عن الملكية الفكرية التدريب في مجال الملكية الفكرية إذكاء الاحترام للملكية الفكرية التوعية بالملكية الفكرية الملكية الفكرية لفائدة… الملكية الفكرية و… الملكية الفكرية في… معلومات البراءات والتكنولوجيا معلومات العلامات التجارية معلومات التصاميم الصناعية معلومات المؤشرات الجغرافية معلومات الأصناف النباتية (الأوبوف) القوانين والمعاهدات والأحكام القضائية المتعلقة بالملكية الفكرية مراجع الملكية الفكرية تقارير الملكية الفكرية حماية البراءات حماية العلامات التجارية حماية التصاميم الصناعية حماية المؤشرات الجغرافية حماية الأصناف النباتية (الأوبوف) تسوية المنازعات المتعلقة بالملكية الفكرية حلول الأعمال التجارية لمكاتب الملكية الفكرية دفع ثمن خدمات الملكية الفكرية هيئات صنع القرار والتفاوض التعاون التنموي دعم الابتكار الشراكات بين القطاعين العام والخاص أدوات وخدمات الذكاء الاصطناعي المنظمة العمل مع الويبو المساءلة البراءات العلامات التجارية التصاميم الصناعية المؤشرات الجغرافية حق المؤلف الأسرار التجارية أكاديمية الويبو الندوات وحلقات العمل إنفاذ الملكية الفكرية WIPO ALERT إذكاء الوعي اليوم العالمي للملكية الفكرية مجلة الويبو دراسات حالة وقصص ناجحة في مجال الملكية الفكرية أخبار الملكية الفكرية جوائز الويبو الأعمال الجامعات الشعوب الأصلية الأجهزة القضائية الموارد الوراثية والمعارف التقليدية وأشكال التعبير الثقافي التقليدي الاقتصاد المساواة بين الجنسين الصحة العالمية تغير المناخ سياسة المنافسة أهداف التنمية المستدامة التكنولوجيات الحدودية التطبيقات المحمولة الرياضة السياحة ركن البراءات تحليلات البراءات التصنيف الدولي للبراءات أَردي – البحث لأغراض الابتكار أَردي – البحث لأغراض الابتكار قاعدة البيانات العالمية للعلامات مرصد مدريد قاعدة بيانات المادة 6(ثالثاً) تصنيف نيس تصنيف فيينا قاعدة البيانات العالمية للتصاميم نشرة التصاميم الدولية قاعدة بيانات Hague Express تصنيف لوكارنو قاعدة بيانات Lisbon Express قاعدة البيانات العالمية للعلامات الخاصة بالمؤشرات الجغرافية قاعدة بيانات الأصناف النباتية (PLUTO) قاعدة بيانات الأجناس والأنواع (GENIE) المعاهدات التي تديرها الويبو ويبو لكس - القوانين والمعاهدات والأحكام القضائية المتعلقة بالملكية الفكرية معايير الويبو إحصاءات الملكية الفكرية ويبو بورل (المصطلحات) منشورات الويبو البيانات القطرية الخاصة بالملكية الفكرية مركز الويبو للمعارف الاتجاهات التكنولوجية للويبو مؤشر الابتكار العالمي التقرير العالمي للملكية الفكرية معاهدة التعاون بشأن البراءات – نظام البراءات الدولي ePCT بودابست – نظام الإيداع الدولي للكائنات الدقيقة مدريد – النظام الدولي للعلامات التجارية eMadrid الحماية بموجب المادة 6(ثالثاً) (الشعارات الشرفية، الأعلام، شعارات الدول) لاهاي – النظام الدولي للتصاميم eHague لشبونة – النظام الدولي لتسميات المنشأ والمؤشرات الجغرافية eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange الوساطة التحكيم قرارات الخبراء المنازعات المتعلقة بأسماء الحقول نظام النفاذ المركزي إلى نتائج البحث والفحص (CASE) خدمة النفاذ الرقمي (DAS) WIPO Pay الحساب الجاري لدى الويبو جمعيات الويبو اللجان الدائمة الجدول الزمني للاجتماعات WIPO Webcast وثائق الويبو الرسمية أجندة التنمية المساعدة التقنية مؤسسات التدريب في مجال الملكية الفكرية الدعم المتعلق بكوفيد-19 الاستراتيجيات الوطنية للملكية الفكرية المساعدة في مجالي السياسة والتشريع محور التعاون مراكز دعم التكنولوجيا والابتكار نقل التكنولوجيا برنامج مساعدة المخترعين WIPO GREEN WIPO's PAT-INFORMED اتحاد الكتب الميسّرة اتحاد الويبو للمبدعين WIPO Translate أداة تحويل الكلام إلى نص مساعد التصنيف الدول الأعضاء المراقبون المدير العام الأنشطة بحسب كل وحدة المكاتب الخارجية المناصب الشاغرة المشتريات النتائج والميزانية التقارير المالية الرقابة
Arabic English Spanish French Russian Chinese
القوانين المعاهدات الأحكام التصفح بحسب كل ولاية قضائية

أذربيجان

AZ035

رجوع

'Əmtəə nişanları və coğrafi göstəricilər haqqında' Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə' Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının

13.07.2010

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində: qüvvədə olan qanunvericilik aktlarının "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərə dair müvafiq normativ-hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini təmin etsin; öz səlahiyyətləri daxilində "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin. 2. Müəyyən edilsin ki: "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin "ğ" bəndində, 9-cu maddəsinin on dördüncü hissəsində, 11-ci maddəsinin birinci hissəsində (birinci halda), 17-ci maddəsinin beşinci hissəsində və 19-cu maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 3-cü maddəsinin birinci hissəsində, 7-ci maddəsinin ikinci hissəsində, 9-cu maddəsinin birinci, ikinci, üçüncü, səkkizinci, on ikinci və on üçüncü hissələrində, 10-cu maddəsinin birinci, ikinci, üçüncü və beşinci hissələrində, 11-ci maddəsinin birinci (ikinci halda) və beşinci hissələrində, 15-ci maddəsinin birinci hissəsində, 16-cı maddəsində, 17-ci maddəsinin birinci və dördüncü hissələrində, 18-ci maddəsinin birinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində, 20-ci maddəsinin ikinci və üçüncü hissələrində, 21-ci maddəsinin birinci hissəsində, 22-ci maddəsinin birinci hissəsində, 24-cü maddəsinin ikinci hissəsində, 28-ci maddəsinin birinci hissəsində, 30-cu maddəsinin birinci hissəsində və 31-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir; həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir; həmin Qanunun 34-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir; həmin Qanunun 9-cu maddəsinin yeddinci hissəsinin altıncı abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir. həmin Qanunun 26-cı maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələrə malik olması ilə əlaqədar şərab və kənd təsərrüfatı məhsullarına münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, müalicə-sağlamlaşdırma yerləri və təbii müalicə ehtiyatları ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, xalq sənətkarlığı məmulatları ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, əmtəənin hazırlanması və ya xidmətin göstərilməsi üçün ərazinin sərhədlərinin müəyyən edilməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanları, əmtəə nişanlarının qeydiyyatı ilə əlaqədar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 19 avqust 1998-ci il 749

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 7 yanvar 2002-ci il tarixli 631 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 1, maddə 14) 2. 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 571) 3. 27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 9, maddə 743) 4. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 04, maddə 226) 5. 21 dekabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 25 dekabr 2009-cu il, 287)

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 10, maddə 571) ilə 2-ci bəndin üçüncü abzasında "Dövlət Elm və Texnika Komitəsi" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 04, maddə 226) ilə 2-ci bəndinin üçüncü abzasında «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.

7 yanvar 2002-ci il tarixli 631 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 1, maddə 14) ilə 2-ci bəndin dördüncü abzasından "və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

27 sentyabr 2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 9, maddə 743) ilə 2-ci bəndinin dördüncü abzasında «Mədəniyyət» sözü «Mədəniyyət və Turizm» sözləri ilə əvəz edilmişdir. 21 dekabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 25 dekabr 2009-cu il, 287) ilə 2-ci bəndinə yeddinci abzas əlavə edilmişdir.