması.

(1)
Qanunun 7-ci maddəsinin 2-7 bəndlərinə uyğun olaraq ixtira sənayedə, kənd təsərrufatında, səhiyyə və digər fəaliyyət sahələrində istifadə oluna bilərsə, o sənaye tətbiqli sayılır.
(2)
İxtiranın istifadə olunma imkanı təyin olunduqda, iddia sənədinin materiallarında iddia olunan ixtira obyektinin gostərilən təyinatının mövcud olması yoxlanılır.

Həmçinin, iddia sənədinin ilkin materiallarında, ixtiranın, ixtira düsturunun asılı olmayan bəndində səciyyələnən formada həyata keçirilməsinin metodları və vasitələrinin təsvir olunub-olunmadığı yoxlanılır. Belə vasitə və metodlar iddia sənədinin materiallarında olmadıqda, ixitranın ilkinlik tarixinə qədər hamı tərəfındən istifadə oluna bilən mənbədə göstərilən vasitələrin və metodların təsvir edilməsinə icazə verilir.

Bundan başqa, ixtiranın həyata keçirildiyi təqdirdə, iddiaçı tərəfindən göstərilən təyinatın həyata keçirilməsinin mümkünlüyünəəmin olmaq lazımdır.

(3)
İddia edilən ixtira istifadəsi zamanı ekoloji təsirə və ya zəhərləmə qabiliyyətinə malik olduqda, onun ekoloji təmizliyi və zərərsizliyinin müəyyən edilməsi.
(4)
İxtiranın ilkinlik tarixinə qədər bütün göstərilən tələblərin gözlənildiyi müəyyən edilərsə, düsturun asılı olmayan bəndində xarakterizə edilən ixtira sənaye tətbiqliliyi şərtinə uyğun sayılır.
Göstərilən şərtlərdən heç olmazsa biri gözlənilməzsə, ixtiranın sənaye tətbiqliliyi şərtinə uyğun gəlməməsi haqqında nəticə çıxarılır. Bu halda iddiaçıya müvafiq dəlillər gətirilməklə sorğu göndərilir və bu dəlillər barədə öz fikrini bildirmək və ya ixtiranın düsturunda düzəlişlər etmək təklif oluna bilər (əgər ekspertizanın fikrinəəsasən, iddia sənədinin materialları belə düzəlişləri etməyə imkan verirsə və bunun nəticəsində göstərilən nəticə dəyişdirilə bilərsə). Bu zaman sorğuda düsturda düzəlişlər etmək barədə konkret təkliflər verilə bilər.
(5)
Sənaye tətbiqliliyi şərtinə uyğunsuzluğu təyin edilən ixtira barəsində yenilik və ixtiraçılıq səviyyəsinin yoxlanılması keçirilmir.

18.5.2. Yeniliyin yoxlanılması.

(1)
Qanunun 7-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq ixtira mövcud bilgilər məcmusunun bir hissəsini təkrarlamırsa, yeni sayılır.
İxtiranın yeniliyinin yoxlanılması, ixtiranın düsturunun asılı olmayan bəndində olan bütün əlamətlərin məcmusuna nəzərən aparılır.
(2)
Daha əvvəlki tarixli ilkinliyi olan ixtira və ya faydalı model üzrə iddia sənədi aşağıdakı şərtlərin məcmusunun gözlənildiyi təqdirdə bu tarixdən mövcud bilgilər məcmusuna (yalnız yenilik yoxlanıldıqda) daxil edilir: Azərbaycan Respublikasının patentləri verilməsinə dair vəsatətlər olan SSRİəllif şəhadətnamələri və patentləri verilməsinə dair iddia ərizələri və həmçinin beynəlxalq təqdim edilmə tarixi müəyyən edilmiş, SSRİ-yə və ya Azərbaycan Respublikasına göstərişləri olan iddia sənədləri də Azərbaycan Respublikasında verilmiş iddia sənədlərinə bərabər tutulur; iddia sənədi digər şəxs, yəni digər iddiaçı tərəfindən təqdim edilmişdir; iddia sənədi geri götürülməyib (beynalxalq iddia sənədinin qüvvəsinə Azərbaycan Respublikasında xitam verilməyib).

İlkinlik tarixi ilə mövcud bilgilər məcmusuna həmçinin Azərbaycan Respublikasında patentləşdirilmiş (yəni uyğun SSRİ və Azərbaycan Respublikasının Dövlət reyestrində qeydiyyata alınmış) ixtira və faydalı modellər (o cümlədən həmin şəxs tərəfindən) daxil edilir.

İddia sənədi ərizə, təsvir, düstur və çertyojların daxil olduğu tarixə həmin iddia sənədində olan düstur və təsvirə nəzərən mövcud bilgilər məcmusuna daxil edilir (ixtiraya dair iddia sənədi üçünyalnız təsvirdə onlara istinadlar varsa).

Tarix baxılan iddia sənədinin ilkinlik tarixindən daha sonrakı tarixdirsə, daha əvvəlki ilkinliyə malik iddia sənədi mövcud bilgilər məcmusuna, onun bu ilkinliyin təyini üçün əsas olan materiallarla (birinci iddia sənədi, ilk təqdim edilmiş iddia sənədi, bu iddia sənədinə aid olan əlavə materiallar) üst-üstəşən hissəsində daxil olur.

Azərbaycan Respublikasında patentləşdirilmiş ixtira və faydalı model mövcud bilgilər məcmusuna yalnız o düstura nəzərən daxil edilir ki, ixtira və faydalı modelin Azərbaycan Respublikasının müvafiq Dövlət reyestrində qeydiyyatı onunla aparılmışdır.

(3)
Mövcud bilgilər məcmusunda iddiaçı tərəfindən təqdim edilən ixtiranın düsturunda olan bütün əlamətlərə oxşar əlaməti olan vasitə tapılarsa, ixtira yenilik şərtinə uyğun sayılmır.
İddia olunan ixtira yeni təyinatlı qurğunun, üsulun, maddənin, ştammın tətbiqinə aiddirsə, iddiaçının göstərdiyi təyinata malik qurğunun, üsulun, maddənin, ştammın məlum tətbiqi haqqında informasiya mənbəyi tapıldıqda, həmin ixtira yenilik şərtinə uyğun sayılmır.
(4)
Mövcud bilgilər məcmusunda aşkar edilmiş informasiya mənbəyində baxılan iddia sənədinin daha əvvəlki ilkinliyə malik iddia sənədi olduğu məlum olarsa, həmin sənədin geri götürülübgötürülmədiyinəəmin olmaq lazımdır.
İddia sənədi geri gotürülməyibsə və Qanunun 29-cu maddəsinin 8-ci bəndinə uyğun olaraq onun geri götürülməsinin təyin olunmuş vaxtı qurtarmışsa, iddia olunmuş ixtiranın baxılması bu bəndin
(6)
və ya (7) yarımbəndinə uyğun olaraq davam etdirilir.

İddia sənədi geri götürülmədiyi, lakin onun geri götürülmə müddəti hələ qurtarmadığı halda, ixtirasına baxılan iddiaçıya belə iddia sənədinin olması barədə (onun iddiaçısını göstərməməklə və məzmununu açmamaqla) və daha əvvəl ilkinliyi olan iddia sənədi üzrəəyyənlik əldə olunanadək onun iddia sənədinə baxılmasının təxirə salınmasının mümkünlüyü haqqında xəbər verilir.

İddiaçının iddia sənədinə baxılmasının təxirə salınması ilə razılaşmadığı təqdirdə, iddia olunan ixtiranın yenilik şərtinə uyğun olmadığıəyyən edilir.

(5)
Asılı bəndləri olan düsturun asılı olmayan bəndində səciyyələnən ixtiranın yenilik şərtinə uyğun gəlməsi müəyyən edilərsə, asılı olan bəndlər barəsində mövcud bilgilər məcmusunun analizi aparılmır.
(6)
Asılı olan bəndli düsturun asılı olmayan bəndində səciyyələnən ixtira yeni sayılmadıqda, iddia sənədinə sonrakı baxılma bu Qaydaların 18.5.4 bəndinin (1) yarımbəndinə uyğun olaraq həyata keçirilir.
(7)
Asılı olan bəndli düsturun asılı olmayan bəndində səciyyələnən ixtiranın yeniliyinin olmaması təyin edildikdə, iddiaçıya, ekspertizanın dəlillərinin izahı ilə sorğu göndərilir və bu dəlillər barəsində rəyini və lazım gəldikdə isə, iddia sənədinin ilkin materialları əsasında, düzəldilmiş ixtira düsturunu təqdim etmək təklif edir.
(8)
Yenilik şərtinə uyğun gəlməyən ixtira barəsində, ixtiraçılıq səviyyəsinin yoxlanılması aparılmır.
18.5.3.lxtiraçılıq səviyyəsinin yoxlanılması
(1)
Qanunun 7-ci maddəsinin 2-6 bəndlərinə uyğun olaraq, ixtira o vaxt ixtiraçıliq səviyyəsinə malikdir ki, o mütəxəssis üçün açıq-aşkar mövcud bilgilər məcmusundan irəli gəlmir.
İxtiraçılıq səviyyəsi düsturun asılı olmayan bəndində səçiyyələnən ixtira barəsində yoxlanılır və
aşağıdakıları daxil edir:
bu Qaydaların 2.6.4.2. bəndinə uyğun olaraq, ən yaxın analoqun təyinini;
iddia olunan ixtiranın ən yaxın analoqdan fərqləndirən əlamətlərin müəyyən edilməsini;
mövcud bilgilər məcmusundan baxılan ixtiranın fərqləndirici əlamətləri ilə üst-üstəşən əlamətləri
olan həllərin üzə çıxarılmasını.
(2)
İxtiranın fərqləndirici əlamətləri ilə üst-üstəşən əlamətləri olan həllər müəyyən edilməyibsə,
və ya belə həllər müəyyən olunub, lakin iddiaçı tərəfindən göstərilən texniki nəticəyə fərqləndirici
əlamətlərin məlum təsiri təsdiq edilməmişsə, ixtira ixtiraçılıq səviyyəsi şərtinə uyğun sayılır.
(3)
Aşağıdakılara əsaslandıqda, ixtira ixtiraçılıq səviyyəsi şərtinə uyğun sayılmır:
barəsində məhz həmin əlavələrin (tamamlamaların) təsirı muəyyən edilmiş texniki nəticəyə nail
olmaq üçün məlum vasitənin ona məlum qaydalarla birləşdirən har-hansı bir məlum hissə (hissələr)
ilə tamamlanmasına;
barəsində məhz həmin əvəzetmənin təsiri muəyyən edilmiş texniki səviyyəyə nail olmaq üçün hərhansı məlum vasitənin hissəsinin (hissələrinin) digər məlum hissə iləəvəz edilməsinə;
obyektin hər hansı bir hissəsinin (elementin, hərəkətin) eynı zamanda onun mövcudluğunu
şərtləndirən funksiyanın xaric edilməsinə və belə xaric etmə üçün adi olan nəticənin (sadələşmə,
kütlənin, ölçulərin, material tutumunun azaldılması, etibarlılığın artması, prosesin davamiyyətinin
ixtisarı və s.) əldə edilməsinə;
eyni tipli elementlərin, hərəkətlərin sayının məhz belə element və hərəkətlərin obyektdə
mövcudluğuna əsaslanan texniki nəticənin gücləndirilməsi üçün artırılmasına;
həmin materialın məlum xassələri ilə şərtləndirilən texniki nəticəyə nail olmaq üçün məlum
obyektin və ya onun hissəsinin (hissələrinin) məlum materialdan hazırlanmasına;

seçilmələri və aralarındakı əlaqə məlum qaydalar və tövsiyələr əsasında həyata keçirilmiş və bu zaman əldə edilən texniki nəticə yalnız həmin obyektin hissələrinin məlum xassələrinin və aralarındakı əlaqələrələ şərtləndirilən məlum hissələrdən ibarət obyektin hazırlanmasına; məlum qurğu, üsul, maddə vəştammın yeni təyinatı üzrə tətbiqinə, əgər bu yeni təyinat onun məlum xassələri, quruluşu, hazırlanması ilə şərtləndirilirsə və məhz belə xassə, quruluş və hazırlanma, bu təyinatın həyata keçirilməsi üçün zəruridir.

Həmçinin elə ixtiralar ixtiraçılıq səviyyəsinə uyğun olmayan sayılır ki, onlar kəmiyyət əlamətinin (əlamətlərinin) dəyişməsinə, beləəlamətlərin qarşılıqlı əlaqədə verilməsinə, ya da onun növünün dəyişilməsinə, əgər onlardan hər birinin texniki nəticəyə təsiri faktı məlumdursa və bu əlamətlərin yeni qiyməti və ya onların qarşılıqlı əlaqəsinin məlum asıllıq və qanunauyğunluqlara əsaslanaraq alınmasına əsaslanır.

(4)
İxtiraçılıq səviyyəsi şərtinin təmininə, məsələn, aşağıdakılar uyğundur:
təyin olunmuş quruluşlu yeni fərdi birləşmələrin (sinif, qrup) alınması üsulu;
təyin olunmuş quruluşlu məlum fərdi birləşmələrin (sinif, qrup) alınması üsulu, əgər onlar verilmiş
sinif və qrup birləşmələri üçün yeni olan reaksiyalara və ya həyata keçirilmə şərti məlum olmayan,
verilmiş sinif və qrup birləşmələri üçün məlum reaksiyalara əsaslanırsa;
mövcud bilgilər məcmusundan məlum olmayaraq, əldə edilmək imkanı olan sinergetik effekti təmin
edən heç olmazsa iki məlum ingrediyentdən ibarən olan kompozisiya (yəni hər iki inqrediyentin
xassələrinə malik olan, lakin bu xassələrdən heç olmazsa birinin kəmıyyət gostəricisi, ayrıca
ingredientin xassə göstəricilərindən çox olduqda);
məlum birləşmələr qrupunun ümumi quruluş formuluna aıd olan, lakin xüsusi alınmış və tədqiq
edilmiş rimi təsvir olunmayan və bu zaman həm kəmiyyət, həm də keyfiyyətcə, bu qrup üçün
məlum olmayan yeni xassələr göstərən fərdi birləşmə (selktiv ixtira).
(5)
İxtira, onun zahiri sadəliyi və texniki nəticənin əldə olunması mexanizminin iddia sənədi
materiallarında açıqlanması, əgər beləıqlanma mövcud bilgilər məcmusundan deyil, yalnız iddia
sənədinin materiallarından məlum olubsa, ixtiraçılıq səviyyəsinə uyğun olmayan sayılmır.
(6)
İddia olunan ixtiranın fərqləndirici əlamətlərinin texniki nəticəyə təsirinin məlumduğu həm bir,
həm də bir neçə informasiya mənbəyi ilə təsdiq edilə bilər. Konkret texniki bilgilər sahəsində
ümumi qəbul edilmiş dokumentlərin hər hansı bir informasiya mənbəyi göstərməməklə cəlb
edilməsinə yol verilir. Lakin bu ekspertizanı iddiaçı təkid edərsə, belə mənbələri iddia sənədinə
gələcək baxılmada göstərmək vəzifəsindən azad etmir.
(7)
Mövcud bilgilər məcmusundan ixtiranın fərqləndirici əlamətləri ilə üst-üstəşən əlamətlərə
malik həllər müəyyən edilibsə, onların texniki nəticəyə məlum təsirinin təsdiqi, əgər beləəlamətlər
barədə o iddiaçı tərəfindən təyin edilməmişsə, tələb olunmur.
(8)
Asılı bəndləri olan çoxbəndli düsturda iddia olunan ixtira, asılı olmayan bəndə nəzərən
ixtiraçılıq səviyyəsi şərtinə uyğun qəbul edilərsə, düsturun asılı bəndləri barəsində sonrakı yoxlama
aparılmır.
(9)
Asılı bəndləri olan düsturun asılı olmayan bəndinə görə ixtiranın ixtiraçılıq səyiyyəsi şərtinə
uyğun gəlməməsi təyin edilərsə, iddia sənədinə sonrakı baxılma bu Qaydaların 2.7.2.4 bəndinə
uyğun olaraq aparılır.
(10)
Asılı olan bəndləri olmayan düsturda səciyyələnən ixtiranın ixtiraçılıq səviyyəsinin olmadığı
təyin edilərsə, iddiaçıya müvafiq dəlillər göstərilməklə sorğu göndərilir və bu dəlillər barəsində öz
fikrini və lazım gəldikdə, iddia sənədinin ilkin materialları əsasında ixtiranın düsturundakı
düzəlişləri təqdim etmək təklif edilir.

18.5.4. Çoxbəndli düsturla səciyyələnən ixtiranın patent qabiliyyətliliyinin yoxlanılmasınin xüsusiyyətləri.

(1)
Ixtira asılı olan bəndli çoxbəndli düsturla səciyyələnibsə və onun, yenilik və ya ixtiraçılıq səviyyəsinin asılı olmayan bəndinə nəzərən patent qabiliyyətli olmaması barədə nəticə alınarsa, iddiaçıya bu barədə xəbər verilir yə iddiaçı iddia sənədinin gələcək baxılmasının məqsədəuyğunluğunu təsdiq etdikdə isə, ixtiranın düzəldilmiş düsturunu təqdim etmək təklif edilir.
(2)
Asılı olan bəndli düsturun asılı olmayan bəndinə nəzərən ixtiranın patent qabiliyyətliliyi təyin edildiyi halda ixtiranın, asılı olan bəndlərdə olan əlamətlərinin xarakteristikası ixtiranın və ya iddiaçı tərəfindən göstərilən təyinatın həyata keçirilməsinə mane olmadığı barədəəmin olmaq lazımdır. Bundan başqa, asılı olan bəndlərin əlamətləri cəlb edilməklə səciyyələnən ixtiranın ictimai mənafeyə, humanizm vəəxlaq prinsiplərinə zidd olmamasına, ekoloji təmizliyi və zərərsizliyinə əmin olmaq lazımdır.

Asılı olan bəndli çoxbəndli düsturla səciyyələnən ixtira, bütün adları çəkilən şərtlərə nəzərən yoxlamanın müsbət nəticəsi olduqda, patent qabiliyyətli sayılır və bu Qaydaların 18.7. bəndinə uyğun olaraq iddia sənədi haqda informasiyanın çap edilməsi haqqında qərar çıxarılır.

Hər hansı şərtə nəzərən yoxlamanın mənfi nəticəsi zamanı iddiaçıya bu barədə sorğuda xəbər verilir və ekspertizanın nəticələrini təkzib edən dəlillər təqdim etmək və ya düzəlişlər etmək və ya ixtiranın düsturundan belə asılı olan bəndləri çıxarmaq təklif edilir.

(3)
Əgər ixtiralar qrupu iddia olunarsa, patent qabiliyyətliliyi, ona daxil olan ixtiralardan hər birinə nəzərən yoxlanılır. İxtira qrupunun patent qabiliyyətliyi, qrupun bütün ixtiraları patent qabiliyyətli olduqda, təsdiq edilir.
İxtira qrupuna daxil olan ixtiraların heç də hamısının patent qabiliyyətli olmaması təyin edilərsə, iddiaçıya bu barədə xəbər verilir və gətirilmiş dəlillər barədə öz fikrini təqdim etmək və lazım gəldikdə düsturdan, patent qabiliyyəti olmayan ixtiralarla səciyyələnən asılı olmayan bəndləri çıxarmaq, ya da bu bəndləri düzəlişlər edilmiş şəkildə təqdim etmək təklif edilir.
(4)
İddiaçı tərəfindən yuxarıda izah olunmuş hallarda ixtiranın dəyişilmiş düsturu təqdim edilərsə, iddia sənədinin sonrakı baxılması bu düsturda səciyyələnən ixtiraya (ixtiralara) nəzərən bu Qaydaların 18.3 və 18.4 bəndinə uyğun olaraq həyata keçirilir.

İddiaçı ekspertizanın nəticəsini təkzib edən dəlillər gətirmədiyi və ya dəyişilmiş düstur təqdim etmədiyi halda əvvəllər onun tərəfindən təqdim olunmuş düsturla patent verilməsində təkid edərse, iddia sənədinin sonrakı baxılması aparılmır və bu Qaydaların 18.8. bəndinə uyğun olaraq patent verilməsindən imtinaya dair qərar çıxarılır.

18.6. Əlavə materialların sorğusu.

(1) Qanunun 27-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq əlavə materialların, həmçinin ixtiranın
dəyişilmiş düsturunun sorğusu, iddiaçıya, belə materiallarsız iddia sənədinin ekspertizasının
aparılması mümkün olmadıqda göndərilir.

(1.1) Sorğu üçün əsas aşağıdakı hallardır:
bu Qaydaların 18.3 bəndinə uyğun olaraq ixtiranın düsturunun, onun yoxlanılmasının nəticələrinə
əsasən dəqiqləşdirilməsinin vacibliyi;
bu Qaydaların 18.3 bəndinə uyğun olaraq, iddia olunan ixtiranın patent qabiliyyətliliyinin
yoxlanılmaşı ilə bağlı məsələlərin həllinin vacibliyi;
iddia olunan ixtiranın patent qabiliyyətliliyinin yoxlanılmasının nəticələrinə görə ixtiranın
düsturunun dəqiqləşdirilməsinin vacibliyi;

bu Qaydaların 18.9 bəndinə uyğun olaraq eyni ilkinlik tarixinə malik, sənaye mülkiyyətinin eyni obyektlərinə aid iddia sənədinin baxılması ilə bağlı məsələlərin həllinin vacibliyi ola bilər.

Digər xarakterli məsələlər, həmçinin iddia sənədinin baxılması zamanı yaranan və məsələn, ilkinliyin təyini, ixtiranın mühüm əlamətinin xarakteristikasının dəqiqləşdirilməsi və s. bağlı irad və təkliflər də həmçinin yuxarıda göstərilən əsasla göndərilən sorğuya daxil edilə bilər.

Əgər sorğunun göndərilməsi üçün göstərilən əsaslar yoxdursa, ortaya çıxan iradlar, təkliflər və s. barədə iddiaçı məktubla xəbərdar edilir.

(1.2) Bu Qaydaların 18.4 bəndinin (9.1) yarımbəndinə uyğun olaraq baxılmış ixtiranın (ixtiraların) patent qabiliyyətliliyi müəyyən edilərsə, iddiaçıya göndərilən sorğuda bu barədə xəbər verilir və patent qabiliyyətliliyinin təyini aparılmayan ixtiranın (ixtiraların) xarakteristikasının çıxarılması yolu ilə düsturda düzəlişlər etmək və ya bu ixtiranın (belə ixtiralardan hər birinin) müvafiq rüsumun ödənilməsi ilə asılı olmayan bəndə ayrılması, ya da iddia sənədinin ekspertizasının keçirilməsi üçün əlavə rüsum ödənilməsi təklif edilir. Bu zaman iddiaçı, sorğu edilən materialları və ya göstərilən müddətin uzadılması barədə vəsatətini müəyyən edilmiş müddətdə təqdim etmədiyi təqdirdə, Qanunun 29-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq iddia sənədini geri götürülmüş sayılması barədə xəbərdar edilir.

(2)
Ekspertizanın hər hansı sual üzrə sorğuda və ya məktubda verdiyi rəyi texniki və hüququ xarakterli əsaslarla möhkəmləndirilir. Lazım gəldikdə, texniki ədəbiyyata, Qanunun, bu Qayadaların müddəalarına və digər normativ sənədlərə istinadlar edilir.
İddiaçıya düsturda mühüm əlamətlərin xarakteristikasının dəqiqləşdirilməsi, mühüm olmayan əlamətin düsturdan çıxarılması və s. kimi düsturda düzəlişlərlə bağlı təkliflər göndərilərkən, belə düzəlişin və ya ondan imtinanın hüquqi nəticələri barədə bildirmək məqsədəuyğundur.
(3)
Sorğuda informasiya mənbəyinə istinad gətirildikdə, həmin mənbəyi aşkar etmək üçün lazım olan onun bütün biblioqrafik məlumatları, həmçinin iddia sənədinə baxılarkən nəzərə alınan məlumatların bu mənbədən tapılması üçün lazım olan digər məlumatlar (səhifə, abzas, qrafik təsvirin fıqurlarının nömrəsi və s.) göstərilməlidir.
(4)
Təsvirdə müvafiq düzəliş edilməsini tələb edən dərəcədə dəyişilmiş (iddiaçının öz təşəbbüsü ilə və ya ekspertizanın təklifinə görə) düsturla iddia sənədinin dərc edilməsi barədə qərar hazırlanarkən, həmçinin təsvir və (və ya) çertyojlarda, o cümlədən ekspertiza tərəfindən əvvəllər göstərilmiş, lakin iddiaçı tərəfindən aradan qaldırılmayan çatışmazlıqlar olduqda, iddiaçıya, təklif alındıqdan iki ay müddətində dəqiqləşdirilmiş təsvir və (və ya) çertyojlar (və ya əvəzedici vərəqlər) təqdim etməsi təklif edilə bilər.
Bu zaman iddiaçı göstərilən materialları təqdim etmədiyi təqdirdə, MPEM tərəfindən müvafiq surətdə düzəldilmiş təsvirin dərc olunacaği barədə xəbərdar edilir.
(5)
Sorğu iddiaçıya iddia sənədinin baxılması üçün tələb olunan sayda göndərilə bilər.

18.7. İddia sənədinin dərc edilməsi haqqında qərar.

İddiaçı tərəfindən təklif olunan düsturda iddia olunan ixtiranın (qrup iddia olduqda - qrupun hər bir ixtira üçün) patent qabiliyyətliliyi şərtlərinin hamısına uyğun gəldiyi müəyyən edildikdə, bu düsturla ixtiranın referatını Patent idarəsinin rəsmi bülletenində dərc edilməsi haqda qərar çıxarılır.

İddia olunmuş düstur ixtiranın mahiyyətini ifadə edirsə və tamamilə təsvirəəsaslanıbsa, lakin ən yaxın analoq (və ya ümumiyyətlə analoq) nəzərə alınmadan tərtib edilibsə və ya o, iddia olunan obyektin əlamətləri ilə yanaşı, digər obyektin əlamatlərini özünə daxil edirsə və iddiaçı düsturün onun tərəfindən təklif edilmiş redaksiyasında saxlanılmasını təkid edirsə, qərarda ixtiranın düsturu iddiaçının redaktəsində verilir.

İxtiranın düsturu, iddiaçının təklif etdiyi redaktədə həm də o zaman verilir ki, onda olan əlamətlər standart və ya ümumi qəbul edilmiş terminologiya istifadə edilməklə səciyyələnib və iddiaçı dusturda düzəlişlər etməkdən imtina etmişdir, həmçinin bu Qaydaların 18.4 bəndinin (9) yarımbəndinə uyğun olaraq baxılan bütün iddia olunan ixtiraların patent qabiliyyətliliyi müəyyən edilmişdir.

18.8. Patent verilməsindən imtinaya dair qərar.

(1) İddiaçı tərəfindən təklif olunan düsturla ifadə edilən iddia olunan ixtiranın patent qabiliyyətliliyinin heç olmasa bir şərtinə uyğun gəlmədiyi müəyyən edildikdə, müvafiq əsaslar gətirməklə patent verilməsindən imtinaya dair qərar çıxarılır.

İddiaçı tərəfindən, patent verilməsindən imtinaya səbəb olan hallarla tanış olduqdan sonra, iddia olunan ixtiranın patent qabiliyyətli olmasına dair, lakin ekspertizanın nəticəsini dəyişməyən dəlillər təqdim edildikdə, qərarda göstərilən dəlillərin analizi verilir.

Qərarda informasiya mənbəyinə istinad gətirilirsə, onun biblioqrafik məlumatları göstərildikdə, bu Qaydaların 18.6 bəndinin (3) yarımbəndində verilmiş şərt göslənilməlidir.

(2)
Patent verilməsindən imtinaya dair qərar, asılı olan bəndləri və bir asılı olmayan bəndi olan çoxbəndli dusturda səciyyələnən iddia olunan ixtira asılı olmayan bəndə nəzərən patent qabiliyyətliliyi şərtinin birinə uyğun gəlmədikdə və iddiaçı düsturun bu bəndində düzəliş etməkdən imtina etdikdə, çıxarılır.
(3)
Patent verilməsindən imtinaya dair qərar, həmçinin o halda çıxarılır ki, digər asılı olmayan bəndlərı olmayan düsturun asılı olmayan bəndində səciyyələnən ixtiranın patent qabiliyyətliliyi təsdiq edilmişdir, asılı olan bəndlərdə ixtiranın xarakteristikası isə elədir ki, o ixtiranın və ya iddiaçı tərəfindən göstərilən təyinatın həyata keçirilməsinə mane olur, ya da ixtiranın ictimai mənafeyə, humanizm vəəxlaq prinsiplərinə cavab vermədiyi üçün əsas olur və iddiaçı düsturda düzəlişlər etmək və ya belə asılı olan bəndləri çıxarmaqdan imtina etdikdə, çıxarılır.
(4)
İddiaçı tərəfindən təklif edilən düstur bir asılı olmayan bənddən ibarət olaraq təsvirdə olan ixtiranın mühüm əlamətini daxil etmədiyi və buna görə də bu cür səciyyələnən ixtira patent qabiliyyətliliyinin hər hansı bir şərtinə uyğun gəlmədiyi halda iddiaçı göstərilən əlaməti düstura daxil etməkdən imtina edərsə, patent verilməsindən imtinaya dair qərar çıxarılır.
(5)
İddia olunan ixtiralar qrupuna, patent qabiliyyətliliyinin şərtlərinə uyğun gəlməyən ixtira daxil olduğu müəyyən edilərsə və iddiaçı düsturda düzəliş etmək və ya bu ixtiranın xarakteristikasını çıxartmaqdan imtina edərsə, patent verilməsindən imtinaya dair qərar çıxarılır.

Bu zaman qərarda digər ixtiranın (ixtiraların) patent qabiliyyətliliyi təsdiq edilir.

18.9. Eyni ilkinlik tarixinə malik eyni sənaye mülkiyyəti obyektinə aid digər iddia sənədi olduğu müəyyən edildikdə iddia sənədinə baxılmanın xüsusiyyətləri.

(1) Baxılan iddia sənədi üzrə ixtiranın patent qabiliyyətliliyi müəyyən edilibsə, lakin digər geri götürülməmiş sayılan və ya eyni ilkinlik tarixi olan eyni ixtira və faydalı model olarsa, baxılan iddia sənədinin iddiaçısına bu barədə və, Qanunun 28-ci maddəsinin 10-cu bəndində təyin edilmiş şərtlərin yerinə yetirildiyi təqdirdə, onun iddia sənədi üzrə patent verilməsinin (mümkünlüyü) barədə xəbər verilir. Bu zaman iddiaçıya həmçinin, onun iddia sənədinin Patent idarəsinin daha əvvəlki və ya daha sonrakı qeydiyyat nömrəsinə malik olması barədə xəbər verilir.

İddia sənədi baxılan iddiaçıya, eyni ixtira və ya faydalı modeli özünə daxil edən digər iddia sənədinin hər hansı biblioqrafık məlumatlarının xəbər verilməsinə və iddia sənədi barədə məlumatların dərcinə və ya buna görə patent (şəhadətnamə) verilməsinə qədər onun məzmununun açılmasına yalnız digər iddia sənədinin iddıısının razılığı ilə yol verilir.

(2)
Qanunun 28-ci maddəsinin 10-cu bəndində göstərilən sazişə əsasən eyni sənaye mülkiyyəti obyektlərinə iki və daha çox patent (və ya patentlər və şəhadətnamələr) verilməsi, həmçinin, patent (şəhadətnamə) verilməsindən imtinaya dair qərar qəbul edilmiş iddia sənədi üzrə patent (şəhadətnamə) verilməsi nəzərdə tutula bilməz.
(3)
İxtira və faydalı modelin eyniliyi, müəyyən olunmuş qaydada iddiaçılar tərəfindən təqdim edilən axırıncı redaktədə verilmiş düsturlar əsasında təyin edilir.

İxtiralar (və ya ixtira və faydalı model), onların düsturlarının asılı olmayan bəndlərinin məzmunu tamamilə üst-üstəşdükdə, eyni sayılır.

19. Əlavə materialların yoxlanılması.

(1)
İddiaçının təşəbbüsünəəsasən iddia sənədinin vaxtından əvvəl ilkin ekspertizasının keçirilməsi haqqında vəsatət verildikdən sonra təqdim edilmiş və iddia sənədinə düzəlişlər edən və ya dəqiqləşdirən əlavə materialların (yəni onun məzmununa daxil edilməli olan) daxil oldugu zaman və ya iddia sənədinin, belə vəsatət verilmədikdə daxil olması tarixindən iki ay müddət keçdikdən sonra göstərilən materiallarla birlikdəəyyən edilmiş məbləğdə rüsum ödənilməsini təsdiqləyən sənədin təqdim edilməsi yoxlanılmalıdır. Əlavə materiallarla birlikdə bu sənəd təqdim edilmədiyi təqdirdə, sonuncular iddia sənədi baxılan zaman nəzərə alınmır və bu barədə iddiaçı xəbərdar edilir. Bu cür bildiriş ekspertizanın iddiaçıya göndərilən növbəti sənədinin məzmununa daxil edilə bilər.
(2)
Əlavə materiallarda ixtiranın dəyişilmiş düsturu olduqda, düsturdakı dəyişikliklər əvvəlki düsturda bu cür ayrılmamış bir neçə asılı olmayan ixtira bəndinin ona daxil edilib-edilməməsi və bu cür əlavə materiallarla birlikdə müvafiq rüsumun ödənilməsini təsdiqləyən sənədin müəyyən edilmiş müddətlərldə təqdim edilib-edilməməsi müəyyən edilir.
Göstərilən sənəd əlavə materiallarla birlikdə təqdim edilmədiyi təqdirdə, düsturdakı dəyişikliklər, iddia sənədi baxılan zaman nəzərə alınmır.
(3)
Patent idarəsinin - sorğusuna əsasən iddiaçı tərəfindən verilən əlavə materialların təqdim edilmə müddətinin gözlənilməsi yoxlanılır.

Göstərilən materiallar iddiaçı tərəfindən sorğunun alındığı tarixdən iki ay müddətində təqdim edilməlidir.

İddiaçı tərəfindən, iddia sənədinə qarşı qoyulan materialların surəti istənildikdə, əlavə materiallar göstərilən surətlərin, iddiaçı tərəfindən alındığı tarixdən iki ay müddətində təqdim edilə bilər, o şərtlə ki, bu surətlər iddiaçı tərəfindən, onun ekspertizanın sorğusunu aldığı tarixdən bir ay müddətində istənilmiş olsun.

İddiaçı tərəfindən təyin edilmiş müddətlərin gözlənilməsinin yoxlanması zamanı bu Qaydaların 17.3-17.4-cü bəndini rəhbər tutmaq lazımdır.

İddiaçının əlavə materialların göstərilən muddətlərin pozulması ilə təqdim etməsi müəyyən edilərsə (və bu müddətlər bu Qaydaların 14-cü bəndinə uyğun olaraq uzadılmayıbsa), iddia sənədi geri götürülmüş sayılır və bu barədə iddiaçı xəbərdar edilir.

(4) İddiaçının təşəbbüsü ilə və ya Patent idarəsinin sorğusuna əsasən təqdim edilən və baxılmağa qəbul edilən əlavə materialları daxil olduqda, onların iddia olunan ixtiranın mahiyyətini dəyişibdəyişməməsi yoxlanılır. Əlavə materiallar, iddia olunan ixtiranın mahiyyətini o zaman dəyişdirmiş sayılır ki, onlara iddia sənədinin ilkin materiallarında olmayan düstura əlavə edilməli olan əlamətlər daxil edilmiş olsun.

Əlamətlər ixtiranın düsturuna təkcə iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş düsturda olduqları halda yox, həm də iddiaçı bu cür daxil etməni göstərdiyi halda da daxil edilməli sayılırlar.

Əlavə materiallarda verilmiş və düstura daxil edilməli olan əlamətlər, onlar patent verilməsinə dair ərizənin, təsvirin, ixtira düsturunun və çertyojların Patent idarəsinə daxil olduğu tarixə iddia sənədində olan düsturda və təsvirdəılmamış olduqda, iddia sənədinin ilkin materiallarında olmamış hesab edilirlər.

İddia sənədinin ilkin materiallarında ixtiranın mühüm əlaməti onun xüsusi formalarıılmadan ümumi anlayışla ifadə olunubsa, bu cür yerinə yetirilmənin əlavə materiallarda ixtira düsturuna daxil edilməli olan əlamətə aid edilməklə verilməsi əlavə materialların ixtiranın mahiyyətini dəyişdirdiyini hesab etmək üçün əsasdır.

Yalnız mövcud bilgilər məcmusuna, eyni zamanda ən yaxın analoqa nəzərən təsvirdə sadalanan əlamətlər iddia sənədinin ilkin materiallarında olan iddia olunan ixtiranın əlamətlərinə aid edilmir.

İddia sənədi ixtiralar qrupuna aid oldugda, iddia sənədinin ilkin materiallarında olan, qrupun hər hansı bir ixtirasının əlamətləri kimi, təsvirdə qeyd olunan qrupun məhz bu ixtirasına aid olan əlamətlər sayılır.

Biri digərində istifadə üçün nəzərdə tutulmuş ixtiralar qrupu istisna təşkil edir. Bu zaman bir ixtiranın digərində istifadə üçün ilkin materiallarındakı nəzərdə tutulmuşəlamətlər, bu digər ixtiranın da əlamətləri kimi sayılır.

İddia olunan ixtira məlum qurğu, üsul, maddə və ya ştammların yeni təyinatla tətbiqinə aiddirsə, iddia sənədinin ilkin materiallarından fərqli göstəriş, məlum obyektin təyinatı və ya məlum obyektin səciyyəsi üçün istifadə edilən digər əlamətləri açıqlayan əlavə materiallar mahiyyət dəyişdirici sayılır.

İddia sənədinin ilkin materiallarında düstura əlavə edilməli olan əlamətlərə aid olmayan, iddia olunan ixtira haqqında məlumatları olmayan əlavə materiallar ixtiranın mahiyyətini dəyişməmiş sayılırlar. Belə məlumatlara, o cümlədən ixtiranın həyata keçirilməsi şəraiti haqqında yeni (əlavə) məlumatlar, ixtiranın həyata keçirilməsi nümunələri, əlavə texniki nəticənin alınması imkanına göstəriş, qrafik materiallarda dəqiqləşdirmələr və s. aid ola bilər.

İddia sənədinin ilkin materiallarında ixtiranın düsturuna əlavə edilməli olan, göstərilməyən əlamətlərlə yanaşı iddia sənədinin baxılması üçün lazım olan digər məlumatları daxil edən əlavə materiallar, yalnız göstərilmişəlamətləri saxlayan hissədə mahiyyəti dəyişmiş sayılırlar.

Digər məlumatlar ekspertiza keçirilərkən nəzərə alınırlar.

(5) Əlavə materiallarda təqdim edilən, iddiaçı tərəfindən dəyişilmiş ixtira düsturunun yoxlanılması zamanı, dəyişikliklərin iddia olunan ixtiraya aid olub -olmamasıəyyən edilir.

İddia olunan ixtiraya aid olmayan asılı olmayan bəndlərin ona daxil edilməsini nəzərdə tutan, ixtira düsturundakı dəyişikliklər nəzərə alınmır və bu barədə iddiaçı xəbərdar edilir.

Düstura daxil edilmiş asılı olmayan bənd, iddia olunan ixtiraya aşağıdakı hallarda aid edilir: ixtira obyektinin (qurğu, üsul, maddə) növünə göstərişin dəyişilməsi, əgər yeni göstərilmiş növ ixtiranın ilkin düsturunda olan əlamətlərin xarakterinəəvvəlkindən daha çox uyğun gəldikdə; "yeni təyinat üzrə tətbiq" ilkin iddia olunan ixtira obyekti göstərilmiş yeni təyinatlı obyektləəvəz edildikdə, əgər ilkinlik tarixinədək hamıya məlum olan məlumatlardan iddia ediləndən yalnız təyinatı ilə fərqlənən vasitənin məlumluğu müəyyən edilmişsə; ilk iddia olunan ixtira obyektinin "yeni təyinat üzrə tətbiq", ixtira obyektinə dəyişdirilməsi, əgər ilkinlik tarixinə qədər hamıya məlum olan məlumatlardan, iddia olunandan yalnız təyinatına görə fərqlənən vasitələrin məlumluğu müəyyən edilibsə; bu Qaydaların 18.4 bəndində göstərilmiş nöqsanların aradan qaldırılması nəticəsində yeni asılı olmayan bənd formalaşdırıldıqda.

(6) Əlavə materialların iddia olunan ixtiranın mahiyyətini dəyişdirilmiş sayılması halında, iddiaçıya əlavə materiallara daxil olan hansı məlumatların ekspertizanın bu cür nəticəsi üçün əsas olması barədə xəbər verilir.

20. İddia materialları və patentin verilməsinə dair məlumatların dərci.

20.1. İddia sənədləri haqda dərc olunan məlumatların tərkibi.

Patent haqqında Qanunun 30-cu maddəsinin 3-cü bəndinəəsasən iddia sənədi üzrə aşağıdakı
məlumatlar dərc olunur.
iddia sənədinin nömrəsi;
iddia sənədinin Patent idarəsinə daxil olma tarixi;
iddiaçı(lar)ın adı;
iddiaçı(lar)ın yaşayış və/və ya olduqları ölkənin adı;
ixtira müəllif(lər)inin adı, müəllif(lər) onlar tərəfındən adlarının dərc olunmaması haqda müraciət
olmadıqda ;
iddia sənədi üzrə, onun Patent idarəsinə daxil olduğu tarixdən daha əvvəlki ilkinlik tələb edildikdə
ixtiranın ilkinliyinin tələb edilməsi üçün əsas olmuş iddia sənədinin nömrəsi, tarixi və verildiyi
ölkə;
ilkin ekspertiza nəticəsindəəyyən edilmiş BPT təsnifatının bölmələrinin indeksi;
ixtiranın adı;
ixtira haqda referat;
ixtiranın düsturu (son redaksiyada);
iddia sənədində informasiya axtarış və ekspertiza keçirilməsi haqda vəsatət olmasına göstəriş.

İddia sənədinin sənədlərinin daxil olduğu tarixdən 12 ay ərzində verildikdə.

Patent idarəsinə ixtiraya görə məlumatların dərc olunması haqda vəsatət iddia sənədinin daxil
olduğu tarixdən 18 ay keçdikdən sonra təqdim edilmişsə, dərc olunan məlumatlarda düzəlişlər,
dəqiqləşmələr və dəyişiklər nəzərə alınmır.

20.2. Dərc olunmuş iddia sənədləri ilə tanışlıq.

İddia sənədinə dair məlumatlar dərc olunduqdan sonra Patent haqqında Qanunun 30-cu maddəsinin 5-ci bəndinə uyğun olaraq istənilən fiziki və hüquqi şəxs iddia sənədi materialları ilə tanış ola bilər. İddia sənədinin materiallarından çıxarışların surətləri tarif üzrə müvafiq haqq ödənilməsi şərti ilə verilə bilər.

20.3. Dərc olunan iddia sənədlərində ixtira müəllifinin müəllifliyinin göstərilməsindən imtina etməsi.

İxtira müəllifinin iddia sənədi haqda məlumatların dərci zamanıəllifliyinin göstərilməsindən imtina etməsi dərc olunmaya texniki hazırlığın qurtarmasına qədər nəzərə alınır.

Göstərilən imtina, həmin müddət ərzindəəllif tərəfindən geri götürülə bilər.

20.4. İddia sənədləri haqda məlumatın daxil olma tarixindən 18 aydan tez dərc olunması.

Patent haqqında Qanunun 30-cu maddəsinin 1-ci bəndinəəsasən, iddiaçının vəsatəti əsasında
müvafiq tarif üzrə rüsum ödənildikdə, iddia sənədləri haqda məlumat 18 aydan tez dərc edilir.

İddia sənədi haqda məlumatlar, aşağıdakı hallar istisna olmaqla dərc olunur:
vəsatətin daxil olduğu tarixdən 6 ay ərzində iddia sənədi geri götürülüb və ya geri götürülmüş
sayılıb;
əgər vəsatət ilkin ekspertiza qurtaranadək daxil olubsa, yuxarıda göstərilən müddət ilkin
ekspertizanın müsbət rəyinin iddiaçıya göndərildiyi tarixdən hesablanır.

İddiaçının vəsatəti ilə iddia sənədlərinin geri götürülməsi dərc olunma üzrə texniki işlərin tamamlanmadığı halda nəzərə alınır.

20.5. Patentin verilməsinə dair dərc olunan məlumatların tərkibi.

  1. Patent haqqında Qanunun 32-ci maddəsinin 1-ci bəndinə uyğun dərc olunmuş iddia sənədinə etiraz müddəti qurtardıqdan sonra müvafiq rüsum ödənildikdə ixtira obyekti dövlət reyestrində qeydə alınır və iddiaçıya patent verilir.
  2. Patent haqqında Qanunun 33-cü maddəsinin 1-ci bəndinəəsasən ixtiraya görə patent verilməsi haqda aşağıdakı məlumatlar dərc olunur:
-
patentin nömrəsi;
-
Milli Patent Ekspertiza Mərkəzi tərəfindən müəyyənləşdirilmiş BPT indekslərinin rubrikası;

-patent verilən iddia sənədinin nömrəsi və daxil olma tarixi;

-
iddia sənədinə dair məlumatların dərc olunma tarixi və bülletenin nömrəsi;
-
iddia sənədi üzrə onun Patent idarəsinə daxil olduğu tarixdən daha əvvəlki ilkinlik müəyyən edilmişsə, ixtiranın ilkinliyi üçün əsas olmuş iddianın nömrəsinin verilmə tarixi və ölkəsi;

-əllif(lər)in adı, əgər o (onlar) və adının göstərilməsindən imtina etməyibsə və patent sahibinin adı;

-
ixtiranın adı;
-
ixtiranın düsturu.
    1. İxtira müəllifinin patent haqda məlumatlarda adının dərc olunmasından imtina etməsi.
    2. İxtira müəllifinin patent verilməsi haqda dərc olunan məlumatlarda adının göstərilməsindən imtina etməsi, əgər imtina dərc olunmaya texniki hazırlıq qurtaranadək daxil olubsa, məlumatların dərci zamanı nəzərə alınır. Göstərilən imtina həmin müddət ərzindəəllif tərəfindən geri götürülə bilər.
  1. lddia sənədinin çevrilməsi.

(1) Qanunun 29-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq ixtiraya dair iddia sənədi faydalı model üçün şəhadətnamə verilməsinə dair iddia sənədinə çevrilə bilər.

Bu cür cevrilmə haqqında ərizə daxil olduqda, onun bu Qaydaların 8-ci bəndinə uyğun olaraq düzgün tərtib edilməsi yoxlanılır, həmçinin onun ixtiraya dair iddia sənədi haqqında məlumatların dərc olunmasından əvvəl təqdim edilməsi vəərizə ilə birlikdə, həmçinin müəyyən olunmuş məbləğdə müvafiq rüsumun ödənilməsi barədə sənədin təqdim edilməsi müəyyən edilir.

İddia sənədi müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib edilmədikdə, iddiaçıya bu barədə xəbər verilir.

İxtiraya dair iddia sənədi haqqında məlumatların dərc olunmasından sonra ərizə daxil olduqda, iddiaçıya, iddia sənədinin çevrilməsinin qeyri-mümkünlüyü barədə xəbər verilir.

Ərizə ilə birlikdə, rüsumun ödənilməsi haqqında sənəd təqdim edilmədiyi təqdirdə, sonuncu təqdim edilməmiş sayılır və bu barədə iddiaçı xəbərdar edilir.

Çevrilməsi həyata keçirilməyən iddia sənədi, ixtiraya dair iddia sənədi olaraq qalır və sonralar onun barəsində bu Qaydalar tətbiq edilir.

İddia sənədinin müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib edildiyi göstərilən müddətin gözlənilməsi ilə təqdim edildiyi vəəyyən edilmiş məbləğdə rüsumun ödənilməsi haqqında sənəd onunla birlikdə təqdim edildiyi, müəyyən edilmişsə, iddiaçıya baş vermiş çevrilmə barədə xəbər verilir ki, burada həmçinin, iddia sənədinin gələcək baxılmasının, faydalı modelə verilən şəhadətnamə üçün iddia sənədinin tərtib edilməsi, təqdim edilməsi və baxılması Qaydalarına uyğun həyata keçiriləcəyi barədə bildirilir.

(2)
İddia sənədinin çevrilməsi haqda ərizənin verilmə tarixinə iddiaçı tərəfindən ixtiraya dair iddia sənədinə düzəlişlər edən və ya dəqiqləşdirən, yaxud da ixtiranın dəyişdirilmiş düsturu təqdim edildikdə, çevrilməyə dair ərizəyə baxılmasının nəticələri barədə bildiriş göndərilənədək, bu Qaydaların 18.4. və 19-cu bəndlərinə uyğun olaraq həmin materialların yoxlanması başa çatmalıdır.
(3)
Çevrilmə, geri götürülmüş, geri götürülmüş sayılan və ya tanınan ixtiraya aid iddia sənədləri barəsində aparılmır.
(4)
Əgər çevrilmə haqqında ərizə, Qanunun 29-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq geri götürülmüş sayılan iddia sənədi üzrə daxil olmuşsa vəərizə ilə birlikdə buraxılan müddətin bərpa edilməsi barədə vəsatət təqdim edilmişsə, sonuncu bu Qaydaların 13-cü bəndinə uyğun olaraq baxılır; müddətin bərpasının mümkünlüyü müəyyən edildikdə, iddiaçı bu barədə və iddia sənədinin çevrilməsinin baş verməsi barədə xəbərdar edilir.
(5)
İddiaçının ona iddia sənədinin çevrilməsinin baş verməsi barədə xəbərdarlıq göndərilməmişdən əvvəl, onun çevrilmə haqqında ərizəsinin təqdim edilməmiş sayılması barədə xahişi daxil olduqda, çevrilmə (iddia sənədinin çevrilməsi haqqında ərizənin geri götürülməsi) baş verməmiş sayılır, iddia sənədinin çevrilməsi üçün ödənilmiş rüsum qaytarıla və ya müəyyən olunmuş qaydada hesaba alına bilər.

İddiaçının, ona ixtiraya dair iddia sənədinin faydalı modelə şəhadətnamə verilməsinə dair iddia sənədinə çevrilməsinin baş verdiyi haqda bildirişi göndərilənədək iddia sənədinin çevrilməsinə dair ərizəsini verilməmiş sayılması barədə xahişi iddia sənədinin geriyə çevrilməsi və ödənilmiş rüsumun geri qaytarılması üçün əsas deyil.